Rusiyada tragikomik hadisə baş verib.

Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, Tuymazı şəhərində qadın sürücü mümkünsüz sayılacaq qəza törədib.

Belə ki, avtomobilini park etmək istəyən şəxs səkiyə çıxaraq hərəkət edən piyadanı vurub. O yolunu dəyişərək qaçıb canını qurtarmağa çalışsa da, maşın onun arxasınca gedib.

Görüntülərə əsasən, elə təəssürat yaranır ki, qadın sürücü qarşısındakı şəxsi təqib edir və onu vuraraq üstündən keçir. Lakin araşdırmalar nəticəsində məlum olub ki, sükan arxasında olan şəxs idarəetməni itirib.

Piyadanın xəstəxanaya yerləşdirildiyi bildirilir.

Koronavirus pandemiyasının dördüncü dalğası Fransanın bütün regionlarına yayılıb.

Bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal məlumat verib.

“Vəziyyət pisləşməyə davam edir. Pandemiyanın dördüncü dalğası Fransanın bütün ərazilərində müşahidə olunur”, - o deyib.

Almaniyanın Leverkuzen şəhərində, ölkənin ən böyük kimyəvi parklarından biri kimi tanınan Chempark şirkətinin zibil saxlama anbarında partlayış baş verib.

Xarici mediaya xəbər verir ki, müvafiq yerli dövlət qurumları bölgədəki evlərin və iş yerlərinin şüşələrinin, habelə qapılarının bağlı saxlanılması üçün vətəndaşlara çağırış edilib.

Partlayış nəticəsində qurbanların olub-olmaması barədə hələ bir məlumat verilmir.

Alman mətbuatı partlayışın obyektin yanacaq çənlərinin yerləşdiyi ərazidə baş verdiyini yazıb.

Leverkuzenin yanğınsöndürmə xidməti də smartfon istifadəçilərinə "yüksək təhlükə" xəbərdarlığı göndərdi.

 

 
  •  

 

 
 
ABŞ-da atışmada 430 nəfər ölüb 

ABŞ-da atışma hadisələri nəticəsində rekord səviyyədə ölənlər qeydə alınıb.


ABC telekanalı xəbər verir ki, bu barədə Gun Violence Archive tədqiqat təşkilatının yaydığı sənəddə qeyd olunub. Sənəddə qeyd olunub ki, son 7 gün ərzində ölkə ərazisində 915 odlu silahdan istifadə etmə ilə bağlı atışma faktı qeydə alınıb. Odlu silahdan istifadə zmanaı ən azı 430 nəfər ölüb, mindən artıq insan isə müxtəlif dərəcəli xəsarət alıb. Sənəd də o da bildirilir ki, ABŞ-da atışma hadisələrindən ölən və yaralılanlaırn sayı hər ay artmaqdadır. Tə.kilatın hesabatında oda qeyd olunub ki, 2020-ci ildə ABŞ-da baş verən atışmalar nəticəsində 43 min nəfərdən artıq insan həyatını itirib. 2021-ci ilin ötən 6 ayında isə odlu silahdan istifadə hadisəsi nəticəsində 24 min nəfər ölüb.

ABC telekanalının dəyərləndirməsinə görə, qarşıdakı müddətdə belə faktlaırn sayı daha da çoxalacaq.

İnsanların odlu silahdan istifadə etməklə öldürülmə hadisəsinin qarşısının alınması məqsədi ilə Nyu-Yorkun qubernatoru Endryu Kuoma tərəfindən 2021-ci ilin iyulun əvvəlindən etibarən ştatda fövqəladə vəziyyət tətbiq edilib. Onun sözlərinə görə, fövqəladə vəziyyətin elan edilməsi, dövlət orqanlarına bu cinayətlərə hərtərəfli diqqət yetirməyə və bütün lazımi resurslardan istifadə etməyə imkan verəcəkdir.

Afrikanın cənubunda  rekord səviyyədə anomal şaxtalar qeydə alınmaqdadır.

 “Yol-xeber.az” xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının (CAR) metereoloji xidmətinin rəsmi Twitter səhifəsində qeyd edilib  Məlumatda qeyd olunur ki, CAR-ın bir sıra şəhərlərində qar yağmaqda davam edir və yolları buz bağlayıb. Yolların buz bağalması səbəbindən yollar bağlanıb. İyulun 24-də CAR-ın 19 rayonun da tarixi rekord həddə şaxta qeydə alınıb.  Kimberli şəhərində və ona yaxın əyalətlərdə  9,9 dərəcə şaxta qeydə alınıb. Afrikanın cənubuna şaxtalar Antraktidadan gəlib. Qarşıdakı bir həftə ərzində soyuq havaların davam etməsi gözlənilir.
Yaponiya Rusiyaya qarşı yeni ərazi iddiaları ilə çıxış edib.

URA.RU Yaponiyanın “Qütb tədqiqatları Milli İnstitutuna” (NIPR) istinadən xəbər verir ki, iddialar Qərbi Antarktida bölgəsinə aiddir.

Belə ki, 1911-12 illərdə yaponlar bu ərazilərdə antarktik ekspedisiya təşkil ediblər və buna görə mövcud “Russkaya” stansiyasının fəaliyyətini qeyri-qanuni hesab edirlər.

Rusiya isə öz növbəsində Antarktida qitəsində Meri Berd sahillərinin hələ 1820-ci ildə rusiyalı admirallar Bellinqsqauzen və Lazarev tərəfindən açıldığını bildirir.

Xatırladaq ki, Yaponiya və Rusiya arasında Cənubi Kuril adaları ətrafında ərazi münaqişəsi mövcuddur. Bu səbəbdən iki ölkə arasında II Dünya Müharibəsindən sonra sülh müqaviləsi hələ də imzalanmayıb.  

İtaliyada restoranlar və bir sıra ictimai yerləri ziyarət etmək üçün tələb olunan COVID sertifikatlarının tətbiqinə qarşı etiraz aksiyaları keçirilib, aksiyalarda bir neçə min nəfər iştirak edib.

"Bu barədə “Republica” qəzeti yazıb.

Qəzetin hesablamalarına görə, ən çox aksiya iştirakçısı Romada olub, burada keçirilən aksiyada 3 minə qədər insan toplaşıb.

Milandakı yürüşdə təxminən min nəfər iştirak edib. Ümumilikdə oxşar aksiyalar İtaliyanın 80-dən çox şəhərində qeydə alınıb. Təşəbbüs ümumi təşkil edilməyib, etiraz aksiyalarına çağırış hökumətin məcburi qaydada muzeylər də daxil olmaqla bir sıra dövlət qurumlarını, mədəniyyət müəssisələrini, idman tədbirlərini, eyni zamanda restoranları, idman zallarını, hovuzları ziyarət etmək üçün COVID sertifikatlarının (peyvənd sertifikatları, əvvəlki xəstəlik, mənfi koronavirus testinin nəticəsi) tətbiqinə başlamasından sonra sosial şəbəkələr vasitəsilə edilib. Sənədi “köləlik şəhadətnaməsi” adlandıran etirazçılar arasında peyvənd əleyhdarları ilə yanaşı ultra-sağçı qüvvələrin nümayəndələri də olub. Müxtəlif şəhərlərdə polislə gərgin anlar yaşansa da, ciddi qarşıdurma qeydə alınmayıb.

“Qarşıdakı aylarda koronavirusun “Delta” ştammı dominantlığını qoruyub saxlayacaq”.

Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi ilə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə yayımladığı məlumatda bildirilib.

“Mövcud tendensiyalara əsaslanaraq, “Delta” variantı yaxın aylarda dünyada hökm sürən gərginlik yaradacaq. Artıq demək olar ki, bu, bütün Avropa ölkələri üçün də müəyyənləşdirilib”, - məlumatda vurğulanıb.

Hesabatda həmçinin qeyd edilib ki, daha rəqabətli virus ortaya çıxmasa, “Delta” digər ştamlardan daha çox yayılmağa davam edəcək.

“İŞİD terrorçularının fəaliyyət dairəsi içərisində, xüsusilə Əfqanıstanın şimalında  2017-ci ildən bu vaxta qədər qeydə alınan işarəsiz helikopter uçuşları ilə bağlı suallarımız oldu”.

Bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Əfqan mənbələrinə görə, avianəqliyyat vasitələri ilə İŞİD qruplaşmalarına canlı qüvvə, silah-sursat daşınıb, döyüş zonalarından ölü və yaralı terrorçular çıxarılıb” – Zaxarova söyləyib.

XİN sözçüsü bir neçə dəfə səsləndirilən bu məlumatların beynəlxalq təşkilatların diqqətini çəkməsi gərəkdiyini bildirib:

“Əfqanıstan hava sahəsinə tamamilə nəzarət edən  ABŞ və NATO qüvvələrinin məlumatı olmadan bu cür fəaliyyətlər reallaşdırıla bilməzdi. İŞİD-lə qarşıdurmaya girən Taliban mövqelərinə qarşı ABŞ  Hərbi Hava Qüvvələrinin atışları qeydə alınıb. Bu məlumatların ABŞ-la İŞİD terrorçuları arasında əməkdaşlıq olduğunu demək üçün kifayət etdiyinə inanırıq”.

“Taliban” hərəkatı Türkiyə qoşunlarının Əfqanıstana daxil olmasına izn verməyəcəyini bəyan edib.

"Bunu “RİA Novosti”yə açıqlmasında hərəkatın rəsmi nümayəndəsi Zəbiulla Mücahid bildirib.

“Biz artıq Türkiyənin mövqeyini rədd etmişik. ABŞ-ın Əfqanıstanı tərk etməsindən sonra heç bir xarici ölkə və ya qüvvəyə hər hansı bir bəhanə ilə ölkəmizdə qalmağa icazə verməyəcəyik. Biz Türkiyənin qərarının əleyhinəyik. Əgər hər hansı bir qərar danışıqlar prosesinə müsbət təsir edəcəksə və Əfqanıstandakı vəziyyəti yaxşılaşdıracaqsa, biz bunu alqışlayırıq. Lakin biz Əfqanıstanda qalmağa icazə verməyəcəyik”, - deyə Mücahid qeyd edib.

Xəbər lenti