![]() |
|
Ermənistanın baş nazir postunu icra edən Nikol Paşinyan sabiq prezident Serj Sərkisyanın ünvanına ittihamlarla çıxış edib. O, Azərbaycana nəinki 7 rayonu qaytarmağa, hətta praktik olaraq Dağlıq Qarabağın yarısını qaytaramağa hazır idi.
“Ölkə.Az” “news.am”a istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, Serj Sərkisyan 2016-cı ildə “Rossiya seqodnya” agentliyinə müsahibəsində bu barədə fikirlərini deyib.
“Sərkisyan o zaman bəyan etdi ki, Azərbaycana 7 rayonu qaytarmağa hazırdır. Ancaq Azərbaycan daha çox tələb edirdi. Sərkisyan deyib ki, Azərbaycan hər dəfə yeni tələblər irəli sürür. Mən sizə deyim ki, Sərkisyan Azərbaycana daha çox verərdi, Dağlıq Qarabağın da yarısını, ancaq Azərbaycan “yox” deyirdi, daha çoxuna nail olmaq istəyirdi”, - Paşinyan bildirib.
"Report xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, antiterror əməliyyatında 2 065 şəxsi heyət iştirak edir. Əməliyyatın hədəfi terrorçu PKK qruplaşmasını Türkiyə gündəliyindən tamamilə çıxarmaq, həmçinin bölgədə terrorçuları və sığınacaq yerlərini zərərsizləşdirməkdir.
Bu tədbir Ağrı, İğdır, Qars və Ərdahan bögələrində və Ərzurum Jandarm Bölgə Komandanlığının başçılığı ilə keçirilir.
İRİB telekanalında yayımlanan videoda ABŞ-ın paytaxtı Vaşinqtonun hədəf alınması yenidən gərginliyə səbəb olub.
Ölkənin dini lideri Əli Xameneinin xalqa müraciətindən əvvəl yayımlanan videoda əvvəlcə konqres binasının havaya uçduğu görünür. Daha sonra isə iranlı din adamlarının Qüdsə doğru yürüdüyü təsvir olunub.
Sözügedən video dünya mediasında müzakirələrə səbəb olub.
“Daily Mail” qəzetinə danışan ekspert videoda fonda səslənən musiqi haqqında danışıb. O bildirib ki, mahnının sözlərində Konqres binasının İmam Əlinin İnqilab keşikçiləri tərəfindən yıxılan zülm sarayı olmasından bəhs edilir.
Ekspertin sözlərinə görə, daha sonra Qüdsün qurtuluşu xəbəri İrandan gəlir.
ABŞ-ın Pensilvaniya ştatından olan respublikaçı senator Pat Tomey video ilə bağlı ABŞ prezidenti Co Baydenə müraciət edib. O, Bayden hakimiyyətindən Vaşinqtonun Tehrana tətbiq etdiyi sanksiyaları ləğv etmək çağırışlarına müqavimət göstərməyi tələb edib.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistana gedib.
Bu barədə news.am məlumat verib.
Sergey Lavrov artıq Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüb. Bundan sonra isə baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşəcək.
Rusiyanın XİN başçısı mayın 10-11-də Bakıya səfər edəcək.
Rusiya Xarici işlər naziri Sergey Lavrov İrəvana səfəri zamanı əsasən Qarabağla bağlı razılaşmaların praktik icrası vəziyyəti müzakirə olunacaq.
“Ölkə.Az” tass-a istinadən xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrovun İrəvana səfəri bu gün günün ikinci yarısında baş tutacaq və mayın 6-da Ermənistan rəhbərliyi ilə rəsmi görüşlər keçirəcək.
Lavrov mayın 10-11-də isə Azərbaycana işgüzar səfər edəcək.
Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, görüşlərdə geniş spektr məsələlər, ikitərəfli regional və beynəlxalq müstəvidə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
“Görüşlərdə əsas prioritet məsələ isə Qarabağla bağlı əldə olunmuş razılaşmaların icrası vəziyyəti olacaq. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə Qarabağla bağlı qətnamənin praktik icrası vəziyyətinə diqqət yetiriləcək”, - Mariya Zaxarova deyib.
Dünyada son bir gündə koronavirusa 644 mindən çox yoluxma qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 644 685 hal qeydə alınıb, COVID-19-dan 10 501 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 153 187 889, ölüm hallarının sayı 3 209 109 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 083 656 nəfər virusa yoluxub. Daha sonra Hindistan (20 282 833) və Braziliya (14 754 910) gəlir.
Fransanın Albertvil şəhərində məscid yandırılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücumdan sonra məscidin girişi zərər görüb.
Təhlükəsizlik kameralarında bir nəfərin benzinlə məscidin qapısını yandırdığı əksini tapıb.
Hadisə nəticəsində zərər çəkən olmayıb.
Məsələ ilə bağlı polisə məlumat verilib və şikayət edilib. Hücum edən şəxsin tapılması istiqamətində iş aparılır.
Bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində bildirib.
O, aprelin 26-da E.Makron ilə V.Putin arasında telefon danışığının baş tutduğunu xatırladıb.
Diplomatın sözlərinə görə, Fransa prezidenti hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb.
“Prezidentlər vəziyyətin davamlı həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürüləcək”, – o deyib.
Səfir vurğulayıb ki, Minsk qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir.
“Rusiya qüvvələrinin geri çəkilməsinə baxmayaraq, Ukrayna ilə sərhəddə hələ də xeyli rus əsgər var”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi deyib.
“Hələ çox sayda qoşun var. Hələ də aydın deyil ki, niyyətləri nədir?”, - deyə Kirbi bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ və digər ölkələr Ukrayna ilə sərhəddə rus qoşunlarının sayının artmasından narahatlıqlarını bildirmişdilər.
Rusiya müdafiə naziri Sergey Şoyqu Baş Qərargah, hərbi bölgə komandirlərinə və Hava- Desant Qüvvələrinə aprelin 23-dən etibarən qoşunların daimi yerləşdirmə məntəqələrinə qaytarılmasına başlamağı, ətraflı təhlil aparmağı və ani yoxlanış nəticələrinin icmalını tərtib etməyi tapşırıb. Qoşunlar 1 may tarixinədək geri çəkilməli idi.
2020-ci ildə koronavirusdan dünyada 1227 jurnalist vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Press Emblem Campaign” (PEC) təşkilatı məlumat yayıb.
Peşə fəaliyyəti zamanı jurnalistlərin həlak olmasını hər il izləyən qeyri-hökumət təşkilatının məlumatına görə, COVID-19-dan dünyasını dəyişən media nümayəndələrinin yarıdan çoxu (668 jurnalist) Latın Amerikasındandır.
Asiyada 281, Avropada 175, Afrikada 56, Şimali Amerikada isə 47 jurnalist COVİD-19-un qurbanı olub. Ölkələrə gəldikdə, COVID-19 səbəbi ilə jurnalistlərin ölüm hallarının əksəriyyəti Braziliyada (187) qeydə alınıb, ondan sonra Peru (140), Hindistan (130) və Meksika (109) gəlir.