![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü İsmayıl Çataklı bildirib.
Onun sözlərinə görə, yeraltı təkanlar səhər saatlarında qeydə alınıb. Zəlzələnin ocağı 7,15 km dərinlikdə yerləşib.
İ.Çataklı bildirib ki, zəlzələ nəticəsində dağıntı və tələfat olmayıb.
Daim başqa ölkələ qarşı sərt açıqlamaları və qərarları ilə gündəmə gələn Şimali Koreya prezidenti Kim Çen Inın son halı görənləri təəccübləndirib.
“Yol-xeber.az” xarici KİV-ə istinadla xəbər verir ki, son yayılan görüntülərində Şimali Koreya liderinin xeyli arıqlaması diqqətlərdən qaçmayıb.
Son vaxtlar az-az görünən Kim Çenin qatıldığı proqramdakı arıqlamış vəziyyəti haqqındakı xəstəlik iddialarını gücləndirib.
“Amerikanın səsi” Cənubi Koreya mətbuatına istinadla yaydığı xəbərdə Kim Çenin son vəziyyətini görən vətəndaşların xeyli üzüldüyünü yazıb. Hətta bu görüntü ilə qarşılaşan hər kəsin gözyaşlarına boğulduğu bildirilib.
Bəzi ekspertlər Kimin arıqlamış görüntüsünü koronavirusa görə iqtisadi çətinliklə üzləşən ölkənin sakinlərinə qənaət mesajı kimi qiymətləndirib.
Şimali Koreyada da müzakirə olunan Kim Çenin səhhəti ilə bağlı heç bir mətbuat orqanı və ya dövlət qurumları tərəfindən məlumat verilmir.
Qeyd edək ki, ötən il Kim Çen Inın səhhətində problem olduğu, hətta ölməsi ilə bağlı məlumatlar yayılmışdı.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
"Biz hamımız pandemiyanın dərslərindən nəticə çıxarmalıyıq”, - deyə o əlavə edib. ÜST rəhbəri vurğulayıb ki, yeni epidemiyalara və pandemiyalara hazırlıq, onların qarşısını alması, üzə çıxarılması və pandemiyalara ümumi səhiyyə xidmətləri və güclü ilkin tibbi yardım əsasında reaksiya vermək üçün hər şeyi etmək lazımdır.
COVID-19 pandemiyasından danışan Qebreyesus diqqəti yüksək və aşağı gəlirli ölkələr arasındakı fərqi artıran peyvənd bərabərsizliklərinə və vaksin millətçiliyinə cəlb edib. Onun sözlərinə görə, hazırda koronavirusa qarşı peyvəndlər 77 % -i dünyanın yalnız 10 ölkəsində edilir. Eyni zamanda, az gəlirli ölkələrin əksəriyyəti hələ də ən həssas və risk altındakı əhaliyə çatacaq qədər peyvəndə malik deyillər.
"Əgər ölkələr dərhal peyvəndləri COVAX mexanizmi ilə paylaşsalar və istehsalçılar COVAX sifarişlərinə üstünlük versələr, onda sentyabr ayına qədər hər ölkənin əhalisinin azı 10 %-ni və ilin sonuna qədər isə azı 40 %-ni peyvənd edə bilərik", - ÜST rəhbəri deyib.
O, xatırladıb ki, sentyabr ayına qədər əlavə olaraq 250 milyon doza peyvənd tapmaq lazımdır.
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Suriya və İraqda İran dəstəkli qüvvələrə hava hücumları təşkil etdiyini açıqlayıb.
Yol-xeber.az-ın xəbərinə görə, Pentaqon bu əməliyyatı İraqda Amerika personalına və obyektlərinə edilən hücumlara cavab olduğunu bildirib.
"Suriyada iki, İraqda bir nöqtə hədəfə alındı. Bunlar silah anbarları olub. Co Bayden amerikalıları qorumaq üçün hərəkətə keçəcəyini açıq şəkildə bildirib", - Pentaqonun sözçüsü deyib.
Onun sözlərinə görə, ABŞ beynəlxalq hüquqdan istifadə edərək özünü müdafiə edib.
Kanadanı təsiri altına alan isti hava kütləsi bu ölkədə son 84 ilin ən isti yayına səbəb olub.
Kanada Metereologiya Xidmətlərinin açıqlamasına görə, Britaniya Kolumbiyası ştatında ötən gün 46.1 dərəcə istilik qeydə alınıb. Bu da həmin ərazidə indiyədək müşahidə olunan ən yüksək temperaturdur.
Kanada tarixində rekord istilik sonundu dəfə 1937-ci ildə Saskaçevan ştatında iyul ayında 45 dərəcə qeydə alınıb.
Rekord istilər Pemberton Vadisində qarların əriməsinə və çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Bu səbəbdən ərazidəki evlərdə yaşayan şəxslər təxliyyə edilib.
Kanada Ətraf Mühit Nazirliyi temperatutun yaxın günlərdə daha da yüksələcəyini, hətta bəzi bölgələrdə 50 dərəcəyə çatacağını açıqlayıb.
"Xarici KİV xəbər verir ki, Tunisin keçmiş prezidenti Munsif al-Mərzukinin rəhbərliyi altında ərəb ölkələrində edam cəzasının ləğvi üçün beynəlxalq bir komitə qurulub.
ABŞ, Avropa və Ərəb dünyasından 100 nəfərin iştirakı ilə keçirilən iclasda ərəb ölkələrində edam cəzası müzakirə edilib.
Komitənin sədri Tunisin keçmiş prezidenti Munsif al-Mərzuki seçilib. İnsan Hüquqları Təşkilatının sabiq sədri Sarah Lih Vitson, nobel mükafatlı yəmənli aktivist Təvəkkül Kərman və keçmiş Suriya müvəqqəti hökumətinin rəhbəri Əhməd Tuma komitənin üzvləri arasındadır.
Ölüm cəzasının tətbiq olunduğu bir çox ölkədə məhkəmə sistemində şəffaflığın və ədalətin olmaması ilə bağlı aparılan dərin müzakirələr nəticəsində sözügedən komitənin yaradılmasına qərar verilib.
Misir rejimindən son vaxtlar siyasi məhbuslara verilən ölüm hökmlərini icra etməmələri istənilib.
İnsan haqları təşkilatları tərəfindən bir çox ərəb ölkəsi edam cəzasını müxalifləri susdurma vasitəsi olaraq istifadə etməkdə ittiham edilir.
Qeyd edək ki, Misirdə Qahirə Cəza Məhkəməsi tərəfindən 2018-ci ilin sentyabrında dövlət çevrilişində ittiham edilən 12 nəfərə verilən hökm 14 iyun tarixində Ali Məhkəmə tərəfindən təsdiq edilib.
Xatırladaq ki, dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunub və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla qadağan edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir.
Bu barədə SOCAR Türkiyənin baş direktoru Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə neft emalı zavodunun istehsal gücünün artırılması istiqamətində edilən əlavə investisiyaların 2022-ci ilə qədər bitirilməsi planlaşdırılır.
“Saxlama güclərinə yönəlmiş 600 milyon dollar həcmində investisiyaların yatırımını davam etdiririk”, - deyə Zaur Qəhrəmanov açıqlama verib.
Daha ətraflı Baku TV-nin süjetində:
Zelenski bunu “1¬¬+1” telekanalına müsahibəsində deyib.
"Hesab edirəm ki, belə bir plan ola bilər, ancaq belə bir qərarı ancaq Ukrayna xalqı qəbul etməlidir”- Zelenski deyib.
O, əlavə edib ki, əgər ABŞ və Rusiya arasında, o cümlədən Normandiya formatında istənilən alternativ razılaşmalar nəticə verməzsə, Ukrayna vətəndaşları əlaqələrin kəsilməsinə səs verəcək.
Belarus prezidenti Aleksandr Lukaşenko, AB-nin Minskə qarşı tətbiq etdiyi yeni sanksiyaları Qərbin "gücsüzlüyü" adlandırıb.
Yol-xeber.az lenta.ru-ya istinadən xəbər verir ki, ölkənin lideri bu ifadəni bölgələrə işgüzar səfər zamanı çıxış dilə gətirib.
“İlin sonunda bu qudurğan sanksiyalardan sonra ÜDM nə olacaq? Buna hazırlaşırdıq, nəyin təhdid edildiyini bilirdik”, - o bildirib.
O, çıxışı zamanı qeyd edib ki, baş verənlərin iş yerlərinin fəaliyyətinə təsir etməməlidir: “Sərhədin o biri tərəfindəki bu əclaflara sanksiyalarının gücsüz olduqlarını göstərməliyik. Biz bunu edəcəyik”.