ABŞ Rusiya və Çinin ABŞ dollarından imtina etmək planlarından qorxmur.

Yol-xeber.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel deyib .

O, Konqresdə çıxışı zamanı dolların dünya səviyyəsində bir ehtiyat valyutası olduğunu və rəqibsizliyinə diqqət çəkib.

19 iyun tarixində Analitik Kredit Reytinq Agentliyinin rəhbəri Mixail Suxov Rusiyanın ticarət hesablaşmalarında dollardan tamamilə imtinanın mümkünsüzlüyünü izah etdi. Onun sözlərinə görə, ABŞ valyutasından tamamilə imtina etmək mümkün deyil, çünki əsas ixrac mallarından biri - neft - dollarla tənzimlənir.


Avropadakı vəziyyət partlayış həddindədir və gərginliyi azaltmaq üçün qərarlar tələb edir. 

“Tass xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu  beynəlxalq təhlükəsizlik üzrə Moskva konfransında  deyib.

“Ümumiyyətlə, Avropadakı vəziyyət partlayış həddindədir  və bu, gərginliyi aaradan qaldırmaq üçün konkret addımlarən atılmasını tələb edir. Rusiya tərəfi bu istiqamətdə bir sıra tədbirlər təklif edib. Məsələn, təlim məşq zonalarının təmas xəttindən geri çəkilməsindən bəhs olunub”- Şoyqu deyib.

 Şoyqu onu da əlavə edib ki. Bəzi Avropa ölkələri Rusiya ilə münasibətlərin gərginləşməsində  və münaqişənin yaranmasında maraqlıdır. O Ukraynanın  NOTO-nun Brüssel  sammiti ərəfəsindəki fəaliyyətini  Donbasda  növbəti bir böhrana səbəb olduğunu dilə gətirib.
Şoyqu bildirib ki, Avropada  hərbi qarşıdurmanın güclənməsi istiqamətində tendensiyası artmaqdadır. “Şimali Atlantika bloku  Rusiya və Belarus sərhədi istiqamətində genişlənməyə cəhd edir.

Şimali Atlantik bloku yüksək hazırlıq vəziyyətində olun hərbi  qruplaşmaların sayını MDB, Rusiya və Belarus sərhəddində artırır”- rusiyalı nazir deyib.

İranın qərbindəki Xoy şəhərində 4.2 bal gücündə zəlzələ baş verib.

 “Sputnik xəbər verir ki, zəlzələ yerli saatla 01:43-də qeydə alınıb.
Zəlzələ ocağının yerin 5.24 km dərinliyində olduğu bildirilib.

Zəlzələ mərkəzinin Türkiyənin Van şəhərinin Özalp mahalından 35 km məsafədə olduğu müəyyənləşdirilib.

Almaniya qaçqınlarla bağlı məsələlərdə Türkiyə ilə razılaşmanın qorunub saxlanılmasını və daha da inkişaf etdirilməsini zəruri hesab edir.

Bu barədə Almaniya kansleri Angela Merkel Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz hələ Avropa İttifaqının qarşıdakı sammitinin qərarları üzərində işləyirik. Düşünürəm ki, Aİ ilə Türkiyə arasındakı bu razılaşma vacibdir, daha da inkişaf etdirilməlidir. Buna əminəm”, - Merkel deyib.

"Taliban" radikal hərəkatının silahlıları Qunduz əyalətində Əfqanıstanla Tacikistan arasındakı əsas sərhəd keçid məntəqəsi olan Şer Xan Bandarı ələ keçiriblər.

"Bu barədə "Al Jazeera" telekanalı bildirib.

"Təəssüf ki, bu səhər bir saatlıq döyüşdən sonra “taliblər” Şir Van limanını, şəhəri və Tacikistanla bütün sərhəd postlarını tutdular", - əyalət şurasının üzvü Xaliddin Xakmi bildirib.

"Taliban" nümayəndəsi sərhəd keçid məntəqəsinin tutulması haqqında informasiyanı təsdiqləyib. Telekanalın məlumatına görə, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin bir sıra xidmətçiləri öz postlarını tərk ediblər və sərhəd vasitəsilə qaçıblar.

"Al Jazeera" həmçinin qeyd edib ki, Şir Xan Bandarın tutulması "Taliban"ın ABŞ-ın öz qoşunlarını Əfqanıstandan çıxarmaq barədə qərarından sonra əməliyyatlarını aktivləşdirməsi anından ən əhəmiyyətli nailiyyəti olub.

Rusiya Prezidenti Vladimir Putin senator Sergey Məmmədov və “Strateji Araşdırmalar Mərkəzi” Fondunun vitse-prezidenti Natalya Trunovanın Hesablama Palatasının auditorları vəzifəsinə namizədliyini irəli sürüb.

"Bu barədə Prezidentin Federasiya Şurasındakı səlahiyyətli nümayəndəsi Artur Muravyov bildirib.

Haqqin.az qeyd edir ki, Sergey Məmmədov əfsanəvi azərbaycanlı jurnalist, 1962-1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş Ənvər Məmmədovun nəvəsi, məşhur SSRİ və Rusiya diplomatı, 1997-2003-cü illərdə Rusiya xarici işlər nazirinin müavini olmuş Georgi Məmmədovun oğludur. Sergey Məmmədovun özü 2011-ci ildən Rusiya Federasiya Şurasının üzvüdür.

 

Güman edilir ki, Məmmədov Hesablama Palatasının auditoru vəzifəsində səlahiyyətlərini may ayında bitirmiş Tatyana Blinovanı, Trunova isə Mixail Meni əvəz edəcək.

Profil Komitəsi hər iki namizədi dəstəkləyib və Federasiya Şurasına bu məsələyə iyunun 23-də keçiriləcək plenar iclasda baxılmasını təklif edib.

Ənvər Məmmədov

Georgi Məmmədov

Sergey Məmmədov

(“Qafqazinfo”)

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən əvvəl Nikol Paşinyanın seçki təbliğatı zamanı çəkilmiş fotolarından biri Ermənistanda müzakirələrə səbəb olub.
“Nikol Paşinyanın rəsmi instaqram səhifəsində paylaşılan fotoda erməni uşağının köynəyindəki türkcə yazı diqqətlərdən qaçmayıb.
Uşağın geyimin üzərində Türkiyənin məşhur “Çukur” serialının simvolunun olması və "sıkıntı yoksa, sıkıntı var" yazısı, erməni mediasında müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri “Nikol Koçovalı”, “Çukur hər yerdə” kimi şərhlər yazaraq Paşinyanı lağa qoyublar.

Qeyd edək ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində Nikol Paşinyanın komandasından 72 deputat parlamentdə yer qazanıb.

""Moderna”, ”Novavax”, ”Sinovac” və ”J&J” peyvənd istehsalçıları bu yaxınlarda uşaqlar üzərində peyvəndlərin sınağına başlayıb".

"Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Qeyd olunub ki, ÜST uşaqlarda peyvəndlərin təhlükəsizliyini və effektivliyini qiymətləndirmək üçün kifayət qədər sübut olduqda tövsiyələrini yeniləyəcək:

"İndiyə qədər ÜST-ün fövqəladə hallarda istifadə siyahısına daxil olan heç bir COVID-19 peyvəndi uşaqların istifadəsi üçün təsdiqlənməyib. Təsdiq olunarsa, yanaşı xəstəliklər nəzərə alınmaqla, uşaqların peyvənd olunması üçün aydın bir yol xəritəsi veriləcək. Hazırda yanaşı xəstəlikləri olmayan uşaqların peyvənd olunmasından öncə, peyvəndlərin dünyada ədalətli şəkildə paylanmasına diqqət yetirilməlidir", - deyə ÜST-dən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Çində 3-17 yaşlı uşaqların peyvənd olunmasında “Sinovac Biotech” şirkətinin “CoronaVac” vaksinin istifadəsinə icazə verilib. Şirkətdən bildirilib ki, “CoronaVac” peyvəndinin 3-17 yaş qrupunda kliniki sınaqların araşdırmaları həmin yaş qrupu üzrə təhlükəsizliyinin böyüklərdəki kimi olduğunu göstərib. Belə ki, “CoronaVac” peyvəndi vurulan yetkinlik yaşına çatmayanların bədənində böyüklərdə olduğu qədər anticisim yaranıb. (apa)

“Şuşa bəyannaməsi vacib müttəfiqlik anlaşmasıdır. Bu sənədin imzalanmasında məqsəd Azərbaycanla Türkiyə arasındakı münasibətləri daha da gücləndirməkdir. Şuşa bəyannaməsinin tarixi əhəmiyyəti önümüzdəki illərdə daha da aydın olacaq”.

"Bunu “Report”a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Şuşaya getməsi tarixi bir səfər idi: “Həm Qars sazişinin 100 illik yubileyi, həm də Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Şuşa bəyannaməsi imzalandı. Bu anlaşma ilə Azərbaycan regionda daha güclü ölkə olduğunu sübut etdi”.


Ukrayna özünü Rusiyadan və öz ərazisini  müdafiə etmək üçün Türkiyə istehsalı olan “Bayraktar” PUA-lar alıb. 

“Bunu “Anadolu” agentliyinə müsahibəsində Ukrayna Xarici işlər naziri  Dmitriy Kuleba deyib.

“PUA-lar Rusiyadan qorunmaq üçün lazımdır.  Rusiya  gərginlik yaratmazdan və Ukraynaya qarşı genişmiqyaslı hücumlar etməzdən əvvəl iki dəfə yaxşıca düşünsün.  Biz hücum etmək üçün hərbi texnika və dronlar  və sair almırıq. Bütün bunlarə özümüzü müdafiə etmək üçün alırıq. Və bu prinsip məsələsidir, bax,  fərq budur”- Kuleba deyib.

Kuleba onu da əlavə edib ki, Türkiyənin istehsal etdiyi  PUA-ların keyfiyyəti yaxşıdır. “ Ukrayna Türk PUA özlərinin istehsal etdiyi motorlarla təchiz etmək və istehsallarını öz ərazilərində reallaşdırmaq niyyətindədir.

Onu da qeyd edək ki, Ukraynanın Türkiyədən “Bayraktar” alması ciddi narazıçılığa səbə olub. RF XİN ümavini Sergey Ryabkov bildirib ki, bu, biz də heç də  xoş təəssürat yaratmır.  Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da məsələyə reaksiya verərək bildirib ki, Türkiyə PUA-ları Ukraynaya  hər hansı ilkin şərt sürmədən satır və bu razılaşma  Rusiyaya qarşı yönəlməyib.

Xəbər lenti