![]() |
|
"Yol-xeber.az" xarici KİV-ə istinadən bildirir ki, elan ştat qanunlarına uyğun olsa da, yerli əhali tərəfindən sosial şəbəkələrdə sərt tənqidlə qarşılanıb. Şirkət azyaşlıların əməyinin istismar edilməsində günahlandırılıb.
Restoranın sahibi Hizer Kennedi bildirib ki, pandemiyadan sonra işçi çatışmazlığı ilə üzləşdiyindən yeniyetmələri işə cəlb etməyı qərara alıb. O, 40 illik restoran fəaliyyəti təcrübəsində ilk dəfə işçi qıtlığı ilə qarşılaşdığını qeyd edib.
ABŞ-ın şimal şərqində yağan şiddətli yağışlar nəticəsində azı 45 nəfər həlak olub.
Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, Luiziana ştatından sonra şimal şərq sahillərində təsirli olan Ida qasırğası Nyu York, Nyu Cersi, Pensilvania, Merilənd, Konnektikut ştatlarında da güclü yağışa səbəb olub.
Təbii fəlakət nəticəsində Nyu Yorkda 13, Nyu Cersidə isə 23 nəfərdən çox şəxs vəfat edib.
Nyu Cersi rəsmiləri ölənərin çoxunun selin apardığı avtomobillərdəki şəxslər olduğunu söyləyib.
Axtarış-xilastemə tədbirləri davam etdirilir.
Billurə
ABŞ 2008-ci il Co Baydeni qar fırtınasından xilas edən tərcüməçini Əfqanıstanda qoyub.
Xarici KİV xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb. Qəzetə danışan Məhəmməd adlı şəxs ABŞ prezidenti Co Baydenə səslənərək ondan yardım istəyib:
“Cənab prezident məni yaddan çıxarmayın”,-deyə o söyləyib.
Xüsusi qaçqın vizası üçün müraciət edən tərcüməçinin sistemdəki məlumatlarıv silindiyi üçün ölkədən çıxa bilmədiyi qeyd edilib.
Ağ Ev sözçüsü Cen Psaki isə tərcüməçiyə belə cavab verib:
“Ötən 20 il ərzində bizim yanımızda mübarizə apardığın üçün çox sağ ol. Səni ordan çıxaracağıq ə xidmətlərini qiymətləndirəcəyik”.
Qeyd edək ki, Co Baydenin senator olduğu zaman- 2008-ci ildə onun olduğu helikopter qar fırtınasına düşüb. Baqaram aiabazasında tərcüməçi kimi fəaliyyət göstərən Məhəmməd Co Bayden, Con Kerri və Kuk Haqelin olduğu helikopterin xilas edilməsində köməklik göstərib.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Zakir Quliyev "COVID-19-un ev şəraitində müalicəsi" mövzusunda çıxışında deyib.
O bildirib ki, çünki virus tez-tez mutasiyaya uğrayır və peyvəndlər bu xəstəlik üzərində tam hakim ola bilməz: "Peyvənddən sonra koronavirusa yoluxma qeydə alınır. Əvvəldən qeyd edilmişdi ki, vaksin insanı xəstəlikdən 100 faiz qorumayacaq. Amma klinikada yatan xəstə sayları azalıb.Yoluxanlarla xəstəxanaya yatanlar arasında inanılmaz fərq var. Xəstəxanaya yerləşənlərin çoxu vaksin olunmayan şəxslərdir".
Həkim qeyd edib ki, yoluxmaların artması insanları qorxutmasın: "Bu say çox olsa da, indi xəstəlik vaksin olunan insanlarda yüngül gedir. Peyvənd vurdurmayanlarda isə xəstəlik eynidir".
"ABŞ Rusiya və Çinlə əlaqəli problemlər də daxil olmaqla yeni çağırışlara diqqət yetirməlidir".
“Yol-xeber.az” NBC-yə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ prezidenti Co Bayden çıxış edib.
"Dünya dəyişir. Biz Çinlə ciddi rəqabət içindəyik, Rusiyadan gələn bir çox cəbhədə çətinliklərlə, kiber təhdidlərlə və nüvə silahlarının yayılması problemi ilə üz-üzəyik ", - Bayden qeyd edib.
O əlavə edib ki, terror təhdidi hələ də təhlükəli bir həddədir: “Terrorizm formasını dəyişib digər ölkələrə yayıldı. Ona görə də strategiyamız da dəyişməlidir".
“Əfqanıstanla bağlı qərar təkcə Əfqanıstanla bağlı deyil. Bu, digər ölkələri yenidən qurmağa yönəlmiş böyük hərbi əməliyyatlar dövrünün sonudur ".
“Yol-xeber.az” xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden NBC-də xalqa müraciətində deyib.
"Əfqanıstanda müharibə bitdi. Bu savaşa son qoymağın lazım olub-olmadığı və nə vaxt lazım olduğu sualı ilə qarşılaşan dördüncü prezidentəm. Mən çoxdan bitməli olan bir müharibəyə daha yeni bir nəsil amerikalı oğlan və qızları göndərməkdən imtina etdim. Bu bir seçim idi, çıxmaq və ya müharibəni davam etdirmək arasında real seçim idi. Bu əbədi savaşı uzatmaq niyyətində deyildim.
Əfqanıstanda minlərlə amerikalı əsgər yerləşdirməyə davam edərək hər il milyardlarla dollar xərcləyərək Amerikanın təhlükəsizliyinin artacağına inanmıram"- Bayden qeyd edib.