![]() |
|
“Yol-xeber.az” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Kastamonuda 62, Sinopda 15, Bartında 1 nəfər həyatını itirib. Hazırda 7 nəfər müalicəsini davam etdirir. Qeyd edilir ki, sel zamanı həlak olan daha 14 nəfərin şəxsiyyəti müəyyənləşdirilir.
Milyardlarla dollar xərclənərək formalaşdırılan Əfqanıstan ordusuna qarşı qısa müddətdə üstünlüyü əldə edən Taliban ölkədə hakimiyyəti ələ keçirib.
Xarici KİV xəbər verir ki, Talibanın müqavimətə rast gəlmədən paytaxt Kabilə daxil olması isə xaosa səbəb olub.
ABŞ prezidenti Bayden ötəngünkü açıqlamasında qüvvələrin say nisbətindən danışıb: “Əfqanıstanda yetişdirdiyimiz və yaxşı silahlanmış 300 min hərbçi vardı. Taliban isə sadəcə 75 min nəfər idi” - bu sözlər həm region ölkələrində, həm də Əfqanıstanla əməkdaşlıq edən ölkələrdə Əfqanıstan ordusun necə bu qədər tez bir zamanda məğlub olması ilə bağlı suallar doğurub.
Məsələ ilə bağlı aparılan təhlillərdən birində qeyd olunur ki, ABŞ-dan daha çox pul qoparmaq üçün ordu daxilində xəyali batalyonlar formalaşdırılıb və bu yolla müdafiə xərcləri bəzilərinin cibbinə axıb.
Bildirilir ki, əfqan təhlükəsizlik qüvvələri kağız üzərində 300 min nəfər olsa da, ordu əslində hər zaman problemlərlə qarşı-qarşıya olub. Əfqanıstan ordusu və polis qüvvələrinin itkinlərin sayının çox olması, fərarilik və rüşvətxorluqla dolu keçmişi var. Bəzi generalların əslində mövcud olmayan və “xəyali əsgər” adlandırılan hərbi birliklərin maaşlarını mənimsədiyi iddia edilir.
Türkiyəli yazar, jurnalist Güner Cıvaoğlu da əsgərlərin sayı ilə bağlı hesablama apardığını yazıb:
“Hər biri 800 əsgər və rütbəlidən ibarət olan 46 xəyali tabor. Hesabladım, 36 800 xəyali əsgər. Əfqanıstan ABŞ-dan daha çox pul qoparmaq üçün illərdir bunu edib. Pullar böyük ehtimalla bəzilərinin cibinə gedib”, - jurnalist qeyd edib.
Əfqanıstan aeroportunda yerli sakin güllələnib.
"Wall Street Journal" xəbər verir ki, ABŞ-ın Kabil hava limanını mühafizə edən hərbçiləri silahlı əfqanlara atəş açıb.
Xatırladaq ki, Taliban qruplaşması Əfqanıstan hökumətini ələ keçirdikdən sonra yüzlələr yerli sakin ölkəsindən çıxmağa çalışır. Buna görə, insanlar hava limanına üz tutub və nəticədə aeroportda xaos yaranıb.
ABŞ Talibanla əməkdaşlıq etmək üçün 2 şərt irəli sürüb.
Yol-xeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyinin sözçüsü Ned Prays açıqlama verib. O bildirib ki, ABŞ əsas insan hüquqlarına hörmət etməyən və terrorçulara ev sahibliyi edən hökumətlə işləməyəcək.
Sözçü Dohadakı Taliban təmsilçilərilə görüşməyə davam etdiklərini söyləyib. O, ABŞ-ın Əfqanıstandakı gələcəkdəki hökumətlərə qarşı mövqeyinin həmin hökumətin, Talibanın hərəkətlərinə bağlı olduğunu vurğulayıb.
Prays Əfqanıstanı tərk edən sabiq prezident Əşrəf Qaniyi tanımağa davam edib-etməyəcəkləri ilə bağlı suala cavab olara bildirib ki, hələlik Əfqanıstanda təhvil-təslim dövrü olmayıb. Prays Əfqanıstanda kimin lider kimi tanınması məsələsində beynəlxalq ictimaiyyətlə birgə işlədiklərini söyləyib.
2020-ci ildə Taliban döyüşçüləri ilə Əfqanıstan ordusu arasında silah-sursat təminatı, orduda fərarilik və könüllü təslim olma ilə bağlı gizli anlaşma olub.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Mətbuat orqanının yazdığına görə, Əfqanıstan rəsmiləri tərəfindən elan edilən atəşkəsin əvvəlcədən edilən sövdələşmənin nəticəsi olduğu ortaya çıxıb.
2020-ci ilin əvvəlindən etibarən taliblər Əfqanıstanın əyalət rəhbərləri və digər məmurlarla müqavimətsiz bölgələrdə hakimiyyəti ələ keçirmək və bu məsələdə yardım etmək barədə razılaşma əldə olunub. Düzdür, əyalət rəhbərlərinin bəziləri pul qazanmaq üçün etsələr də, bəziləri Əfqanıstanın taliblərin əlinə keçməsinin tərəfdarı olduğu üçün bu razılaşmaya imza atıb. Mətbuat orqanının yazdığına görə, bəzi polis rəhbərləri aylıq məvacib almaqdan şikayət ediblər.
Sabiq ABŞ Prezidenti Donald Tramp xələfi Co Baydenin Əfqanıstanla bağlı siyasətini tənqid edib.
Yol-xeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Əfqanıstandakı vəziyyəti ABŞ-ın məğlubiyyəti adlandırıb.
“Co Baydenin Əfqanıstanda etdiyi şey əfsanədir. ABŞ tarixinin ən böyük məğlubiyyətlərindən biri kimi tarixə keçəcək”.
Tramp Talibanın Kabili ələ keçirməsindən sonra Baydenə istefa çağırışı edib:
“Baydenin Əfqanıstanda yaşananlara icazə verdiyi üçün utanc içərisində istefa vermək vaxtı çatıb”.
Tramp həmçinin istefa vermək çağırışının vacib bir şey olmadığını söyləyib:
“Bu o qədər də vacib deyil. Çünki qanuni şəkildə seçilməyib”.
Qeyd edək ki, ABŞ-la Taliban arasındakı razılaşmaya əsasən, bu il beynəlxalq qüvvələrin Əfqanıstan çəkilmək prosesi başlayıb.
Bu prosesin davamı olaraq artıq ötən gündən etibarən Taliban bütün Əfqanıstanda nəzarəti ələ keçirib.
Dünəndən bəri Əfqanıstanda Talibanın hökumətə gəlişindən sonra ölkədə xaotik vəziyyət meydana çıxıb.
Yol-xeber.az xəbər verir ki, yüzlərlə insan müxtəlif yollarla ölkəsində çıxmağa və ya qaçmağa çalışır.
Əfqanıstanın paytaxtı və ən böyük şəhəri olan Kabil əhalisi də hava limanına axın edir.
ABŞ əsgərləri Kabil hava limanında izdihamlı uçuş-enmə zolağında havaya atəş açıblar.
Hazırkı Taliban hökuməti vətəndaşlara televiziyi kanalları vasitəsilə səslənərək sakitləşməyə çağırıb.
Türkiyə hava yolları Əfqanıstana planlşdırılan uçuşları ləğv edib.
Yol-xeber.az “Star” qəzetinə istinadla xəbər verir ki, Türkiyə həmçinin Əfqanıstandakı türklərin təxliyyə edilməsi üçün ayrıca təyyarə göndərib.
Qeyd edək ki, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirib.
Bu barədə istefa verən Əfqanıstan prezidenti Əşrəf Qani özünün feysbukdakı hesabında yazıb.
“Düzgün qərar qəbul etdim. “Taliban” məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim”, - o bildirib.
Qeyd edək ki, bu gün radikal “Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar. Əfqanıstan prezidenti Əşrəf Qani həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə Kabildən Tacikistana uçub və oradan Omana gedib.
Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 40-a çatıb.
Yol-xeber.az türk mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi yayıb.
Həyatını itirənlərin 34-ü Kastamonu, 6-ı Sinopdan olub.
Məlumata əsasən 9 nəfərin müalicəsi davam edir, itkin düşən 1 nəfərin isə axtarışları aparılır.