![]() |
|
"Bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib.
"Ən çox "ruslarla lazım bildiyimiz mövzularda danışacağıq" və ən əsası "bir şey olarsa, onları cəzalandıracağıq" cümlələrini eşidirik. Amerikada Rusiya ilə yaxşı münasibətlərdən danışmaq mümkün deyil", - Peskov qeyd edib.
"Ziyarətçilərə zəmzəm suyunu paylanmasında və ziyarətgahın təmizlik işlərində robotlarlardan istifadə ediləcək.
Qeyd edək ki, bu il 18-65 yaş arası peyvənd olunan 60 min insan Həcc ziyarətində iştirak edə biləcək.
ABŞ əsgərləri Əfqanıstandakı ən böyük ABŞ aviabazasını tərk edib.
Bu barədə Fox News iki yüksək səviyyəli mənbəyə istinadən xəbər verir .
Obyektin ölkənin səlahiyyətlilərinə verildiyi bildirilir.
Eyni zamanda, telekanalın həmsöhbətləri, bu məlumatların jurnalistlərə və mediaya açıqlanmasına qoyulan qadağaya istinad edərək köçürülmüş hava bazasının vəziyyəti barədə heç bir açıqlama verməyiblər.
Sözügedən hərbi baza ölkənin paytaxtının şimalında yerləşir.
1979-1989 Əfqannıstan müharibəsi zamanı sovet qoşunları tərəfindən istifadə edilib. 2001-ci ildə ABŞ-ın əlinə keçərək ən böyük və əsas bazası olub.
Bundan əvvəl Almaniya və İtaliyanın Əfqanıstandan qoşunların çəkilməsini başa çatdırdığı bildirilmişdi .
Türkiyənin İstanbul şəhərinin Esenyurt bölgəsində toyda qız və oğlan tərəfləri arasında mübahisə yaranıb.
“Yol-xeber.az” xəbər verir ki, mübahisəyə səbəb toyda qonaqların gəlinə taxdığı qızıllar olub.
Gəlin qızılları qoyaraq atası ilə birgə toy yerini tərk edərkən qapının ağzında qudalar arasında əlbəyaxa dava düşüb.
Vəziyyəti görən gəlin əsəbləşərək gəlin maşınını yumruqlamağa başlayıb.
Davaya görə toy yarımçıq qalıb, gəlin isə atasının maşınına minərək ərazidən uzaqlaşıb.
“Bu barədə RİA-Novosti məlumat yayıb.
Putinlə vətəndasşlaırn canlı görüşünü kim aparacaq sualına cavab olaraq N. Əsgərzadə deyib ki, mən aparacağam.
İkinci aparıcı isə “Birinci kanal”dan Yekaterina Berezovskaya olacaq.
Putinlə canlı yayımda əlaqə saxlamaq və cavab almaq üçün artıq 1,2 milyondan artıq sual və müraciət daxil olub. Onunla görüş bu gün reallaşacaq.
Türkiyənin Balıkesir şəhərində ötən il prokurorluğa gedən nənə (ata nənəsi) G.S. o dövrdə 6 və 9 yaşında olan iki nəvəsinin cinsi istismara məruz qaldığını deyib.
“Yol-xeber.az” “Hurriyet”ə istinadla xəbər verir ki, G.S keçmiş gəlini Merve A. və onun indiki həyat yoldaşı Rahmi.A-dan şikayət edib.
Prokurorluq nənələrinin yanında qalan ibtidai sinif şagirdi qızla özündən böyük qardaşının ifadəsini alıb.
Uşaqlardan biri anasının atası ilə boşandıqdan sonra Rahmi A.ilə evləndiyini, lakin eyni zamanda başqa 4 nəfərlə münasibətdə olduğunu söyləyib. Azyaşlı anası ilə münasibətdə olan şəxslər tərəfindən cinsi istismara məruz qaldığını bildirib. Uşaq həm anasından, həm ögey atasından, həm də dayısından şikayətçi olub.
Azyaşlı həmçinin ana nənəsinin və dayısının onları döydüyünü deyib. 9 yaşlı qardaş da bacısının sözlərini təsdiqləyərək ana nənəsi ilə daysının onları elektrik kabelləri ilə döydüyünü söyləyib. Oğlan ögey atasının və dayısının onun məhrəm yerlərinə toxunduğunu bildirib.
Kiçik qızla qardaşı başlarına gələnləri həmçinin rəsm formasaında da çəkiblər. Həmin rəsmlər sübut kimi məhkəməyə təqdim edilib.
Ana və ögey ata uşaqların ifadəsi ilə bağlı deyilənlərin yalan olduğunu bildirərərk azadlığa buraxılmalarını tələb ediblər.
Türkiyə Ailə və Sosial xidmətlər Nazirliyi bacı-qardaşa psixi-sosial dəstək verildiyini açıqlayıb.
Ötən il oktyabrın 16-da keçirilən ilk məhkəmə prosesində ana və ögey ata həbs edilsə də, yanvarın 5-dəki məhkəmədən sonra onlar azadlığa buraxılıblar.
Mart və may aylarında Ailə və Sosial xidmətlər Nazirliyi qərara etiraz edərək Merve A və Rahmi A-nın həbsini tələb edib.
Cütlüyün azadlığa buraxılması Türkiyədə böyük etirazlarla qarşılanıb.
Digər tərəfdən uşaqların hadisə ilə bağlı dindirildikləri səsyazısı da yayımlanıb. Bir sıra hüquqşünaslar eyni hadisənin uşaqlara həm danışdırılması, həm yazılması, həm etdirilməsinin onların psixologiyasına ağır zərbə olduğunu deyərək hüquqlarının pozulduğunu bildiriblər.
Sosial şəbəkə istifadəçiləri “elmalıdavası” həştəqi yaradaraq qərara öz etirazlarını bildiriblər. Türkiyəli tanınmış jurnalistlər, aktyorlar, müğənnilər, psixoloqlar və yüzlərlə tanınmış şəxs, həmçinin “Galatasaray”, “Fenerbahçe”, “Trabzonspor” və “Beşiktaş” klubları da paylaşım edərək ədalət tələb ediblər.
Türkiyə baş prokurorluğu növbəti məhkəmə prosesinin 17 sentyabra təyin edildiyini açıqlayıb.
29 iyun tarixində keçirilməli olan ATƏT-in illik Vyana Təhlükəsizlik Konfransı baş tutmadı.
Bunu Caliber.Az diplomatik mənbələrə istinadən xəbər tutub.
Hələ bir müddət əvvəl təşkilatın hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde konfransın uğursuzluqla nəticələnəcəyini anons etmişdi.
Onun sözlərinə görə, uğursuzluğun səbəbi ənənəvi olaraq ATƏT-in əsas tədbirlərindən biri sayılan forumun keçirilməsinə dair razılığın əldə edilməməsidir.
İsveç təşkilatın sədri olaraq Avropa ictimaiyyətini konfransın keçirilməsi üçün əlindən gələni etdiyini bildirib.
Lakin bunun üçün faktiki olaraq forumun keçirilməsinə blok qoyan Ermənistanı razı salmaq lazım idi.
Ermənistanın bu forumun qarşısını almaq üçün öz veto imkanından istifadə etməsinin səbəbi nədir?
Bu suala cavab verməkdən öncə xatırlayaq ki, martın sonunda İrəvan ATƏT-in illik büdcəsinin qəbul edilməsinə qarşı çıxaraq və Ukraynadakı xüsusi monitorinq missiyasına əngəl olaraq təşkilatın fəaliyyətini sabotaj edib.
ATƏT-in rəhbərliyi və rəsmi Kiyev Ermənistanın açıq-aşkar Rusiyapərəst mövqeyindən narazılığını bildirdi. Əslində bu təəccüblü olmamalıydı, belə ki, Qarabağ müharibəsində Ermənistanın sarsıdıcı məğlubiyyəti bu ölkəni onsuz da beynəlxalq münasibətlərdəki mövcud olan məhdud suverenlikdən də məhrum etdi.
Və indi də Ermənistan bir daha beynəlxalq oyunçu kimi özünün etibarsızlığını, Avropanın əsasını təşkil edən beynəlxalq hüququn əsas prinsipləri və normalarını rəhbər tutmaq istəmədiyini bir daha göstərdi.
İrəvan Vyana Təhlükəsizlik Konfransının keçirilməsini blok edərək, əslində aktual hərbi-siyasi problemlərin ATƏT platformasında əsaslı müzakirəsinə qarşı çıxdı.
Ermənistanın mövqeyinin əsas səbəbi bu konfrans vasitəsilə Azərbaycana ərazi iddialarından irəli gələn fikirlərinin Cənubi Qafqaz bölgəsinin bu günü və gələcəyi barədə təsəvvürlərinin mümkünsüzlüyünün dərk edilməsindən irəli gəlir. Yeni regional reallıqlar Qarabağın Ermənistan tərəfindən işğalının sona çatması və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə qeyd olunan 44 günlük müharibənin nəticələrinə əsaslanır.
Əgər əvvəlki illərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini idarə edən Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ümumavropa ictimaiyyətinin əsas dəstəyini ala bilməyibsə, münaqişə keçmişdə qaldıqdan sonra Vyana Konfransından nə gözləyirdi ki? Sözsüz ki, müharibəni uduzan Ermənistanın sona çatan münaqişə bölgəsindəki yeni geosiyasi gerçəyi inkar etməyə çalışdığını nəzərə alsaq, özünə təsəlli verəcəyi bir şey yoxdur.
Lakin İrəvanın bu cür cəhdləri tamamilə ümidsizdir, buna görə də Ermənistanın gücü ancaq nüfuzlu ATƏT konfransını əngəlləməyə çatır. Üstəlik, Avropada bu addıma görə İrəvanı çox danlamağa imkan verməyənlər həmişə tapılacaq. Əgər Ermənistan 30 il Azərbaycan ərazilərini işğal altında saxlaya bilirdisə, müqayisədə, bu heç də ciddi məsələ deyil...
Amma Ermənistan üçün problem ondan ibarətdir ki, hətta ATƏT kimi dünya nizamının əsas təsisatlarının fəaliyyətini əngəlləmək belə İrəvanın bu gününkü vəziyyətini asanlaşdırmır və daha yaxşı bir gələcəyə nail olmağa kömək etmir. Maraqlıdır ki, ümumavropa birliyinin ən zəif həlqəsi adlandırıla bilən bir ölkə ATƏT çərçivəsində veto hüququndan istifadə etdi.
İrəvanda siyasi təsisatlarının iflic vəziyyətdə olduğunu nəzərə alsaq Vyana konfransını bloklamağa ümumiyyətlə kimin qərar verdiyi maraq doğurur. Axı Ermənistan Xarici İşlər Nazirliyində bir neçə həftədir nazir və müavinlər yoxdur.
Ümumiyyətə, beynəlxalq aləmdə imicinin çoxdan diplomatik cəhətdən düzgün tərifi tapılmaqda çətinlik çəkilən Ermənistana XİN başçısı və müavinlər lazımdırmı?
"Ermənilər Qarabağdan birdəfəlik çıxacaq".
Bunu Erməni diasporunun tanınmış nümayəndələrindən biri, ABŞ-da nəşr olunan «The California Courier» qəzetinin təsisçisi və baş redaktoru olan Arut Sasunyan deyib.
Sasunyan Nikol Paşinyanın seçkidə qalib gəlməsinin xalqın iradəsinin təcəssümü saydığını deyib.
“Seçkinin nəticəsi əhalinin qərarıdır və biz bu qərara hörmətlə yanaşmalıyıq”.
Sasunyan deyib ki, Ermənistan sonuncu dəfə 15 əsirə görə 97 min minanın xəritəsini verdi ki, bu cür davam etsə, Azərbaycan yeni tələblər edəcək və buna əməl olunacaq.
O qeyd edib ki, Ermənistan nə Qarabağda, nə də Zəngəzurda Azərbaycan qarşısında güc göstərə bilməyib: "5 il sonra azərbaycanlılar Xankəndinə girəcəklər”.