![]() |
|
"Oxu.az məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda erməni terrorçuları tərəfindən qətlə yetirilən türkiyəli diplomatlara həsr olunmuş “Şəhid diplomatlar” sərgisinin açılış mərasimində deyib.
Qarabağ müharibəsi dövründə “Azərbaycan tək deyil, türk milləti və dövləti hər zaman yanındadır” dediklərini xatırladan Çavuşoğlu iki ölkənin haqlı mübarizəsini birlikdə davam edəcəklərini vurğulayıb.
“Soylu bu barədə “TRT Haber” efirində hazırda xaricdə yaşayan türkiyəli kriminal avtoritert Sedat Pekerin onun ünvanına səsləndirdiyi ittihamları cavablandırarkən bildirib.
Onun sözlərinə görə, vaxtilə Türkiyədən deportasiya olunan Nadir Səlifov daha sonra başqa ölkədən pasport alaraq Kipr üzərindən Türkiyəyə qayıda bilib.
“Dünyanın 12 mafiyasından biri Türkiyəyə gəldi. Nadir Səlifov adlı şəxs 20 ilini Rusiyada həbsxanada keçirdi. Səlifov dünyanın 12 ən güclü mafiya rəhbərindən biridir. Çox adam gəlib-gedib, bunu isə yaxaladıq. İçəri atdıq. İki gün ərzində vəkilləri onun Türkiyədən deportasiyasını əngəlləyən, qeyri-leqal miqrantların saxlanılması mərkəzindən sərbəst buraxılmasını tələb edən məhkəmə qərarının çıxarılmasına nail oldular. Deportasiya mərkəzindən geri götürdüm və yerinə qoydum. 2-2,5 ay orada saxladıq, danışdırdıq və sonra ölkəsinə deportasiya etdik. Sonra başqa bir ölkədən pasport aldı, Kiprə getdi, oradan Türkiyəyə gəldi. Yaxın mühafizəçisi onu öldürdü”, - deyə Soylu açıqlamasında qeyd edib.
Qeyd edək ki, Sedat Pekerin sözlərinə görə, Nadir Səlifov Türkiyədə polisin həlak olması ilə nəticələnən atışmada iştirak etməsi şübhəsi altında saxlanılıb, ölkədən çıxarılsa da, daha sonra geri qayıdıb.
“Bilirsiz, Quliyə nə oldu? O öldü! Mənə zəng edib dedi ki, Türkiyəyə gedirəm. Bir müddət Türkiyədə qaldı və daha sonra çıxdı. Dedim getmə, mən orada deyiləm, problemlərin ola bilər. Dedi, mən güclüyəm, “Mehmet qardaşla çox yaxşı münasibətim var”, - dedi. Gəldi, həftəsi bitmədən öldürüldü”, - deyə Sedat Peker açıqlamasında bildirmişdi.
Xatırladaq ki, “Lotu Quli” ötən il yaxın adamı Xan Əhmədlinski (Xəqan Zeynalov) tərəfindən Antalyada yerləşən oteldə sui-qəsd nəticəsində qətlə yetirilib. /Qafqazinfo
“Bu barədə baş nazir postunu icra edən Nikol Paşinyan hökumətin iclasında deyib.
RİA-Novostinin yaydığı xəbərə görə, Paşinyan çıxışında Azərbaycanla sərhəddə baş verənlərə və delimitasiya və demorkasiya proseslərinə də toxunub.
“Bölgənin sabitliyi bizim üçün vacibdir. Sərhədlərin dəqiqləşdirilməsi Azərbaycan nə qədər böyük əhəmiyyət daşıyırsa, o qədər də Ermənistan üçün əhəmiyyət daşıyır. Sərhədlərin dəqiqləşdirilməsi, müəyyənləşdirilməsi, bunun üçün də müəyyən mərhələdə demarkasiya və delimitasiyası təhlükəsizliyə zəmanətdir”, - Paşinyan bəyan edib.
Bu barədə Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan özü məlumat verib.
“Yeni sənədim imzalanması istiqamətində Azərbaycan, Rusiya, Ermənmistan arasında danışıqlar gedir. Azərbaycan müzakirə etdiyimiz şərtləri və razılaşmaları yerinə yetirsə bu sənədi imzalayacağam”- Paşinyan qeyd edib.
Bununla belə Paşinyan sənədin detallarını açıqlamayaraq bildirib ki, bu sənəd işçi səviyyədədir.
“Bu barədə o, tvitter səhifəsində bildirib.
“Fələstində yaşanan zülmü ən güclü şəkildə duyurmaq üçün Fələstin, Pakistan və Tunisdən olan həmkarlarımla birlikdə Nyu-Yorkdayıq”, - Türkiyənin XİN başçısı qeyd edib.
“Bu barədə ABŞ Dövlət katibi Blinken İslandiyanın RUV telekanalına müsahibəsində deyib.
Blinkenin sözlərinə görə, ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında görüş yaxın həftələrdə baş tuta bilər. “Yaxın həftələrdə görüşün baş tutuması mümkündür”- o qeyd edib.
"Report məlumatına görə, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava bildirib.
"Quru sərhədlərin açılışı qonşu ölkələrdən daha çox turistin aktiv axınına imkan yaradacaq, biz bunun üzərində işləyirik. Düşünürük ki, yay mövsümündə hava sərhədində olduğu kimi, quru sərhədini də çox ciddi nəzarət altında təhlükəsiz şəkildə aça biləcəyik", - Natiya Turnava jurnalistlərə bildirib.
Qeyd edək ki, Gürcüstan Azərbaycan, Türkiyə, Ermənistan və Rusiya ilə həmsərhəddir.
Gürcüstan hakimiyyəti quru sərhədlərini 2020-ci ildə koronavirus pandemiyasına görə bağlayıb. Bu halda bəzi ölkələrin vətəndaşları Gürcüstana təyyarə ilə gedə bilərlər. Gürcüstan hakimiyyətinin nümayəndələri bildiriblər ki, pandemiya şəraitində ölkəyə hava yolu ilə gəlmiş turistlərin sağlamlıq vəziyyətinə nəzarət etmək daha asandır, nəinki quru sərhədi ilə.
Turnava daha əvvəl bildirib ki, quru sərhədlərin açılışı koronavirus pandemiyasının üçüncü dalğası bitdikdən sonra reallaşacaq.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin və amerikalı həmkarı Co Baydenlər mümkün görüşü barədə açıqlama verib.
Xarici işlər naziri Moskvanın prezidentlərin görüşünə razı olub-olmasına dair verilən suala zarafatla cavab verib. O, "biz icazə vermək üçün gömrük deyilik", deyib.
Bundan əvvəl Rusiya XİN Rusiya və ABŞ prezidentlərinin görüşün keçirilməsi ilə bağlı yekun bir razılığın olmadığını açıqlayıb. Ancaq bunun baş tutacağı təqdirdə dövlət başçılarının Avropanın diplomatik paytaxtlarından birində bir araya gələcəyi bildirilib.
Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı təklifi yersiz hesab edir.
“Barədə “interfaks” məlumat yayıb. Bildirilir ki, Paşinyanın sözlərinə görə, sərhəddəki vəziyyətin çətinləşməsi fonunda demarkasiya haqqında danışıqlar "yersiz aparılır".
O əlavə edib ki, ölkəsi vəziyyətin həlli üçün diplomatik metodlara köklənib.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Tacikistan xarici işlər naziri Sirociddin Muhriddin ilə danışıqlardan sonra Bakı və İrəvana sərhəddəki vəziyyətin həllində kömək göstərməyi təklif edib və Azərbaycan-Ermənistan delimitasiya və demarkasiya komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.
Lavrovun sözlərinə görə, Rusiya sərhəd demarkasiyası üzrə Azərbaycan-Ermənistan birgə komissiyasının yaradılmasının tərəfdarıdır və bu qurumda vasitəçi olmağa hazırdır.