Ukrayna Türkiyədən ilk Bayraktar TB2 PUA-nı aldı.

“Bu barədə Ukrayna Müdafiə naziri Andrey Taran məlumat verib.

O bildirib ki, bu Ukrayna Hərbi Dəniz Qüvvələrinin birinci hücum PUA-dır. 

Hazırda PUA-nın ordu sıralırna qəbul edilməsi üçün  yerləşəcəyi bazada son qəbul testləri həyata keçirilir.

“Bayraktar TB2 pilotsuz təyyarələri sayəsində Dəniz Qüvvələri Qara və Azov dənizlərinin sahillərinin və sularının əhatə dairəsini effektiv meşahidə altınmda saxlaya biləcək, yüksək dəqiqlikli silahlarla düşmən su səthindəki və yerdəki hədəflərini məhv etmək qabiliyyətinə sahib olacaqdır”- ukraynalı nazir deyib.

Almaniyada daşqın qurbanlarının sayı artdı

Almaniyanın qərbində daşqın qurbanlarının sayı 80-ə çatıb.

Bu barədə “Qafqazinfo” “Bild” qəzetinə istinadən xəbər verir.

Təbii fəlakət nəticəsində Şimali Reyn – Vestfaliya federal torpağında azı 30 nəfər, Reynland – Pfaltsdə isə azı 50 nəfər həyatını itirib.

“Biz qurbanların sayının artmasından qorxuruq”, - hüquq-mühafizə orqanlarında bildiriblər.

Donbas vilayətinin Nyu York qəsəbəsində Ukrayna ordu qüvvələri ilə separatçılar arasında silahlı atışma yaşanıb.

Bu barədə qondarma “Donetsk respublikası” məlumat yayıb.

Atışma nəticəsində evlərə və bir sıra digər obyektlərə ziyan dəyib.

Xəsarət alan, yaxud ölənlərlə bağlı hər hansı məlumat yoxdur.

Taliban müəyyən şərtlər daxilində 3 aylıq atəşkəsə hazır olduğunu bəyan edib.

RİA-Novosti xəbər verir ki. Taliban 7 min məhbusun azad olunacağı və onların BMT-nin “qara siyahı”sından çıxarılacağı  təqdirdə 3 aylıq atəşkəs rejiminə əməl etməyə hazırdırlar. 

Taliban bunu Əfqanıstan hakimiyyətinin nümayəndəsi Nder Naderi ilə görüşdən sonra  bəyan edib.

Almaniyada şiddətli yağışlar selə səbəb olub.

Xarici KİV xəbər verir ki, sel nəticəsində 6 bina çöküb. Alman mətbuatı təbii fəlakət nəticəsində 30 nəfərin itkin düşdüyünü yazıb.

Şuld bay Adinau bölgəsində təxminən 25 ev uçmaq təhlükəsi ilə üz-üzləşib.

Faktla bağlı hələlik rəsmi açıqlama verilməyib.

 

 
  •  

 

Özlem Türeci ve Uğur Şahin koronavirus peyvəndi ilə bütün dünyaya ümid oldu. Türeci və Şahin indi isə yaratdıqları xərçəng dərmanı ilə gündəmdədirlər. "BioNTech" tərəfindən yaradılan mRNA bazalı, 'BNT111' adlı xərçəng dərmanı ilk dəfə xəstə üzərində sınaqlarına başlanılıb.

"Şirkət BNT111 adlı yeni xərçəng dərmanının ilkin sınaqlarının uğurlu olduğunu açıqlayıb. mRNA texnologiyası ilə yaradılan yeni xərçəng dərmanının monoklonal antitel dərmanı olduğu deyilən 'Libtayo' ilə qarışdırılıb. Bu dərman müalicəsi indiyə qədər mümkün olmayan dəri xərçənginin sağalmasında istifadə ediləcək.

Türeci və Şahin daha əvvəl dəri xərçəngi dərmanının 2023-cü ildə bazarda olacağını bildirmişdi. Dərman ilk etapda 120 nəfər üzərində sınanılacaq.

Dərmanın yaradıcıları uzun müddətdir bunun üzərində çalışdıqlarını, lakin araya koronovirusun girdiyini qeyd ediblər:

"Xərçəngə qarşı mübarizədə üzərində çalışdığımız nRNA texnologiyasını koronavirus vaksinində də tətbiq etdik. mRNA korona peyvəndinin yaradılmasında çox böyük kömək oldu. Xərçəngə qarşı peyvəndlərə inandıq. Başlanğıcda araşdırma üçün lazım olan maddi imkan yox idi. İndi isə korona vaksini sataraq bu gücə çatmış olduq". /medicina.az

Koronavirusdan ən çox əziyyət çəkən ölkələrdən olan Hindistanda gündəlik koronavirusa yoluxma sayı 16 martdan bəri ən aşağı səviyyəyə enib.

“Xarici KİV xəbər verir ki, bu barədə Hindistan Səhiyyə nazirliyi məlumat yayıb.

Belə ki, Hindistanda son 24 saatda 32 906 yeni yoluxma qeydə alınıb, 2020 nəfər ölüb. Aktiv xəstə sayı isə 432 778 nəfər təşkil edir.
Koronavirusdan sağalanların sayı 2 aydır yeni yoluxanların sayından çoxdur.

Xatırladaq ki, Hindistanda koronavirusdan sağalma 97.2%-ə bərabərdir. Bu ölkədə ümumilikdə yoluxanların sayı 30 907 282, sağalanların sayı 30 630 720 nəfərdir. 1.4 milyard əhalisi olan Hindistanda bu vaxta qədər 381 milyon doza peyvənd vurulub.

Onu da qeyd edək ki, Hindistan ən çox yoluxma olan 2-ci, ən çox ölüm olan 3-cü ölkədir.

Rusiyada “Azaliya” hotelində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Yol-xeber.az” Rusiya mediasına istinadən xəbər verir ki, iyulun 13-də səhər saatlarında Krasnodar diyarının Gəlincik şəhərində “Azaliya” hotelində məişət qazı partlayışa səbəb olub.

Partlayış nəticəsində hotelə ciddi ziyan dəyib. Güclü yanğınla müşayiət olunan partlayış insan tələfatı ilə nəticələnib.

Hadisə zamanı bir nəfərin öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir. Hotel yaxınlığında dayanan avtomobillər də əzilib.

İlkin versiyaya əsasən, partlayış binanın birinci mərtəbəsində yerləşən mağazada qaz sızma nəticəsində baş verib. Belə ki, marketə daxil olan şəxs işıqları yandırdıqdan sonra hadisə yaşanıb.

İraqın cənubundakı Əl-Nasiriyah şəhərində koronavirus xəstələri üçün ayrılan otaqlardan birində yanğın hadisəsi baş verib.

Yol-xeber.az xəbər verir ki, hadisə nəticəsində 35 nəfər həyatını itirib.

Bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, aprel ayında Bağdaddakı xəstəxanalardan birində yanğın nəticəsində 82 nəfər ölüb, 110 nəfər yaralanıb. Yanğının səbəbi oksigen balonunun partlaması olub.

Faciədən sonra Səhiyyə Nazirliyinin rəhbəri və Bağdad valisi vəzifəsindən azad edilib.

Dünyada koronavirusa yoluxma ilə bağlı qeydə alınmış halların sayı 188 030 790 təşkil edir.

“Yol-xeber.az” pandemiyanın online statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, bu günə olan məlumata əsasən, infeksiya səbəbindən ölənlərin sayı 4 055 269 nəfərə, sağalanların sayı isə 171 974 597 nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Burada koronavirusa yoluxanların sayı 34 761 490 nəfəri keçib, 623 011 pasiyent infeksiya səbəbindən həyatını itirib, 29,2 milyondan çox xəstə isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 30,9 milyon nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 409 287 pasiyent vəfat edib, sağalanların sayı isə 30 052 461 nəfərə çatıb.

Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Burada pandemiya dövrü ərzində 19,1 milyon nəfər virusa yoluxub, onlardan 534 311-i vəfat edib, sağalanların sayı 17,6 milyon nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti