İrəvanda xəstəxanada yanğın, yaralılar var

İrəvan xəstəxanalarının birində baş verən yanğın nəticəsində iki nəfər yanıq xəsarəti alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 16 aprel saat 06:24-də Fövqəladə Hallar Nazirliyinə Abovyan küçəsində yerləşən Heratsi xəstəxana kompleksinin mərtəbələrindən birində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğınsöndürən-xilasetmə dəstəsindən 6 heyət, həmçinin FHN-in yanğınsöndürmə və xilasetmə işlərinin təşkili şöbəsinin növbətçi qrupu hadisə yerinə cəlb olunub.

Məlum olub ki, yanğın xəstəxananın 2-ci mərtəbəsindəki otaqlardan birində baş verib.

Hadisə yerindən daha 11 pasiyent təxliyyə edilib. Yanğın tam söndürülüb.

ABŞ-da atışma

ABŞ-ın İndianapolis şəhərində baş verən atışma nəticəsində səkkiz nəfər həlak olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerli hava limanının yaxınlığında yerləşən “FedEx” logistika şirkətinin binasında baş verib.

Atışma nəticəsində 60-a yaxın insan yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

İlkin məlumatlara görə, insidenti törədən şəxs intihar edib.

"Ölkə.Az" "shamshyan"a istinadən xəbər verir ki, sərxoş sürücü Ermənistanın Kotyask əyalətinin Aramus kəndində ağır yol qəzası törədib.

Sərxoş sürücü 6 erməni hərbçisini vurub. Nəticədə 2 hərçi  hadisə yerində  dünyasını dəyişib, 4-ü isə xəstəxanaya yerləşdirilib. Sərxoş sürücü   ölən və yaralananlara yardım etmədən hadisə yerindən qaçıb. 

Polis ağır yol qəzası tprədən  34 yaşlı Karen Mikaelyanı saxlayıb və onun sərxoş olduğu bəlli olub.

 

 
  •  

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın yeni administrasiyasının “erməni soyqrımı”nı tanıyıb-tanımayacağı ehtimalı ilə bağlı sualı cavablandırıb.
Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində bəyan edib ki, ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərə alaraq, belə bir qərar verməz.

“ABŞ-ın əvvəlki prezidentləri bu iddiada olublar. Ancaq ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərə alarsa, belə bir qərar verməz. Aprelin 24-də ABŞ prezidentinin belə bir ifadə işlədəcəyini düşünmürük”, - deyə M. Çavuşoğlu qeyd edib.

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində son sutka ərzində 10 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 457-yə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 524 xəstə sağalıb.

Ölkədə 297 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.

İsraildə əhalinin yarısı peyvənd olundu, yoluxma kəskin azaldı

İsrail peyvənd kampaniyası sayəsində koronavirus epidemiyasını nəzarət altına ala bilib.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, hazırda İsraildə əhalinin yarısından çoxu (5,3 milyon nəfər) koronavirusa qarşı peyvənd olunub. Bundan əlavə, indiyə qədər koronavirusa yoluxmuş 830 min insanın müəyyən dərəcədə təbii immunitet inkişaf etdirməsi gözlənilir.

Başqa sözlə, əhalinin 68 faizində peyvənd və ya yoluxma yolu ilə antikorların meydana gəldiyini və bir növ kollektiv immunitetin inkişaf etdiyini demək olar.

İsrailin ən böyük xəstəxanası olan Şeba Tibb Mərkəzinin professoru Eyal Leshem ölkədəki məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, yoluxma sayında müşahidə olunan azalmanı kollektiv immunitetin yaranması ilə əlaqələndirir.

Üstəlik, 16 yaşdan kiçik uşaqlar peyvənd olunmadığı halda yoluxma sayında azalma bütün yaş qruplarında müşahidə olunur.

Bu məqamda bildirək ki, ötən gün ərzində İsraildə koronavirusa 170 yoluxma faktı aşkarlanıb. Bu, fevral (3100) və mart (1600) aylarının eyni günü ilə müqayisədə kəskin azalma deməkdir.

Hazırda ölkədə davam edən kütləvi vaksinasiya kampaniyasında “Pfizer/Biontech” peyvəndindən istifadə olunur.

Yoluxma sayının azalmasından sonra İsrail 23 may tarixindən etibarən ölkəni yenidən turistlərə açacağını açıqlayıb.

Səhiyyə və Turizm Nazirlikləri ölkəyə gəlmək istəyən turistlərin “COVID-19” peyvəndi vurdurmalı olduqlarını bildiriblər. Bundan əlavə, İsrailə gələcək olan şəxslər təyyarəyə minməzdən öncə mənfi PCR test nəticəsini təqdim etməli, həmçinin gəldikdən sonra seroloji qan analizindən keçməlidirlər. İsrail ilə peyvənd pasportu razılaşması olan ölkələrdən gələn turistlərə isə seroloji testlərdən keçmək tələb olunmayacaq.

Turizm Nazirliyinin açıqlamasına görə, mayın 23-də ilk növbədə ekskursiya qrupları ilə gələn turistlər qəbul ediləcək, daha sonra epidemioloji vəziyyət nəzərə alınaraq tək səyahətçilərin ölkəyə girişinə icazə veriləcək.

Bildirilib ki, 2019-cu ildə ölkəni təxminən 4 milyon turist ziyarət edib. 2020-ci ildə isə bu rəqəm 80% azalma ilə 850 minə enib.

Paşinyan Putini Fransa Prezidenti ilə səhv saldıErmənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında Rusiya dövlət başçısı Vladimir Putini Fransa Prezidenti adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, onun çıxışının videosu Ermənistan parlamentinin yutub kanalında yerləşdirilib.

Çıxışı zamanı Paşinyan dünya liderlərinin adlarını sadalamağa başlayıb və Fransa Prezidentinin adını dedikdən sonra Rusiya Prezidenti Vladimir Putini də “Fransa Prezidenti” adlandırıb.

Xatırladaq ki, 7 apreldə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın Kremldə görüşü baş tutub.

 

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında Rusiya dövlət başçısı Vladimir Putini Fransa Prezidenti adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, onun çıxışının videosu Ermənistan parlamentinin yutub kanalında yerləşdirilib.

Çıxışı zamanı Paşinyan dünya liderlərinin adlarını sadalamağa başlayıb və Fransa Prezidentinin adını dedikdən sonra Rusiya Prezidenti Vladimir Putini də “Fransa Prezidenti” adlandırıb.

Xatırladaq ki, 7 apreldə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın Kremldə görüşü baş tutub.

 

 
 


Əlcəzairli tarixçi Ali Farid Belkadi 2010-2011-ci illərdə Fransa və Avropanın aparıcı zəfər (heyday) günü muzeylərində araşdırma aparıb.

Tarixçi həmin muzeylərdə 68 əlcəzairliyə məxsus kəllə sümüyü aşkarlayıb.

Qeyd etmək lazımdır ki, ümumilikdə  “l'Homme in Trocadéro” muzeyində 18000 kəllə sümüyü var və bu kəllə sümüklərinin əksəriyyəti ictimaiyyətə açıq deyil. Məsələ, ictimailəşdikdən sonra Fransa prezidenti Emmanuel Makron 24 kəllə sümüyünün 3 mart 2020-ci ildə Əlcəzairə qaytarılmasına razılıq verib və onlar qaytarılıb. Muzeydə 150 ildən artıq nümayiş etdirilən bu kəllə sümükləri arasında fransız işğalına qarşı xalq müqavimətində iştirak edən altı liderə məxsus qalıqlar da var. 

Məlumat üçün bildirmək lazımdır ki, həmin liderlər arasında Cürdjura bölgəsindəki “Çerif Boubeghla” ləqəbini daşıyan məşhur üsyanın təşəbbüskarı kimi tanınan Məhəmməd Ləmzad ben Abdelmalek və fransız zülmünə qarşı Əlcəzairdə Zaatçalar üsyanının lideri Əhməd Bouziane də var.

Hal-hazırda Əlcəzair xalqının müstəmləkəçiliyə qarşı vuruşan simalarından 12 nəfərin kəlləsi sözügedən muzeydə saxlanılır.

İddialara görə 18000 kəllənin mütləq əksəriyyəti Fransanın tarix boyu müharibələrdə qalib gəldiyi döyüşlərdən qənimət kimi saxlanılanlardır. İnstitut rəhbəri isə kəllələri antropoloji məqsədlər üçün saxladıqlarını iddia edir.

Eyni qayda ilə sözügedən muzey 21 Maori döyüşçüsünün kəlləsini Yeni Zelandiyaya qaytarıb. Maorilərlə bağlı analoji addımı Almaniyada atıb.

Digər tərəfdən Almaniyada Prussiya Mədəni İrs Vəqfinin Afrikadan gətirilmiş mindən çox insan kəlləsi topladığı kolleksiya var.

Bunlardan əlavə, 1881-1914 illərdə Afrikadan minlərlə insanın qalıqları (xüsusilə ilə kəllələr) müharibə qəniməti kimi Avropaya gətirilib. Avropanın müstəmləkə dövlətləri Fransa, Belçika, İspaniya, İtaliya, İngiltərə və Portuqaliya bunu sırf Afrika dövlətləri üzərində hərbi üstünlüklərini və Afrika xalqının şiddətlə tabe edilməsinin nümayiş etdirmək üçün edirdilər. 

 

 

Ədəbiyyat siyahısı:

//www.francetvinfo.fr/culture/patrimoine/histoire/cranes-de-combattants-au-musee-de-l-homme-l-algerie-demande-la-restitution_3294225.html

//www.lemonde.fr/afrique/article/2020/07/03/la-france-remet-a-l-algerie-24-cranes-de-resistants-decapites-au-xixe-siecle-et-entreposes-a-paris_6045108_3212.html

//afrotribune.com/lalgerie-reclame-36-cranes-de-independantistes-a-france/

//www.quora.com/Why-does-France-still-keep-18-thousand-trophy-skulls-belonging-to-rebels-from-her-former-colonies-in-her-Mus%C3%A9e-de-lHomme-in-Paris-What-do-you-think-of-this-barbaric-French-practice

//theculturetrip.com/europe/germany/berlin/articles/germanys-controversial-collection-of-skulls-from-africa/ 

ABŞ-ın 23 ştatında maska rejimi ləğv olundu ABŞ-ın 23 ştatında maska rejimi ləğv olunub.
Bu barədə “Haber Global” məlumat yayıb.

Dövlət başçısı Co Bayden məhdudiyyətlərin davam etməsinin zərurət olduğunu vurğulasa da, artıq bəzi ştatlar maska məcburiyyətini aradan qaldırıb.

İlk olaraq Texas ştatında aradan qaldırılan maska rejimi, daha sonra Alabama, Alyaska, Arizona, Arkanzas, Florida, Corciya, Aydaho, İndiana, Ayova, Kanzas, Missisipi, Missuri, Montana, Nebraska, Şimali Dakota, Oklahoma, Cənubi Karolina, Cənubi Dakota, Tennesi, Utah, Viskonsin və Vayominq ştatlarında da ləğv olunub.
Ermənistanın baş naziri Paşinyan özünü yenə biabr etdi.

Ermənistan parlamentinin iclasında çıxış edən Paşinyan, "Fransa Prezidenti Vladimir Putin" ifadəsini işlədib. Daha sonra o, öz səhvini düzəldib.

Həmin görüntünü sizə təqdim edirik:

Xəbər lenti