“Türkiyə Liviyanın birliyi, bütövlüyü və təhlükəsizliyi üçün edilməsi gərəkənləri bundan sonra da etməyə davam edəcək”.

“Yol-xeber.az” xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Nazir Türkiyənin bundan sonra da Liviyada qalmağa davam edəcəyi mesajını verib.

Nazir BMT tərəfindən tanınan qanuni hökumətin dəvəti və ikitərəfli razılaşmalarçərçivəsində Liviyaya gəldiklərini xatırladıb:

“Buradakı missiyamız çox vacibdir. Bu günə qədər bu fəaliyyətləri uğurla icra etdiniz, bundan sonra da eyni şəkildə davam edəcəksiniz. Liviyalılar üçün Türkiyə bir vətəndir, türkiyəlilər üçün də Liviya.

Dolayı yolla, Liviya ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri  bundan sonra da artan templə davam edəcək”.

Minlərlə israilli Gələcək var və Yamina partiyalarının liderliyində qurulan yeni hökuməti qeyd etək üçün Təl Əvivdəki Rabin meydanına toplaşıb.

“Yol-xeber.az” xarici KİV-ə istinadla xəbər verir ki, İsrail bayraqları ilə gəzən əhali “Bu ölkə bizimdir”, “Netanyahu getdi”, “Netanyahu həbsə” kimi şüarlar səsləndiriblər.

Yeni baş nazirin gəlişinin qeyd olunduğu mərasimdə Netanyahunun fotosu asılan “cinayət naziri” yazılı pankartlar açılıb.

İsraillilər gecə yarılarına qədər əylənməyə davam ediblər.

Qeyd edək ki, İsrailin yeni naziri Naftali Bennet olub. Bununla da İsraildə Benyamin Netanyahunun 12 illik iqtidarı başa çatıb.

 

 
  •  

 

“Kraliça mənə anamı xatırlatdı”.

KİV xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden İngiltərə kraliçası II Elizabetlə görüşləri haqqında danışarkən deyib.

“Mənə anamın görünüşünü və səxavətliliyini xatırlatdı. Kraliça görüşəcəyim iki liderin kimlər olduğunu soruşdu. Putin və Si Tsinpin haqqında məlumat almaq istədi” – Bayden söyləyib.

ABŞ prezidenti kraliçanı Ağ Evə dəvət etdiyini bildirib.

Bundan əlavə, İngiltərə mediası Co Baydenin G7 zirvəsinin şam yeməyində krallığın protokol qaydalarını pozduğunu iddia edib. Belə ki, Baydenin mərasimə krallığın ailə üzvlərindən 5 dəqiqə sonra gəlməsinin protokol pozuntusu olduğu qeyd edilib.

Koronavirusdan sağalan bəzi xəstələrdə eşitmə ilə bağlı problem ola bilər.

Oxu.az xəbər verir ki, bu barədə Rusiyanın “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Klinik və Analitik İşlər üzrə direktor müavini Natalya Pşeniçnaya “RİA Novosti”yə danışıb.

Həkimin sözlərinə görə, qulaq tıxanması COVID-19 xəstələrinin 18-23 faiz müşahidə olunur. Bu da öz növbəsində eşitmə itkisinə gətirir. Bununla belə, Pşeniçnaya bu problemi həlli mümkün adlandırıb.

Eyni zamanda, mütəxəssis əlavə etdi ki, bəzən bu simptom sağaldıqdan sonra bir neçə həftə davam edir. İstisna hallarda kəskin neyrosensor eşitmə zəifliyi ola bilər.

Pşeniçnaya bu vəziyyətin dəqiq səbəbinin bilinmədiyini, lakin xəstəliyin ağır gedişatı və bəzi dərmanların istifadəsinin buna səbəb ola biləcəyini düşündüyünü bildirib.

İngiltərədə 2 nəfərdə meymun çiçəyi virusu aşkar edilib.

“Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. 

Virusun rəsmi şəkildə təsdiqləndiyi, hər iki nəfərin bu virusa xarici ölkədə yoluxduğu qeyd olunub.

İngiltərə rəsmiləri yoluxan şəxslərin şəxsiyytini və hansı ölkədə yoluxduqlarını açıqlamayıb.

Xəstələrin mayın ilk həftələrində yoluxduğu, İngiltərəyə qayıdan kimi  pandemiyaya uyğun olaraq karantinə götürüldükləri qeyd olunub.

İngiltərə səhiyyə nazirliyi vəziyyəti standart adlandırıb və bu cür epidemiyalarala hər zaman qarşılaşdıqlarını açıqlayıb.

Qeyd edək ki, meymun çiçəyi virusuna əsasən Orta və Qərbi Afrikada rast gəlinir.  Bu, dəridə qabarcıqlarla müşahidə olunan, meymunlar, siçanlar, sincablar və digər kiçik məməlilər tərəfindən yayılan nadir tropik xəstəlikdir.

Alimlər bu virusun insandan insana keçmə ehtimalının çox az olduğu üçün koronavirus kimi geniş yayılmayacağını bildirir.

Cenevrə şəhər hakimiyyəti sakinlərə iyunun 16-da, ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüş günündə işə çıxmamağı tövsiyə edib.

"Yol-xeber.az" xarici KİV-ə istinadən bildirir ki, sakinlərdən ofislərə gəlməyərək evdən işləmək və səfərlərdən çəkinərək mümkün qədər öz evlərini tərk etməmək xahiş olunub.

Artıq mühüm görüş günündə şəhərin bağlı olacaq hissəsinin xəritəsi də nəşr edilib.

Qeyd edək ki, ABŞ - Rusiya sammiti La-Qranj parkında baş tutacaq.

Siirtin Pərvari bölgəsində hərbi bazaya hücum olub.

“Yol-xeber.az” xəbər verir ki, PKK tərəfindən edilən hücum nəticəsində təhlükəsizlikikdən məsul olan Mehmet Babat şəhid olub.

Hücum nəticəsində təhlükəsizlik işçisi Sıddık Bulut yaralanıb.

Siirt valiliyinin yaydığı açıqlamada hücumun gecə saatlarında baş verdiyi bildirilib.

Məlum olduğu kimi, dünən Rusiyanın Soçi şəhərində erməni evinə gələn məmurları güllələyib.

"Yol-xeber.az" xəbər verir ki, 61 yaşlı Vartan Koçiyan icazəsiz tikintinin sökülməsinə dair məhkəmə qərarının icrası üçün iki icra nümayəndəsi -  Andronik Mativosyan və Albert Azozyanı (35 və 36 yaş) öldürüb.

O, ov tüfəngi hamının gözü qarşısında məmurlara atəş açıb.

Rusiya mediası hadisənin görüntülərini yayıb. Belə ki, onun atəş açdığı zaman ətrafdakı şəxslərin insidentə müdaxilə etməməsi diqqət çəkib.

Qeyd edilir ki, sözügedən qanunsuz tikililərdə bir neçə il öncə yanğın baş verib və nəticədə 11 nəfər həyatını itirib.

Ölkə.az sözügedən hadisənin görüntülərini təqdim edir:

Myanmarda hərbi təyyarə polad fabrikibin üzərinə düşüb.

“Yol-xeber.az” xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Mandalay şəhərində baş verib.

16 hərbçinin olduğu hərbi təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Qəzanın əlverişsiz hava şəraitindən dolayı baş verdiyi ehtimal edilir.Faktla bağlı araşdırma aparılır.

18 iyunda İranda keçiriləcək prezident seçkilərində namizəd olan şəxslər arasında türkcə-azəricə mübahisəsi yaşanıb.

“Yol-xeber.az” xarici KİV-ə istinadla xəbər verir ki, mübahisə yerli televiziyalardan birində keçirilən debat zamanı baş verib.

Mühafizəkar namizədlər möhsün Rezayi ilə İbrahim Rəisi Cənubi Azərbaycxanda danışılan dilə azəricə deyib. Digər namizəd Möhsün Mehrəlizadə ona etiraz edərək “Azəricə yoxdur, türk dili var” deyib.

Rəzayi İranda yaşayan 20 milyondan çox azərbaycanlı seçicini yanına çəkmək üçün türkcə “Yaşasın Azərbaycan” deyib.

Rəisi isə çıxışında “Azəricə danışan vətəndaşlarım mənimlə mehribanlıqla maraqlandılar. Onlara təşəkkür edirəm” - söyləyib.

Mehrəlizadə isə onlara xəbərdarlıq edib:”İranda azəricə danışılmır. Türk dilində danışan vətəndaşlarımız var. Azəricə deyərkən diqqətli olun”.

Xəbər lenti