İranda 5,3 bal gücündə zəlzəzlə baş verib

Bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ İranın Bocnurd şəhərində baş verib. Zəlzələnin epsentri şəhərdən 50 km aralıda 10 km dərinlikdə olub. Hələlik dağıntılar və ölüm barədə məlumat verilmir.

BMT TŞ Fələstin-İsrail münaqişəsi ilə bağlı açıq iclas keçirəcək

İsrail və Fələstin nümayəndələri 16 mayda BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcəklər.

“Bu barədə “TASS” agentliyi qurumdakı mənbələrə istinadən məlumat verib. Qeyd edilib ki, İsrail, Fələstin nümayəndələri  və BMT Baş katibi Antonio Quterreş bu gün Təhlükəsizlik Şurasının bölgədəki vəziyyətin artması ilə bağlı keçiriləcək açıq iclasında danışacaqlar.

“İclasa Təhlükəsizlik Şurasının 15 üzv dövlətindən əlavə Fələstin, İsrail, həmçinin İordaniya və Misir də daxil olmaqla bir sıra regional ölkələrin nümayəndələri qatılacaq”, - deyə məlumatda vurğulanıb.

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik şənbə günü jurnalistlərə açıqlamasında iclasda təşkilatın Baş katibinin də çıxış edəcəyini bildirib.

İclas Təhlükəsizlik Şurasının Fələstin-İsrail nizamlanmasına dair son həftədə keçirilən üçüncü iclası olacaq, lakin ilk dəfə açıq formatda və münaqişə tərəflərinin iştirakı ilə keçiriləcək. Belə ki, Təhlükəsizlik Şurasının əvvəlki iclaslarında ABŞ-ın mövqeyi səbəbindən vəziyyəti stabilləşdirməyə çağıran bəyanat hazırlamaq mümkün olmayıb.

Bu məqamda bildirək ki, bu gün İslam Əməkdaşlığı Təşkilatının fövqəladə iclası keçiriləcək.

İƏT-in XİN rəhbərləri səviyyəsində keçirilməsi nəzərdə tutulan iclasda Fələstin və İsrail arasındakı gərginlik müzakirə olunacaq. İclas videoformatda baş tutacaq.

Qeyd edək ki, Qəzza zolağındakı fələstinli radikal qrupların və İsrail ordusunun qarşılıqlı raket hücumları 10 maydan etibarən davam edir. Toqquşmaların başladığı gündən etibarən Fələstin ərazilərindən İsrailə 2000-dən çox raket atıldığı bildirilir.

İranın xarici işlər naziri Cavad Zərif Avstriyaya bugünki səfərini təxirə salıb.

Bu barədə Avstriya XİN-dən məlumat verilib.

Məlumata əsasən, səfərin təxirə salınmasına səbəb Avstriya dövlət qurumlarına məxsus binalardan İsrail bayrağının asılması olub.

XİN-dən bildirilib ki, səfər çərçivəsində Zərif avstriyalı həmkarı Aleksander Şallenberqlə görüşməli idi.

Qeyd olunub ki, İranın nüvə proqramı ətrafında Vyanada aparılan danışıqlar davam etdiriləcək.

Xatırladaq ki, İsrail-Fələstin qarşıdurmasında birincilərə dəstək məqsədilə cümə günü Avstriya hökumət binalarından İsrail bayraqları asılıb.oxu.az

Türkiyəli infeksionist Ümit Savaşçı Türkiyədə də aşkarlanan Hindistan mutasiyası haqqında danışıb.

"Medicina.az bildirir ki, Ümit Savaşçının sözlərinə görə, hazırda Hindistanda vəziyyət çox çətindir:

"Çüt mutasiya bizim üçün ən qorxunc olanıdır. Hazırda Hindistan mutasiyası 17 ölkəyə yayılıb. Lakin, "Biontech" vaksininin Hindistan mutasiyasına qarşı təsirli olduğu deyilir. Vaksinasiya ən böyük silahımızdır. Hindistandakı mütəxəssislər bunun simptomlarının çox ağır, digər mutasiyalara görə daha yoluxdurucu və öldürücü olduğunu deyirlər. Açıqcası, bizim də gözümüz qorxdu. Hindistan mutasiyasında ən çox yüksək temperatur, ishal, nəfəs darlığı kimi əlamətlər ön plandadır".

"2 AY SONRA PATLAYIŞ OLA BİLƏR"

"Əgər ölkədə 2 ay sonra vaksinasiyada yetərli say olmazsa, yenidən yoluxma sayında partlayışla qarşılaşa bilərik. Buna görə də xüsusilə uçuşlar, sərhədlər, görüşmələri sıfıra endirmək lazımdır.

"CİDDİ XƏSTƏLİKLƏRLƏ QARŞILAŞA BİLƏRLƏR"

"Təmaslar davam edərsə, ciddi sağlamlıq problemləri yaşanıla bilər. Türkiyədə də rəqəmlər enib. Amma istədiyimiz sayda deyil. İnsanlar getdikləri yerlərdə təmaslara davam edərlərsə, koronavirusa yoluxarlarsa, çox ciddi xəstəliklər yaşaya bilərlər".

Rusiya hökumətinin “Colonial Pipeline” neft boru kəmərinə edilən kiberhücuma qarışmasına inanmırıq.

“Star” qəzeti xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden ölkəsinin ən böyük neft kəmərinə edilən kiberhücumdan danışarkən deyib. O, Rusiyanın əli olmasa da, hücumu təşkil edənlərin Rusiyada yaşadığını ehtimalı etdiklərini bildirib. Onun sözlərinə görə, buna inanmaq üçün əllərində kifayət qədər güclü əsaslar var.
 “Colonial Pipeline”nın indiyə qədər heç vaxt fəaliyyətini dayandırmadığını diqqətə çatdıran Bayden həftəsonu gedişatın normala qayıtmasını gözlədiklərini deyib.

ABŞ prezidenti problemləri aradan qaldırmaq və qiymət artımlarının qarşısını almaq üçün tədbir gördüklərini söyləyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın “Colonial Pipeline” neft boru kəmərinə kiberhücum olub.

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

"Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinini səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Qarabağ ətrafında vəziyyət müzakirə olunub. Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisə ilə bağlı aparılan fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb”, - məlumatda qeyd olunub.Axar.az

Tezliklə Fransanın bir dövlət olaraq parçalanması gözlənilir.

Fransalı hərbçilərin hakimiyyətə ünvanladığı məktub da ölkənin parçalanma təhlükəsindən xəbər verir.

Ümumiyyətlə, Fransa və Avropa da SSRİ kimi parçalanma mərhələsindədir. Bunu son günlərdə Fransa ordusunun generallarının ölkə rəhbərliyinə ünvanladığı məktublar da sübut edir.

 Fransa və Avropanı SSRİ-nin acı taleyi gözləməsi ilə bağlı RİA-Novostidə maraqlı məqalə dərc olunub.
 Məqalədə qeyd olunub ki,  Farnsa hakimiyyəti hərbçilərinin “Valeurs Actuelles” mətbu orqanındakı ikinci müraciətinə kəskin reaksiya veriblər. Fransanın Daxili işlər naziri  Jerald Darmanen anonim məktubu heç də cəsarətli  addım kimi dəyərləndirməyib. Müraciəti yazanlar   Fransanın  gələcək taleyindən və dağılmasından narahatlıq keçirdiklərini ifadə etməklə öz hərbçi yoldaşlarının mövqelərini dəstəkləyiblər. 

Məqalədə qeyd olunur ki, qərb siyasətində durğunluq dövrü hökm sürdüyündən  gələcəklə bağlı konkret düşüncə mövcud deyil. Bir tərəfdən ideoloji determinizm, vətəndaşların getdikcə məhdudlaşdırılan hüquq və azadlıqları, direktiv iderəetmə metodu Avropanı çökdürməkdədir. Digər tərəfdən dövlətin milləti içəridən parçalayan ən dağıdıcı ictimai-siyasi qüvvələrə və konsepsiyalara məqsədyönlü dəstək verməsidir. Burada  miqrasiya siyasətindən  tutmuş öz tarixinə və mədəniyyətinə qarşı qəzəb özünü biruzə verməkdədir. Bu baxımdan da fransalı hərbçilərin müraciərləri 1980-ci illərin sonu 1990-cı illərin əvvəlində SSRİ-də baş verən  hadisələrə bənzəyir. O zaman SSRİ-də də sistemin çökməsinə çalışan tanınmış, hörmətli, cəmiyyətdə böyük təsirə malik insanlar  var idi. Bunlar guya SSRİ-nin xilası üçün səs-küylü bəyanatlar verir və müxtəlif komitə, fondlar, təşkilatlar yardırdılar. Onlar arasında hətta  hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları da var idi. Ölkəni xilas etmək adı altında hətta dövlət çevrilişinə cəhdlər edildi. 1991-ci ildə baş verən “QKÇP”ni buna misal çəkmək olar. Nəticə isə bəllidir. SSRİ öz varlığını bitirdi. Onun çöküşü ağır fəsadlarla müşayiət olundu. Bu gün Fransada baş verən hadisələri Sovet İttifaqının qorunması istiqamətində addımların   təkrarı hesab etmək olar. O zaman edilən bütün cəhdlər nəticəsiz bitdiyi kimi, bu gün həmin tale Avropanı və Fransanı gözləyir. Artıq dünya Fransa, Avropanı, bütövlükdə Qərbin bu problemi necə həll edəcəyini izləyir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyası Prezidenti Vladimir Putin arasında telefon danışı baş tutub.

“Anadolu” agentliyi verdiyi məlumata görə, liderlər Qəzza zolağında baş verən hadisələri və koronavorusa qarşı “Sputnik V” vaksinin Türkiyəyə çatdırılması məsələsini müzakirə ediblər.

Ərdoğan Türkiyə və Rusiyanın Qüdsdə baş verənlərlə bağlı eyni mövqedən çıxış etməsinin önəmini vurğulayıb.

Türkiyə lideri böhran böyümədən BMT Təhlükəsizlik Şurasının məsələyə müdaxilə etməsinin və İsrailə hücumları dayandırmaq üçün qəti çağırışlar edilməsinin vacibliyini diqqətə çatdırıb.

İsrailin Qəzzaya zərbələri nəticəsində 35 fələstinli ölüb

İsrail tərəfindən Qəzza zolağına davam edən raket zərbələrinin qurbanlarının sayı 35-ə çatıb.

Bu barədə “Al-Mamlaka” telekanalı sahil anklavının Səhiyyə Nazirliyinə istinadən bildirib.

Qurumun məlumatına görə, İsrail ordusunun gecə zərbələri nəticəsində üç fələstinli həyatını itirib. Çərşənbə axşamı günü 15 nəfər, bazar ertəsindən isə ümumilikdə 35 nəfər həlak olub. Qurbanların arasında 12 uşaq və qadın var. Xəsarət alanların sayı 233-ə çatıb.

Erməni rejissor Paşinyanı siçovula bənzətdi

Tanınmış erməni rejissor-animator David Sahakyants Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyanı siçovula bənzədib.

O bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hər hansı bir cizgi filmi obrazı ilə müqayisə oluna bilsəydi, mən onu daim gözləri qaynayan, özünə məkanda yer tapa bilməyən və daima bir şey oğurlamaq istəyən bir siçovulla müqayisə edərdim",-deyə Sahakyants qeyd edib.

Onun fikrincə, Paşinyan hakimiyyətdə nə qədər çox qalırsa, bu bənzətməyə bir o qədər də əmin olur. "Bu müqayisə ağlıma gələn ilk şeydir",-deyə Sahakyants əlavə edib.

Xəbər lenti