"Taliban" hərəkatı yalnız siyasi razılaşma əldə olunduqdan sonra Əfqanıstanda atəşi dayandıracaq.

"Qafqazinfo xəbər verir ki, bunu "Taliban" hərəkatının Dubayda yerləşən siyasi ofisinin nümayəndəsi Suheyl Şahin deyib.

Onun sözlərinə görə, danışıqlar Doha razılaşması əsasında keçirilir.

S. Şahinin fikrincə, tərəflər münaqişənin siyasi yolla nizamlanmasının yol xəritəsini müzakirə edəcəklər və yalnız bundan sonra atəşin dayandırılması ilə bağlı danışıqlara keçəcəklər.

O, həmçinin vurğulayıb ki, siyasi yol xəritəsi ilə bağlı danışıqlar hələ də davam edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin yeni Prezidenti İshak Hersoqla telefonla danışıb.

 R.T.Ərdoğan İ.Hersoqu yeni vəzifəsi münasibətilə təbrik edib.

İki ölkə lideri arasında Türkiyə-israil əlaqələri, regional məsələlər müzakirə olunub.

Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayan Prezident Ərdoğan iki ölkə arasında enerji, turizm və texnologiya başda olmaqla müxtəlif sahələrdə əməkdaşlıq üçün yüksək potensialın olduğunu vurğulayıb. Prezident Ərdoğan, pandemiyaya baxmayaraq, ikitərəfli ticarətin artdığını və bu potensialdan faydalanmağın ümumi maraqlara xidmət etdiyini bildirib.

İki dövlət arasındakı fikir ayrılıqlarına baxmayaraq, münasibətlər və dialoqun davam etdirilməsinə əhəmiyyət verdiyini deyən Prezident Ərdoğan beynəlxalq ictimaiyyətin Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində daimi sülhün və problemlərin hərtərəfli həllini gözlədiyini qeyd edib.

"Avqust ayında yoluxmaların 80 faizi "Delta" ştammı olacaq".

"Yol-xeber.az" xəbər verir ki, türkiyəli professor Gülay Korukluoğlu "Delta" ştammının original virusdan 60, İngiltərə variantından isə 50 faiz daha yoluxucu olduğunu vurğulayıb:

"Delta variantı dünya ölkələrinə yayılmaqda davam edir. Avqust ayındakı yoluxmaların demək olar ki, 80 faizi "Delta" olacaq. Buna görə də bu prosesdə vaksinasiya çox önəmlidir. Bununla bərabər gigiyena qaydalarını da unutmamalıyıq. Məsələn, İsrail vaksinasiyaya görə ən yaxşı ölkələrdən biridir. Amma "Delta" ştammının artmasının ən önəmli səbəbi maska qadağasını ləğv etmələri oldu. Ona görə də yenidən maska qadağasını geri gətirdilər". medicina.az

Tiflisdə gey-parada qarşı çıxanlar tərəfindən fiziki zorakılığa məruz qalan “Pirveli” telekanalının operatoru Aleksandr Laşkaravanın cəsədi evində tapılıb.

“Sputnik-gürcüstan” xəbər verir ki, onun cəsədini anası Laşkaravanın şəxsi evində tapıb. Kriminalist ekspertlər ölüm səbəbini araşdırırlar. Hadisə ilə bağlı cinayət işi açılıb. 

 Laşkavara aksiyada döyüldükdən sonra  xəstəxanaya düşüb və bir neçə gündən sonra özünü yaxşı hiss etdiyi üçün həkimlər onu evə buraxıb. 

Türkiyənin Bursa şəhərinin Mudanya vilayətində yerləşən mağazaların birində həyəcanlı anlar yaşanıb.

Anasının yanında olan azyaşlı uşağın boğazında konfet qalıb. Nəticədə o, nəfəs ala bilməyib. Ətrafdakı insanlar kömək etməyə çalışsa da, artıq ümidlərini üzməyə başlayıb. Vəziyyəti kənardan izləyən gənc oğlan dərhal mağazaya daxil olub və bir-iki həmlədə uşağın ölümdən dönməsinə köməklik göstərib.

Məlum olub ki, sözügedən şəxs yaxınlıqda saç ustası işləyən Ercan Uşaqdır. O, yaxın aylarda övladı olacağı üçün ilkin yardım videolarını izlədiyini deyib. Təlim dərslərindən öyrəndiyi üsulla azyaşlıya köməklik göstərib.

Pfizer şirkəti, tezliklə ABŞ hakimiyyətini koronavirus peyvəndinin üçüncü (gücləndirici) dozasının vurulmasına ehtiyac olması barədə məlumatlandırmaq niyyətindədir.

"Bu barədə “The Washington Post” məlumat verib.

Ehtimal olunur ki, bu barədə müvafiq dövlət qurumlarının rəhbərlərinə sabah keçiriləcək iclasda məlumat veriləcək.

Belə ki, peyvənddən altı ay sonra verilən gücləndirici dozası standarta uyğun verilən iki dozadan sonra 5-10 qat daha çox antikor istehsalına imkan verir.

Haiti prezidenti Jovenel Moiseyə qarşı sui-qəsdin baş aktorlarından olan şübhəli saxlanılıb.

“Xarici KİV-ə istinadla xəbər verir ki, Haiti mediası ABŞ-ın Florida ştatında yaşayan Kristian Emmanuel Sanon adlı həkimin saxlanıldığını yazıb.
Haiti Polis müdiri Leon Çarlz bu barədə yerli mediaya danışıb:

“Hücumçular qaçmağa çalışarkən mühasirəyə düşdüklərində ilk zəng etdikləri şəxs Emmanuel Sanon idi” – o bildirib.

Qeyd edək ki, Haiti prezidentinin yaşadığı iqamətgaha hücum edərək prezidentin və onun həyat yoldaşının ölümündə təqsirli bilinən 19 nəfər saxlanılıb, 10 nəfər məhv edilib.

Tacikistanın şimalında ötən gecə 5,9 maqnitudalı zəlzələ baş verib.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə Avropa Aralıq Seysmologiya Mərkəzi bildirib.

Mərkəzi Xocənd şəhərinin 169 km cənub-şərqində, ocağı 40 km dərinlikdə yerləşən yeraltı təkan nəticəsində 5 nəfərin öldüyü bildirilir.

Litva Prezidenti Gitanas Nausedanın İspaniyanın Baş naziri Pedro Sançezlə hərbi bazalardan birində təşkil etdiyi birgə mətbuat konfransı yarıda dayandırılıb.

"Yol-xeber.az" xəbər verir ki, buna səbəb Rusiya qırıcılarının Litvanın hava sərhədlərini pozması olub.

Bundan sonra Litva hərbi təyyarələrinə döyüşə hazır vəziyyətə gətirilməsi ilə bağlı əmr verilib.

Rusiya Müdafiə Nazirliyi isə məsələ ilə əlaqədar açıqlama yayaraq bildirib ki, Rusiya qırıcısı başqa ölkələrin hava sərhədlərini pozmadan, beynəlxalq qaydalara uyğun şəkildə uçub.

Livanda təlim uçuşunu yerinə yetirən yüngül motorlu təyyarə qəzaya uğrayıb.

“Yol-xeber.az” xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər həlak olub. Hadisə Qosta şəhərində baş verib. Təyyarənin pilotu Corc Şirikçyan milliyətcə erməni olub.

Qəzanın səbəbləri araşdırılır.

Xəbər lenti