ABŞ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır.

“Xarici KİV xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Agentlik Cenevrədə ABŞ Prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan görüşdə uzlaşma əldə olunmadığını yazıb.

ABŞ-n rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə Rusiyaya qarşı sanksiyalar hazırladığı açıqlanıb.

Co Baydenin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan “CNN İnternational”a açıqlamasında “başqa bir sanksiya paketi üzərində çalışırıq” sözlərini deyib.

Qeyd edək ki, tarixi zirvə görüşündən sonra Bayden Navalnı məsələsində narahatlıqları olduğunu bildirmişdi. O, bunun nəticələrinin Rusiya üçün yıxıcı olacağını inandığını söyləmişdi.

Rusiyada koronavirus (COVID 19) pandemiyasının yayılması ilə əlaqədar İrandan Rusiya və əks istiqamətdə uçuşların dayandırılması ilə əlaqədar təcili qərarın verilməsi istənilir.

"Bu, İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməkinin İranın Koronavirusla Mübarizə Milli Komitəsinə ünvanladığı məktubda qeyd olunur.

Məktubda bildirilir ki, komitənin ictimai-təhlükəsizlik iclasında bu məsələ araşdırılmalı və təcili qərar verilməlidir.

Qeyd edək ki, İranda indiyədək 3,08 milyon nəfər koronavirusa yoluxub, 82,8 min nəfər bu virusdan ölüb və 2,73 milyon nəfər sağalıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçüncü doza peyvənd etdirməsinin səbəbini açıqlayıb.

Ölkə başçısı antikor üçün üçüncü dozanı da vurdurduğunu söyləyib.

"Prezident kimi ilk vaxt vaksin vurdurdum. Birinci və ikinci dozadan sonra antikor üçün üçüncü dozanı da etdirdim. Nəticələr də müsbət bir istiqamətdə davam edir".

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyasının ölkədəki seçki məntəqələrinin hamısının hesablanmasından sonra 53,92 % səs topladığı məlum olub.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında bildirilir.

Qeyd edilir ki, Paşinyanın hökuməti formalaşdırması üçün 0,08 səsi çatmayıb.


****

"Yerli mediaya istinadən bildirir ki, MSK-nın məlumatına görə, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 54,21 % (661 736 səs) toplayıb. Keçmiş prezident Robert Köçaryanın rəhbəri olduğu "Ermənistan" blokuna isə seçicilərin 20,89 %-i (255 034 nəfər) səs verib.

Seçicilərin 64 131 nəfəri, yaxud 5,25 %-i “Şərəf duyuram” blokuna, 48 645 nəfəri və ya 3,99 %-i “Çiçəklənən Ermənistanı dəstəkləyib.

Ermənistanda növbədənkənar parlament seçkiləri ikinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətdən sonra uzun müddət davam edən daxili ictimai-siyasi böhran fonunda keçirilib. Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident - atışma qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib. Seçkilərdə qeydə alınmış qanun pozuntuları ilə əlaqədar bir neçə cinayət işi qaldırılıb. Ölkə müxalifəti seçkilərin nəticələri ilə razılaşmadığını bildirib.

Səsvermələr seçki fəallığının aşağı olması ilə seçilib. Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.

İranda keçirilən prezident seçkilərinin qalibi məlum olub.

"Yol-xeber.az" TASS-a istinadən xəbər verir ki, İbrahim Rəisi seçkilərdə qalib olub.

İlkin nəticələrə əsasən, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi 28,6 milyon seçicidən 17,6 milyonun səsini alıb.

Qeyd edək ki, İranda dünən keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb. 

Çindən olan yüksək rütbəli cəsus ABŞ-a qaçıb.

İddialara görə, cəsus Vuhan laboratoriyası barədə ABŞ-a sübutlar təqdim edib. Məlumata görə, həmin cəsusun adı Donq Jinqveidir. Onun fevral ayında qızı ilə birlikdə ABŞ-a qaçdığı güman edilir. Bildirilir ki, Donq nazir müavini və cəsus şəbəkəsinin rəhbəri postunda çalışıb. Bununla da, Donq Çinin tərəf dəyişən ən yüksək rütbəli cəsusu olub.

Məlumata görə, Çin cəsusun geri qaytarılmasını tələb etsə də, ABŞ rədd edib. Bununla bağlı keçirilən toplantıda ABŞ və Çindən olan diplomatlar arasında ciddi gərginlik yaşayıb.

Rusiyada "L-410" tipli təyyarə sərt eniş edib.

"Yol-xeber.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Kemerovo vilayətində baş verib.

Nəticədə ikisi pilot olmaqla 7 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Məlumata görə, bu, Promışlennovski rayonunun Juravlevo kəndi ərazisində baş verib.

Bu gün İranda prezident seçkiləri keçirilir.

“Xarici KİV-ə istinadla xəbər verir ki, 83 milyon əhalisi olan İranda 59 milyon şəxs ölkənin 8-ci prezidentini seçmək üçün sandıq başına gedəcək.

2017-ci ildəki prezident seçkilərində 38 faiz səs toplayan və mühafizəkarların  dəstəyini alan İbrahim Rəisinin ilk turda qalib olacağı gözlənilir.

Rejimə yaxınlığı ilə bilinən Rəisi dini lider Əli Xameneinin də xələfi kimi görülür.
Qeyd edək ki, 1988-ci ildə təxminən 30 min siyasi məhkumun işgəncələrə məruz qalması və 5 ay ərzində edam edilməsində əli olduğu üçün Qərb mediasında “qəssab” ləqəbi ilə tanınır.

 

 

 

COVID-19 epidemiyası səbəbindən ağır günlər keçirən Hindistanda işlər getdikcə pisləşir.

"Yol-xeber.az" oxu.az-a istinadən xəbər verir ki, koronavirusdan sağaldıqdan bir müddət sonra görülən “qara kif”dən əlavə “ağ göbələk” və “sarı göbələk” infeksiyası da yayılmağa başlayıb. Belə xəstələrin sayının 1000-i ötdüyü vurğulanıb. İndi isə koronavirus xəstələrində “yaşıl göbələk” infeksiyası (“Aspergillus göbələyi”) görünüb.

“Yaşıl göbələk” hələlik çox yayılmayıb. Madhya-Pradeşdə 34 yaşlı xəstəyə bu diaqnoz qoyulub. İnfeksiya birbaşa onun ağ ciyərlərinə təsir edib.

Bildirilir ki, 34 yaşlı xəstə koronavirusa yoluxduqdan sonra iki ay xəstəxananın reanimasiya şöbəsində yatıb. Ancaq sağalıb evə buraxıldıqdan qısa müddət sonra onda burundan qanaxma, qızdırma başlayıb, sürətlə arıqlayıb.

Məlum olub ki, pasiyentin ağ ciyərlərinin 90 faizi “yaşıl göbələk” infeksiyasının təsiri ilə zədələnib. Vəziyyəti ağırlaşan və müalicəyə cavab verməyən xəstə Mumbaydakı daha böyük xəstəxanaya köçürülüb.

Həkimlər yeni “yaşıl göbələk” haqqında daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.

ABŞ-da müzakirələrə yol açan Altsheymer dərmanı kliniki sınaqlardan sonra ilk dəfə bir insan üzərində sınaqdan keçirilib.

“Xarici KİV xəbər verir ki, 70 yaşlı Mark Arşambalt dərmanın sınaqdan keçirildiyi ilk insan kimi tarixə düşüb.

Qurum rəsmiləri 70 yaşlı şəxsin dərmanı venadaxili yolla qəbul edəcəyini açıqlayıb.

ABŞ Qida və Dərman İdarəsinə (FDA) dərmanla bağlı tövsiyə verən 3 alim dərmanın təsdiqlənməsindən sonra istefa verib.

Dərmanın maya dəyərinin təxminən 60 min dollar olduğu deyilir.

Altsheymer Dərnəyi dərmanın qiymətinin çox yüksək olmasını “qəbuedilməz” adlandırıb.
Tibbi adı “Aducanumab” olan dərman bütün Altsheymer xəstələri üçün təsdiqlənsə də, yalnız xəstəliyi ilkin mərhələsində olan insanlar üzərində sınaqdan keçirilib.

Qeyd edək ki, rəsmi statiistikaya görə 2019-cu ildə ABŞ-da 120 mindən çox insan Altsheymer xəstəliyi səbəbindən vəfat edib. Ekspertlər bu rəqəmin 10 il əvvəllə müqayisədə 50 faiz artım olıduğunu diqqətə çatdırıb.

Xəbər lenti