![]() |
|
“Covıd-22 adlı yeni variant bütün dünyada hakim ola bilər”.
Yol-xeber.az xəbər verir ki, bunu immunoloq, professor Say Redy deyib. O “delta” ştammından daha ölümcül ola biləcək yeni variantların meydana çıxmasının qaçılmaz olduğunu bildirib.
“Belə bir variant meydana çıxarsa, bunu mümkün qədər tez aşkarlamalı və peyvənd istehsalçılarının vaksini sürətli şəkildə yei varianta uyğunladırmasını təmin etməliyik. Covıd-22 hazırda şahidi olduğumuzdan daha pis ola bilər”,- deyə o söyləyib.
Qeyd edək ki, bundan əvvəl də ingiltərəli elm adamları koronavirusun “alfa”, “beta”, “delta” və qamma kiMi daha yoluxucu və ölümcül variantlardan bir neçəsinin birləşərək “super variant” yarada biləcəyi ilə bağlı xəbərdalıq etmişdi. Yeni koronavirus variantının MERS virusu qədər ölmcül ola biləcəyi ehtimal edilir.
Taliban Amerikanın bir neçə təyyarəsini, vertolyotunu və raketlərini ələ keçirib.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə “Al-Arabiya” yazır.
Mətbu orqanının yazdığına görə, baş verən hadisə Pentaqonu ciddi narahat edib. Mənbəninin mətbu orqanına verdiyi xəbərə görə, taliblər tərəfindən ələ keçirilən təyyarə, vertolyot, tank əleyhinə raketlərin və digrə silahların məhv edilməsi barədə qərar qəbul edilməyib. “ Talibanın ələ keçirdiyi Amerika təyyarəsi və vertolyotunu istifadə etmək, ona texniki xidmət göstərmək çətin və qeyri-mümkün olacaq”- mətbu orqanı yazır.
“Al-Arabiya” onu da yazıb ki, ABŞ Əfqanıstandan təxliyyə prosesinin başa çatmasını gözləyir. Təxliyyə prosesi başa çatdıqdan sonra Əfqanıstanda hərbi əməliyyatlar aparmağa, o cümlədən silah anbarlarına hava zərbələri endirmək barədə qərar verəcək.
Ukrayna Əfqanıstandakı vətəndaşlarını təxliyə etmək üçün göndərdiyi təyyarə naməlum şəxslər tərəfindən başqa insanları təxliyə etmək üçün qaçırılıb.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə Ukraynanın Xarici işlər nazirinin müavini Yevgeniy Yenin “Qromadske radio”ya açıqlamasında deyib.
Ukraynalı nazir müavininin sözlərinə görə, ötən həftə Ukrayna vətəndaşlarını Əfqanıstandan təxliyə etmək üçün göndərilən təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb və onunla başqa sərnişinlər İrana aparılıb.
Nazir müavini onu da bildirib ki, avqustun 23-də axşam göndərdiyimiz 3-cü təyyarə Əfqanıstandankı Ukrayna vətəndaşlarını təxliyyə edərək ölkəyə gətirib. Təyyarənin göyərtəsində 98 nəfər olub ki, onun da 41-i Ukrayna vətəndaşıdır.
“Bizim təyyarəni digrə insanlar oğurlayıb. Ötən həftənin ikinci günü faktiki olaraq təyyarəmiz oğurlanıb və naməlum şəxslərlə İrana uçub”, - Yenin qeyd edib.
Nazir müavini onu da əlavə edib ki, Əfqanıstandakı vətəndaşlarımızı təxliyə etmək üçün 3 dəfə cəhd etsək də, cəhdlərimiz uğursuz alınıb: “Ukrayna vətəndaşları Kabildəki hava limanı ərazisinə girə bilməyib”.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib.
O bu barədə instaqram səhifəsində video yayımlayıb. C.Zərif paylaşdığı videonun şərh hissəsində bu sözləri yazıb:
“Əlvida! Xarici işlər naziri olaraq xidmət etdiyim son günlərdə, hamınıza, İran xalqına, səxavətinizə və səxavətli qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Və eyni zamanda bütün çatışmazlıqlar üçün üzr istəyirəm və bağışlanmağı diləyirəm.
Əlbəttə ki, son 8 ildə xarici siyasətdə bütün məqsədlərimizə çatmamışıq. Tarix həm uğurlarımızın dəyərini, həm də uğursuzluqlarımızın səbəblərini mühakimə edəcək. Ancaq həmişə yaxşı və layiqli həmkarlarımızla birlikdə xarici siyasəti, sülhü, insanların sağlamlığını və rifahını təbliğ etmək, millətin hüquqlarını, milli iqtisadiyyatını və ölkənin inkişafını qorumaq üçün əlimizdən gələni etdik”.
C.Zərif bundan sonra hansı işlə də məşğul olacağını açıqlayıb:
“Bağışlayın, amma milli mənafeyi qorumaq üçün həmişə istədiyim kimi danışa və hətta hərəkətlərimi müdafiə edə bilmirdim. Xarici siyasət sahəsində 4 illik xidmətimdə bölgə xalqının maraqlarından başqa heç bir meyar yox idi. İndi eyni vəzifəni başqa bir sahədə Tehran Universitetində davam etdirmək niyyətindəyəm”, - deyə o qeyd edib.
Qeyd edək ki, 18 iyun 2021-ci ildə İran İslam Respublikasında keçirilən Prezident seçkilərində mühafizəkar namizəd Rəisi qələbə qazanıb. O, 3 avqustdan vəzifə səlahiyyətləinin icrasına başlayıb.
İran-Türkiyə sərhədində yerləşən “Bazərqan” sərhəd-keçid məntəqəsində yük maşınlarının kilometrlərlə uzanan növbələri yaranıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat paylaşıb.
Yaranan acınacaqlı vəziyyətə etiraz edən narazı sürücülər deyir: “Növbənin uzunluğu təxminən 10 kilometrə çatır və hər bir yük maşınının gömrük terminalından və sərhəddən keçməsi 10 gün çəkir. Gömrüyün maşın parkı isə doludur. Biz sürücülərin günahı nədir......?!”
Onlar habelə səlahiyyətli orqanlara səsləniblər: “Əgər belə bir sadə işin öhdəsindən gələ bilmirsinizsə, istefa verin...”.
Rusiya Prezidenti Vladimir Putinlə xarici işlər naziri Sergey Lavrov Birləşmiş Rusiya Partiyasının nümayəndələri ilə bir araya gəlib.
“Sputnik” xəbər verir ki, Lavrov görüşdə Qərb dövlətlərinin Rusiyanın inkişafı üçün lazım olan xarici amillərin formalaşmaması üçün hər cür səy göstərdiklərini deyib . Rusiya XİN başçısı xüsusilə bunu son illərdə daha aydın şəkildə sezdiklərini bildirib:
“Görünən odur ki, öz gücümüzə arxayın olmaq fəaliyyətlərimizin təməlini təşkil etməlidir. Heç vaxt öz-özünü təcrid etməyi, qarşıdurma vəziyyəti olmağı hədəfləməmişik. Lakin öz üzərimizdə yaşadığımız yaxın tarix artıq etibarsız tərəfdaşlara güvənməyə icazə vermir”.
Putin isə xarici işlər nazirliyinin milli mənafelər çərçivəsində çox praqmatik şəkildə çalışdığını söyləyərək, Lavrovla zarafat edib:
“Diplomatik departamentimizin ümumilikdə çox fəal və aqressiv mövqe tutduğunu ifadə etmək böyük sirri ifşa etmək olmyacaq. Cənab Lavrova bəzən onun müdafiə naziri yox, xarici işlər naziri olduğunu xatırlatmaq məcburiyyətində qalıram” - ,deyə o bildirib.