Pakistanda iki qatar toqquşub.

"Yol-xeber.az" xəbər verir ki, hadisə ölkənin cənubunda qeydə alınıb. Sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub. 

Qəza nəticəsində 36 nəfər həlak olub, 50 nəfər yaralanıb. 

Hadisə zamanı 14 vaqon çevrilib. Eyni zamanda 8 vaqon tamamilə sıradan çıxıb.

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Qatarların toqquşmasından sonra bu ərazidə qatarların hərəkəti dayandırılıb.

 

"Anonymous" xakker qrupu SpaceX və Tesla şirkətinin rəhbəri Elon Maskı Tvitter paylaşımları ilə kriptovalyutalara həddən artıq təsir göstərməkdə və adi insanların investisiyalarına xor baxmaqda günahlandırıblar.

"Anonymous" xakker qrupu SpaceX və Tesla şirkətinin rəhbəri Elon Maskı Tvitter paylaşımları ilə kriptovalyutalara həddən artıq təsir göstərməkdə və adi insanların investisiyalarına xor baxmaqda günahlandırıblar. Xarici KİV-ə istinadən bildirir ki, milyarderə ünvanlanan müraciət "YouTube" kanalında yayımlanıb.

"Əməksevər insanlar sizin ictimai isterikanızla qarşılaşırlar. Siz isə malikanələrinizdən birində oturub onları memlərlə lağa qoymağa davam edirsiniz. Özünüzü ən ağıllı insan hesab edə bilərsiniz, amma indi özünüzə bərabər bir şəxslə tanış oldunuz" - deyə videomüraciətdə bildirilir.

Qırğızıstanla-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib.

“RİA Novosti” xəbər verir ki, Tacikistan tərəfi, Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı tərəflərin hökumətlərarası nümayəndə heyətlərinin əvvəllər əldə etdikləri bütün razılaşmaları pozub. Tacikistanın 4 iyun 2021-ci il tarixində, saat 03.00 radələrində Qırğızıstan sərhədinin 1 km dərinliyinə daxil olaraq ub Oş vilayətinin Çon-Alay rayonunun “Unju-Bulak” dövlət sərhəd məntəqəsində konteyner yerləşdirdiyi bildirilib. Bundan əlavə,  sərhədin Tacikistan tərəfində avtomobil yüngül zirehli maşınların, o cümlədən hərbçilərin sıx toplaşdığı qeyd olunub.

Həmçinin vurğulanıb ki, Qırğızıstan tərəfi vəziyyəti tərəflərin sərhədçiləri səviyyəsində tənzimləmək üçün tədbirlər görməyə çalışsa da, Tacikistan sərhədçiləri telefon zənglərinə cavab verməyib.

Xatırladaq ki, Qırğızıstan-Tacikistan sərhədindəki “Golovnoy” su şəbəkəsinə nəzarət uğrunda 28 apreldə başlayan gərginlik əvvəlcə iki ölkə əhalisinin bir-birini daşlamasına səbəb olub. Daha sonra isə silahlı qarşıdurma baş verib. Ümumilikdə hadisə nəticəsində 36 Qırğızıstan vətəndaşı həlak olub, təxminıən 200 nəfərə yaxın şəxs  isə yaralanıb. 30 aprel günortadan sonra tərəflər atəşkəs razılığı əldə edib.

İraqın paytaxtı Bağdadın Kazımiyyə səmtində partlayış baş verib.

“Yol-xeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə, iki nəfər ölüb, 14 nəfər yaralanıb.

Partlayış bir restoranın qarşısında qeydə alınıb.

Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Rusiyada xarici işçilərdən rus dilini, ölkənin tarixini və qanunvericiliyinin əsaslarını bilmək tələb olunacaq.

"Yol-xeber.az" xəbər verir ki, bu sahələrdə minimum bilik səviyyəsinə dair tələblər Rusiya hökumətinin müvafiq fərmanı ilə təsdiqlənib.

Belə ki, miqrantlar sosial-məişət və bəzi peşə mövzularında rus dilində sərbəst danışmalıdırlar. Bu, xüsusilə, işə qəbulda, xəstəxanalara və polisə müraciət zamanı tələb olunur. Xarici işçilər, həmçinin lazımı sənədləri və ərizələri doldura bilməlidirlər.

Rusiya tarixi imtahanında xarici işçilərin əsas hadisələr, iri şəhərlərin adları və dövlət bayramları barədə bilikləri də yoxlanılır. Bundan əlavə, onlar ölkədə olduqları müddətdə özlərinin əsas hüquqları, azadlıqları və vəzifələri ilə tanış olmalıdırlar.

Bu tələblər bəzi istisnalar olmaqla, Rusiyada yalnız müvəqqəti yaşamağı planlaşdıranlar şəxslərə də aiddir.

“Pandemiya hər yerdə bitənə qədər heç bir yerdə bitməyəcək”.

“Yol-xeber.az” xarici KİV-ə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə təşkilatının sözçüsü Tariq Casarefik deyib. O bildirib ki, peyvəndlərin paylanılmasındakı şokedici qlobal qeyri-bərabərlik pandemiyanın sona çatdırılmasında ən böyük risk kimi qalmaqdadır.

Sözçü peyvəndlərdən əvvəlcə zəngin olanların istifadə etdiyini,  tədricən qiyməti endirilərək kasıbların da yararlanmasını “damcı effekti”nə bənzədib:
“Damcılama effekti ilə peyvəndləmə ölümcül nəfəs yolları virusu ilə mübarizə aparmaq üçün təsirli strategiya deyil. Xalqın sağlamlığı tədbirləri və vaksinasiyanın birləşdirilməsi ilə həyatları və dolanışıq mənbələrini xilas etmək, pandemiyadan çıxmağın tək yoludur”.
ÜST rəsmisi pandemiyanın sona çatması üçün dövlətləri sentyabra qədər əhalisiin azı 10 %-ni, il sonuna qədər isə 30 faizini  peyvəndləməyə çağırıb:

Panama Respublikasının Prezidenti Laurentino Kortizo Kohen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Məktubda deyilir:

"Cənab Prezident.

Panama Respublikasının xalqı və hökuməti adından, şəxsən öz adımdan əlamətdar tarix olan 28 May - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Azərbaycan xalqının firavanlığı və tərəqqisi üçün ən səmimi arzularımı, habelə hökumətimin ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrini davam etdirmək niyyətini çatdırmaq istərdim.

Bir daha Zati-alinizə ən yüksək hörmət və ehtiramımı ifadə edirəm".

İsraildə ilk dəfə fələstinliləri təmsil edən ərəb partiyası hökumətdə təmsil olunacaq.

“Yol-xeber.az” xarici KİV-ə istinadla xəbər verir ki, ərəb partiyası İsrailin baş naziri Benyamin Netanyahunun rəqibləri Yeş Atid (Gələcək var) və Yamina Partiyalarının liderliyindəki müxalifət partiyasına qoşulacaq.

Söhbət İsrail vətəndaşı olan fələstinlilərin qurduğu və İsrail parlamentində 4 millət vəkili olan Birləşmiş Ərəb Siyahısından (Raam) gedir. Partiyanın lideri Mənsur Abbas 8 partiyadan ibarət olacaq kolaisiya hökumətinə qatılmaq üçün imza atıb.

Hökumətin etimad səsini qazanarsa, Raam yeni hökumətdə yer alacaq.
M.Abbas ilk dəfə bir ərəb partiyasının hökumətə qatılması ilə bağlı qərar verməyin o qədər də asan olmadığını bildirib:

“Çox sayda müzakirələr var, amma biz hökumətin qurulması üçün yaxşı fürsət olduğuna inanırıq”.

Yeni koalisiya hökumətinin qurulması üçün ən gec 14 iyuna qədər etimad səsini qazanaraq and içməlidir. Əgər yeni koalisiya hökuməti qurularsa, B.Netanyahunun 12 illik baş nazirlik dövrü başa çatacaq.

Xatırladaq ki, bu il martın 23-də İsraildə son 2 ildə 4-cü dəfə erkən parlament seçkiləri keçirilib. Seçkilərdə heç bir partiya hökuməti formalaşdırmaq üçün parlamentdə mütləq çoxluq olan 61 millət vəkilinə çata bilməyib.

İraqda "qara kif" kimi tanınan mukormikoz xəstəliyi qeydə alınıb.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsinin sözçüsü bildirib.
Ümumilikdə, ölkənin Nasiriya şəhərində xəstəliyə 4 yoluxma və iki ölüm hadisəsi qeydə alınıb. Əlavə olaraq bildirilir ki, xəstələr vaxtında düzgün müalicə olmazsa, ölüm səviyyəsi 94 faizə yüksələ bilər.

Xatırladaq ki, bu xəstəlik koronavirusun yan təsirləri səbəbilə yaranıb və ilk olaraq Hindistanda qeydə alınıb. Hindistanlı həkimlər infeksiyanın beyinə düşməsinin qarşısını almaq üçün minlərlə xəstənin gözünü çıxarıblar.

ABŞ üçün ən böyük terror təhdidini İŞİD və Əl-Qaidə terror qruplaşmaları deyil, ağ irq ideyasının tərəfdarları təşkil edir.

 “Yol-xeber.az” TASS-a istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ prezidenti Co Bayden  Oklahoma ştatının Talsa şəhərində çıxışı zamanı bəyan edib.

“ABŞ kəşfiyyat orqanlarının məlumatına əsasən bu gün vətən üçün ən ciddi  və dəhşətli təhlükə mənbəyi ağ irq hərəkatının terrorçuluq fəaliyyətidir. Bu təhlükə mənbəyi nə İŞİD, nə də “Əl-Qaidədir”, ağ irqdir”, - Bayden bəyan edib.

Bayden əlavə edib ki, nifrət heç zaman qələbə çala bilməz: 

“Nifrət ancaq gizlində olur, ancaq ona biraz imkan yaradan kimi liderlərin ortaya çıxmasına səbəb olur ki, sanki bunlar heç  zaman  gizlində olmayıb. Biz nifrətə yer verməməliyik və bunu bacara bilərik”.

Bayden bir müddət öncə daxili ekstremizmə və buna imkan verilməməsinə qarşı mübarizəni gücləndirəcəyini bəyan edib. 

Xəbər lenti