Türkiyədə 3 zəlzələ qeydə alınıb.

Yol-xeber.az "Report"a stinadən məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata görə, yeraltı təkanların hər üçü Muğla əyalətinin Datça rayonunda qeydə alınıb. Birinci zəlzələ yerli vaxtla saat 22:57-də 4,2 bal gücündə baş verib. Zəlzələ ocağı 31,9 kilometr dərinlikdə yerləşib.

Bu yeraltı təkandan sonra saat 23:42-də 4,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb. AFAD-ın yaydığı məlumata görə, zəlzələ ocağı 22 kilometr dərinlikdə yerləşib.

Ən güclü zəlzələ saat 04:39-da 4,9 bal gücündə baş verib. Zəlzələ ocağı 16,3 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

“Bəşəriyyət real təhlükə dövrünə daxil olub və koronavirusla mübarizədə bir çox nailiyyətlər hazırda eroziyaya uğrayır”.

"Yol-xeber.az" “Report”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.

Onun sözlərinə görə, infeksiyaya yoluxanların sayında artıma səbəb sosial təmaslar, düzgün təşkil edilməyən ictimai siyasət tədbirləri və peyvəndin qeyri-bərabər paylanmasıdır.

O, koronavirusa qarşı peyvəndin 80 faizdən çoxunu yüksək və orta gəlirli ölkələrin əldə etdiyini xatırladıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 200 milyon nəfəri ötüb.

CNN telekanalında vaksin vurdurmayan 3 işçi işdən çıxarılıb.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə telekanalın jurnalisti Oliver Darsi bildirib.

O, CNN-nin prezidenti Ceff Sukerə istinadən qeyd edib ki, ötən həftə koronavirusa qarşı vaksin olunmadan ofisə gələn üç işçisi ilə müqaviləyə xitam verilib.

 Ceff Suker əməkdaşlarına bu mövzuda siyasətlərinin sıfır tolerantlıq üzərində qurulduğunuu açıq şəkildə bəyan edib.

Paşinyan İran prezidentinin inaqurasiya mərasimində protkol qaydalaırnı kobud şəkildə pozub.

Paşinyan inaqurasiya prosesində iştirak edən onlarla dövlətin rəsmiləri arasında yeganə xarici dövlət rəsmisi kimi hörmətsizlik nümayiş etdirib. O, inaqurasiya zamanı maskasını, tərcümə aparatını çıxararaq əlindəki telefona asılıb.

“Yol-xeber.az” xəbər verir ki, onun bu hərəkəti  hətta Ermənistanda ciddi etiraza səbəb olub.

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan Facebook səhifəsində Paşinyanın bu hərkətinə öz sərt etirazını bildirib: “Şərqdə hörmətsizliyin və pis davranışın bu cür açıq təzahürləri unudulmur və bağışlanmır”.

O qeyd edib ki, Paşinyanın İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimindəki davranışı bağışlanmaya bilər.

 

 
 
 

Türkiyənin Manisa əyalətinin Soma rayonunda avtobusla TIR-ın toqquşub. 

Yol-xeber.az xəbər verir ki, hadisə nəticəsində 9 nəfər ölüb, 30 nəfər yaralanıb.

Hadisə İstanbul-İzmir avtomobil yolunda baş verib.

Ermənistanda sabiq deputatı və siyasətçi Zaruhi Postancyanın ərinin avtomobili partladılıb.

“Yol-xeber.az” xəbər verir ki,  bu barədə “Hayeli. Am” məlumat yayıb. 

 Maşının ön hissəsi tama sıradan çıxıb. Hadisənin kim tərəfindən törədilməsi və səbəbi bəlli deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

 

 
  •  

 

Türkiyənin Muğla şəhərində Milas bölgəsindəki Kemerköy İstilik Elektrik Stansiyasına (İES) keçən yanğın səhərə yaxın sönüb.

Yol-xeber.az DHA-ya istinadla xəbər verir ki, İES işçiləri təxliyə edilib, yanan və partlayıcı maddələr ərazidən çıxarılıb. Bölgəyə giriş qadağan olunub.

Türkiyə prezident administrrasiyasının rabitə direktoru əsas qurğulara ziyan dəymədiyni açıqlayıb.

“Türkiyədə yanğın olmuş ərazilər turizmə açılmayacaq”.

http://yol-xeber.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanan ərazilərdə turizm məqsədilə tikinti aparılacağı iddialarından danışarkən deyib.

“Cənab Kamala (CHP sədri K.Kılıçdaroğlu) mənim verəcəyim bir cümləlik cavab var. Mən qətiyyən mədəniyyət və turizm nazirinə belə bir göstəriş verməmişəm. Meşələr yansın, biz buralarda beton yığını binalar tikək haşa. Həmişə şaquli memarlığa qarşı olduğumu söyləyən adamam. Qətiyyən belə bir şey yoxdur”.

Türkiyə Silahlı Qüvvələrinin komandanlıq eşolonun formalaşdırılacağı Ali Hərbi Şura toplantısı bu gün baş tutacaq.

Yol-xeber.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iclasda rütbə veriləcək və təqaüdə göndəriləcək generallar və admirallar müəyyənləşdiriləcək.
Yaş həddi ilə yanaşı gözləmə müddətini başa vurmayan baş qərargah rəisi Yaşar Gülərin vəzifəsinə davam edəcəyi ehtimal olunur.
İclasda həmçinin vəzifə müddətini və yaş həddini tamamlamış Quru Qüvvələrinin komandiri Ümit Dündarın və Hərbi Hava Qüvvələri komandiri Hasan Küçükakyüz və Dəniz Qüvvələrinin komandiri Adnan Özballa bağlı da qərar veriləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək müşavirədə prezidentin köməkçisi Fuad Oktay, müdafiə naziri Hulusi Akar, ədliyyə, daxili İşlər, xarici işlər, təhsil, xəzinə və maliyyə nazirləri, həmçinin baş qərargah rəisi və digər komandirlər iştirak edəcək.

Ali Hərbi Şurada qəbul olunacaq qərarlar R.T.Ərdoğan təsdiqlədikdən sonra qüvvəyə minəcək. 

Manavqat prokurorluğu Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində baş verən meşə yanğınları ilə bağlı araşdırma aparıb.

Yol-xeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırma zamanı təhlükəsizlik kamerası incələnib və toplanmılmış sübutlar əsasında 28 iyulda yanğını törətməkdə təqsirli bilinən 16 yaşlı C.Y. saxlanılıb.

Prokurorluqda 4 gün dindirilən C.Y ittihamları rədd etsə də, dəlillərə etiraz edə bilməyib.
Onun törətdiyi yanğın nəticəsində Manavqatın Kavaklı və Sarılar məhəllələrində, mebel sexində, bəzi evlərdə və meşəlik ərazilərin yanğdığı müəyyənləşdirilib.

Bu gün hakim qarşısına çıxarılan C.Y. qəsdən meşələri yandırmaq itihamı illə həbs olunub.
Bundan əlavə, Türkiyənin Denizli şəhərində baş verən meşə yanğınları ilə bağlı şəhər prokurorluğu araşdırma aparıb.

Araşdırma nəticəsində yanğını törətməkdə təqsirli bilinən H.E.B dindirilib. Hakim qarşısına çıxarılan şübhəli məhkənmənin qərarı ilə həbs edilib.

Faktla bağlı araşdırmalar davam edir.

Xəbər lenti