Türkiyənin Afyonkarahisar vilayətinin Çay ilçəsində güclü yanğın qeydə alınıb.

“Haber Global”ın məlumatına görə, hadisə biokütlə enerji stansiyasında baş verib.

Məlumata əsasən, stansiyanın həyətyanı sahəsindəki odunlar alışaraq od tutub.

Yanğın nəticəsində havaya qalxan qatı tüstü kilometrlərlə uzaqdan müşahidə edilib.

 

 

Füzuli rayonunda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş daha bir hərbçisinin meyiti tapılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, itkin kimi axtarışda olan hərbçinin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası aparılacaq.

Bununla da Ermənistanın ikinci Qarabağ müharibəsində meyiti tapılmış itkin hərbçilərinin sayı 1 553 nəfərə çatıb.

“Qətiyyən soyqırımı olmayıb. Tarixdə bu açıq və dəqiq formada yazılıb”.

“Hürriyet” xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, siyasətçilər tarixçilik etməz:

“Tarixdəki sənəd və təsbitlərin hamısı çox açıq-aşkar formada 1915-ci ildə belə bir şeydən söhbət getmədiyini göstərir. ABŞ-dakıların verdiyi bu açıqlama öz tarixlərini, razılaşmalarını, müqavilələrini, imzalarını inkar etdikləri mənasına gəlir. ABŞ-lıların məşhur NARA deyə milli arxivləri var, orada məsələ ilə bağlı xeyli sənəd var. ABŞ-lılar, ingiltərəlilər 1914-1915 və 1920-ci illərdə verdikləri sənədlərdə deyirlər ki, türklər və ermənilər 500 ildir bərabər yaşayırlar, əgər biz qarışmasaq, bu nizamı pozmasaq, daha 500 il bərabər yaşaya bilərlər. Sənəd aydındır”.

Hadisələri təhrif edərək tarixi dəyişdirəcəyini düşünənlərin səhv etdiklərini vurğulayan Akar bunu “qəflət'” və “cəhalət'” olaraq xarakterizə edib.

Rusiyada LDPR lideri Vladimir Jirinovski prezident vəzifəsinin adının dəyişdirilməsini təklif edib.

O, bildirib ki, “prezident” sözü ingilis mənşəlidir. “ABŞ-dan və İngiltərədən olan uşaqlar bizə gülür, deyirlər ki, baxın, rusların hətta rus sözü də yoxdur ki, rəhbər vəzifəni o sözlə adlandırsınlar”, - Jirinovski bildirib.

Siyasətçinin fikrincə, ideal olardı ki, Rusiyada dövlət başçısını “ali hökmdar” adlandırsınlar. O, “çar” titulunun qaytarılması ideyasını rədd edib. “Monarxiya ideal variantdır, amma köhnəlib, vəssalam”, - Jirinovski deyib.

Rəsmi Bişkek və Düşənbə hərbi bölmələrin sərhəd zonasından çıxarılması prosesini başa çatdırıb.

Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bazar ertəsi bildirib.

"Tərəflər dövlət sərhədi xəttindən əlavə hərbi qüvvələrin və vasitələrin aparılmasını yekunlaşdırıb", - xəbərdə deyilir.

Sərhəd xidmətinin məlumatına görə, tərkibində iki ölkənin Müdafiə Nazirliyinin nümayəndələrinin daxil olduğu birgə komissiya işini davam etdirir. Hazırda sərhəddə və ona yaxın rayonlarda sabit vəziyyət hökm sürür, ötən gecə ərzində qarşıdurma hadisələri və atışmalar qeydə alınmayıb.

 

mənbə: report.az

İsrailin yetkinlik yaşına çatmış əhalisinin dörddə üçünün vaksinasiya prosesi tamamlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatına əsasən newsru.co.il resursu xəbər verib.

Qeyd olunub ki, ölkə əhalisinin 55%-nə, yaşı 16-dan yuxarı şəxslərin isə 75%-nə peyvəndin hər iki dozası vurulub. 5,4 milyon vətəndaş isə hələ ki, vaksinin birinci dozası ilə təmin edilib.  

Hazırda İsrail vaksinasiya tempinə görə dünya lideri olaraq qalır.

 

mənbə: oxu.az

Ermənistanın baş naziri Nikol Paşinyan Kazandan Ermənistana qayıtmaq üçün 50.000 dollara özəl təyyarə kirayəyə götürüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Mediaport Telegram kanalı məlumat yayıb. Buna səbəb Paşinyanın Kazandan uçmağı planlaşdırdığı ilk təyyarədə texniki nasazlığın aşkar edilməsidir.

Məlumata görə, Paşinyan artıq Yerevana qayıdır.

Qeyd edək ki, Paşinyan Kazanda Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak edib. O, rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə ötən gündən bəri Yerevana qayıda bilmir.

Dünyanın ən böyük meqalopolislərindən biri olan ABŞ-ın Nyu-York şəhərində iyulun 1-dən etibarən karantin rejimi ləğv olunacaq.

Bu barədə Nyu-York şəhərinin meri Bill de Blazio keçirdiyi mətbuat konfrasında bildirib.

O, şəhər sakinlərinin vaksinasiya prosesində könüllülük nümayiş etdirdiyini və kütləvi iştirakın uğurlu nəticə verdiyini deyib. Nyu-Yorkun tezliklə normal həyata dönəcəyini açıqlayan Bill de Blazio 8,3 milyon sakini olan şəhərdə 6,3 milyon insanın peyvənd olunduğunu vurğulayıb: “İyulun 1-dən etibarən Nyu-Yorkda mağazaları, ofisləri, teatrları və iş yerlərini tamamilə açmağa hazırıq”.

Mer karantin rejiminin ləğvindən öncə hansı qaydaların tətbiq olunacağı ilə bağlı xüsusi tədbirlər planının hazırlanacağını söyləyib.

Qeyd edək ki, Nyu-York uzun müddət pandemiyanın episentri olub və koronavirus burada 32 min insanın həyatına son qoyub.report

İran xarici işlər naziri Cavad Zərifin ötən həftə mətbuata sızan səsyazmasından sonra İran Strateji Araşdırmalar Mərkəzinin sədri Hesamoddin Ashena istefa verib.

“Ölkə.az” xarici KİV-ə istinadla xəbər verir ki, İran prezidenti Həsən Ruhaninin köməkçisi və siyasətində təsiri olan Ashenanın istefasını Ruhaninin tələb etdiyi iddia olunub.
İstefadan sonra adı çəkilən vəzifə hökumət sözçüsü Əli Rabayiəyə həvalə olunub.
Qeyd edək ki, İran prezidenti səsyazmanın sızdırılmasında əli olan şəxslərə qarşı tədbir görəcəyinə dair söz vermişd. H.Ashena bu hadisədə əsas şübhəlilərdən bri hesab olunurdu.

Xatırladaq ki, sözügedən səsyazmada C.Zərifin ötən il ABŞ hücumu nəticəsində ölən general Qasım Süleymanini və mövcud hərbi quruluşu tənqid etdiyi, həmçinin Rusiyanın Tehranın xarici siyasət kursundakı təsirindən danışdığı bildirilir.

İrəvanda Ermənistan prezidenti Armen Sarkisyanla Fransa parlamentinin Fransa-Ermənistan dostluq qrupu sədrinin müavini Qi Tesyenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Fransız millət vəkilləri Ermənistana və keçən payızda Qarabağda məhv edilən separatçı quruluşa dəstək verməyə davam edəcəklərini söyləyiblər.

Bu azmış kimi Ermənistandakı müxalif Milli Demokrat Qütbü hərəkatı Fransa prezidenti Emmanuel Makrona təcili olaraq “Fransa sülhməramlılarını” Ermənistanın cənub sərhədlərinə yerləşdirməklə bağlı müraciət edib.

Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, dünya silah ticarətinin təhlili mərkəzinin direktoru İqor Korotçenko Caliber.Az-a müsahibəsində Milli Demokrat Qütbü hərəkatına daxil olan erməni siyasi təşkilatlarının çağırışına münasibət bildirib.

“Əlbəttə bu, təxribatçı bəyanatdır. Ancaq onun da öz münbit əsasları var. Fransa prezidenti Emmanuel Makronun hərəkətləri tamamilə destruktiv xarakter daşıyır. Bəzən, istər-istəməz özünə bir sual verirsən: Makron Fransa prezidentidir, yoxsa Fransadakı ermənilərin müəyyən birliyinin prezidenti? Aydın bir cavab tapmaq sadəcə mümkün deyil.

Paris Azərbaycanın Qarabağ bölgəsində qalan qanunsuz rejimin qalıqlarını qanuniləşdirmək üçün bölgəyə zorla daxil olmağı və özünə yer tutmağı hədəfləyən bir oyuna başlayıb. Ermənistanın strateji maraqlarını dəstəkləməyə yönəlmiş Fransa diplomatiyasının kəskin intensivləşməsini görürük. Buna görə bir daha deməliyəm ki, Fransa təxribatçı və destruktiv rol oynayır. Parisin bu oyundakı ortaqları, fəaliyyətlərini Fransanın İrəvandakı səfirliyi və Fransa xarici kəşfiyyat xidmətinin İrəvandakı ofisi ilə sinxronlaşdıran nüfuzlu erməni elitalarıdır. Bu Parisin xarici siyasət əməliyyatıdır”, - deyə Korotçenko bəyan edib.

Ekspert qeyd edib ki, Ermənistanın birinci düşməni elə erməni millətçiliyidir.

“Erməni dövlətçiliyini təhdid edən, ilk növbədə, erməni millətçiliyi və Hitlerin həmkarı olmuş Qaregin Njdenin ideyalarının inkişafıdır. Əsas təhlükə bax budur. Kənar təhlükələrə gəlincə isə Ermənistanın sərhədləri beynəlxalq səviyyədə tanınır və heç kim bu sərhədlərə müdaxilə etmir”, - deyə o əlavə edib.

Xəbər lenti