![]() |
|
“Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Bu məsələdə bizim müttəfiqimiz olmayıb və indi də yoxdur”.
“Bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan İTV-yə müsahibəsində deyib.
Onun fikrincə,1994-cü ildə Qarabağ məsələsinin ermənilərin maraqlarına uyğun həll etmək olardı və o zaman bu şans əldən verildi.
Sabiq prezident deyib ki, Azərbaycan torpaqlarını əbədi işğal altında saxlama düşüncəsi absurd yanaşma idi: “Bu məsələdə müttəfiqimiz yox idi və olmayıb da... İndi vəziyyət daha mürəkkəbdir. Əgər o zaman qarşılıqlı güzəşt mümkün idisə, indi bu imkanlar yoxdur. Biz bu imkanları itirdik. Bizdə heç nə yoxdur. Bu məsələdə ermənistanın həlledici səsi yoxdur”.
Köçəryanın Şuşa və Hadrutun qaytarılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Petrosyan deyib ki, bu ciddi problemlərin yaranmasına gətirib çıxarar: “Orada hazırda Azərbaycan ordusu dayanır. Bu, ancaq müharibə yolu ilə ola bilər. Yəni Köçəryan yeni müharibə vəd edir. Azərbaycanı oradan çıxmağa kim məcbur edəcək? Hansı ki bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Ərazisini bərpa etdi və heç kim Azərbaycanı qınamadı. Dünyanın qanunu budur. Bizi Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına razı salmağa məcbur edəcəklər. Artıq heç bir şey bizdən asılı deyil, hər şey bitdi”.
Azərbaycanlıların hara gələcəyi və sərhəddə harada yerləşib-yerləşməyəcəyi barədə qərar vermək sizlik deyil, sakit olun.
Bunu Nikol Paşinyan Arnidə seçicilərlərlə görüşü zamanı seçicilərdən biri sərhədlərin demarkasiyası zamanı yaşayış məntəqəsinin taleyi necə olacaq sualına cavab olaraq deyib.
Paşinyan deyib ki, panika yaymağa ehtiyac yoxdur. “ Deyirsiniz ki, türk gəlib həyətinizdə yerləşəcək, heç hara gəlməyəcəklər, belə məlumatlar yaymayın”.
ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında ona sual verən jurnalisti danlayıb.
Xarici KİV xəbər verir ki, Bayden onu Putinə mülayim davranmaqda ittiham edən “CNN International”ın müxbiri Keytlen Kollinsi tənbeh edib.
Bayden jurnalistin “Putinin davranışlarını dəyişdirəcəyindən necə bu qədər əmin ola bilirsiniz” sualına belə cavab verib:
“Davranışlarını dəyişdirəcəyi məsələsində əmin deyiləm. Bu nə axmaqlıqdır. Buna nə vaxt əmin olduğumu dedim?”
Kollins Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etdiyi iddiasını gündəmə gətirib. O, növbəti dəfə Baydenə “Yaxşı, bu prezident kimi necə konstruktiv görüş deməkdir?” sualını ünvanlayıb.
Bayden isə jurnalistə “Bunu başa düşmürsünüzsə, yanlış işdəsiniz” söyləyib.
Konfransdan sonra təyyarəyə minməyə hazırlaşan ABŞ prezidenti ona sual verən jurnalistə üzr borcu olduğunu deyib:
“Ona çoxbilmiş formada cavab verməli deyildim. Başa düşdüyüm qədərilə yaxşı müxbir olmaq üçün neqativ olmaq lazımdır. Heç pozitiv şeylər soruşmursunuz” - Bayden deyib.
“Bu məsələdə müttəfiqimiz yoxdur və olmayıb”.
“Bu barədə Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan ölkəsinin İctimai Televiziyasının efirində bildirib.
O, işğal olunmuş ərazilərin daimi olaraq saxlanıla biləcəyinə dair illuziyaları absurd hesab etdiyini qeyd edib: “İndi hər şey daha mürəkkəbdir, o zaman qarşılıqlı güzəştə getmək imkanımız var idi, indi yox. Bu fürsəti itirmişik. Bizim heç bir şeyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur”.
Petrosyan ikinci Prezident Robert Koçaryanın Şuşa və Hadrutun geri qaytarılması ilə bağlı verdiyi vədləri təhlükəli hesab etdiyini bildirib: “Bu, problemlərə səbəb ola bilər. İndi orada Azərbaycan qoşunları var, bu, yalnız müharibə ilə mümkündür. Yəni Robert Koçaryan yeni bir müharibə vəd edir. Azərbaycanı getməyə kim məcbur edəcək? Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Heç kim Azərbaycanı qınamadı. Dünyanın qanunu budur. Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasına razı olmaq məcburiyyətində qalacağıq. Heç bir şey bizdən asılı deyil, hər şey bitdi”,- deyə Petrosyan qeyd edib.
"Yol-xeber.az" xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibədə deyib.
“Zamanla həm Azərbaycanla, həm də Türkiyə ilə necəsə razılığa gəlməliyik. Qonşular əbədi düşmən ola bilməz. İndi mövcud situasiyanın həll edilməsi üçün sülhə, mehriban qonşuluğa və razılaşmaya ehtiyac var. ".
Petrosyan qeyd edib ki, bundan sonra Qarabağ məsələsinin həlli Ermənistandan asılı deyil və barışıqdan başqa yol yoxdur.
ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putinin 16 iyun Cenevrədəki görüşünün saatı açıqlanıb.
Lenta.ru xəbər verir ki, iki ölkə lideri Bakı vaxtı ilə 15:35-də bir araya gələcək.
Heyətlərin iştirakı ilə Bayden və Putinin geniş iclası Bakı vaxtı ilə saat 15:55-də başlayacaq və 18:40-da bu görüşün ikinci turu baş tutacaq.
Görüşdən sonra iki ölkənin liderləri mətbuat konfransı təşkil edəcəklər.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
"Biz konstruktiv və ətraflı danışıqlar apardıq. Dialoq üçün kanallardan fəal istifadə edilməsini razılaşdırdıq. Düşünürəm ki, ABŞ-la həll edilməyən problemimiz yoxdur", - Türkiyə lideri deyib.
Ərdoğan əlavə edib ki, Bayden tərəfindən də Türkiyə tərəfindən olduğu kimi ikitərəfli münasibətləri qarşılıqlı əsaslarda qətiyyətlə inkişaf etdirmək mövqeyini görüb.
Bundan başqa, Ərdoğan amerikalı həmkarını Türkiyəyə səfərə dəvət edib. "O, (Bayden-red) dedi ki, dəvəti öz proqramı çərçivəsində qiymətləndirəcək", - Türkiyə rəhbəri əlavə edib.
Türkiyə prezidenti bildirib ki, NATO-nun əhəmiyyəti və məsuliyyəti artıb, alyans üzvləri onu gücləndirməlidir.
"Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra ABŞ Prezidenti Co Bayden deyib.
O bildirib ki, Ərdoğanla görüş səmərəli keçdi.
“Yol-xeber.az” xəbər verir ki, musson yağışları nəticəsində baş verən faciələr və fəlakətlər, bədbəxt hadisələrlə bağlı sosial şəbəkələrdə xeyli videolar yer alıb.
Bunlardan biri də yağışdan sonra torpağın maşını udmasıdır. Belə ki, yağışdan sonra torpaq çökür və maşını udur.
Brüsseldə keçirilən NATO zirvəsi çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında təkbətək görüş başlayıb.
“Yol-xeber.az” “Hürriyet”ə istinadla xəbər verir ki, görüş təhlükəsizlik tədbirləri və pandemiya qaydalarına uyğun keçirilir.
R.T.Ərdoğan bu gün axşam saatlarında ABŞ prezidenti Co Baydenlə də görüşəcək.