Türkiyədə küçəyə çıxma qadağası turistlərə şamil olunmayacaq

Türkiyədə 29 aprel - 17 may tarixləri arasında tam qapanma çərçivəsində tətbiq olunan küçəyə çıxma qadağası xarici turistlərə şamil olunmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Turizm fəaliyyəti çərçivəsində müvəqqəti olaraq ölkəmizdə olan əcnəbilərə küçəyə çıxma qadağası şamil edilmir. Yaşayış icazəsi olan əcnəbilər komendant saatı qaydasına əməl etməlidirlər”,- deyə açıqlamada qeyd olunub.

Qapanma zamanı ərzaq mağazaları və bazarların bazar ertəsindən şənbə gününə qədər saat 10:00-dan 17:00-a kimi açıq olacağı qeyd olunub. Növbətçi apteklərin də fəaliyyəti nəzərdə tutulub. Kafe və restoranlar yalnız çatdırılma üçün açıq olacaq. Otel restoranlarının isə yalnız qonaqlara xidmət etməyinə icazə veriləcək.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin aprelin 29-u saat 19:00-dan mayın 17-si saat 05:00-dək tam qapanmaya keçdiyini açıqlamışdı.

Xatırladaq ki, aprelin 16-sı Türkiyədə koronavirusa 63 min 82 yoluxma faktının qeydə alınması ilə günlük yoluxma sayında rekord göstərici qeydə alınmışdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsinə münasibət bildirib.

Bu barədə dövlət başçısı Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamalarında danışıb.

“ABŞ Prezidenti Bayden 24 aprel günü yayımladığı mesajda coğrafiyamızda bir əsrdən uzun müddət yaşamış acı hadisələrlə əlaqədar əsassız, haqsız ifadələr istifadə edib.

Heç bir tarixi, hüquqi təməli olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi, bizi də çox incidib. Radikal erməni dairələrinin və Türkiyə əleyhinə olan çevrələrin təzyiqi ilə mətnə yer verildiyini düşünürük”, - Ərdoğan deyib.

Yaponiya Fransa və ABŞ-la birgə hərbi təlim keçirəcək.
Yaponiyanın Quru Özünümüdafiə qüvvələri ölkənin cənub-qərbində Çinin təhdid xarakterli fəaliyyətlərinə qarşı genişmiqyaslı hərbi təlimlər keçirəcəyi bildirilir.

Yaponiya müdafiə naziri Kişi Nobuo hərbi təlimlərin 11-17 mayda keçirilməsinin planlaşdırıldığını söyləyib.

Xatırladaq ki, Çində 1 fevraldan qüvvəyə minən qanuna görə, Çin sahil təhlükəsizliyi sözügedən sularda qaydalara əmək etməyən xarici ölkə gəmilərinə qarşı silahdan istifadə edə bilər.

Kyodo xəbər agentliyi bu qanunun Çinə münaqişəli Senkaku Adaları ətrafındakı Yapon gəmilərini hədəf almaq səlahiyyəti verdiyini söyləyib.

Onu da qeyd edək ki, sözügedən ölkələrin quru qüvvələri ilk dəfə birgə genişmiqyaslı təlim keçirəcək.

“Koronavirus pandemiyası 2022-ci ilin sonunda bitəcək”.

Bu sözləri “Microsoft” şirkətinin yaradıcısı, milyarder-filantrofist Bill Qeyts “Sky News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin dövrə qədər dünyada COVID-19 peyvəndinin kifayət qədər dozası istehsal ediləcək.

Maqnat ABŞ və İngiltərə də daxil olmaqla zəngin ölkələrdə vaksinasiyanın yüksək yayılmasına diqqət çəkib.

“Bu bir müddət sonra yoxsul ölkələrin peyvəndlə təmin olunmasına imkan verəcək” – deyə o, bildirib.

Milyarder həmçinin koronavirusun tamamilə yox olacağına inanmadığını, ancaq 2022-ci ilin sonunadək gündəlik yoluxma halların çox aşağı rəqəmlərə enəcəyini də vurğulayıb.

Mənbə: oxu.az

Lukaşenkonu öldürməkdə ittiham olunan şəxslər əməllərini etiraf ediblər.

ONT xəbər verir ki, baş verənlərlə bağlı vəkil Yuri Zenkoviç, politoloq Aleksandr Feduta və müxalif “Belarus Xalq Cəbhəsi” partiyasının lideri Qriqori Kostusyev ifadə verib.

Aprel ayının ortalarında prezident A.Lukaşenko özünün və ailə üzvlərinin həyatlarına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu açıqlamışdı. Dövlət başçısı bu işdə ABŞ xüsusi xidmət orqanlarının da iştirak etdiyini bildirmişdi.

Zenkoviç və Feduta Rusiya Federal Təhlükəsizlik Xidmətinin köməyi ilə Moskvada, Kostusyev isə Belarusun özündə həbs olunub.

Onları 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Somali Milli Ordusunun müxalifətlə əlaqəli qüvvələri ölkənin paytaxtı Moqadişonun şimalında bir neçə əsas rayonu nəzarət altına alıb.


“Report” xəbər verir ki, bu barədə “Somali Guardian” portalı bildirib.

Portalın məlumatına görə, hərbçilər loyal hökumət qüvvələri tərəfindən hər hansı müqavimətlə qarşılaşmayaraq, Yakşid, Karan və Xeliva rayonlarını tutublar.

Öz növbəsində “Garowe Online” portalı da bildirib ki, qiyamçılar Kəşfiyyat və Təhlükəsizlik Milli Agentliyinin qərargahının yerləşdiyi Sanın rayonunu nəzarət altına alıblar. Portalın məlumatına görə, şəhərin küçələrində yüzlərlə insan prezidentin səlahiyyət müddətinin uzadılmasına qarşı çıxaraq, qarışıqlıqlarda iştirak edirlər.

Kulis.azXalq artisti, aktyor Nodar Şaşıqoğlunun şəxsi və sənət həyatında baş vermiş maraqlı hadisələrdən ibarət videomaterial təqdim edir.

Materialdakı faktlar sənədlərdən, müsahibələrdən və aktyorun yaxınlarının məlumatlarından toplanıb. 

“Koronavirus pandemiyası dövründə bir çox vətəndaşımzı itirdik, ancaq bununla yanaşı bir çox tibb işçilərimizi də itirdik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bunların arasında həkimlərimiz, müəllimlərimiz də vardı. Bütün bu COVID-19 pandemiyası dövründə onlar heç nədən çəkinmədilər, yorulmadılar. İstər xəstəxanalarda, istərsə də evlərdəki müdaxilələrə qədər gərgin bir çalışma apardılar.

Həyatını itirən bütün bacı-qardaşlarıma Allahdan rəhmət diləyirəm. Bu müddət ərzində haqqa ucalanlar inanıram ki, sevimli peyğəmbərimizə qonşu olacaqlar. Çünki onlar bu mübarizəni bunun üçün verdilər. Bu axşam bir yerdə iftar etdiyimiz qardaşlarımızın hər biri üç nəfərlik qruplar halında ev-ev gəzirlər. Evlərə bu səhiyyə xidmətlərini çatdıracaq qədər fədakarlıq edirlər”, - deyə R.T.Ərdoğan bildirib. (Oxu.az)

“Baydenin qalmaqallı açıqlaması ilə Türkiyə-ABŞ münasibətləri bundan sonra fərqli bir məcraya yönəlmə riski daşıyır”.

Bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı “Twitter” hesabında yazıb.

“Dostluq və strateji bağlar qurduğu bir ölkəyə soyqırımı kölgəsi salmağa cəhd edən bir düşüncə ilə yəqin ki, heç bir şey əvvəlki kimi olmayacaqdır”, - deyə D.Baxçalı bildirib. (Oxu.az)

“Siyasi qisas üçün tarixin təhrif olunmasının göstəricisi olan 1915-ci il hadisələrinin Bayden tərəfdən qiymətləndirməsini rədd edirik”.


“Report”un məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay özünü tvitter səhifəsində yazıb.

“Ermənilərin irəli sürdükləri əsassız iddialara əsaslanan və erməni üsyançıları tərəfindən öldürülən türklərin əzab və acılarına məhəl qoymayan bu ifadənin millətimizin və tariximizin qarşısında heç bir dəyəri yoxdur. Arxivlərimiz həqiqətləri görmək istəyənlər üçün açıqdır”.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun da ABŞ Prezidenti Co Baydenin bu gün ABŞ-da “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsinə sərt reaksiya bildirib.

“Bayden rəhbərliyinin 1915-ci il hadisələrini “soyqırım” kimi qiymətləndirməsini qətiyyətlə rədd edirik və bunu ən sərt şəkildə qınayırıq. Vaşinqton şərəfli tariximizə kölgə salmağı seçdiyindən ikitərəfli münasibətlərimiz baxımından son dərəcə uğursuz, kədərli bir gün yaşayırıq.

isə bildirib ki, tarixi hadisələr tarixçilər tərəfindən öyrənilməlidir. O, qeyd edib ki, siyasi konyunkturanın dar maraqları tarixi həqiqətləri müəyyənləşdirə bilməz:

“Əslində, Prezidentimiz Rəcəb Tayyib Ərdoğan, 1915 hadisələrini araşdırmaq üçün “Birgə Tarix Komissiyası”nın qurmaqla bağlı çağırış edəndə, tarixi bir mövzunu siyasət və pis niyyətli dairələrin kölgəsindən qurtarmaq istədi. Həqiqətin sənədlər vasitəsi ilə açıqlanacağından qorxanlar bu çağırışa cavab verə bilmədilər. ABŞ Prezidenti bu həqiqətləri görməməzliyə vurdu və ədalətsiz bir münasibət göstərdı”.

“Tarixi həqiqətlər siyasi gözləntilər naminə yalanla əvəz edilə bilməz. Əsla şanlı tariximizdə heç bir erməni soyqırımı olmayıb! Heç bir tarixi əsasları olmayan bu yalanı təqdim edənlər və qəbul edənlər tarixi rüsvayçılığa yol verirlər. Erməni lobbisinə yarınaraq Türkiyəyə bu böhtanı atanlara Vyetnamda, Bağdadda tökdükləri qanı, Əbu Qreyb həbsxanasındakı iyrənc işgəncələrini, Xirosima və Naqasakidə atdıqları atom bombası ilə kəsdikləri nəsilləri, Amerikada qırmızı dərililərin tək-tək yox edildiyini xatırlatmaq istəyirik. Erməni terror təşkilatı ASALA-nın ABŞ-da Los Ancelesdə Baş konsulumuz Mehmet Baydarı 1973-cü ildə necə qətlə yetirdiklərini və digər qətliamlarını unutmadıq”-deyə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) katibi Numan Kurtulmuş özünü tvitter səhifəsində bildirib.

Xəbər lenti