![]() |
|
ABŞ İrana qarşı sanksiyaları aradan qaldırır.
İran ilk dəfə olaraq uzun illərdən bəri ABŞ-a neft ixrac edib.
“Tass xəbər verir ki, bu barədə ABŞ Energetika nazirliyi məlumat yayıb.
Energetika nazirliyinin məlumatına görə, İran son 30 ildə ilk dəfə olaraq ABŞ-a gün ərzində 33000 barrel neft ixrac edib.
İran sonuncu dəfə 1991-ci ilin noyabrında İrana neft ixrac edib.
Bu barədə “Haber Global” xəbər verir.
Fotoya “Hey, İstanbul, parıldayırsan! Bosfor boğazı və Qızıl Buynuzun (Haliç - red.) iki yerə ayrıldığı şəhərin gecə işıqlarına baxın” şərhi yazılıb.
Kadrların cari ilin mayın 21-də çəkildiyi vurğulanıb.
Paylaşım 1,8 milyondan artıq bəyənilib.
“Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatları hökuməti adından Azərbaycan xalqını təbrik edirəm”.
" APA xəbər verir ki, bu ABŞ dövlət katibi Entoni Blinkenin 28 May – Respublika Günü ilə bağlı bəyanatında əksini tapıb.
1918-ci il mayın 28-də müsəlman dünyasında ilk demokratik hökumətin qurulduğunu qeyd edən dövlət katibi bildirib ki, Amerika Birləşmiş Ştatları iqtisadi, enerji və təhlükəsizlik sahəsində 30 illik tərəfdaşlığı və Azərbaycanın insan hüquqlarına və qanunun aliliyinə hörmətin yaxşılaşdırılması istiqamətində davamlı dialoqu qiymətləndirir.
“Cənubi Qaz Dəhlizi vasitəsilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi əhəmiyyətli töhfələri qəbul edirik. İnsan hüquqlarına və fundamental azadlıqlara, qanunun aliliyinə, şəffaflığa və hesabatlılığa hörmət edən güclü qurumlar və proseslər ümumi hədəflərimizə çatmaq və daha güclü və daha dərin əlaqələr qurmaq üçün vacibdir.
Amerika Birləşmiş Ştatları ayrıca minlərlə Azərbaycan və Amerika vətəndaşları arasında insanlararası münasibətlər vasitəsilə, həmçinin səfirliklərimizin ictimaiyyətlə əlaqəsi sayəsində inkişaf etdirilən əlaqələrə dəyər verir.
ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli barədə danışıqlarda tərəflərə kömək etməyə sadiqdir”, - deyə bəyanatda qeyd olunub.
E. Blinken vurğulayıb ki, ABŞ döyüşlərin humanitar nəticələrinin həllini dəstəkləyir.
"Yol-xeber.az"ın oxu.az-a istinadən məlumatına görə, icma torpaq sahələri hökumətə, onlardan isə FTX-nin Sərhəd xidmətinə bağışlanıb. Bu qərarın Ermənistanın cənub-şərq sərhədlərinin mühafizəsinin gücləndirilməsi zərurəti ilə əlaqədar qəbul olunduğu bildirilir.
Məsələ müzakirə edilməyib.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə “Caliber” Youtube layihəsinin növbəti təhlilində qeyd olunub.
Videoda qeyd olunur ki, müharibədəki acınacaqlı məğlubiyyətdən sonra özünə gələn Nikol Paşinyan Moskvanı “çoxvektorluluq”la açıq şəkildə təhdid edir.
Nikol Paşinyan bunu əslində Rusiyanın təhlükəsizlik zəmanəti əsasında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onun “Azərbaycanın aqresiyası” ilə bağlı müraciətlərinə kifayət qədər operativ reaksiya verməməsi, təşkilatın digər üzvlərinin Azərbaycanı kəskin tənqid edən açıqlamalarla çıxış etməməsi ilə izah edir.
Lakin bu zaman da Ermənistanın KTMT-ya üzv digər iki ölkə Tacikistan və Qırğızıstan arasındakı toqquşmalara heç bir şəkildə reaksiya vermədiyini xatırlatmaq yerinə düşür. Görünür, Nikol Paşinyan həmin epizodun əhəmiyyət baxımından heç cür Ermənistan üçün yaranmış təhlükə ilə uyğun gəlmədiyini düşünür.
Paşinyan həmçinin KTMT-nin əvvəlki kimi passiv davranacağı, daha doğrusu tərəfləri birbaşa danışıqlar aparmasına təkid edəcəyi halda BMT TŞ-ya müraciət edəcəyini deməklə, Moskvanı küncə sıxışdıracağını düşünür.
“Caliber” qeyd edir ki, İrəvan həmçinin sərhəd münaqişəsini beynəlxalq səviyyəyə çıxarmaqla yenidən regiona sülhməramlı göndərməyə hazır olan Makron kartını oynamağa çalışır. Lakin elə Parisdə də gözəl anlayırlar ki, Cənubi Qafqazda bu və ya digər şəkildə başqa bir NATO ölkəsi Türkiyə ilə üz-üzə gəlməli olacaqlar. Bu isə Emmanuel Makron üçün qətiyyən arzuolunan deyil.
“Caliber” həmçinin vurğulayır ki, Ermənistanı müharibədə total darmadağından xilas edən Rusiya sülhməramlıları İrəvanın Zəngəzurda gərginliyi artırmağa davam edəcəyi halda olduqca çətin vəziyyətdə, sözün əsl mənasında iki tərəfin atəşi altında qala bilər.
Bunu isə Moskvada çox gözəl anlayırlar. Qarşıdan gələn seçkilərdə öz maraqlarını güdən Nikol Paşinyan hətta KTMT ideyasını belə ləkələməyə çalışır.
“Caliber” bildirir ki, Nikol Paşinyanın Moskvaya qarşı yeni təhdidlərinin başqa bir səbəbi də var. Belə ki, Moskvada FTX tərəfindən Ermənistandakı seçki prosesini maliyyələşdirən erməni biznesmenlərlə görüş keçirilib. Erməni biznesmenləri bir araya toplamaq elə də çətin olmayıb. Çünki onların əksəriyyəti eks-prezident Robert Koçaryan tərəfindən hədiyyə olunmuş silahların sahibi kimi Rusiya DİN-in qeydiyyatındadır. Həmin görüşdə Moskva erməni biznesmenlərə siyasi cəhətdən düzgün davranış qaydalarını xatırladılıb.
Sonda isə “Caliber” Paşinyanın əlində daha bir kartın olduğunu göstərir - hərbi vəziyyət elan etmək və seçkiləri təxirə salmaq.
Ətraflı videoda:
"Yol-xeber.az" xəbər verir ki, gəminin batmasına səbəb tutumundan 2 dəfə çox yüklənməsi olub. Belə ki, gəminin sərnişin tutumu 80 nəfərlik olsa da, göyərtəsinə 160 nəfər qalxıb. Nigeriyadakı Niger çayında batan gəmidəki.sərnişinlərdən 22-si sağ olaraq sudan çıxarılıb.
İnsident nəticəsində bir nəfərin ölümü təsdiqlənib. Qalanları isə itkin düşmüş sayılır.
Faciə qurbanlarının sayının artacağı gözlənilir.
“Yol-xeber.az” tass-a istinadən xəbər verir ki, məhkəmə prosesi qapalı şəraitdə keçirilir.
Bundan öncə iki dəfə ömürlük həbs cəzasına məhkum edilən keçmiş polis əməkdaşı Popkov daha iki cinayət əməli törətməsini etiraf edib. Bundan sonra Popkov Mordaviyadan İrkutska etap olunub.
Hazırda manyak Popkov Rusiya tarixində ən qəddar çoxsaylı ölüm hadisəsi törədən cinayətkar hesab olunur. O hələlik 84 ölümlə nəticələnən cinayət hadisəsini etiraf edib. Bu isə Andrey Çikatilo kimi manyakın törətdiyi cinayət hadisəsindən iki dəfə çoxdur. Keçmiş polis öz qurbanlarını zorlayaraq xüsusi qəddarlıqla qətlə yetirib.
“Lenta” xəbər verir ki, seçki məntəqələri saat 19.00-dək açıq olacaq. Zərurət yaranarsa məntəqlərin fəaliyyəti daha 5 saat uzadıla bilər. Verilən xəbərə görə, seçki prosesini xaricdən dəvət edilən jurnalistlər və müşahidəçilər izləyə bilər.
Prezident postu uğrunda BAAS partiyasını lideri Bəşər Əsədlə yanaşı, müxalifətdəm Mahmud
Əhməd Merii və Sosialist partiyasının sabiq deputatı Abdallah Sallum Abdallah mübarizə aparır.
“Yol-xeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus pandemiyası və iqlim dəyişikliyinin müzakirə olunduğu görüşdə Aİ liderləri yoxsul ölkələrə vaksin bağışlamaqla bağlı razılığa gəliblər.
Bildirilib ki, ilin sonunadək yoxsul ölkələrə 100 milyon doz vaksin göndəriləcək.
Liderlər BMT-nin aşağı və orta gəlirli ölkələrin vaksinə əlçatanlığını təmin etməyə yönəlmiş proqramını dəstəklədiyini bir daha bildiriblər.
“Ölkə.az” xarici KİV-ə istinadla xəbər verir ki, qarnı ağrıdığına görə iş yerindən uzaqlaşdığını etiraf edən sürücü 160 sərnişin olan qatarın nəzarətini avtomatik konduktora həvalə edib.
Beləliklə saatda 150 km sürətlə gedən qatar 3 dəqiqə boyu belə idarə edilib.
Maşinistin qısamüddətli uzaqlaşmasına görə qatar stansiyaya 1 dəqiqə gecikmə ilə çatıb.
Sürət qatarlarının dəqiqliyi ilə tanınan Yaponiyada şirkətin rəhbərliyi mətbuat konfransında üzr istəyib. Maşinistin vəziyyətinin nəzərdən keçirildiyi bildirilib.
Maşinist isə qatarı dayandıraraq gecikməyə səbəb olmaq istəmədiyini və bunun utandırıcı olduğunu söyləyib.
Şirkətin sözçülərindən biri AFP-yə açıqlamasında sürət qatarlarının komputerlərlə idarə edilə bildiyini deyib. Sözçü əlvə edib ki, buna baxmayaq gözlənilməz vəziyyətlə qarşılaşmamaq üçün maşinist yerindən uzaqlaşmamalıdır.