![]() |
|
Bu barədə qərb KİV-ləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi Regional Bürosuna istinadən məlumat yayıb.
Büron direktoru Əhməd əl-Mandxari bildirib ki, xəstəxanaya yerləşdirilən yeni xəstələrinin çoxu peyvənd edilməmiş insanlardır: "Hazırda bölgədə COVID-19-un dördüncü dalğasının şahidiyik".
"Delta" ştammı indi Mərakeşdən Pakistana qədər bölgənin 22 ölkəsində 15-də qeydə alınıb.
Türkiyənin Antalya vilayətinin Manavqat şəhərinin ərazisində meşə yanğınları törədən şəxslərin görüntüləri yayılıb.
Yol-xeber.az xəbər verir ki, görüntülər pilotsuz uçuş aparatı vasitəsi ilə təsbit edilib.
Videoda aydın görünür ki, iki nəfər meşə ərazisində quru otlara od vuraraq ərazidən sürətlə uzaqlaşırlar.
Hadisəni törədən şəxslərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə dünəndən başlayan, geniş yayılmış meşə yanğınları nəticəsində dörd nəfər ölüb, onlarla ev, iaşə obyektləri yararsız vəziyyətə düşüb.
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın KTMT-nin monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi ilə bağlı təklifi siyasi xarakter daşıyır.
“Yol-xeber.az” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB ilə işlər üzrə komitəsinin sədri Leonid Kalaşnikov deyib.
“Belə xarakterli təhlükəsizlik məsələləri daha çox sakitcə həll olunur. Mətbuatın da iştirak etdiyi açıq tədbrilərdəki açıqlamalar daha çox hökumət səviyyəsində, parlamentdə və ya başqa yerlərdə özünü təsdiq edib, iyasi xal qazanmaq lazım olduqda edilir”, - Kalaşnikov “interfax”a açıqlamasında deyib.
Kalaşnikov onu da bildirib ki, məsələ çox çətin və ciddidir: “Bu məsələ ilk növbədə üç lider arasında;- Putin, Əliyev və Paşinyan arasında həll edilməlidir. Əgər belə açıqlamalar ilk növbədə ictimaiyyət qarşısında həyata keçirilsə, demək buradan daha çox siyasət qoxusu gəlməyə başlayır”.
Kalaşnikov daha sonra deyib: “Allaha şükür ki, Ermənistanla Azərbaycan sərhədində atəşkəs rejimin pozulma faktı azdır və bunlar kiminsə oraya hücum etməsi nəticəsində deyil, ifaçının təsirindən baş verir”.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi bildirib.
"Prezident bu gün ştatları və regionları, həmçinin yerli hakimiyyət orqanlarını peyvənd stimulunu artırmaq, ictimaiyyəti və insanların həyatını qorumaq üçün əlavə təşviq olaraq hər yeni vaksin olunan amerikalı üçün 100 dollar ödənişi təmin etməyə çağırdı. Maliyyə Nazirliyi yerli hakimiyyət orqanlarına texniki yardım göstərməyə hazırdır", - deyə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.
ABŞ-da artıq 160 milyondan çox insan peyvənd edilib. Bu, ölkə əhalisinin yarısından cüzi sayda azdır.
"Bu işdə hamımız birik. Biz bir ürəyik. Bunu belə bilmək lazımdır”.
Bunu Türkiyənin müxalifət partiya CHP-nin başçısı Kamal Kılıçdaroğlu Marmarisdəki yanğınla əlaqədar olaraq deyib.
“Bu təxribatmı, dövlət bunu mütləq müəyyən edəcək. Meşələrimiz, həyatını itirən vətəndaşlarımız, işçilərimiz və meşələrdə yaşayan canlıların hesabı sorulacaq", - o bildirib.
Türkiyə mediası xəbər verir ki, Adana şəhərinin Kozan rayonunda yanğınlar qismən, Kütahya, Kilis və Muğlanın Köyceğiz rayonunda isə tamamən nəzarətə götürülüb.
Hazırda 9 müxtəlif şəhərdə davam edən yanğınların söndürülməsi üzrə işlər davam etdirilir.
Qeyd edək ki, meşə yanğınlarının davam etdiyi ərazilərin bəzilərində alovlar yaşayış məntəqələrinə yetişib. Həmin ərazilərdə yaşayan sakinlər təhlükəsiz yerlərə evakuasiya edilib.
"Ölkə.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Adana şəhərinin Kozan rayonunda yanğınlar qismən, Kütahya, Kilis və Muğlanın Köyceğiz rayonunda isə tamamən nəzarətə götürülüb.
Hazırda 9 müxtəlif şəhərdə davam edən yanğınların söndürülməsi üzrə işlər davam etdirilir.
Qeyd edək ki, meşə yanğınlarının davam etdiyi ərazilərin bəzilərində alovlar yaşayış məntəqələrinə yetişib. Həmin ərazilərdə yaşayan sakinlər təhlükəsiz yerlərə evakuasiya edilib.
Bu il Ermənistan ali məktəblərinə qəbul zamanı 15000 boş yer qalıb. Daha doğrusu abituriyent çatışmazlığı səbəbindən tələbə qəbulu planı dolmayıb.
Erməni təhsil ekspertləri hesab edir ki, təhsil sistemində yaranmış durum bir müddət də davam edərsə, bu, Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxaracaq.
“Yol-xeber.az” erməni mediasına istinadən xəbər verir ki, ali məktəblərə 15000 yerin boş qalması məsələsinə mövqeyini açıqlayan təhsil eksperti Atom Mxitaryanın sözlərinə görə, yaranmış durum təhsil sistemini uçuruma sürükləyir.
Qeyd edək ki, ötən il isə ali mətkəbərlərə 12500 yer boş qalıb, bu il isə bu rəqəm 15000-nə qalxıb.
Ekspert bunun bir səbəbini pandemiya dövründəki distan təhsillə, abituriyentlərin aşağı qiymət alması ilə izah edibsə, ikinci əsas səbəb kimi ermənilərin kütləvi şəkildə ölkəni tərk etməsi ilə izah edib: “Burada əsas səbəblərdən də biri sərhədlərin açılması nəticəsində emiqrasiyadır...
Artıq həddindən artıq kritik vəziyyət yaranıb".
Ermənistan əslində bütöv bir nəsil itirir, bu o deməkdir ki, onda düşünən insanlarımız olmayacaq.
Bu, təhsilin əsasını təşkil etdiyi üçün dövlətçiliyin itirilməsinə səbəb ola bilər”.
Ermənistan parlamentinin sədri Ararat Mirzoyan öz müşavirlərini istefaya göndərib.
“Qafqazinfo” xəbər verir ki, Mirzoyanın bu barədə imzaladığı sərəncam parlamentin rəsmi saytında paylaşılıb.
Sərəncama əsasən, Vaan Kostanyan və Suzan Avestisyan tutduqları vəzifədən azad ediliblər.
Ararat Mirzoyanın digər bir sərəncamı ilə Ermənistan parlamentinin Aparat rəhbəri Arnak Avetisyan və onun müavini Samvel Meliksetyan da istefaya göndərilib.
Bununla yanaşı, ölkə parlamentinin Aparat rəhbərinin müavini Anna Qriqoryan müvəqqəti olaraq Aparat rəhbərinin səlahiyyətlərini icra edəcək.
Həmçinin Ermənistan parlamentinin Aparatının Protokol şöbəsinin sədri Artak Ohanesyan və parlament sədrinin köməkçisi Aşxen Abramyan da vəzifələrindən azad edilib.
ABŞ-ın Alyaska ştatında yerli saatla 09:15-də 8.2 bal gücündə zəlzələ olub.
Xarici KİV xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdrımalar İdarəsi məlumat yayıb. Zəlzələnin Perrivill qəsəsbəsinin 91 km cənub-şərqində meydana gəldiyi bildirilib.
Zəlzələ nəticəsində insan itkisinin olub-olmaması ilə bağlı hər hansı məlumat verilməyib.
Təbii fəlakətdən dərhal sonra sunami xəbərdarlığı edilib.