İngiltərədə koronavirusa qarşı vaksinasiya əleyhidarları BBC-nin Londondakı baş ofisinə hücum ediblər.

"Yol-xeber.az" xəbər verir ki, nümayişçilər yayım şirkətini koronavirusla bağlı informasiya siyasətinə görə ittiham ediblər.

Şəhərin Uayt Siti rayonundakı etirazlarda hələ ki, heç kimin xəsarət almadığı bildirilib.

Ermənistanın müdafiə naziri Arşak Karapetyan avqustun 10-da Rusiyaya səfərə gedib.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində S.Şoyqu və A.Karapetyan arasında görüş olacaq.

Ermənistan müdafiə nazirinin Rusiyanın başqa yüksək çinli hərbçiləri ilə də görüşü planlaşdırılıb.

Xatırladaq ki, iyulun 27-də Arşak Karapetyan Ermənistan müdafiə nazirinin birinci müavini kimi Moskvaya səfər etmişdi.

Qeyd edək ki, avqustun 9-da Kollektiv təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas İrəvanda Arşak Karapetyanla görüşüb.

Türkiyədə leysan yağışları müxtəlif bölgələrdə fəsadlar törədib.

"Yol-xeber.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünən axşam saatlarında Kahramanmaraşda başlayan yağış səbəbindən daşqın baş verib.

Məlumata əsasən, Türkören və Geçit adlı ərazilərdən keçən Söğütlü çayı daşıb.

Daşqın nəticəsində bəzi evləri, iş yerlərini və tövlələri su basıb. Daşqın baş verən ərazilərdə təhlükəsizliyi təmin etmək məqsədilə elektrik enerjisinin verilişi dayandırılıb. 

Həmçinin daşqın baş verən ərazilərdə həlak olan və xəsarət alan olmayıb. 

Kahramanmaraş ilə yanaşı Ordu da leysan yağışlarının təsirlərinə məruz qalıb.  Belə ki, Ordunun Ünye adlı bölgəsində 36 mənzilli bir bina təhlükə ilə üzləşib. 

Bildirilir ki, binanın ətrafında torpaq sürüşməsi baş verdiyindən və istinad divarına zərər dəydiyindən binanın sakinləri təxliyyə edilib və həmin əraziyə giriş məhdudlaşdırılıb. 

Bununla yanaşı, Tabakhane dərəsində suyun səviyyəsinin yüksəlməsi ilə bağlı lazımi tədbirlər görülüb. Dərənin üzərindəki körpü bağlanılıb və körpüdən həm piyadaların, həm də maşınların hərəkətinə qadağa qoyulub. 

Həmçinin iş yerlərinə dolan su iş yerləri sahibləri və bələdiyyə işçiləri tərəfindən boşaldılıb.

 

 

 

 
 
 

Türkiyədə Ağrıdan İzmir şəhərinə gedənsərnişin avtobusu qəzaya uğrayıb.

Yol-xeber.az Türkiyə mətbuatına istinadla sərnişin avtobusu Ankara-Uşak avtomagistralından keçərkən sürücü idarəetməni itirib.

Nəticədə avtobus dərəyə yuxarlanıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində avtobusdakı 47 sərnişindən 33-ü yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyədə Balıkesir və İzmir şəhərlərində də sərnişin avtobusları qəzaya uğramışdı. Hadisə nəticəsində ümumilikdə 21 nəfər həlak olmuşdu.

 

 
  •  

 

11 sentyabr terrorunun qurbanlarının ailələri ötən həftə ABŞ Prezidenti Co Baydenə müraciət edərək hücumla bağlı bəzi sənədlərin onlara təqdim edilməsini xahiş edib. Müraciət edən şəxslər əks halda Baydendən terror qurbanların 20-ci anma mərasiminə qatılmamasını istəyib.

Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ hökuməti Sudiyyə Ərəbistan hökumətinin hücumlardakı roluna dair sənədləri gizlətməkdə ittiham edilir.

Bayden açıqlamasında hökumətin qanuna uyğun şəkildə maksimum səviyyədə şəffaflığı təmin etməyə qərar verdiyini açıqlayıb. O, ABŞ ədliyyə nazirliyinin daha əvvəl gizli saxlanılan sənədləri qurbanların ailələri ilə paylaşmaqla bağlı təklifləri müsbət qarşıladığını bildirib.

Qeyd edək ki, 11 sentyabrda həlak olanların ailələrindən yüzlərlə şəxs hücumlada rolu olduğu ittihamı ilə Səudiyyə Ərəbistanı məhkəməyə vermişdi. Səudiyyə Ərəbistanı isə sözügedən iddiaları təkzib edir.

Xatırladaq ki, Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktları həyata keçirilib. Təxminən 3 min nəfər hücum nəticəsində həlak olub.

ABŞ-ın Əfqanıstan barışıq üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad radikal Taliban (Rusiyada qadağan edilmiş) üzvlərinin hücumlarına son qoymağa inandırmaq üçün Dohaya səfər edib.

Yol-xeber.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat yayılıb .

Xəlilzad Əfqanıstanda kəskin şəkildə pisləşən vəziyyətə bir sıra birgə beynəlxalq reaksiyaların formalaşdırılmasına kömək etməlidir.

Nazirlikdən verilən məlumata görə, üç gün ərzində Qətərin paytaxtında keçiriləcək görüşlərdə bölgə ölkələrinin və digər dövlətlərin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri zorakılıq səviyyəsinin azaldılması, atəşkəs təmin olunması və gücün köməyi ilə hakimiyyətə gələn hökumətin tanınmaması öhdəliyi götürülməlidir.

Talibanla danışıqların bu gün başlayacağı bildirilir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas avqustun 9 -da bazar günü Ermənistana işgüzar səfərə gəlib.

"Yol-xeber.az" xəbər verir ki, bu haqda məlumatı təşkilatın mətbuat katibi Vladimir Zainetdinov yayıb.

Onun sözlərinə görə, Zas İrəvanda ölkənin ən yüksək siyasi və hərbi rəhbərliyi ilə görüşlər keçirəcək.

Xüsusilə, iki gün ərzində belaruslu generalın baş nazir Nikol Paşinyan, xarici işlər naziri vəzifəsini icra edən Armen Qriqoryan və müdafiə naziri Arşak Karapetyanla görüşü planlaşdırılır. Görüşlər zamanı Stanislav Zas KTMT-nin məsuliyyət zonasında yaranmış vəziyyət, habelə Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasına hazırlıq barədə erməni tərəfini məlumatlandıracaq.

"Yalnız peyvənd insanı koronavirusun mutasiyalarından qoruya bilir".

"Yol-xeber.az" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Melita Vuynoviç "Rossiyskaya qazeta"ya açıqlamasında bildirib.

ÜST rəsmisi deyib ki, yüksək immunizasiya tədbirləri nəticəsində xəstəxanalarda, reanimasiya şöbələrində olan insanların sayı azalıb.

M.Vuynoviç əlavə edib ki, hazırda ÜST virusunun yayılması fonunda yeni infeksiya növlərini izlənilir: "İndi təşkilat "lambda" növünün "Delta" ştammını sıxışdırıb çıxardığını və nəticədə sonuncu "Alfa" növünün əvəz etdiyini müşahidə edir".

Qeyd edək ki, koronavirusun "lambda" variantı ilk dəfə 2020-ci ildə Peruda aşkarlanıb. Bu variant iyul ayı ərzində Cənubi və Şimali Amerikanın 30-dan çox ölkəsində yayılıb.

LDPR lideri iddia edib ki, Türkiyə İngiltərə kəşfiyyatı ilə birgə hərəkət edir və...

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski indi də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alıb. Avqustun 8-də “Rossiya-1” telekanalında yayımlanan “Solovyovla bazar axşamı” proqramın canlı efirində o dünyadakı vəziyyəti təhlil edərkən, Rusiyaya qarşı ciddi əks-təbliğat aparıldığını deyərək, İngiltərəyə və Türkiyəyə yönəlik ittihamlarla çıxış edib. 

LDPR lideri deyib ki, dünyada baş verən əsas hadisələrin arxasında İngiltərə və ingilis kəşfiyyatı dayanır. Onun sözlərinə görə, Qarabağdakı müharibəni də Türkiyə İngilətərənin dəstəyi ilə edib. LDPR lideri sərsəmləməsini davam etdirərək, Türkiyəni “İngilətərənin morionetkası” adlandırıb. O deyib ki, Türkiyə M6-nın(İngilis kəşfiyyatını) Rusiyaya qarşı oyununda yer alır, böyük “Turan ordusu” ideyası da İngiltərə kəşfiyyatı hazırlayıb ortaya atıb və “özünü sultan hesab edən” Ərdoğan da bu siyasəti aparır. Jironovski deyib ki, Ərdoğan hələ də gerçəkliyi qəbul edə bilmir və özünü Osmanlı imperiyasının sultanı kimi görür. 

LDPR lideri iddia edib ki, Azərbaycandan sonra Türkiyə ordusu Qırğızıstan, Qazaxıstan və Özbəkistanda hərbi cəhətdən möhkəmlənməyi hədəfləyib və ortaq hərbi güc yaratmaq niyyətindədirlər, hətta bu ölkələrin zabitləri Türkiyədə təlimlər keçirlər. Jirinovskiyə görə, Türkiyənin özünün ciddi “erməni, kürd, yunan və bolqar” problemləri var və parçalan bilər, “Turan” dövləti və ordusu ideyası isə alınmayacaq. 

Solovyov isə deyib ki, Aleksey Navalnın yaxın silahdaşı Lyubov Sobol bu gün Türkiyəyə qaçıb. Müzakirələrdə digər ekspertlər Lubov Sobolun guya Türkiyəyə sığnacağı ilə bağlı iddialara inandırıcı olmadığını və müxalifətçi xanımın ya Litvaya, ya da Gürcüstana gedə biləcəyini deyiblər.  

Solovyov avqustun 8-nin Gürcüstanla müharibənin 13-cü ilddönümü olduğunu yada salaraq “Rusiya nahaq dayandı sonadək getmək, gürcü xalqını Saakaşvili zülmündən qurtarmaq lazım idi” desə də, əslində Gürcüstanın bütün ərazilərinin işğalının zəruri olduğuna işarə edib. 

Yada salaq ki, bir neçə gün əvvəl LDPR lideri “Komsomolskaya Pravda” radiosunun müxbiri söhbət zamanı Azərbaycan və Ermənistan arasındakı mövcud vəziyyətlə bağlı Rusiya hərbçilərinin iki ölkənin sərhəddinə göndərilməsi ilə bağlı suallara cavab verib. Jirinovski Cənubi Qafqazının Rusiyanın təsir dairəsi olduğunu deyib və bildirib ki, həm də Rusiya Qafqaza müharibə ilə getmir, ermənilər xahiş edirlər.

LDPR lideri ABŞ prezidentinin Azərbaycanda iki həftəyə hakimiyyəti dəyişəcə biləcəyi kimi axmaq fikirlər işlədib. 

Avqustun 1-də isə Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub.

Jirinovskinin  Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli, təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq, etiraz çatdırılıb. (musavat.com)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp COVID-19-un laboratoriya mənşəli olmasından əminliyini bildirib.

"Yol-xeber.az" xəbər verir ki, o, bunu “Fox News” telekanalının efirində bəyan edib.

“Mən onu Çin virusu adlandırıram. Çünki məhz oradan yayılmağa başlayıb. O, laboratoriyada hazırlanıb”, - deyə Tramp qeyd edib.

Həmçinin, siyasətçi əlavə edib ki, “Twitter” koronavirusun süni mənşəyi barədə təkzibolunmaz faktları dərc edən bütün istifadəçiləri bloklayıb.

Xəbər lenti