![]() |
|
Ukrayna müharibəyə hazırlaşır.
Bununla bağlı olaraq Ukrayna prezidenti Vladimir Zelenskiy ehtiyatda olan hərbçilərin hərbi səfərbərlik barədə qanun imzalayıb.
Bu barədə Zelelnskinin mətbuata katibliyi məlumat yayıb.
Ukraynada artıq yeni hərbi xidmət formasına keçməklə bağlı ehtiyatda olanların hərbi səfərbərlik elan olunması barədə qanuna imza atıb. Qanun ehtiyatda olan hərbçilərin Ukrayna ordusunun formalaşdırılması məqsədi ilə səfərbərlik və hərbi vəziyyət zamanı çağrılmasına imkan yaradır.
Telekanaldan verilən məlumata görə, aparıcı Məhmət Akif Ərsoyun “Nədir, Nə deyil” proqramında iştirak edən XİN rəhbəri ölkəsinin Rusiya və ABŞ-la münasibətlərinə də toxunub.
Türkiyənin baş diplomatı Rusiya ilə müansibətlərdən danışarkən bu dövlətlə müxtəlif bölgələrdəki işbirliyini önə çəkib. O, Türkiyə ilə Rusiyanın Qarabağda əməkdaşlıq içərisində olduğunu, Suriya və Liviyada da birlikdə hərəkət etdiyini açıqlayıb.
Nazir bildirib ki, əgər ABŞ-da beynəlxalq hüquqa hörməti varsa, bu ölkənin prezidenti “erməni soyqırımı” ifadəsini işlətməməlidir. Əks halda bu, Türkiyə-ABŞ münasibətlərinə xələl gətirə bilər.
Donald Tramp indiki ABŞ prezidenti Co Baydenin Rusiya yönəlik siyasətini sərt tənqid edib.
"Fox News" telekanalına müsahibə verən Tramp prezident olduğu dövrdə Rusiya prezidenti Vladimir Putinlə və Şimali Koreya lideri Kim Çen Inla çox yaxşı anlaşdığını və dostyanə münasibətlərinin olduğunu dilə gətirib: "Belə güclü liderlərlə normal münasibətin olması, ABŞ üçün yaxşı idi".
Tramp Ağ Ev administrasiyasi tərəfindən Rusiyaya qarşı yürüdülən sərt siyasətin yanlış olduğunu və bunun ABŞ-ın maraqlarına cavab vermədiyini dilə gətirib: "Rusiyanı Çinlə birgə hərəkət etməkdən vaz keçməsi üçün onunla anlaşmalı və işbirliyi qurmalıyıq. İndi isə həyata keçirdiyiniz ən pis iş isə Çinlə Rusiyanı bir araya gətirməkdir. İndi bu iki ölkə bir yerdədirlər".
Rusiya xarici işlər nazirinin müavini Aleksander Qruşko Rusiya vətəndaşlarının Aİ-yə girişini qadağan etməyi təklif edən Estoniyanın keçmiş Prezidenti Toomas Hendriks Ilvesə rus seqmentinin turizmdəki əhəmiyyəti barədə Türkiyə və Yunanıstan səlahiyyətliləri ilə danışmağı tövsiyə edib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə açıqlamasında bildirib.
Xarici işlər nazirinin müavini İlvesin təklifini “Türkiyə və Yunanıstan kimi ölkələrin liderləri ilə turizmin, xüsusən də onun Rusiya seqmentinin əhəmiyyəti barədə danışmalıydı”,- deyə şərh edib.
Qeyd edək ki, daha əvvəl Estoniyanın sabiq Prezidenti Toomas Hendrik İlves Rusiyanı Hitler Almaniyası ilə müqayisə edərək bütün rusların Avropa Birliyi ərazisinə girişinə qadağa qoymağı təklif etmişdi.
Kolumbiya səlahiyyətliləri Rusiya təyyarəsinin ölkənin hava sahəsini pozması faktı ilə əlaqədar olaraq Rusiya səfiri Nikolay Tavdumadzeyə etiraz notası təqdim ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyinin rəhbəri Klaudiya Blum nazirliyin tvitter hesabında yayımlanan videomüraciətdə məlumat verib.
Nazir qeyd edib ki, Rusiya təyyarəsi dəfələrlə Kolumbiya tərəfindən verilən uçuş icazələrində göstərilən şərtləri yerinə yetirməyib.
Blum Tavdumadzeyə Rusiya hökumətindən dərhal cavab verilməsinin və Kolumbiya hava məkanında pozuntuların təkrarlanmayacağına dair zəmanət verməsinin vacibliyini çatdırıb.
Türkiyədə yayımlanan "Akıncı" serialında Azərbaycan xəritəsi ilə bağlı yanlış anlaşılmaya səbəb olan görüntü ilə bağlı NTC Media açıqlama yayıb.
Türkiyə telekanallarında yayımlanan "Akıncı" serialının 16-cı bölümündə, dünya ölkələrinin sərhədlərini öz maraqları naminə yenidən müəyyənləşdirməyə cəhd göstərən “Haritacılar” adlı qanunsuz bir təşkilata üzv olan serialın mənfi obrazı tərəfindən Türkiyə və onun qonşu ölkələrini göstərən qondarma xəritə göstərilib. Tamamilə qondarma bir təşkilat olan “Haritacılar” tərəfindən əsas alınan o xəritə serialın bütün digər elementləri kimi bir xəyal məhsuludur. O epizodda olan xəritə və xəritədəki sərhədlər də həqiqəti əks etdirmir. Ssenariyə əsasən bir qondarma təşkilatın niyyətini göstərmək üçün qurulsa da, dost və qardaş Azərbaycan xalqının həssaslığı nəzərə alınaraq bu xəritə dəyişdirilib.
İndi isə “çirkli atom bombası”nın istifadəsi ehtimalı ilə bağlı təhdidlər eşidilir, bütün bunlar qonşu Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Ermənistandan radioaktiv maddələr satmağa çalışan qaçaqmalçıları saxladığı xəbərləri fonunda baş verir. Ermənistandan radioaktiv materiallar əvvəllər də Gürcüstanda, həmçinin digər ölkələrdə tapılmışdı. Hətta 2017-ci ildə Ermənistandan Belarusdan tranzit yolla Bolqarıstana yollanan təyyarədə də qaçaqmal tapılması halı olub.
İsrailli analitik, şərqşünas, jurnalist Mixael Borodkin Caliber.Az-a verdiyi müsahibəsində bu vaxta qədər heç kimin “çirkli atom bombası”ndan istifadə etmədiyini qeyd edib.
“Ancaq terrorçuların bu cür silah alması təhlükəsindən tez-tez danışılır”, - deyə o, vurğulayıb.
- Buna nə dərəcədə ciddi yanaşılmalıdır?
- Kimin təhdid etməsindən asılıdır. Marginal insanlar tez-tez belə ritorikaya müraciət edirlər. Ancaq ciddi hökumət səviyyəsində inkişaf etdirilirsə, bu başqa məsələdir.
İsrail və İranı misal gətirə bilərəm. İsrailin İranın nüvə proqramından çox narahat olduğunu bilirsiniz. Dünyanın digər ölkələrində ərazilərimizə və vətəndaşlarımıza vaxtaşırı zərbə vuran terror qrupları da var.
Ancaq (Ermənistan məsələsində - red.) ciddi bir təhlükə yarada biləcək texnologiyaların inkişafı yoxdursa, bu, sadəcə cəfəngiyyatdır. Aydındır ki, hərbi fəaliyyətlər bu yaxınlarda bitib, nəticə göz qabağındadır, hansı tərəfin məğlub olduğu və hansı tərəfin qalib gəldiyi bəllidir. Məğlub olanlar incikdirlər, buna görə çox şey danışa bilərlər.
- Bəs Gürcüstanda növbəti dəfə tapılan Ermənistandan radioaktiv materiallar barədə nə deyə bilərsiniz? Yeri gəlmişkən, əvvəllər başqa ölkələrə də qaçaqmalçılıq cəhdləri barədə məlumatlar var idi.
- Radioaktiv materiallar ticarətində “qara bazar”ın mövcudluğuna dair ciddi dəlillər varsa, bu, çox ciddi məsələdir, yalnız Gürcüstan, Azərbaycan və s. xüsusi xidmət orqanlarının deyil, bütün dünya ictimaiyyətinin diqqətini tələb edir. Axı bu yükün yekunda hara çatdırıldığı məlum deyil.
"Navalnı ölərsə Rusiya bunun bədəlini ödəyəcək".
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı öləcəyi təqdirdə Rusiyanın yüksək rütbəli məmurlarını təhdid edib.
CNN xəbər verir ki, ABŞ prezidentinin köməkçisi Rusiyanı Navalnıya görə məsuliyyət daşıyır. "Əgər bir hadisə baş verərsə Rusiya beynəlxalq məsuliyyətə cəlb olunacaq. Navalnı öləcəyi təqdirdə bunun nəticələri ağır olacaq. ABŞ Rusiyaya bu bədəlini ödətdirmək üçün bütün imkanlardan istifadə edəcək"- Sallivan qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyada koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırıb.
Trend məlumatına görə, baş direktor bildirib ki, dünya əhalisi yaxın zamanda koronavirusun yayılmasının pik nöqtəsinə çatacağının şahidi olacaq. Yoluxma və ölüm halları artmağa davam edir, buna görə də tezliklə maksimal rəqəmlər ortaya çıxacaq:
"Dünyada həftəlik yeni yoluxma hallarının sayı son iki ayda təxminən iki dəfə artıb və bütün pandemiya dövründə gördüyümüz ən yüksək yoluxma sayına yaxınlaşır".
“Haber Global”ın məlumatına görə, söhbət zamanı Ege, Şərqi Aralıq dənizi, Liviya və Əfqanıstanda cərəyan edən hadisələr, xüsusilə də Rusiya-Ukrayna böhranı başda olmaqla bir sıra regional məsələlər müzakirə olunub.
R.T.Ərdoğan Türkiyənin konstruktiv addımları və israrlı çağırışları sayəsində bu gün Egey və Şərqi Aralıq dənizində sabitliyin hökm sürdüyünü bildirib.
Dövlət başçısı həmçinin Liviyada yeni hökumətə müdafiə və təhlükəsizlik sahəsində dəstək verilməsinin vacibliyini vurğulayaraq, Türkiyənin bu ölkə ilə imzaladığı müqavilələr vasitəsilə qeyd olunan istiqamətdə öz töhfəsini verdiyini əlavə edib.