Məşhur “Microsoft” şirkətinin təsisçisi, dünyanın ən varlı şəxslərindən biri sayılan Bill Qeyts və həyat yoldaşı Melinda Qeytsin ayrılıqdan sonra 130 milyard dollarlıq sərvətin necə bölüşdürüldüyü məlum olub.

ABŞ mətbuatlı xəbər verir ki, cütlük 130 milyardlıq varidatı yarıya bölməyə qərar verib.

Məlumatlarda varidatın hansı formada bölünəcəyinin detalları açıqlanmayıb.
Xəbərdə həmçinin Melindanın  boşandıqdan sonra da Qeyts soyadını daşımağa davam edəcəyi, cütlüyün bərabər yaratdıqları Bill və Melinda Qeyts fondunda birgə işləyəcəyi vurğulanıb.

Qeyd edək ki, bu ilin mayında Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts 27 illik ailə həyatına ikitərəfli razılıq əsasında son qoyublar.

Cütlüyün ayrılmasına səbəb kimi B.Qeytsin həyat yoldaşına xəyanət etməsi  göstərilir.

Tuncelidə meşələrə giriş qadağan edildi

Türkiyənin Tunceli vilayətində yanğınların qarşısını almaq məqsədilə 30 gün şəhər mərkəzi ilə beş rayonda meşəlik sahələrə giriş-çıxışlar müvəqqəti olaraq yasaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tunceli Valiliyi məlumat yayıb.

Bildirilib ki, bölgədəki yüksək temperatur avqust ayında da artacaq, buna görə də gələcək günlərdə müşahidə olunması gözlənilən anomal hava şəraiti səbəbindən mövsümi və insani faktorlarla bağlı yanğınlar arta bilər.

Qadağa sentyabrın 1-dək qüvvədə olacaq.

Türkiyədə son 6 gündə 35 müxtəlif şəhərdə baş verən 129 yanğından 122-si nəzarət altına alınıb.

Yol-xeber.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyənin rabitə naziri Fəxrəddin Altun deyib. O hazırda, 7 nöqtədə davam edən yanğınların söndürülməsi üçün iş aparıldığını deyib.

Nazir həmçinin sosial şəbəkələrin Türkiyə seqmentində yanğınlarla bağlı yayılan səsyazmaların və digər məlumatların həqiqəti əks etdirmədiyini deyib və vətəndaşları bu cür informasiyalara etibar etməməyə çağırıb.

Avropa İttifaqı (Aİ) davam edən meşə yanğınlarının söndürülməsinə yardım etmək məqsədilə Türkiyəyə 3 yanğınsöndürən təyyarə göndərəcək.

Yol-xeber.az xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində Aİ-nin böhranların nizamlanması və humanitar yardım üzrə komissarı Yanez Lenarçiç yazıb.

"Yaxınlarını itirən Türkiyə xalqını və dəhşətli yanğınlarla mübarizə üçün əllərindən gələni edən cəsur xilasediciləri düşünürük. Əlavə yardım göstərməyə hazırıq", - o bildirib.

Qlobal iqlim dəyişikliyinin təsiri altındakı Qrenlandiyada bir gündə 8,5 milyard ton buzlaq əriyərək, okeana qarışıb.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə Danimarka hökuməti məlumat yayıb.

Əriyən buzlaq ABŞ-ın Florida ştatını 5 santimetr hündürlüyündə su ilə örtəcək qədər böyük həcmə malikdir.

Şərqi Qrenlandiyada isə bütün zamanların ən yüksək temperaturu qeydə alınıb – 19,8 dərəcə.

Ümumilikdə, iyun ayından indiyədək 100 milyard ton buzlaq əriyərək okeana qarışıb, bununla dəniz səviyyəsi yüksəlib.

ABŞ prezidenti Co Bayden qubernatorlarla onlayn görüşü zamanı köməkçisindən "Cənab, çənənizdə bir şey var" qeydi olan məktub alıb.

"Yol-xeber.az" xəbər verir ki, bununla bağlı kadrları "The New York Post" xəbər verib.

Məlumata görə, Ağ Evdən yayımlanan görüş zamanı Bayden köməkçisindən sözügedən məktubu alıb.

Jurnalistlər prezidentin səhər yeməyi üçün yumurta yediyi və üzündə kiçik bir parçası qaldığını ehtimal ediblər.

Kadrlardan görünür ki, mesajı oxuduqdan sonra prezident barmaqları ilə çənəsini silir. Məktubun mətni isə prezident həmin kağızın arxasına köməkçisinə cavab yazarkən görüntülənib.

Səlahiyyət müddəti başa çatmaqda olan İran prezidenti Həsən Ruhani hakimiyyəti dövründə onun rəhbərlik etdiyi hökumətin yalnış addımlarına görə xalqdan üzr istəyib.

TASS xəbər verir ki, bu barədə dövlət başçısı Nazirlər Kabinetinin növbəti iclası zamanı bildirib.

“Biz çalışırdıq ki, siyasətimizdə səhvlər və çatışmazlıqlar az olsun. Buna baxmayaraq, əgər belə hallar yenə də olubsa, buna görə İran xalqından üzr istəyirəm”, - deyə Ruhani bəyan edib.

Prezident qeyd edib ki, xalq həyat səviyyəsindən haqlı olaraq narazıdır, lakin dövlətin iqtisadi müharibə vəziyyyətində olduğunu anlamaq və əldə olunan nailiyyətlərə bu baxımdan yanaşmaq lazımdır.

Rusiya Türkiyədəki meşə yanğınlarının qarşısının alınması məqsədilə 5 İl-76 40 tonluq sututumlu yanğınsöndürən təyyarə və 3 ədəd Mi-8 vertolyotu göndərib.

“Bu barədə Türkiyə Prezidentinin administrasiyasının yaydığı xəbərdə deyilir.

Administrasiyadan verilən xəbərə görə, Ərdoğanla Putin arasında baş tutan telefon danışığında Türkiyə prezidenti Moskvaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

Bu gün günorta saatlarında Türkiyənin ən məşhur istirahət mərkəzlərindən biri olan Bodrumun mərkəzinə yaxın ərazidə meşə yanğının başlaması insanları vahiməyə salıb və insanlar həyəcan içindədir. Yanğın sürətlə şəhərin içərilərinə doğru yaxınlaşmaqdadır.

“Yol-xeber.az” xəbər verir ki, yanğını söndürmək üçün yanğınsöndürənlər, texika və helikopter cəlb edilib.

Bodrum Bələdiyyə sədri  Ahmet Aras  vətəndaşlara müracitə edərək hər hansı vacib iş olmadan küçəyə və yola çıxmamaq barədə çağırış edib.  İnsanlar isə yanğınan onlara daha yaxın məsafəyə çatdığından ciddi narahatçılıq keçirirlər. Polis artıq 5 ulduzlu 3 oteli  təhlükəsizlik məqsədi ilə təxliyyə edib. 

Fransa orta məktəblərdə də peyvənd sertifikatı tələb edəcək.

Xarici KİV xəbər verir ki, yeni qərara görə, aşağı və yuxarı siniflərdə oxuyan şagirdlər arasında yoluxma halları olarsa, peyvənd olunanlar məktəbdə təhsilə davam edəcək.

Əgər sinif otağında hər hansı bir şagird koronavirusa yoluxarsa, peyvənd olunmayan şagirdlər 7 gün distant formada təhsil alacaq.

Yeni qərar barədə danışan Fransanın təhsil naziri Jan Mişel Blanqer dəyişikliklərin yalnız 12 yaşdan yuxarı olanları əhatə etdiyini söyləyib.

Nazir məktəblərin yaxınlığında vaksinasiya məntəqələri qurulacağını da söyləyib.

Xəbər lenti