Rusiyadakı helikopter gölün dərinliyindən tapıldı

Dünən Kamçatkanın cənubunda Kuril gölünə düşən helikopter tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bunu bölgənin qubernatoru Vladimir Solodov deyib. Onun sözlərinə görə, helikopter 110-111 metr dərinlikdədir və quyruq hissəsi sınıb. Solodov həmçinin bildirib ki, helikopterin digər hissələri bütün olaraq qalıb.

Qeyd edək ki, göyərtəsində turistlərin olduğu təyyarə dünən Kuril gölünə düşüb. Helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub. Bu şəxslərdən 7-si sərnişin, 1-i isə ekipaj üzvüdür.

Belarus prezidentliyinə keçmiş namizədi, əvvəllər naməlum səbəbdən saxlanılan Andrey Dmitriev həbsdən azad edilib.

Yol-xeber.az xəbər verir ki, bu barədə o, Facebook səhifəsində məlumat verib .

Onun sözlərinə görə, sorğunun təfərrüatlarını açıqlamamaq barədə razılaşma əsasında sərbəst buraxılıb.

"Siyahı çox böyükdür", deyən Dmitriyev ona qarşı irəli sürülən ittihamlara toxunarkən deyib.

Siyasətçi, Belarusu tərk etməyəcəyini və hüquq-mühafizə orqanlarının əməkdaşlarının axtarış, həbs və dindirilmə zamanı bütün hərəkətlərini düzgün apardıqlarını bildirib.

ABŞ Əfqanıstanın paytaxtı Kabil şəhərinə 3 min hərbçi göndərir.

"Bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib.

Onun sözlərinə görə, biri quru qoşunları, ikisi dəniz piyadaları olmaqla 3 tabordan ibarət hərbçilər Həmid Karzay hava limanında hərbi-nəqliyyat təyyarəsini gözləyəcəklər. C.Kirbi deyib ki, hərbçilər ABŞ Dövlət Departamentinin istəyi ilə göndərilir.

Onlar ABŞ vətəndaşlarının, o cümlədən diplomatlarının və Vaşinqtonun bu ölkədəki diplomatik nümayəndəliklərinin əfqanıstanlı əməkdaşlarının təxliyəsinin təhlükəsizliyini təmin edəcəklər.

Məlumata görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi də eyni məqsəd üçün Əfqanıstana 600 hərbçi yollayacağını elan edib.

Türkiyədə yanğınlardan sonra bu dəfə də sel fəlakəti yaşanır.

Yol-xeber.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qaradəniz bölgəsinə yağan intensiv yağşılar selə və torpaq sürüşməsinə səbəb oluB.

Su basqınları nəticəsində yüzlərlə insan təxliyyə edilib, mənzillər istifadəyə yararsız hala düşüb.
Türkiyənin Təbii Fəlakət və Təcili Yardım İdarəsi sel nəticəsində Kastamonu şəhərində 25, Sinopta isə 2 nəfərin həlak olduğunu açıqlayıb.

Bartın şəhərində isə itkin düşmüş şəxsin axtarışları davam edir

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu sel daşqınlarından ən çox zərər görən bölgənin Kastamonu olduğunu söyləyib. Nazir bildirib ki, ərazidəki ıəlakıət digər bölgələrdən 5 dəfə daha çoxdur.

 

Qeyd edək ki, iyulun son ongünlüyündə Türkiyənin 35 şəhərində baş vermiş yanğınlar artıq söndürülüb.

 

 
  •  

 

"İqlim dəyişikliyi sürətlə bir mərhələyə qədəm qoyub. 10 ildə bir müşahidə edilən təbiət hadisələri 2 ildən bir görülməyə başlanıb".

BMT-nın iqlim dəyişikliyi ilə bağlı hesabatı dünya ölkələrində ciddi ajiotaja səbəb olub. Artıq insanlar öz gələcəklərindən ciddi narahatlıq keçirməyə başlayıb. Dünya ölkələri iqlim dəyişikliyinin onlarda hansı fəsadlara yol açacağı barədə ciddi polemikalar başlanıb. 

Türkiyəli alimlər və iqlimşünaslar hesab edir ki, Türkiyənin də risk altında olan ölkələr sırasında olduğunu qeyd edirlər. Hətta türkiyəli iqlimşünas alim, professor Levent Kurnaz hesab edir ki, iqlim dəyişiklikləri nəticəsində İstanbul 3 adaya bölünəcək.

Yol-xeber.az xəbər verir ki, bu barədə “haber7”yə açıqlama verən professor L.Kurnaz deyib ki, bu proses qarşıdakı 100 il müddətində baş verəcək:  “Qlobal istiləşmə nəticəsində dünyada dəniz səviyyəsi 70 metr qalxacaq. Dəniz səviyyəsinin bu qədər qalxması da, İstanbul 3 adaya böləcək”.

BMT-nin hesabatında deyilir ki, qlobal istiləşmə və qütb buzlaqlarının əriməsi nəticəsində qarşıdakı 100 ildə hər il ərzində dəniz səviyyəsinin 80 sm - 1 metr arası qalxması gözlənilir. Dəniz səviyyəsinin qalxması da, istər-istəməz Türkiyəyə də öz mənfi fəsadlarını göstərəcək.

Professor Levent Kurnaz bildirib ki, dəniz səviyyəsinin qalxması, Türkiyənin dəniz sahillərində olan şəhərlərinə öz təsirini göstərəcək.

“Buzlar belə tez zamanda əriyərsə, İstanbul, İzmir kimi sahil şəhərlərində  qısa zamanda suyun səviyyəsi bir neçə metr qalxacaq. Bu da ciddi fəsadlara yol açacaq”, - o deyib. 

Qlobal istiləşmə nəticəsində təkcə Avropanın deyil. Ümumiyyətlə dünyanın da  xəritəsinin dəyişəcəyini qeyd edən Kurnaz bildirib ki, qlobal isinmə nəticəsində dəniz səviyyəsi 70 metr qalxacaq.

“Dəniz səviyyəsinin 70 metr yüksəlməsi, bu gün insanların yaşadığı bir çox coğrafi məkanlar su altında qalacaq. İstanbul 3 adaya bölünəcək. Təbii ki, bu, yaxın zamanda olmayacaq. Əgər hesabatda deyildiyi kimi davam edərsə, biz sonunda bununla qarşılaşacağıq. Yəni dünya xəritəsində ciddi dəyişikliklər baş verəcək. Dünyanın buzlaq, meşə, səhra olduğu ərazilər tamamilə dəyişəcək. Saxara səhrası dediyimiz ərazi 6 dərəcə şimala doğru sürüşəcək.  Bu dəyişiklik nəticəsində səhra olan ərazilərin bir qismi meşə olmağa başlayacaq. Məsələn, Türkiyənin şimalındakı Trabzon, Samsun, İstanbul  kimi əraziləri iqlim dəyişikliyi nəticəsində bu yüz ilin sonunda Antalya, Adana kimi iqlimə sahib olacaq. İqlim dəyişikliyi sürətlə bir mərhələyə qədəm qoyub. 10 ildə bir müşahidə edilən təbiət hadisələri  2 ildən bir  görülməyə başlanıb. Yanğınlar, sel daşqınları, fırtınalar və digər təbii fəlakətləri buna misal çəkmək olar.  Bir də görürsən ki, 6 ay olan quraqlıq mövsümü 2 ilədək davam edir”, - iqlimşünas alim deyib.

Ermənistan MN-nin anbarında yanğın

Ermənistanın Müdafiə Nazirliyinin anbarlarından birində yanğın baş verib.

“Qafqazinfo” ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın dünən axşam saatlarında nazirliyinin paytaxt İrəvanda yerləşən anbarlardan birində başlayıb.

Məlumata əsasən, hadisə yerinə Ermənistan FHN-nin 6 yanğınsöndürmə və xilasetmə qrupu göndərilib. Bildirilir, yanğın nəticəsində N saylı hərbi hissənin ərazisində təxminən 2,5 hektar ot örtüyü, 150 pəncərənin taxta çərçivələri və 15 şalban yanıb.

“Meşə yanğınlarının başvermə səbəbi kimi bütün ehtimallara diqqət yetirdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, meşə yanğınlarının başvermə səbəbi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bütün qurumlar yanğınların baş verdiyi yerlərdə araşdırmalar aparıblar: “Saxlanılanlar da var, həbs edilənlər də. Kəşfiyyat məlumatlarımız var. Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və təhlükəsizlik kəşfiyyatı tərəfindən verilən məlumatlar var. Onların arasında ailələri terror təşkilatına bağlı olan insanlar da var”.

Rusiyada şəhəri su basıb

Güclü yağışlar nəticəsində Rusiyanın Voloqda şəhərini su basıb. 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobillərin və avtobusların hərəkətində çətinlik yaranıb.

Məlumatda qeyd olunur ki, yayın əvvəlindən Rusiyanın bir neçə bölgəsi təbii fəlakət nəticəsində zərər görüb.

 

Amerikalı konqresmenlər Dövlət katibi Antoni Bilinkenə Türkiyə PUA-larının istehsalının dayandırılması və ixracının qadağan edilməsi tələbi ilə şikayət məktubu ünvanlayıb.

“Yol-xeber.az” “milliyet”ə istinadən xəbər verir ki, Dövlət katibinə ünvanlanan şikayət məktubunu 27 konqresmen imzalayıb. Məktubu imzalayan konqresmenlər Türkiyənin istehsal etdiyi PUA-lardan cidid narahatlıq keçirdiyindən onun istehsalının dayandırılması əks olunub. 

Məktubun mətnində Türkiyənin 2020-ci ilin sentyabrın 27-də  Azərbaycanın Qarabağda  işğalçı erməni qoşunlarını öz ərazilərindən təmizləmək üçün keçirilən hərbi əməliyyat zamanı PUA-lar verdiyi qeyd olunub. Məktubda həmçinin Türkiyə PUA-larının Suriyada PKK/YPG terrorçularına qarşı, Liviyada vətəndaş müharibəsi zamanı xüsusi rol oynadığı qeyd olunub.

Məktubda o da qeyd olunub ki, artıq Türkiyə PUA-larına dünyada çox böyük maraq var. Polşa, Pakistan kimi ölkələrə Türkiyədən PUA almaq üçün razılığa gəlib. Bu da ABŞ-ın maraqlarına uyğun deyil. Məktubu imzalayan konqresmenlər təkcə PUA-ların istehsalının dayandırılmasını yox, eyni zamanda ixracının da qarısının alınmasını istəyirlər. 

Artıq demək olar ki, yanğınlar nəzarət altındadır. Sabah yanğınlarla bağlı şad xəbərlər eşidəcəyik.

"Yol-xeber.az" xəbər verir ki, bu sözləri Muğladakı böhran mərkəzində keçirilən müşavirədən sonra jurnalistlərə açıqlama verən Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev deyib.

Nazir müavini qeyd edib: "Muğlada böhran mərkəzində keçirilən 3 saata yaxın müzakirə başa çatıb. Bu gün Köycəğiz və Bodrum ətrafında yanğınlar baş verib. Digər yanğınlar nəzarət altındadır. Artıq demək olar ki, Köycəğizdəki yanğın nəzarət altına alınıb".

General-leytenant avqustun 10-da olan son məlumatda bildirib ki, FHN-in 500-ə yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köycəğiz və İlanlı dağında xidmət aparıblar. Bu ərazidə 77-yə yaxın yanğınsöndürmə avtomobilləri xidməti işlər görüblər. Bizim əməkdaşlarımız Köycəğizdə yanğın ocağlarının soyudulması işlərini görüblər. Təsadüfən İlan dağı məntəqəsində yanğın başlayıb. Bizim orda 30-dan artıq avtomobilimiz və 150 nəfərə yaxın şəxsi heyətimiz var idi. Onların cəld müdaxiləsi nəticəsində yanğının böyük əraziyə yayılmasının qarşısı alınıb. Əgər yanğının söndürülməsində bir az yubanma olsaydı, bunun qarşısını almaq çox çətin olacaqdı".

E.Mirzəyev yanğının fəsadları barədə vurğulayıb:

"Gördüyünüz bu böhran mərkəzində yanğının vurduğu fəsadların aradan qaldırılması ilə bağlı müzakirələr aparılır. Burada kənd təsərrüfatına dəyən ziyan hesablanır. Muğlada əsasən arıçılıq və maldarlıqla məşğul olurlar. Bu ərazidə həmçinin evlərə dəyən ziyanlar hesablanacaq. Bundan əlavə olaraq şəhərdə və rayonda olan rabitə və kommunikasiya xətlərinə dəyən ziyanlarda hesablanır".

Türkiyə xalqının qardaşlığından danışan nazir müavini deyib:

"Hər birimizin gördüyü kimi bu şəhərlərdə və rayonlarda Azərbaycan yanğınsöndürənlərinə gözəl münasibət olub. Bu bizim üçün həmçinin bir təcrübə oldu. Biz daim Türkiyənin yanındayıq. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!"

Xəbər lenti