Talibanın sözçüsü Zabiullah Mücahid bəyan edib ki,  ABŞ Əfqanıstanda məğlub oldu və öz məqsədlərinə nail ola bilmədi.

 “Yol-xeber.az”  xəbər verir ki,  bu barədə “1TV News” məlumat yayıb.

Bununla belə Mücahid əlavə edib ki, Taliban ABŞ-la yaxşı əlaqalər qurmaq niyyətindədir: “ABŞ-la yaxşı münasibətlər qurmaq istəyirik”.

Qeyd edək ki, ABŞ bu gün Əfqanıstanın tamamən tərk edib.

“Koronavirus infeksiyasının xaricdən Uhana dondurulmuş yemək paketləri ilə gətirilməsi mümkündür”.

Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin mütəxəssisləri bu qənaətə gəliblər.

Mərkəzin sözçüsü Ma Huilainin sözlərinə görə, epidemioloji araşdırmalar zamanı məlum olub ki, virus Çinə digər ölkələrdən və ya bölgələrdən buzlaşdırılmış şəkildə nəql olunub.

Yunanıstanın Braziliyadakı səfirinin həyat yoldaşı Fransuaza de Souza Oliveyra 2016-cı ildə ərinin qətlini təşkil etdiyinə görə 31 il müddətinə azadlıqdan məhrum edilib.

Ölkə.Az “elcomercio.pe”yə istinadla xəbər verir ki, polis araşdırması nəticəsində Fransuaza de Souza Oliveyranın ərini polis sevgilisi Sərgio Qomez ilə əlbir olaraq qətlə yetirdiyi üzə çıxıb.

Qətldə əli olan S.Qomezə isə 22 il həbs cəzası verilib.

Saxlanılan polisin qohumu Eduardo Moreyra səfirin cəsədini gizlətdiyinə görə bir il həbs cəzasına məhkum edilib. E.Moreyranın bir illik həbs müddəti artıq başa çatıb.

Məhkəmə prosesində hakim 18 şahid dinlənilib.

Qeyd edək ki, Braziliyada yaşayan 59 yaşlı Kiriakos Amiridis Milad tətili üçün 2016-cı ildə həyat yoldaşı və qızı ilə birlikdə Rio de Janeyroya gedib. Milad bayramından bir neçə gün sonra diplomatın meyiti körpünün altında icarəyə götürülmüş avtomobildə parçalanmış şəkildə tapılıb.

 

 
  •  

 

ABŞ bu gün səhər saatlaırnda Kabil beynəlxalq hava limanını 5 raketlə bambalayıb.

CNN xəbər verir ki, ABŞ hərbçiləri Kabilin Salim Karvan rayonunu bombaladıqdan sonra atışma baş verib. Hadisə nəticəsində ABŞ hərbçiləri arasında itki olmadığı bildirilir. 

ABŞ prezidenti Co Bayden bombardmanla bağlı məlumatlandırılıb. 

“Prezidentin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Ağ Evin aparat rəhbəri Baydeni Kabil hava limanına raket zərbəsi endirilməsi ilə bağlı məlumatlandırılıb. Bildirilib ki, hava limanında fasiləsiz əməliyyat həyata keçirilir. Kabildə amerikalı hərbçilərin təhlükəsizliyini təmin etmək üçün hərbi komandanlıq səylərini ikiqat artırıb”, - Ağ Evin bəyanatında deyilir.

ABŞ hakimiyyəti etiraf edib ki, mülki vətəndaşlar da ABŞ qüvvələrinin Kabildə avtomobilə raket zərbəsinin qurbanı olublar.

Ermənistan XİN rəhbəri Lavrovla görüşə gedir

Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş olacaq.

“Bu barədə Rusiya XİN-in rəsmi saytında məlumat verilib.

Bildirilir ki, avqustun 31-də Moskvada Rusiya və Ermənistan XİN rəhbərləri Sergey Lavrovla Ararat Mirzoyan arasında görüş baş tutacaq.

Görüşdə Qarabağla bağlı üçtərəfli bəyanatın icrası məsələləri, Cənubi Qafqazda iqtisadi və nəqliyyat xətlərinin açılması, eləcə də ikitərəfli münasibətlər müzakirə olunacaq.

Bu, Ermənistan XİN başçısının bu vəzifəyə təyin olunmasından sonra ilk xarici səfəridir.

Qeyd edək ki, A. Mirzoyan Ermənistan parlamentinin keçmiş sədridir. O, cari ilin iyulunda ölkənin XİN rəhbəri təyin olunub.

“Qripə qarşı peyvənd olunmaq COVİD-19 əleyhinə peyvənd olunmaq qədər vacibdir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç deyib. O bildirib ki, bu ən azından bir virusla bağlı problemi həll etməyə kömək edəcək:

“Biz ötən il də qrip əleyhinə vaksin olunmağı tövsiyə edirdik. Baxmayaraq ki, təcrid və maska rejimi səbəbindən həmin vaxt qripə yoluxma az idi. Praktiki olaraq özümüzü, əhalini qorumalıyıq, çünki ikiqat epidemiya - qrip və COVID -19 - səhiyyə sistemi üçün çox çətin olacaq. Ən azı, bir virusla mübarizə aparmağımıza kömək edəcək bizə məlum bir peyvəndlə insanları qripdən qorumaq vacibdir”.

Qazaxıstanda hərbi hissənin anbarında baş verən partlayışda ölənlərin sayı 13-ə yüksəlib.

Yol-xeber.az TASS-a istinadən xəbər verir ki, ölkənin Jambıl vilayətindəki partlayışda itkin düşən 3 nəfərin axtarışları isə davam edir.

Hadisə səbəbindən Qazaxıstanda matəm elan edilib.

“Talibanla səfirlikdə 3,5 saatlıq görüşümüz olub və bizə Kabildəki hava limanının işlədilməsini təklif etdilər. Biz qərar vermədik. Sentyabrın 1-dən sonra qərar verəcəyik”.

“Haber7” xəbər verir ki, bunu Türkiyə Prezidenti Ərdoğan keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, lazım gələrsə, Talibanla bundan sonra da görüşmək fürsətimiz olacaq.

“Əfqanıstanda sabitliyin bərqərar olması üçün diplomatik fəaliyyətimiz davam edəcək. Bu istiqamətdə işlərimiz gedir”, - Ərdoğan qeyd edib.  

Almaniya kansleri Merkelin Əfqanıstanda Türkiyə ilə birgə çalışma haqqında səsləndirdiyi fikirlərə gəldikdə isə Ərdoğan bildirib ki, bu, çox gecikmiş  qərardır: “Türkiyə ilə işləmək haqqında verilən bəyanat çox gecikmiş bir qərardır. Bizdən başqa hamı Əfqanıstanı tərk etdi.

Talibanın Türkiyənin Kabil hava limanını idarəetmək barədə təklifinə gəldikdə isə belə bir təklif olsa da, qərar verməmişik. Əfqanıstanda idarəetmədə ciddi bir boşluq hökm sürməkdədir. İdarəetmə aydın olmalıdır”.

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyənin bölgədə regional sülhün təmin olunması ilə bağlı pozitiv mesajlar verdiyi müsbət qiymətləndirib.

“Yol-xeber.az” “armenpress”ə istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında səsləndirib.

“Bu siqnalları qiymətləndirəcəyik, müsbət siqnallara müsbət siqnalla cavab verəcəyik”, - deyə Paşinyan əlavə edib.

ABŞ Əfqanıstandakı 20 illik hərbi mövcudluğunun xərclərini hesablanıb və bu  bir neçə trilyon dollar olub.

“Yol-xeber.az” “Fox Business”ə istinadən xəbər verir ki, Braun Universitetitnin ABŞ-ın 20 il müddətində Əfqanıstanda xərclədiyi vəsaiti hesablayıb.

Hesablama nəticəsində bəlli olub ki, təxminən 20 il davam edən münaqişə amerikalılara 2,31 trilyon dollara başa gəlib.

Broun Universitetinin mütəxəssisləri hesab edir ki, xərclərin yaxın gələcəkdə artacağını poqnozlaşdırırlar.

Bu xərclər müharibədən dönən veteranlara və yaralılara ömür boyu xidmət göstərilməsi üçün ödəniləcək müavinətlər hesabına artacaq. 

Harvard Universitetinin Kennedi məktəbinin professoru Linda Bilmesin hesablamalarına görə isə Əfqanıstan və İraqda xidmət etmiş veteranlara uzunmüddətli tibbi xidmət və əlillik müavinətinin ödənilməsi xərcləri 2,5 trilyon dollaradək qalxa bilər. 

Bundan əlavə ABŞ 2050-ci ilə qədər hərbi borcları üçün 8 trilyon dollardan çox vəsait ödəməlidir.

Hesabatda oda qeyd olunur ki, ABŞ bu müddət ərzində təkcə maddi itkilər deyil, həm də minlərlə insan itkisinə məruz qalıb. ABŞ Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, 2001-ci ildən etibarən indiydək Əfqanıstanda  800 min amerikalı hərbçi xidmət edib. Əfqanıstandakı hərbi əməliyyatlarda  6 mindən çox hərbçi ölüb, 20 mindən artıq  hərbçi isə yaralanıb. Bu hərbi əməliyyatlar zamanı isə 100 mindən çox əfqan ölüb.

Xəbər lenti