Müharibə başlayacağı təqdirdə Ermənistan Zəngəzuru da itirə bilər.

Bunu Trend-ə rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko Ermənistanın Azərbaycanla sərhəddə təxribatçı addımlarını şərh edərkən deyib.

"Bu qarşıdurmalar 2020-ci il müharibəsindən sonrakı siyasi prosesin başa çatmamasının nəticəsidir. Mən əminəm ki, erməni cəmiyyətinin daxilində revanş arzusu, məğlubiyyət acısı və gəlib onları xilas edəcək xarici müttəfiq arzusu var. Nasist Almaniyası məğlub olmağa başlayanda, artıq 1943-cü ildə onların müqəddəratı həll olunmuşdu. Amma yenə də onlar sonadək ümid edirdi ki, Stalinlə Ruzveltin arası dəyəcək, hansısa möcüzə silah peyda olacaq. Təxribatçılara müqavimət göstəmək lazımdır, amma eyni zamanda sülh prosesi yolu ilə addımlamaq, o cümlədən erməni cəmiyyətinə bu yolu getməkdə kömək etmək də lazımdır", - deyə M.Şevçenko bildirib.

O hesab edir ki, Ermənistan müharibə başlayacağı təqdirdə çox şey itirə bilər.

"Azərbaycan bu iki gündə açıq şəkildə göstərdi ki, erməni tərəfinin "hay-küyü" Ermənistanın Zəngəzuru itirə biləcəyinə də gətirib çıxara bilər. Ermənistan hesab edir ki, Rusiya Azərbaycanın üzərinə gedəcək. Bu, sadəlövh hesabdır. Bu, həm də cinayətkar hesabdır, belə ki, Rusiyanı regiondakı maraqların daxilinə cəlb edir. Rusiya müdaxilə etməyəcək, Ermənistana görə döyüşməyəcək", - politoloq vurğulayıb.

Bundan başqa, M.Şevçenko Ermənistan tərəfinin guya Rusiya ilə Türkiyə arasında qarşıdurmanın qaçılmazlığı barədə bəyanatları da şərh edib.

"Erməni tərəfi daim deyir ki, Rusiya ilə Türkiyə arasında qarşıdurma qaçılmazdır. Mən bu cür hesab etmirəm. Biz tam normal əməkdaşlıq görürük. Biz prezident Putinlə prezident Ərdoğanın görüşlərini, telefon danışıqlarını görürük. Rusiya Türkiyədə böyük atom elektrik stansiyası tikir, Türkiyəyə Rusiyanın ən müasir silah sistemlərinin satışı ilə bağlı danışıqlar aparılır. Ona görə də bunlar təhlükəli illüziyalardır və bir neçə gün əvvəl Daşaltı kəndində qeydə alınmış terror-təxribat əməllərinə gətirib çıxara bilər. Siyasətdə illüziyadan təhlükəli heç nə yoxdur", - deyə o, fikrini tamamlayıb.

Avropa və Asiyada quş qripi virusu artır.

Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) məlumat verilib.

Cənubi Koreyada 770 min ev quşu olan fermada bütün heyvanlar məhv edilib. Avropa da bu istiqamətdə tədbirləri artırmağa başlayıb.

Quşçuluq sənayesində narahatlıq yaradan və tez-tez ticarət məhdudiyyətlərinə səbəb olan epidemiyalar insanlara da keçə biləcəyi üçün epidemioloqları da maraqlandırır.

Çin bu il indiyədək 2020-ci ildə H5N6 quş qripi alt növü ilə 21 insanda infeksiyanın qeydə alındığını açıqlayıb.

Yaponiyanın Kənd Təsərrüfatı Nazirliyinin ötən həftə verdiyi bəyanatı təsdiqləyən OIE ölkənin şimal-şərqindəki quşçuluq fermasında 2021-ci ilin qış mövsümünün ilk epidemiyası barədə məlumat verdiyini söylədi. Bu epidemiyanın serotipi H5N8 idi.

OIE bildirib ki, Avropada H5N1 quş qripi epidemiyası Norveçin Roqaland bölgəsində 7000 quş sürüsündə qeydə alınıb.

Belçika hökuməti Antverpen yaxınlığında vəhşi qazda quş qripinin yüksək patogenli ştammı aşkar edildikdən sonra ev quşlarının qapalı şəraitdə saxlanması barədə göstəriş verib.

Oktyabrda Niderland, bu ayın əvvəlində Fransa oxşar qərarlar qəbul edib.

Ümumiyyətlə quş qripi olaraq adlandırılan virusun yayılması əvvəlki epidemiyalarda 10 milyon quşun məhv edilməsinə səbəb olub.

Xəstəliklər adətən payızda baş verir və köçəri quşlar tərəfindən yayılır.

Quş qripi quş əti məhsullarının qəbulu ilə ötürülmür.



ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı tərəflərə çağırış edib.

O, bu barədə özünün tvitter hesabında paylaşım edib.

“Ermənistanla Azərbaycan arasında döyüşlər barədə xəbərlər bizi narahat edir. Biz hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə məşğul olmağa çağırırıq” - deyə Blinken qeyd edib.

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı tərəflərə çağırış edib.

Ölkə.Az xəbər verir ki, o, bu barədə özünün tvitter hesabında paylaşım edib.

“Ermənistanla Azərbaycan arasında döyüşlər barədə xəbərlər bizi narahat edir. Biz hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə məşğul olmağa çağırırıq” - deyə Blinken qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulun Üsküdar rayonunda yerləşən iqamətgahından çıxan zaman maraqlı anlar yaşanıb.

"Qafqazinfo” xəbər verir ki, dövlət başçısının korteji yolda ambulansla qarşılaşıb. Bu zaman Prezident korteji təcili tibbi yardım maşınına yol verib.

 Ərdoğan daha sonra Ankraya getmək üçün Atatürk Hava Limanına yola düşüb.

“Türkiyənin kəşfiyyat təşkilatının dünyanın ən güclü təşkilatlarından biridir. Bir zamanlar Milli Kəşfiyyat İdarəmizin təşkilatı məhəlli bir təşkilat idi. Amma hazırda biz MİT-i elə bir kompleksə gətirmişik ki, dünya onu görməyə gəlir, görür və görəndə təqdir edir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqalada gənclərlə görüşündə deyib.

Ərdoğanın sözlərinə görə, bu gün kəşfiyyat qurumunun bütün avadanlıqları, o cümlədən zəruri elektronik qurğuları var.

“Bizim çox güclü kəşfiyyat qurumumuz var”, - Ərdoğan vurğulayıb.

Türkiyə kəşfiyyatının Pentaqondan da güclü olması arzusunda olduğunu qeyd edən Ərdoğan fikrini davam etdirərək deyib: "Mənim ölkəmin Milli Kəşfiyyatı da Pentaqondan daha inkişaf etməlidir. Çünki biz xeyirsevərlikdə rəqabət aparmalıyıq. Ona görə də Pentaqondan daha güclü olmalıyıq".

İranın cənubunda zəlzələ nəticəsində qurbanlarının sayı 27-yə çatıb.

 “Mehr” xəbər verir ki, bazar günü günün ikinci yarısında İranın cənubunda  maqnitudası 6,0-dan çox olan iki zəlzələ baş verib. Zəlzələ episentri Bəndər Abbas şəhərindən (Hormozqan əyaləti) təxminən 60 km aralıda yerləşib.

 Bölgədə elektrik enerjisi kəsilib və  telekommunikasiya sistemlərində nasazlıqlar yaranıb. Zəlzəzlə nəticəsində 2 nəfər ölüb. Xəsarət alanların sayı isə 27-yə çatıb.
Pandemiya hər ölkədə özünəməxsus şəkildə gedir, Azərbaycanda isə epidemioloji vəziyyəti hazırda stabil qiymətləndirmək olar. Bu mənada qonşularımızdan asılı deyilik, bizim öz istiqamətimiz var.

"Bu sözləri publika.az-a açıqlamasında tibbi ekspert Vasif İsmayıl deyib. Həkim bildirib ki, havaların soyuması nəticəsində immun sisteminin zəifləməsi virusların və infeksion xəstəliklərin daha da yayılmasına səbəb olur:

"İnsanlar vəziyyətin daha da pisləşəcəyi ilə bağlı narahatdırlar. Onlar soyuq havaların virusu daha da yayacağını, yeni dalğaya səbəb olacağını düşünürlər. Lakin bu dalğaların şiddəti əhalinin vaksinasiyasına əsasən dəyişir. 5-ci dalğanın başladığını düşünmürəm. Məktəblər və universitetlər açıldı deyə bizdə yoluxma sayı aşağı düşmədi. Odur ki, yoluxma nisbəti bir müddət təxminən bu şəkildə davam edəcək. Qarşıdakı aylarda dalğanın aşağı düşməsi, sonra yenidən yüksəlməsi gözlənilir. COVID-19 hava-damcı yolu ilə yayıldığı üçün daim nəzarət altında saxlanılmalıdır.

Pandemiyanın tezliklə bitməsi gözlənilmir, buna baxmayaraq, epidemioloji vəziyyəti çox yaxşı hala gətirmək olar. Sözün düzü, bu dəqiqə Azərbaycanda yoluxma sayı dəhşətli deyil, vaksinasiya hesabına artıq insanlar xəstəliyi yüngül keçirməyə başlayıb, digər qismi də özünü qoruya bilir. Kütləvi immunitetin meydana gəlməsi üçün Azərbaycanda əhalinin 65-70 faizi peyvəndlənməlidir. Buraya uşaqlar da daxildir. Bu mənada əsas fikir peyvəndlənmənin üzərinə yönəlməlidir".

İndoneziyanın paytaxtı və ən böyük metropolisi Cakartanın tezliklə su altında  qalacaq.

“Phys.org” xəbər verir ki, bu barədə Milli Tədqiqatlar və İnnovasiyalar Agentliyinə istinadən yazır.  

Mütəxəssislərin fikrincə, qlobal istiləşmənin təsirlərini azaltmaq üçün lazımi tədbirlər görülməsə, 2050-ci ilədək şəhərin ən azı 25%-i su altında qalacaq.

Boqorski Univeristetinin son araşdırmalarına əsasən, 2019-2020-ci illər arasında Cakartanın müxtəlif hissələri 1,8 - 10,7 santimetr daşqın riski ilə üzləşib. Bu hadisənin səbəblərindən biri də şəhər sakinlərinin qrunt sularından kütləvi şəkildə istifadə etməsidir. Bu, ölkə paytaxtının altında boşluqlar yaradır və torpağın çökməsinə səbəb olur. Eyni zamanda, dünya okeanının səviyyəsi artır. İndi dəniz səviyyəsi 1900-cü illə müqayisədə 13-20 santimetr yüksəkdir.

Məqalədə qeyd olunur ki, hətta ABŞ prezidenti Co Bayden iyul ayında İndoneziyaya paytaxtı on il ərzində başqa yerə köçürməyi tövsiyə edib, çünki Cakarta iqlim dəyişikliyi səbəbindən su altında qala bilər.

Türkiyə böyük Millət Məclisinin (TBMM) miqrasiya və İnteqrasiya üzrə alt komitəsi İmmiqrasiya idarəsnin rəhbərləri ilə toplantı keçirilib.

“Hürriyet” xəbər verir ki, iclasda Türkiyə sərhədindəki vəziyyət müzakirə olunub.

Komitə sədri, millət vəkili Atay Uslu Vanda vəziyyəti müşahidə etdiklərini bildirib:
“Əfqanıstandan-Kabildəm 55 gündə Türkiyəyə gəldik” deyirlər. Kim 55 günlük səfərə çıxa bilər?”

Digər deputat Nurullah Sazak İranın miqrant qaçaqçılarını, qadınları, uşaqları Türkiyə sərhədinə göndərdiyini söyləyib:

“Van səfərimiz zamanı (miqrantların və səlahiyyətlilərin) dediklərini birlikdə eşitdik. Deyirlər ki, "türk əsgərləri və xüsusi təyinatlıları qadın və uşaqlara silah doğrultmur, gedin” deyərək təşviq edirlər. Türklərin humanist təbiətindən istifadə etdiklərini hamımız eşitdik. Sərhədin mühafizəsi ilə məşğul olan xalqımızın belə bir quruluşu olduğunu və bunu iranlıların dediyini sizə böyük şərəf hissi ilə bildirirəm”- deputat deyib.

Ukraynanın təhlükəsizlik xidməti ölkənin sabiq prezidenti Pyotr Poroşenko və Milli Bankın (MBU) keçmiş rəhbəri Valeriya Qontarevanın Donbassdan kömür alarkən dövlətə xəyanətdə iştirakının mümkünlüyünü yoxlayır.

Bu barədə “ukrainskaya novosti”yə açıqlama verən Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov bildirib ki, istintaq hazırda bu versiya üzrə yoxlamalar aparılır.

Oktyabrın əvvəlində Ukrayna Təhlükəsizlik Xidməti “Müxalifət Platforması - Ömürlük” partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçukun vətənə xəyanətdə günahını sübuta yetirən danışıqlarının səsyazmalarını dərc edib, onların arasında Poroşenkonun və atasının adı var.

Təhlükəsizlik Xidmətinin rəhbəri bildirib ki, müxalif siyasətçi 2014-cü ildə Ukraynanın ali rəhbərliyi ilə əlbir olaraq Kiyevin nəzarətində olmayan Donbass ərazisindən kömür tədarükünü təşkil edib .

Xəbər lenti