Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron Danimarka və ABŞ-ı casusluq qalmaqalına aydınlıq gətirməyə çağırıblar.

"Xarici KİV xəbər verir ki, Fransa lideri və Almaniya hökumətinin başçısı müttəfiqlərə casusluq edilmənin yolverilməzliyini bildirib.

Rəsmi Kopenhagen artıq casusluqla əlaqəsi olmadığını bəyan edib.

Danimarka Müdafiə Naziri Trine Bramsen yaxın müttəfiqlərin sistematik şəkildə vurulmasının qəbuledilməz olduğunu deyib.

Yayılan xəbərlərə görə, Danimarka kəşfiyyatı NSA-ya (ABŞ Milli Kəşfiyyat Agentliyi) Almaniyadakı siyasətçiləri dinləməyə icazə verib.

Danimarka Yayım Korporasiyası (DR) tərəfindən yayımlanan hesabatda bildirib ki, 2012-2014-cü illər arasında İsveç, Norveç və Fransanın yüksək səviyyəli siyasətçilərinin, habelə Almaniya kansleri Angela Merkelin telefonları müxtəlif sualtı kabellərlə ölkələrin rabitə sistemlərinə daxil olaraq dinlənilib.

Çində quş qripi virusu H10N3 insana yoluxub.

"Yol-xeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Sağlamlıq Komitəsinə  məlumat yayıb. Hadisə Çzyansu əyalətində qeydə alınıb.

Belə ki, 23 apreldə 41 yaşlı kişidə qızdırma və digər simptomlar görülməyə başlayıb. 28 aprel tarixində xəstənin vəziyyəti pisləşib və o, yerli xəstəxanaya yerləşdirilib.

Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi xəstədən götürülən nümunəyə əsasən onda H10N3 virusunu aşkar edib.

Qeyd edilir ki, virus quş mənşəli olsa da, onun insanları yoluxdurma  “effektivliyi” yoxdur.

Xəstə ilə sıx təmasda olan şəxslər həkim nəzarəti altına alınıb, onlarda heç bir anomaliya aşkar edilməyib. Hazırda xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir və xəstəxanadan buraxıla bilər.

Böyük Britaniyada pandemiyanın başlanğıcından ilk dəfə sutka ərzində COVİD-19-dan ölüm hadisəsi qeydə alınmayıb.

"Bu barədə rəsmi statistikada məlumat verilir. Son sutkada 3100 nəfər virusa yoluxub.

Qeyd edək ki, pandemiyanın əvvəlindən ən çox ölüm faktı bu ilin yanvarında (sutka ərzində 1300 ölüm) qeydə alınıb.

ABŞ Prezidenti Co Baydenlə görüşəndə ondan Türkiyə-ABŞ münasibətlərinin niyə gərgin oldiğunu soruşacağıq”.

“Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin efirində jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Sizdən əvvəlki demokratlarla - Buş və Obama ilə işlədik. Amma onlarla belə bir gərginlik yaşamadıq. Ardından respublikaçı Trampla işlədik. Onunla da heç bir gərginlik qeydə alınmadı.

Əksinə, çox rahat idik. Cənab Baydenlə, təəssüf ki, görüş trafikimiz rahat olmadı. İndi NATO  Zirvəsində bir araya gələcəyik. Bunları müzakirə edəcəyik”, - Ərdoğan qeyd edib.

Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransada səfərdədir.

 “Yol-xeber.az” “armenpress”ə istinadən xəbər verir ki, səfər zamanı keçiriləcək görüşlərdə ikitərəfli iqtisadi, siyasi əlaqələr, o cümlədən  Ermənistan-Azərbaycan sərhəddinə yaranmış vəziyyət, Qarabağ  məsələsi müzakirə olunacaq .

 Paşinyan Fransa paelamentini sədri Rişar Rerranla, Emanuel Makronla, Senat sədri  Jerar Larşe ilə görüşəcək.

2021-ci ilin birinci rübündə Rusiyanın dövlət borcu 741,3 milyard rubl artıb və 19,7 trilyon səviyyəsində dayanaraq 20 trilyon rubla (464 mln manat - ölkə.az) yaxınlaşıb.

Yol-xeber.az xəbər verir ki, bu, Rusiyanın Hesablama Palatasının hesabat dövrü üçün federal büdcənin icrası barədə hesabatında deyilir.

Üç ayda böyümə 3,9 faiz olub.

Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə Dövlət naziri Vendi Morton Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən narahatlığını bildirib.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə xanım nazir Tvitter hesabında paylaşım edib.
"Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlikdən dərindən narahatam. Britaniya hər iki tərəfi dərhal qoşunlarını geri çəkməyə, eskalasiya hərəkətlərindən və yeni minaların yerləşdirilməsindən çəkinməyə çağırır”.

Morton, həmçinin tərəfləri sərhədlərin müəyyənləşdirilməsinə dair ön şərt olmadan konstruktiv danışıqlar aparmağa çağırıb.

Şərqi Çinin Szyansu əyalətində dünyada ilk H10N3 quş qripinə yoluxma faktı qeydə alınıb.

“Yol-xeber.az” “Global Times”a istinadla xəbər verir ki, bu virusun ilk aşkarlandığı 41 yaşlı şəxs aprelin 23-də hərarət və digər simptomlarla xəstəxanaya aparılıb.

Çinin səhiyyəsinin səlahiyyətli nümayəndələri virusun quşlardan insana keçmə ehimalı olduğunu desələr də, genişmiqyaslı yayılma riskini aşağı qiymətləndiriblər. 

Həkimlərin bildirdiyinə görə virusun insandan insana keçməsi faktı hələlik sübuta yetirilməyib.
Xəstədən götürülən analiz nəticəsində onun H10N3 virusuna yoluxan ilk insan olduğu üzə çıxıb.

Qeyd edək ki, H10N3 quş qripi virusu kimi tanınan Qrip A virusunun bir növüdür. H10N3 vəhşi quşlar arasında yayılan və quşlar üçün ölümcül virusdur. H10N3 qrip və COVID-19 kimi heyvanlar arasında tənəffüs damcıları ilə yayılır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə Prezidenti Ərdoğan Belçikada NATO zirvəsinə qatılacaq, daha sonra isə Azərbaycana gələcək.

“Yol-xeber.az” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ərdoğan 13-14 iyunda Brüsseldə NATO zirvəsində qatılacaq. Türkiyə prezidentinin daha sonra 14-16  iyun tarixləri arasında Bakıya səfər edəcəyi bildirilib.

Xatıladaq ki, bundan əvvəl "RİA Novosti" Rəcəb Tayyib Ərdoğanın iyunun 15-16-da Azərbaycana səfər edəcəyini yazmışdı. Onun iyunun 15-də Bakıya gələcəyi, növbəti gün isə Şuşaya səfər edəcəyi bildirilirdi.

Heç kim sual vermir ki, 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrində nə üçün belə bir problem yaşanır ki, hərbi qulluqçu məzuniyyətə gedir, lakin ona 10 min dram yol xərcini vermirlər. Deyirlər ki, sən konkret maşınla getməlisən. Hətta əgər sənin valideynin öz maşını ilə gəlib səni aparırsa, təyin olunan konkret maşınla getməsən də, sən yenə də o pulu sürücüyə verməlisən. Belə bir problem olubmu? Kim olmasının qətiyyən önəmi yoxdur. Biz bu məsələlərin dərinliyinə gedirik ki, nə üçün belədir? O zaman deyirlər ki, hərbi hissə komandiri büdcədən hətta yanmış lampaların pulunu belə ala bilmir. Yaxşı hərbi hissə komandiri bunun hamısını öz cibindən edə bilməz axı. 

Erməni mətbuatı xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Birincisi, hərbi hissə komandirlərinə xırda xərclər üçün büdcə ayırdıq. İkincisi, kiminsə əsgərlərdən bir qəpik də görtürməsini qadağan etdik. Əsgərlərin aylıq ödənişlərini artırdıq. Külli miqdarda silah-sursat əldə etdik. Lakin 2018-ci və hətta 2019-cu ildə aydın oldu ki, xeyli zabit vəzifələri boş qalıb, həmin vəzifələri tutan olmayıb. Başa düşürsünüz - ştat olub, lakin xidmət etmək istəyən zabit olmayıb. Əgər əməkhaqların artım tempinə diqqət etsəniz, görərsiniz ki, əsasən taqım komandirləri səviyyəsində əməkhaqlar artırılıb. Nə üçün? Ona görə ki, xidmət etməyi cəlbedici edə bilək”, - deyə N.Paşinyan əlavə edib. 

“Bu gün bizi nədə desən, günahlandırırlar. Təəssüf ki, Ermənistanda zabit içindəki qızılı əldə etmək üçün S-300 hava hücumundan müdafiə sisteminin üzərindən platanı çıxarıb, aparıb 30-40 min drama satır. Əgər Ermənistan Respublikasında belə bir vəziyyət varsa, əlbəttə ki, bunlar ittiham edilməli məsələlərdir”, - deyə Ermənistan baş naziri qeyd edib.

Xəbər lenti