Avropa ölkələrinin Belarusiya, Rusiya və Çinə qarşı hibrid hücumları üçüncü dünya müharibəsinə səbəb ola bilər.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Sky News Arabia-ya verdiyi müsahibəsində dilə gətirdi .

Onun sözlərinə görə, Qərb ölkələrinin Belarusiyanın daxili işlərinə müdaxiləsi, dövlət çevrilişi təşəbbüsləri, habelə belaruslara yönəlmiş informasiya təbliğatı nəticədə qlobal qarşıdurmaya səbəb olacaq.

Lukaşenko əlavə edib ki, Avropa ölkələri tərəfindən başladılan müharibənin əsas iştirakçıları Belarusiya, Rusiya və Çin olacaqlar.

Son 6 ayda  Ermənistanı 138 min nəfər tərk edir ki, onun da 80 mini birdəfəlik ölkədən gedib.
“Bunu politoloq Qrant

Mikaelyan“news.am” müsahibəsində deyib.
 Onun sözlərinə görə, hazırda Rusiyada 2 milyona yaxın erməni yaşayır. “Çünki 2010-cu ilin siyahıya alınmasında Rusiyada  1milyon 182min erməninin yaşadığı  qeydə alınmışdı.  Onların böyük bir qismi Rusiya vətəndaşlığını qəbul edib. Ona görə də bu hesablamaya görə deyə bilərik ki, bu gün Rusiyada Ermənistandakından çox erməni yaşayır”- politoloq qeyd edib.

O əlavə edib ki, ilin birinci yarısında 138 min insanın Ermənistanı tərk etməsi çox ciddi rəqəmdir: “Çünki onların 80 mini geri dönməyəcək. Bu isə 6 ay üçün çox böyük rəqəmdir”.
 

Politoloq onu da əlavə edib ki,  mühaeribədə məğlubiyyət nəinki Rusiyada, ümumiyyətlə dünyada ermənilərin nüfuzuna ciddi zərbə vurub.

ABŞ-ın Tennessi ştatında kuryoz hadisə baş verib.

“Yol-xeber.az” “The Sun”a istinadla xəbər verir ki, ştatın Qatlinburq kurort şəhərində dostları ilə dincəlməyə gedən Cozef Diil qeyri-adi hadisə ilə üzləşib. Meşəyə gəzməyə gedən vətəndaş qayıtdıqda avtomobilində ayı olduğunu görüb. O qorxaraq, qapını açdıqdan sonra ayı maşından düşüb.

Cozef ayını qorxutmaq üçün bərk qışqırıb və əlinə keçənləri ayıya tərəf atıb.

C.Dil ayının maşınına xeyli zərər vurduğunu bildirib. 

Çin ÜST-lə əməkdaşlıqdan imtina etdi

Çin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq etməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bunu Çinin Səhiyyə məsələləri üzrə Milli Komitəsinin rəhbərinin müavini Çzen İsin açıqlayıb.

O bildirib ki, Çin ÜST-nin COVID-19 infeksiyasının mənşəyi haqqında araşdırmanın ikinci mərhələsi ilə bağlı təklif etdiyi plana riayət etməyəcək.

Qeyd edək ki, keçən həftə ÜST rəhbəri Tedros Adhanom Qebreyesus bildirib ki, koronavirusun Çində laboratoriyadan sızma nəticəsində yayıldığını istisna etmək hələ tezdir və Çini açıq əməkdaşlıq etməyə çağırıb.

O, həmçinin qeyd edib ki, ÜST Uhanda koronavirusa ilk yoluxma hallarının aşkar olunduğu əraziyə yaxın məsafədə yerləşən laboratoriyalarda da yoxlanış həyata keçirməyi planlaşdırır.

Uhan şəhərinin Milli Biotəhlükəsizlik Laboratoriyasının direktoru Yuan Çjimin isə öz növbəsində bildirib ki, koronavirusun laboratoriyadan sızması ilə bağlı sübutlar yoxdur. O vurğulayıb ki, Uhan laboratoriyası heç vaxt COVID-19 virusu yaratmayıb və sızıntıya yol verməyib.

Xatırladaq ki, “The Wall Street Journal” qəzetinin ABŞ kəşfiyyatının məxfi hesbatına istinadən yaydığı məlumatda deyilirdi ki, Uhanda Virusologiya İnstitutunun üç alimi 2019-cu ilin noyabr ayında ağır xəstələnib. Onlar bu zaman COVID-19-a bənzəyən simptomlarla xəstəxanaya yerləşdirilib.

Qəzetin məlumatına görə, alimlər hələ koronavirus infeksiyası barədə məlumatlar yayılmazdan əvvəl xəstələniblər. Bildirilir ki, bu hadisə koronavirus infeksiyasının süni şəkildə bilərəkdən yaradıldığını düşünməyə əsas verir.

Səudiyyə Ərəbistanında qadınlarla bağlı yeni qərar qüvvəyə minib.

“Xarici KİV xəbər verir ki, qərara görə, bu il ilk dəfə ailələrindən ya da qohumlarından hər hansı bir kişi sudiyyəli qadınları müşayiət etmədən Həc ibadətlərini yerinə yetirmələrinə icazə verilir.

Amma həmin qərarda qadınlarla bağlı əlavə şərt qoyulub. Belə ki, səudiyyəli qadınların Həc ziyarətinə tək yox, qrup şəklində getməsi mütləqdir.

Qeyd edək ki, pandemiyaya görə bu il Həc ziyarətinə yalnız Səudiyyə Ərəbistanda ölkə daxilindəki şəxslərin getməsinə icazə verilib. Məlumata görə, Həc ziyarətinə yollanan səudiyyəlilərin 40 faizi qadındır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanındas bu vaxta qədər qadınlarla bğalı bir çox qadağalar var idi. Son illərdə qadınlara avtomobil sürmək, efirdə diktorun qadın olması kimi bəzi qadağalar aradan qaldırılıb.

Ermənistan Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan 20 deputatlığa namizəd öz namizədliyini geri götürmək barədə müraciət edib.

“Yol-xeber.az” “news.am”-a istinadən xəbər verir ki, bu barədə Smbatyan öz Facebook səhifəsində yazıb. MSK katibi qeyd edib ki, iyulun 20-si saat 18:00-dək  20 deputatlığa namizəd öz mandatından imtina edib.

Bunlar “Vətəndaş müqaviləsi” partiyasından olan Lilit Makunç, Suren  Papikyan, Araik Arutyunyan, Nikol Paşinyan, Anait Avanesyan, Romans Petrosyan, Ovanes Arutyunyan, Akop Simidyan, Qnel Sanosyan, Ambarçum Matevosyan, Diana Qasparyan, David Gevorqyan,  Narek Mkrtçyan, Aram Xaçatryan, Ararat Mirzoyan, Armen Pambuxçyandır. Bundan əlavə, “Ermənistan” blokundan olan Robert Köçəryan və Mariana Epremyan da deputat mandatından imtina edib.

Türkiyənin aerokosmik sənaye qurumu olan "Baykar" yeni döyüş təyyarəsi istehsal edir.

Qurumun rəhbəri Selçuk Bayraktar bu barədə məlumat verib.

"Yeni təyyarənin sürəti səs sürətinə yaxın olacaq. Növbəti layihəmizi supersonik qabiliyyətə malik formada istehsal edəcəyik. Pilotsuz hücum təyyarə sistemi layihəmizin konseptual dizayn görüntülərini ilk dəfə paylaşırıq", o bildirib.

Qurum rəhbərinin sözlərinə görə, ilk uçuş 2023-cü ildə həyata keçiriləcək.

 

 

 

 
 
 
Səudiyyə Ərəbistanı Həcc ziyarətində olan zəvvarların təhlükəsizliyini təmin etmək və onları istiqamətləndirmək üçün 2 robotun istifadəyə verildiyini açıqlayıb.

"Yol-xeber.az" xəbər verir ki, 3G texnologiyası ilə işləyən, ekranı, kamerası və mikrofonu olan "şəxsi robot" zəvvarlar arasında gəzmək, onları yönləndirmək və suallarını cavablandırmaq qabiliyyətinə malikdir.

"Təhlükəsizlik robotu"nun temperaturu ölçəcəyi, insanların maska taxmasına nəzarət edəcəyi və ərazidə davamlı dezinfeksiya işləri aparacağı qeyd edilib.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi iyunun 12-də xaricdən heç kəsin Həcc ziyarətinə qəbul olunmayacağını, ancaq ölkə daxilində xroniki xəstəlikləri olmayan, 18-65 yaş arasında olan 60 min şəxs üçün icazə veriləcəyini açıqlayıb.

Qeyd edək ki, COVID-19 səbəbindən Səudiyyə Ərəbistanı ötən il yalnız ölkə daxilindən məhdud sayda zəvvar qəbul edib. 

Almaniyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti məlumat yayıb.

Məlumata əsasən, Anhalt-Bitterfeld bölgəsində (Saksoniya-Anhalt federal torpağı) baş verən hadisə nəticəsində üç nəfər ölüb. Ölənlər arasında pilotla yanaşı 14 və 17 yaşlarında olan iki yeniyetmə olub. Digər yaralı sərnişin xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri hələ ki məlum deyil.

Fransa prezidenti Emmanuel Makron Fransa tarixində ilk dəfə ölkənin cənubundakı Pireneler bölgəsində Lurdes şəhərindəki ibadətxananı ziyarət edib.

“Yol-xeber.az” xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin ən böyük xristian həc mərkəzi olan  ibadətxanadada toplaşanlardan biri Makrona sərt reaksiya verib.

“Özündən utanmalısan. Bu bir qalmaqaldır, sən ateistsən, ibtidai ateist. Burada olmağa haqqın yoxdur”, - deyə o söyləyib.

Mühafizəçilərin dərhal müdaxilə etdiyi şəxs saxlanılıb. O, saxlanılarkən ibadətxanadakılardan birini yaraladığı ittihamı ilə həbs edilib.

Qeyd edək ki, bundan əvvəl yerli əhali ilə görüşərkən kütlədən bir şəxs Makrona etiraz edərək onun üzünə şillə vurmuşdu.

 

 

Xəbər lenti