![]() |
|
“Cümə günü günortadan sonra atəşkəs olacaq”.
“Bu barədə İsrailin “N12” televiziyasının tvitter hesabında məlumat yayılıb.
Qeyd edək ki, “Həmas”ın siyasi qanadının liderinin müavini Musa Mohammed Abu Marzuk da belə bir açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, bir neçə gün ərzində atəşkəs razılaşması əldə olunacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Formula-1” üzrə dünya çempionatının, habelə UEFA Çempionlar Liqasının İngiltərənin “Mançester Siti və “Çelsi” komandaları arasında final matçının Türkiyədə keçirilməsinin ləğv olunmasını siyasi qərar hesab etdiyini bildirib.
“Report xəbər verir ki, "Hesab edirəm ki, UEFA, “Formula-1” üzrə siyasi qərarlar verilib", - deyə Türkiyə prezidenti gənclərlə görüşündə vurğulayıb.
Ərdoğan bununla yanaşı qeyd edib ki, UEFA Çempionlar Liqasının 2023-cü ildəki final matçının Türkiyədə keçiriləcəyini vəd edib.
"Oxu.az məlumatına görə, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bəyan edib.
“Son bir neçə il ərzində biz davamlı olaraq belə bir sammitin keçirilməsinin tərəfdarı olmuşuq və mövqeyimiz dəyişməyib. Biz Moskvada həm fələstinliləri, həm də israilliləri görməkdən çox məmnun olarıq. Bizim hər iki tərəflə yaxşı münasibətlərimiz var”, - deyə o bildirib.
Polyanski bu cür danışıqların uğurlu olması üçün Rusiyanın mümkün ola biləcək hər şeyi edəcəyini vurğulayıb.
O, bu və ya digər tərəfi birmənalı olaraq qınamadıqlarını qeyd edib.
“Birmənalı olaraq bu və ya digər ölkənin tərəfini tutsanız və kompromis tapmağa çalışmasanız nizamlanma təsirli olmayacaq”, - deyə Polyanski əlavə edib.
ABŞ vətəndaşlarını Ermənistana və Qarabağa səfər etməkdən çəkinməyi tövsiyyə edir.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
ABŞ Ermənistana səyahət etmək istəyən vətəndaşlarına xəbərdarlıq səviyyəsini ən yüksək səviyyəyə (qırmızı) çatdırıb və vətəndaşlarına bu ölkəyə səyahət etmələrini tövsiyə edir. Səbəb kimi koronavirus göstərilsə də, lakin edilən xəbərdarlıq həm də ölkə daxilində və sərhəddəki (Azərbaycan nəzərdə tutulur-red) gərginlik də xəbərdarlıqda əksini tapıb.
ABŞ Dövlət Departamenti insanlara Azərbaycan ərazisi olan Qarabağa və bitişik ərazilərə getməməyi tövsiyə edir. ABŞ hökuməti bəyan edib ki, Qarabağa və bitişik ərazilərə gedən vətəndaşların təhlükəsizliyinin təmin olunmasında çətinliklər yaranır.
Hindistanda koronavirusdan ölənlərin sayında yeni antirekord qeydə alınıb.
"Ötən sutka ərzində Hindistanda koronavirus və ya yanaşı xəstəliklərdən 4329 nəfər ölüb. Ümumi yoluxma hallarının sayı isə 25 milyonu ötüb.
“Rusiya Fələstin və İsrailin zorakı hərəkətlərinə son qoymağı vacib sayır”.
“Bu barədə Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin Rusiyadakı səfirləri ilə görüşdə bildirib.
“Fələstinlilərlə israillilər arasında qarşıdurmanın başlaması artıq uşaqlar da daxil olmaqla çox sayda mülki itki ilə nəticələnib. Hər iki tərəfdəki zorakı hərəkətlərə son qoyulmasını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında aktiv bir həll yolu tapmağı vacib hesab edirik”, - deyə Putin qeyd edib.
Ötən sutka ərzində Gürcüstanda 1562 nəfər koronavirusa yoluxub.
“Bu barədə Gürcüstanın koronavirus üzrə informasiya portalı “StopCov.ge”də məlumat verilib. Xəstəlik səbəbindən 30 nəfər vəfat edib.
Ölkədə pandemiya başladığı gündən bu günə qədər 332 min 441 yoluxma halı qeydə alınıb, ümumilikdə 4 499 nəfər infeksiyadan həyatını itirib.
Qeyd edək ki, bir öncəki gün Gürcüstanda 504 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Xatırladaq ki, ölkədə ilk koronavirusa yoluxma faktı 26 fevral 2020-ci ildə qeydə alınmışdı.
Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, paytaxtın eks-meri Qagik Beqlaryan İrəvan hava limanında polis tərəfindən saxlanılıb.
“Qafqazinfo” Sputnik Ermənistan”a istinadən xəbər verir ki, keçmiş məmur bir gün əvvəl Moskvadan bir reyslə İrəvana gəlib. Əməliyyatçılar onu paytaxtın hava limanında gözləyib.
Beqlaryan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə 2020-ci ilin mart ayından bəri axtarışa verilib. O, böyük miqyasda əmlak mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.
Bundan əvvəl məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçdiyi üçün sabiq məmur dərhal nəzarətə alınıb.
Qeyd edək ki, Q. Beqlaryan 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən bir müddət sonra ölkəni tərk etmişdi.
"Anadolu" agentliyi xəbər verir ki, hadisə PKK tərəfdarlarının terrorçulara dəstək məqsədilə keçirdiyi yürüş zamanı baş verib.
PKK tərəfdarları olan vətəndaşların bu addımının Türkiyənin İraqın şimalında terror hədəflərinə qarşı əməliyyatlarına ABŞ-ın reaksiya verməməsi ilə əlaqəli olduğu bildirilib.