![]() |
|
Tacikistan Prezidenti Emoməli Rəhmon ölkənin Əfqanıstanla sərhəddə yaranmış vəziyyətlə əlaqədar olaraq ehtiyatda olan hərbçilərin səfərbərlik xidmətinə cəlb olunması ilə bağlı sərəncam verib.
“Qafqazinfo” “İnternovosti.ru”ya istinadən xəbər verir ki, ölkənin Əfqanıstanla sərhədinin gücləndirilməsinə 20 min nəfərin göndəriləcəyi güman edilir.
Bir sıra mənbələrə görə, hazırda “Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanla Tacikistan arasındakı sərhədin böyük bir hissəsini nəzarətə götürüblər.
ABŞ hərbi qüvvələrinin və onların tərəfdaşlarının Əfqanıstanı tərk etməsindən sonra burada vəziyyət pisləşib. Aktiv hücuma keçən radikal qüvvələr hazırda yeni ərazilər ələ keçirir. Bu səbəbdən də, əfqan təhlükəsizlik qüvvələri geri çəkilməyə məcbur olur.
ABŞ-ın “Amazon” korporasiyasının yaradıcısı Ceff Bezos baş icraçı direktor vəzifəsindən gedib.
"Yol-xeber.az" "npr.org"a istinadla xəbər verir ki, sözügedən vəzifəyə daha əvvəl “Amazon Web Services” servisinə rəhbərlik edən Endi Cessi gətirilib.
C.Bezos bundan sonra da "Amazon"un ən böyük səhmdarı olaraq qalacaq.
Bu dəyişikliyin iqlim dəyişikliyi tədbirləri, xeyriyyə işləri və kosmik tədqiqatlarla əlaqəli olduğu bildirilib.
Qeyd edək ki, “Amazon”un qurucusu Cef Bezos sahibi olduğu “Blue Origin” aviasiya və kosmik tədqiqatlar şirkətinin ilk uçuşunda iştirak edəcək.
O, 20 iyulda “Blue Origin” şirkətinin kosmosa ilk insanların iştirakı ilə baş tutacaq uçuşuna qardaşı ilə birgə qatılacaq.
Son 6 ayda ölkəni 740785 insan tərk edib.
“Yol-xeber.az” erməni mediasına istinadən xəbər verir ki, cari ilin birinci rübündə ölkəni tərk edənlərin sayı 165739 , ikinci rübündə isə 49 7443 nəfər olub.
Beləliklə, cari ilin ikinci rübündə ölkəni tərk edənlərin sayı birinci rüblə müqayisədə 28 faiz çox olub. Ermənistan Statistika Təşkilatının verdiyi xəbərə görə, bu say getdikcə artacaq.
İngiltərədə maska qadağası ləğv ediləcək.
“Xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson deyib. O, koronavirusla bağlı məhdudiyyətlərin 19 iyuldan ləğv ediləcəyi ilə bağlı danışarkən normallaşma prosesinə çox az vaxt qaldığını bildirib.
Baş nazir 19 iyuldan 1 metrlik sosial məsafə qaydasının ləğv ediləcəyini, gecə klubları və böyük istirahət mərkəzləri də daxil olmaqla bütün iş yerlərinin açılacağını və maska taxmağın məcburiyyət olmayacağını söyləyib.
B.Conson 18 yaşdan yuxarı hər kəsin sentyabrın sonuna qədər peyvənlənəcəyini açıqlayıb. O, həmçinin qeyd edib ki, 2 doza peyvənd vurduran şəxs koronaviruslu biri ilə təmasda olsa belə, təcrid edilməsinə ehtiyac qalmayacaq.
“Son iki həftədənin koronavirusla bağlı qrafikinə baxsanız, çox yüksək səviyyədə sabitləşmə olduğunu görə bilərsiniz”.
Yol-xeber.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili yardım proqramının direktoru Maykl Rayan “Twitter” hesabında bildirib.
O, hazırda dünyada epidemioloji vəziyyət 2-3 ay əvvələ nisbətən daha yaxşıdır.
"Eyni zamanda, bəzi ölkələrdə və bölgələrdə xəstələnmə səviyyəsində kəskin azalma olsa da, digər ölkələrdə sürətlə artım müşahidə edilir", - o bildirib.
Bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
Statistikaya əsasən, “Chrome” brauzerinin bazarda payı 77,06 faiz təşkil edib.
“Safari” brauzerinin iyun ayında payı mayla müqayisədə 0,52 faiz azalaraq 10,8 faiz təşkil edib.
“Samsung Internet” brauzerinin payı 0,33 faiz artaraq 4,93 faizə bərabər olub.
Eyni zamanda, iyun ayında “Opera” brauzerinin internet bazarında payı 0,03 faiz artaraq 3,72 faiz təşkil edib.
“Yandex Browser” brauzerinin payı 1,21 faiz, "Microsoft Edge"in payı 0,87 faiz təşkil edib.
Rusiyada sərnişin təyyarəsi radardan itib.
AFP xəbər verir ki, təyyarədə 28 sərnişin olduğu bildirilir.
Təyyarənin radarlardan itməsi ilə bağlı hələliik rəsmi qurumlar açıqlama verməyib.
"Çiftlik Bank" oyunun qurucusu "Tosuncuk" ləqəbli Mehmet Aydın təslim olmasının səbəblərini açıqlayıb.
“Yol-xeber.az” “Hurriyet”ə istinadla xəbər verir ki, M.Aydın ailəvi problemlər yaşadığını bildirib.
“Çox çətinlik çəkdim. Ailəmlə böyük problemlər yaşadım, ayrılma həddinə çatdım. Ailəvi problemlərə görə təslim oldum”.
M.Aydın həmçinin ona borcu olanların siyahısını da yanında gətirib. O, borclarını da ödəyəcəyini söyləyib:
“Borcum qədər alacaqlarım da var. Borcumun böyük bir qismini ödədim. Şikayətləri təmin edəcəyəm”.
128 nəfərin şikayətçi olduğu və ümumilikdə 48 nəfərin adının hallandığı məhkəmə işində Mehmet Aydın bir nömrəli şübhəli hesab olunur. Türkiyə mediası “Tosuncuk” barəsində 75 min ilə qədər həbs cəzası tələb olunduğunu yazıb.
Qeyd edək ki, 30 yaşlı Mehmet Aydın 5 il öncə qurduğu "Çiftlik Bank" vasitəsilə insanları aldadaraq ümumilikdə 500 mln türk lirəsi ( 97,7 mln manat) əldə etdiyi deyilir. Onun 3 il öncə pulları götürərək ölkədən qaçdığı söylənilir.
M.Aydın İnterpolun "Ən çox axtarılanlar" siyahısında idi. Sayta yerləşdirilən məlumatlara görə, o, elektron ödəmə sistemləri vasitəsi ilə oğurluq etmək, kooperativlər quraraq insanları aldatmaq, cinayətini maliyyələşdirmək üçün bir təşkilat yaratmaq, vergi qanunlarını pozmaq ittihamları ilə axtarıldı.
Onu da qeyd edək ki, M.Aydın bir neçə gün əvvəl Braziliyanın San-Paulo şəhərində yerləşən yerli Konsulluğa gedərək təslim olmuşdu.
Bu rəqəmləri Çinin Gigiyena və səhiyyə məsələləri üzrə Dövlət Komitəsi açıqlayıb.
Komitənin məlumatına görə, ölkədə indiyədək 1 milyard 296 milyondan çox peyvəndləmə aparılıb. Ötən sutka 12,8 milyon nəfər vaksinasiya edilib. Beləliklə, son 24 saatda koronavirus əleyhinə vurulan vaksin dozalarının miqdarı 1 faiz artıb. Ölkənin aparıcı mütəxəssislərinin fikrincə, ilin sonunadək Çində vaksinasiya səviyyəsi 80 faizə yüksələ və sakinlərdə kollektiv immunitet formalaşa bilər.
Əhalinin bu il aparılan son siyahıyaalınmasına əsasən, Çin sakinlərinin (Tayvan, Honkonq və Makao xüsusi inzibati rayonları daxil olmaqla) sayı 1,44 milyard nəfərdir.
Vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytının iyulun 3-nə olan məlumatına görə, dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının miqdarı 3 milyard 160 milyonu ötüb. Ümumilikdə 13 ölkədə əhalinin sayından çox vaksin dozası vurulub.
“Bu barədə Pakistan mətbuatı bildirib.
Qeyd edilir ki, bu, “taliban”çıların belə qısa vaxtda ələ keçirməyə müvəffəq olduğu rayonların maksimal miqdarıdır.
Xüsusi halda “taliblər” Badahşan əyalətində doqquz rayon və ölkənin şimal-şərqindəki Tahar əyalətində iki rayon, şərqdə bir rayon, Qəndəhar əyalətində daha bir rayon üzərində nəzarəti ələ keçiriblər.
KİV-in məlumatına görə, hal-hazırda “taliblər” ölkənin 370 rayonundan 110-a nəzarət edirlər.
Öz növbəsində Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, ötən gün ərzində ölkənin doqquz əyalətində döyüşlərin gedişatında 224 “talibançı” zərərsizləşdirilib. Nazirlik silahlılar tərəfindən tutulan rayonları geri qaytarmağa söz verib.
ABŞ və onların müttəfiqləri Əfqanıstandakı qoşunlarını bu ilin 11 sentyabrına qədər çıxarmalıdır.
Qoşunların çıxarılması prosesi "Taliban" hərəkatı qiyamçılarının Əfqanıstanda aktivləşməsi fonunda keçirilir. "Taliblər" maydan genişmiqyaslı hücum əməliyyatları keçirir və hökumət qüvvələrini tez-tez sıxışdırırlar.