![]() |
|
"Yol-xeber.az" xarici KİV-ə istinadla bildirir ki, bu barədə ölkənin İctimai Səhiyyə İdarəsinin sözçüsü Daşa Raçkovanın açıqlamasına istinadla məlumat yayır.
Bildirilir ki, yoluxanların üçü vaksin vurulan şəxslərdir.
“Koronavirusun “Delta” ştammı əsasən xaricdən gələn və ya onlarla yaxın təmasda olan insanlarda aşkar edilib. Xəstəliyə qarşı peyvənd olunanlar onu yüngül keçirir”, – deyə Raçkova bildirib.
O qeyd edib ki, hazırda Slovakiyada koronavirusun “Alfa” variantı dominantdır, onunla müqayisədə “Delta” daha infeksion variantdır və xəstəlik daha ağır keçir.
“RİA Novosti” xəbər verir ki, bu barədə “Taliban” hərəkatının siyasi idarəsinin açıqlamasında qeyd olunub.
“İclasda İslam Əmirliyinin (“Taliban”ın öz idarəetməsinə verdiyi ad - Red.) nümayəndə heyəti öz mövqeyini bir daha təkrarlayıb ki, əfqan torpaqlarından heç kimə qarşı hücumda istifadə olunmayacaq”, - açıqlamada belə deyilir.
Hərəkat nümayəndələri Əfqanıstanda davamlı sülhün əldə olunmasında maraqlı olduqlarını da bildiriblər. Bundan başqa, qeyd edilib ki, qonşu ölkələrlə sərhəd-keçid məntəqələri adi qaydada fəaliyyətini davam etdirəcək.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Kacaraq şəhər merinin evini və avtomobilində axtarış aparıb.
“Yol-xeber.az” erməni mediasına istinadən xəbər verir ki, axtarışdan sonra xüsusi xidmət orqanlarının əməkdaşları Kacaran meri Manvel Paramzyanı maşına basaraq özləri ilə aparıb.
MTX səhər tezdən merin maşınında və evində axtarış aparıb.
Haiti prezidenti Xovenel Moiseni öldürdüyü iddia edilən şəxslərə qarşı əməliyyat keçirilib.
Xarici KİV xəbər verir ki, əməliyyat nətiəsində 4 şübhəli öldürülüb, 2 nəfər isə saxlanılıb.
Xatırladaq ki, çərşənbə axşamı günü 53 yaşlı Haiti prezidentinin iqamətgahına silahlı hücum olub. Hücum nəticəsində prezident X.Moise və onun həyat yoldaşı qətlə yetirilib.
Rusiya Xarici işlər naziri Sergey Lavrov rus qoşunlarının Əfqanıstana yerilməsi məsələsinə aydınlıq gətirərək deyib ki, sualın cavabı açıqdır.
“Yol-xeber.az” tassa istinadən xəbər verir ki, Lavrov eyni zamanda Əfqanıstandan Tacikstana hücum olacağı təqdirdə KTMT Düşənbəyə yardım etmək məsələsinə həmən baxacaq.
Onun sözlərinə görə, Əfqanıstanda siyasi həyatındakı qeyri-müəyyənlik “Taliban”, İŞİD kimi radikal terrorçu təşkilatların bura yerləşməsinə imkan yaradır.
Lavrov onu da bəyan edib ki, İŞİD öz dəstələrini məqsədyönlü şəkildə Əfqanıstanın şimalında Rusiyaya müttəfiq ölkənin sərhəddinə yerləşdirir.
Dubayda Jebel-Ali limanı ərazisində güclü partlayış baş verib.
Şəhərin səlahiyyətli şəxsləri partlayışın gəmilərdən birində partlayışın olduğu barədə məlumatı təsdiqləyib.
Gəminin göyərtəsində yerləşən və içində tez alışan maddələrin olduğu konteynerlərdən birinin partlaması nəticəsində olub.
Yanğını nəzarətə alınıb və xəsarət alan olmayıb.
Ermənilər tərəfindən irqi, afrofobiya zəminində qətl törədildi. Bu qətl çox qəribə bir sükutla əhatə olundu. Qətli ört-basdır etməyə çalışdılar. Sanki erməni bandası qaradərili adamı öldürə bilər. Fransa siyasi sinfi isə bu qətlə susur. Bir anlıq bunun əksini təsəvvür edək. Əgər qaradərili insan kimi isə qətlə yetirsə idi, immiqrasiya haqqında bitməz-tükənməz "ekstravaqant" bəyanatlar səsəlndirilərdi.
Fransa kimi ölkədə soyqırımı qurbanı olduqlarını iddia edən ermənilər dərisinin rənginə görə insanı öldürür və bu heç kimi narahat etmir, heç kim reaksiya vermir.
Ölkə.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Fransada Qara Afrika Müdafiəsi Liqasının (LDNA) prezidenti Equnçi Behanzin (Egountchi Behanzin) Sənt-Etyen şəhərində bir qrup erməninin qəddarlıqla qətlə yetirdiyi qambiyalı gənc- Yussufa haqqında "Musulmanenfrance" portalına müsahibəsində deyib. Cari ilin mayın 26-da 28, 32 və 62 yaşlı üç erməni tərəfindən amansızlıqla, görünməmiş zorakılıqla qətlə yetirilən Yussufa haqqında məlumat verərək, həmin ermənilərin "silahla kollektiv qətlə yetirmə" ittihamı ilə mühakimə olnduğunu deyib.
LDNA-nın prezidenti vurğulayıb ki, ermənilərin törətdiyi qətlin irqçi mahiyyəti hələ prokurorluq tərəfindən bu günə qədər təsdiqlənməyib. Ancaq yerli sakinlərin sosial şəbəkələrdə paylaşdığı videolarda erməni təcavüzkarlar "Çirkli qara! Çirkli zənci! Səni qanına qəltan edəcəyik!" dedikləri aydın eşidilir. Həmçinin, təcavüzkar erməni bu təhqirlə kifayətlənməyib, yerdə qanı içində çabalayan qambiyalı gəncin başına təpiklə vurur.
LDNA-nın erməni bandasının törətdiyi bu qatı cinayəti yaymasa, qambiyalı gəncə görə ədalət tələb etməsə və insanları nümayişə çağırmasa idi, ermənilərin bu cinayət aktı ictimailəşməyəcəkdi. Bəzi qüvvələr, xüsusilə də erməni icmasının çox olduğu Sənt-Etyen şəhərinin bələdiyyə rəhbəri Qael Perdrio erməni icmasının seçkilərə təsirini nəzərə alaraq, ermənilərin bu cinayətini ört-basdır etməyə çalışır və onun irqçi mahiyyətinin söylənilməsini istəmirdi. Ancaq yüz minlərlə insan nümayiş edərək, ayrı-seçkiliyə etirazlarını bildirib və qambiyalı gənclə bağlı ədalət tələb etdilər.
Equnçi Behanizin diqqətə çatdırıb ki, hətta şəhər bələdiyyə rəhbəri ilə əlaqəsi olan bəzi məmurlar da ermənilərin törətdiyi bu amansız qətlin irqçi, afrofobiya mahiyyətini ört-basdır etməyə çalışıblar. "Sənt-Etyenin bələdiyyə rəhbəri məsələ ilə bağlı Qara Afrika Müdafiə Liqasına (LDNA) söz verməmək üçün göstəriş vermişdi. Bunun səbəbin çox tez başa düşdük. Soyqırım qurbanı olduqlarını iddia edən ermənilərin irqçi cinayət törətməsi ermənilərə böyük bir ləkədir. Sənt Etyenin meri isə erməni seçicilərini müdafiə edir. Sənt Etyen regionunda erməni icması güclüdür. Buna görə də bələdiyyə rəhbəri bu qətlin irqçilik, afrofobiya mahiyyətini gizlətməyə, onu içkili şəxslərin törətdiyi sadə şiddət kimi tanınmasına çalışırdı.
Ancaq bir inasnı afrofobiya təhqirləri ilə bıçaqlamaq, üstəlik yerdə qan içində olan yaralı insanın başına təpiklə vurmaq, şahidlərin ona kömək göstərməsinə mane olmaq sadə zorakılıqdırsa, onda irqçi cinayət necə olur?
Dünən səfirlə fransız hüquqçularının yanında idik. Ancaq tam sükutdur. Yusufanın cəsədi hələ də ailəsinə verilməyib. Cəsədin hələ də ailəyə qaytarılmamasında dair bəzi şübhələr var.
Fransanın qanununa əsasən sağlığında orqanlarının çıxarılmasını istəməməklə bağlı sənəd imzalamasa, fransız dövlətinin bunu avtomatik olaraq etmək hüququ var. Belə bir ehtimal var ki, əgər Yussufanın cəsədi ailəsinə verilməsyibsə, deməli onun orqanları götürülüb. Biz cəsədin onun ölkəsinə göndərilməsini tələb edirik. Yussufa müslmandır və müsəlmanlarda ölünü ləyaqətlə dəfn etmək çox vacibdir",-deyə LDNA-nın prezidenti qeyd edib.
Diqqətə çatdırıb ki, afrikalılar heç kimə hücum etmir. Bəzən onları ekstremist olmaqda günahlandırırlar. Ancaq həqiqət həmişə ekstremistdir! Həqiqəti söyləyəndə, həmişə kimlərisə narahat edir. "Özümüzü müdafiə etməkdə bizə mane olmaq istəsələr, onda gərək bizə qarşı zorakı təcavüz edən icmaları da görsünlər, onlara da zorakı olmamağı öyrətsinlər",-deyə LDNA-nın prezidenti deyib. Bildirib ki, yerli hakimiyyət qurbanları qurban olduqlarına görə günahlandırır, ancaq qurban qurban olmağı dayanırmalı deyil, təcavüzkarlar təcavüzkar olmağı və özlərini qurban kimi qələmə verməyi dayandırmalıdırlar.
LDNA-nən prezidenti Fransada ayrı-seçkiliyin sürətlə artıdğını söyləyib. Qeyd edib ki, Fransa dövləti və siyasi sinfi məsuliyyətini anlamalıdırlar, onlarında ayrı-seçkiliyin artmasında onlarında əli var.
İranda Əfqanıstan hökuməti ilə Taliban hərəkatı arasında dialoq başlayıb.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Talibanla Əfqanıstan hökuməti arasında danışıqlar prosesi 2020-ci ilin sentyabrın 12-də Qətərdə başlayıb.
Hazırda Talibanla Əfqanıstan hökuməti arasında ciddi qarşıdurma baş verməkdədir və bu qarşıdurma nəticəsində hərəkat ölkənin bir çox yerlərini öz nəzarətinə keçirib.
Türkiyənin Konya şəhərində tibb bacısı özünə bıçaqla xəsarət yetirib.
“Yol-xeber.az” Türkiyə mətbuatına istinadla xəbər verir ki, beşmərtəbəli binada yaşayan 40 yaşlı tibb bacısı Dilək T. əvvəlcə balkonunun yanındakı beton parçasının üzərinə çıxıb. O, daha sonra bıçaqla bədəninin müxtəlif nahiyyələrini kəsməyə başlayıb.
Qonşuların zəngi ilə əraziyə gələn polis qadını razı salmağa çalışıb. Polis əməkdaşları sopa ilə bıçağı qadının əlindən yerə salmağa çalışdıqca o bıçağı qarnına batırmağa cəhd edib. Dilək T. hətta balkondan aşağı sallanıb.
Tibb bacısı ilə 2 saat söhbət aparıldıqdan sonra o, polis əməkdaşlarının tutduğu təhlükəsizlik yastığının üzərinə tullanıb.
Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb.
5 ildir eyni binada yaşayan Dilək T.-nın 2 həftədir işə getmədiyi, son vaxtlarda psixoloji problemləri olduğu üzə çıxıb.
Kamçatkada xilasedicilər An-26 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərini tapıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vladimir Solodov bildirib.
Onun sözlərinə görə, cəsədləri sudan çıxarmağa başlayıblar.
Solodov əlavə edib ki, hadisə yerində məhkəmə-tibb ekspertləri işləyəcək.
“(Onlar) cəsədlərin vəziyyəti və prosedurlardan asılı olaraq qərarlar qəbul edəcək”, - o deyib.
Daha əvvəl Kamçatkada matəm elan edilib.
Qeyd edək ki, Petropavlovsk-Kamçatka-Palana reysi üzrə hərəkət edən təyyarənin göyərtəsində 6-sı ekipaj üzvü və 22-si sərnişin olmaqla 28 nəfər olub. Qəza nəticəsində sağ qalan olmayıb.