Ağ Evdən İsrail-Fələstin qarşıdurması ilə bağlı açıqlama

Rəsmi Vaşinqton İsrail-Fələstin qarşıdurması ilə bağlı açıqlama yayıb.

Ağ Evin sözçüsü Jen Psaki açıqlama verərək Şərqi Qüdsdəki şiddətdən narahat olduqlarını və hadisələri yaxından izlədiklərini bildirib.

“İsraildə davam edən şiddəti yaxından izləyirik. Son zamanlarda gördüyümüz şiddətli qarşıdurmalar da daxil olmaqla bölgədəki vəziyyətdən narahatlıq duyuruq”,- deyə o vurğulayıb.

Fələstin Prezidenti göstəriş verdi

Fələstin Prezidenti Mahmud Abbas Ramazan bayramının qeyd edilməməsi barədə göstəriş verib. 

“Qafqazinfo” xəbər verir ki, buna səbəb Qəzzaya hücum zamanı xeyli sayda insanın həlak olmasıdır.

Fələstin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, M.Abbasın verdiyi qərara uyğun olaraq, ölkədə dini ibadətdən başqa heç bir bayram şənliyi olmayacaq və yas səbəbiylə bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyi Qəzzaya hücumda 9-u uşaq olmaqla 20 fələstinlinin həlak olduğunu və yaralı sayının 95-ə yüksəldiyini açıqlayıb.

İsrail Qəzzanın yeganə ticarət sərhəd qapısını da bağladı

İsrail blokadada olan Qəzzanın yeganə ticarət sərhəd qapısı olan “Kerem Əbu Səlim”i bağladığını açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinə bağlı Fələstin Bölgələrindəki Hökumət Fəaliyyətləri Koordinasiya Birliyi məlumat yayıb.

Yazılı açıqlamada təhlükəsizlik məsləhətləşmələrinin ardından İsrail və Qəzza arasındakı sərhəd qapısının ikinci bir əmrə qədər dərhal bağlanmasına qərar verildiyi vurğulanıb.

Qeyd edək ki, ötən gün İsrail Qəzzadakı “Beyt Xanun” (Erez) sərhəd qapısını da bağladığını açıqlamışdı. 

Qazaxıstanda meşə yanğını şəhərə sıçradı

Qazaxıstanın şərqində güclü meşə yanğını baş verib.

Ridder şəhərinə də sıçrayan yanğın nəticəsində 35 ev külə dönüb, bir nəfər ölüb, iki vətəndaş ağır xəsarət alıb.

Ölkənin Fövqəladə Hallar Nazirliyi açıqlama yayaraq bildirib ki, axşam saatlarında ölkənin şərqindəki 300 hektarlıq meşədə yanğın baş verib. Güclü külək səbəbindən yanğın daha da böyüyüb.

Qeyd edilib ki, şəhər sakinləri təhlükəsiz bölgəyə təxliyyə edilib. 208 nəfərlik xilasetmə briqadası, “Mi-8” və “Mi-2” helikopterləri yanğını söndürməyə çalışır.

İlkin məlumata görə, yanğın meşədə ehtiyatsızlıqdan olub.

 

 


 

ABŞ hökuməti boru kəməri vasitəsilə yanacaq nəqli ilə məşğul olan ölkənin ən böyük operator şirkəti “Colonial Pipeline”nın fəaliyyətinin dayandırılması ilə əlaqədar regional səviyyədə fövqəladə vəziyyət rejimi elan edib.

Daha əvvəl “Colonial Pipeline” kiberhücuma məruz qaldığını bildirmişdi. Şirkət bununla əlaqədar təhdiddən qorunmaq üçün bəzi sistemlərini bağlayıb.

KİV-in məlumatına görə, “Colonial Pipeline”a kiberhücum zorla pul “qopardan” proqramdan istifadə edilərək həyata keçirilib. “Bloomberg” isə hücumun arxasında “DarkSide” cinayətkar qruplaşmasının dayandığını, onların 100 giqabayt şirkət məlumatlarını oğurlamağı bacardıqlarını bildirib.

Əfqanıstanda son sutkada ikinci partlayış törədilib.

Bu barədə 1TV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Parvan əyalətində, Cabal Sarac rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusunun partladılması nəticəsində azı 2 nəfər həlak olub, daha 9 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti barədə məlumat verilmir.

Qeyd edək ki, bu, Əfqanıstanda son sutkada törədilmiş ikinci partlayış hadisəsidir. Daha əvvəl Zabul əyalətinin Şahr-ə-Safa dairəsində sərnişin avtobusunun partladılması nəticəsində azı 16 nəfər həlak olub, daha 41 nəfər xəsarət alıb.

Mənbə: Report

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.

 TASS xəbər verir ki, Rusiya xarici siyasət idarəsinin rəhbərinin Qarabağda vəziyyətin müzakirəsi üzrə bir sıra görüşləri planlaşdırılıb. Sergey Lavrov çərşənbə axşamına qədər Azərbaycan paytaxtında qalacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycanın rəhbərliyi ilə görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyətin geniş dairəsinə baxılması güman edilir.

“Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin praktik aspektlərinə ayrılacaq", - deyə o qeyd edib.

Sergey Lavrov mayın 5-6-da Ermənistana səfər edib. Rusiyalı nazir Yerevanda erməni həmkarı Ara Ayvazyan və baş nazir Nikol Paşinyan tərəfindən qəbul edilib.

Ermənistanda hakim dairələr ona qarşı birləşdi, istefası gözlənilir

Ermənistanın Ombudsmanı Arman Tatoyanın hakim siyasi dairənin təzyiqləri ilə üzləşdiyi üçün istefa verməsi gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hraparak” məlumat verib. Nəşr Tatoyanın ötən gün parlamentdəki çıxışı və bundan əvvəl və sonra inkişaf edən hadisələrə toxunaraq hakim dairələrin Ombudsmana qarşı düşmənçiliklərini artıq gizlədə bilmədiyini yazıb.

Qeyd edək ki, 6 mayda Milli Məclisə işgəncələrin qarşısının alınması mexanizmləri və 2020-ci ilin hesabatını təqdim edən Tatoyan, “Mənim addımım” fraksiyasının millət vəkili Maria Karapetyanın çıxışından hiddətlənmişdi. Belə ki, Karapetyan çıxışında Ombudsmanı “media terroruna qoşulmaq”da  təqsirləndirmişdi. Buna cavab olaraq isə Tatoyan çıxışında səlahiyyətliləri hərəkətsizliyə görə tənqid etmişdi.

Heç kimə sirr deyil ki, xüsusilə müharibədən sonra Ombudsman ofisi Ermənistanda işini görən tək quruma çevrilib və Tatoyanın hakimiyyətin hərəkətsizliyi fonunda gördüyü işlərin kifayət qədər nəzərə çarpması onun nüfuzunu çox yüksəldib. Hakim dairələr isə buna dözə bilmir, Tatoyanı açıq tənqid edirlər. Dünən Ombudsmanın illik hesabatı yarı boş salonda müzakirə edildi”, - deyə qəzet yazıb.

Nəşr qeyd edib ki, A. Tatoyanın fanatik tənqidçisi deputat Mariya Karapetyan, Ombudsmanın işini parlament tribunasından aşağılamağa çalışıb.

Tatoyan isə cavabında Karapetyanı manipulyasiya etməkdə və yalanlar yaymaqla ittiham edib. O, həmçinin Ermənistanın İctimai Televiziyasını da “hakimiyyətin təbliğatçısı” vəzifəsini üzərinə götürməkdə və Ombudsmanın fəaliyyətini işıqlandırmamaqda günahlandırıb.

Qəzetin yazdığına görə, Arman Tatoyan artıq uzun müddətdir ki, istefa verməyi planlaşdırır. Onun ölkədə siyasi mübarizəyə qatılacağı da istisna edilmir.

ABŞ hakimiyyəti İranın dondurulmuş fondlarından 1 milyard dollarlıq hissəsini sərbəst buraxmağı planlaşdırır.

Bu iddia ilə CNN çıxış edib. CNN-in 3 mənbəyə istinad etdiyi xəbərdə qeyd olunur ki, Co Bayden hakimiyyəti Vyanada davam edən görüşlərə müsbət təsir etməsi üçün belə bir addım atmağı düşünür.

ABŞ belə bir qərar verərsə, sözügedən məbləği nağd olaraq Tehrana çatdırmaq əvəzinə İsveçrə üzərindən sanksiyalar olmadan İrana humnitar yardım göndərilməsini təmin edən humanitar ticarət kanalına köçürəcək.

Sözügedən fikrə konqresdəki bəzi şəxslərin qarşı çıxdığı bildirilir. İddiaya görə bəzi konqresmenlər belə bir addım atılmasının İran qarşısında ABŞ-ın əlini zəiflədə biləcəyini düşünür.

Xatırladaq ki, Avstriyanın paytaxtı Vyanada İranın nüvə razılaşmasının tam şəlildə tətbiq edilməsi və ABŞ-ın razılaşmaya qayıtması ilə bağlı müzakirələr bu gündən etibarən davam edəcək.

Ermənistanda vəkil kimi çalışan Tiqran Atanesyan ölkənin baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı məhkəməyə verib.

“Report" məlumatına görə, bu barədə “Datalex” məhkəmə informasiya sisteminin saytında bildirilir.

İddia İnzibati Məhkəməyə verilib, sənədi hakim Qriqor Arakelyan imzalayıb.

Vəkil məhkəmədən Nikol Paşinyan hökumətinin istefasını qəbul edən prezident fərmanının 25 aprel tarixində yayımlandıqdan sonra Paşinyanın baş nazir vəzifəsini yerinə yetirməsi üçün qanuni əsasların olmamasını tanımasını tələb edir.

Qeyd edək ki, dünən Ermənistanın sabiq prezidenti Robert Koçaryanın Paşinyana qarşı iddiası əsasında məhkəmə başlayıb.

Xəbər lenti