ABŞ prezidenti Co Bayden uydurma “erməni soyqırımı”nın növbəti ildönümü ilə bağlı ənənəvi açıqlamasında “soyqırım” ifadəsindən istifadə edib.

“Report”un məlumatına görə, Bayden “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlar barədə məlumat paylaşıb.

Paylaşımda deyilir:

“Qəhrəman Türkiyə Silahlı qüvvələrinin igid xüsusi təyinatlıları İraqın şimalındadır”.

“Hürriyet” isə xəbər verir ki, əməliyyatlara 50-yə qədər döyüş təyyarəsi qatılıb. Bundan başqa, pilotsuz uçuş aparatları terrorçuların qaça biləcəyi yolları bombalayır. Terror qruplaşması ağır itkilər verib.

Çoxlu sayda qırıcı təyyyarələr və PUA-ların iştirak etdiyi əməliyyatlarda PKK terror qruplaşmasının gizləndiyi sığınacaqları, anbar kimi istifadə etdikləri mağaraları məhv edir.

Məlumata görə, Türkiyənin müdafiə naziri Hülusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və qoşun komandanları Komanda İdarəetmə Mərkəzində İraqın şimalında keçirilən əməliyyatı izləyirlər. Nazir anti-terror əməliyyatları ilə bağlı birlik komandanlarından məlumat alaraq tapşırıqlarını verir. Eyni zamanda, H.Akar və ordu rəhbərliyi komanda mərkəzində PUA-ların əməliyyatların gedişatında çəkdiyi görüntüləri izləyirlər.

Uydurma erməni soyqırımı abidə kompleksinə gələn ermənilər əllərindəki çiçəkləri küçəyə ataraq geri dönüb.

Uydurma erməni soyqrımı abidə olan Çiçernakaberdə gedənlər arasında  K.Dəmirçiyan adına idman-konsert kompleksi qarşısında ciddi gərginlik yaşanıb.

 “Ölkə.Az” “armlur.am”a istinadən xəbər verir ki, səhər saat 8-dən abidə kompleksinə gələn insanlara bütün yollar bağlı olub. Yolların bağlanması insanlar arasında ciddi narazılığa səbəb olub. Ermənilər uydurma soyqırımı günü ilə bağlı kompleksə gedən yolların açılmasını gözləmədən ələrindəki çiçəkləri küçənin ortasına ataraq dağılışıblar.

Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Kremlin saytında yer alan məlumata görə, onlar arasında Qarabağ ətrafında vəziyyətin müzakirəsi davam etdirilib.

Enerji sektoru da daxil olmaqla ikitərəfli əməkdaşlığın aktual mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Paşinyan iyunda keçirilməsi planlaşdırılan erkən parlament seçkiləri ilə əlaqədar Ermənistanda daxili siyasi vəziyyətin inkişafı barədə Putini məlumatlandırıb.

ABŞ Prezidenti Co Bayden 11 il əvvəl 1915-ci il hadisələrinə münasibət bildirərək baş verənlərin “soyqırımı” kimi tanınmamasının bilavasitə Ermənistanın istəyinə uyğun olduğunu bildirib.

“Haber Global”ın bu barədə təqdim etdiyi videoda o, “Həqiqətlər gec-tez qarşınıza çıxar” deyib.

Təqdim olunan gizli görüntülərdə Bayden “Ermənistan prezidenti mənə zəng etdi və bu mövzunu açmamağı istədi, bu mövzunun keçmişdə qaldığını bildirdi” bildirir. 

Həmin vaxt Co Bayden ABŞ-ın vitse-prezidenti idi.

Keçmiş deputat Hüseynbala Mirələmov sözün əsl mənasında dünyada ən məşhur şəxsə çevrilib.

Məlum video onu dünyada məşhur edib. Belə ki, Mirələmovun iştirakı ilə yayılan qalmaqallı video Birləşmiş Ştatların ABC telekanalında nümayiş olunan ən məşhur tok-şou - "Cimmi Kimmellə birbaşa efir"də nümayiş olunub.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Aleksey Navalnının həbsi ilə bağlı qətnamə qəbul olunub.
"Report" xəbər verir ki, qurum "Aleksey Navalnının saxlanılması və həbsi" adlı sənəddə Rusiyanı məhkəmənin qərarını icra etməyə, A.Navalnını azadlığa buraxmağa çağırıb.

Qətnamədə həmçinin bildirilib ki, ona lazımi tibbi yardım göstərilməli və hüquqlarına tam hörmət edilməlidir.

Eyni zamanda sənəddə İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin A.Navalnının saxlanıldığı yeri ziyarət edə bilməsi üçün şəraitin yaradılması, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin qətnamənin icrası ətrafında qurumla əməkdaşlıq etməsi və digər bu kimi tövsiyələr də yer alıb.

Ukrayna Prezidenti Vladimir Zelenskinin imzaladığı fərmanla ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının qaçaqmalçılıqla əlaqəli hüquqi və fiziki şəxslərə dair 15 aprel tarixli qərarı qüvvəyə minib.

“Report” xəbər verir ki, qərarla 13 ölkə vətəndaşına və 95 şirkətə qarşı qaçaqmalçılığa görə sanksiya tətbiq edilib. Fiziki şəxslərin ikisi Rusiya vətəndaşıdır.

Siyahıya həmçinin, iki erməni əsilli şəxsin də adı daxil edilib. Onlar Araik Amirxanyan və Tiqran Melkonyandır. Ukrayna vətəndaşlığından məhrum edilən Arayik 2019-cu ildə, Ukrayna vətəndaşlarını qanunsuz yollarla Krım üzərindən Rusiyaya keçirdiyi üçün həbs edilmişdi. Eyni zamanda ona qarşı, Ukrayna müəssisələrinin təxminən 20 milyon qrivna (700 min ABŞ dollarından çox) məbləğində əmlakını qanunsuz ələ keçirməsi ittihamı irəli sürülmüşdü.

Digər şəxs - Odessadan olan iş adamı Tiqran Melkonyandır. Onun “Skaylayn” şirkətinə 2018-ci ildə Livandan qaçaqmal yolu ilə siqaret daşınmasına görə cinayət işi açılmışdı. Bir neçə il ərzində Tiqran Melkonyan qaçaqmalçılıq cinayəti üzrə təqib olunub. Fərman Ukrayna Prezidenti Ofisinin rəsmi saytında aprelin 21-də dərc edildiyindən həmin gündən qüvvəyə minib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha bir sazişi təsdiqləyib.
Bununla bağlı qərar "Resmi Qezete"də dərc olunub.

Qərara əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş” qüvvəyə minib.

Qeyd edək ki, 2020-ci ilin fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. İclas başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez imzalayıblar.

Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovun oğlu Teymur məhkəmənin qərarı ilə anası Tatyana Əhmədovaya 100 milyon dollar ödəməli olacaq. Məhkəmə onu həm də “atasına kömək etmək üçün hər şey edəcək vicdansız bir adam” adlandırıb.
Qafqazinfo xəbər verir ki, hakim Qvinnet Noulz belə bir qənaətə gəlib ki, kiçik Əhmədov atasına kömək edib və əmlak bölgüsünə əsasən anası üçün nəzərdə tutulan 453 milyon funt (600 milyon dollardan çox) vəsaiti almasına mane olmaq üçün “əlindən gələni” edib. Noulz deyib ki, indi o, anasına 100 milyon dollardan çox pul ödəməli olacaq.

Xatırladaq ki, 2016-cı ildə London Ali Məhkəməsi Fərhad Əhmədovun üzərinə keçmiş həyat yoldaşı Tatyanaya 453 milyon funt-sterlinq (varidatının 41,5%) ödəməsi barədə öhdəlik qoyub. Qadının payına saraylar, yaxta, vertolyot, şəxsi təyyarə və incəsənət əsərləri daxildir. Bu boşanma prosesi Londonun ən bahalı boşanma proseslərindən biri kimi qiymətləndirilir.

Dinləmələr 2020-ci ilin sonunda yenidən başlamışdı. Elə həmin vaxt məlum olmuşdu ki, Britaniya vətəndaşlığı olan Teymur anasının iddiasından sonra Rusiyaya qaçıb. Qadın boşanma prosesi zamanı onun üçün nəzərdə tutulan vəsaiti gizlətməkdə atasına kömək etdiyini iddia edərək öz oğlunu məhkəməyə vermişdi.

Ötən ilin sonunda Teymur Əhmədov danışırdı ki, onun London İqtisadiyyat Məktəbində oxuyarkən atası tərəfindən ona bağışlanan 50 milyon dolları fond bazarında riskli əməliyyatlarda itirdiyindən anasının da xəbəri var idi. O qeyd edib ki, anası hətta buna görə onu təsəlli də edib.

Xəbər lenti