![]() |
|
Qırğızıstanla Tacikstan sərhədində baş verən atışmada 20 nəfər ölüb, 150 nəfər yaralanıb.
RİA-Novosti xəbər verir ki, silahlı toqquşma zamanı Qırğızıstana məxsus Kulundu və Maksat kəndlərində ondan artıq ev yanıb.
Tərəflər arasında silahlı toqquşma 6 saat davam edib. Qanlı toqquçma nəticəsində hər iki tərəfdən 150 nəfər yaralanıb, 20 nəfər isə ölüb. Sonda tərəflər atəşkəs əldə etmək barədə razılığa gəlib.
Qırğızıstan tərəfi bəyan edib ki, qanlı toqquçma zamanı 3 hərbçi ölüb, 22 nəfəri isə yaralanıb.
Səudiyyə Ərəbistanı Türkiyənin Təhsil Nazirliyinə bağlı səkkiz məktəbi bağlayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Təhsil Nazirliyi məlumat yayıb.
Təhsil müəssisələri 2020-2021 tədris ilinin sonunda fəaliyyətlərini dayandıracaq.
“Türk məktəblərindəki fəaliyyətlər bu tədris ilinin sonunda dayandırılacaq, şagirdlərə seçdikləri məktəblərdə qeydiyyatdan keçməkdə kömək göstəriləcək, məktəb rəhbərliyi isə qərar barədə valideynləri məlumatlandıracaq”,- deyə nazirliyin təlimatında qeyd olunub.
Məlumata görə, Səudiyyə Ərəbistanı Təhsil Nazirliyi Tabuk, Riyad, Taif və Ciddədəki dörd məktəbin bağlanması üçün rəsmi bildiriş göndərib.
Ölkədə Türkiyə məktəblərinin bağlanması burada təhsil alan 2256 şagirdə təsir edəcək.
Şagirdlərin Səudiyyə Ərəbistanı Təhsil Nazirliyi ilə əlaqəli məktəblərdə təhsillərini davam etdirəcəyi təqdirdə çətinliklərlə qarşılaşacağı gözlənilir, belə ki, onların əksəriyyəti ərəb dilini kifayət səviyyədə bilmirlər.
Ötən il Kaliforniyanın Los-Anceles şəhərində bir türk restoranına edilən hücumda iştirak edən iki erməni əsilli ABŞ vətəndaşlarına qarşı məhkəmə prosesi başlayıb.
“Qafqazinfo” xəbər verir ki, 23 yaşlı Uilyam Stepanyan və 23 yaşlı Harutyun Qarri Çalikyana qarşı 6 ittiham irəli sürülüb.
Məhkəmənin rəyinə görə, Stepanyan 4 noyabr səhəri telefonundan “türkləri ovlamağı” planlaşdırdığına dair bir mesaj göndərib. Elə həmin gün o, Çalikyanla görüşüb.
Restorana hücumda iştirak edən müttəhimlərdən biri qonaqları bu sözlərlə hədələyib: “Səni öldürməyə gəldik, səni öldürəcəyik”.
Hücum nəticəsində bir neçə nəfər yaralanıb. Restorana 20.000 dollar ziyan dəyib. Bundan əlavə, restoran müvəqqəti olaraq bağlanmalı olub və bu da öz növbəsində böyük itkilərə səbəb olub.
Prokuror müttəhimlərə 15 il həbs cəzası verilməsini tələb edir.
Xatırladaq ki, Beverli Hillsdə yerləşən “İstanbul Cafe” restoranına hücum 4 noyabr axşamı baş verib. Hücumda 6-8 nəfərlik bir qrupun iştirak etdiyi bildirilir. Videogörüntülərdən cinayətkarların təxminən 20-30 yaşlarında olduğu görünür. Hücum zamanı cinayətkarlar mebel, avadanlıq və digər əşyalara ciddi ziyan vurublar.
Restoranın sahibi və işçiləri təcavüzkarların erməni dilində danışdıqlarını, onları öldürməklə hədələdiklərini və Türkiyə və Azərbaycan xalqlarına qarşı təhqiramiz ifadələr işlətdiklərini bildiriblər.
Hurriyet” xəbər verir ki, bunu ABŞ-la birgə vaksin hazırlayan Alman şirkəti “BioNTech”in CEO-su, türkiyəli alim Uğur Şahin deyib.
O bildirib ki, peyvəndləmədən sonra iyul ayında 5-12 yaş aralığında, sentyabrda isə daha kiçik yaşda olan uşaqlarda ilk nəticələr bəlli olacaq.
Qeyd edək ki, uşaqların peyvəndlənməsinin kütləvi immunitet yaradaraq pandemiyanı sonlandırmq istiqamətində vacib addımlardam biri olacağı deyilir.
“Haaretz” xəbər verir ki, hadisə Safed şəhərinin yaxınlığında yerləşən Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı baş verib.
Məlumata görə, 100-dən çox insan yaralanıb, 44 nəfər isə ölüb.
Sözügedən tədbirdə 100 mindən çox insanın iştirak etdiyini bildirib.
Bayden ABŞ üçün ən təhlükəli terror təşkilatlarının adlarını açıqlanıb.
Co Bayden Konqresdə çıxışı zamanı ən təhlükəli terror təşkilatlarının adlarını açıqlayıb.
Onun sözlərinə görə, Yəməndə, Suriyada, Somalidə, Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən “Əl-Qaidə”, İŞİD terror təşkilatlarıdır.
“Ölkə.az” xarici KİV-ə istinadla xəbər verir ki, Baydenin çıxışı zamanı bir detal bütün dünyanın diqqətindən yayınmayıb.
Belə ki, Bayden çıxış edərkən tarixdə ilk dəfə ABŞ prezidentinin arxasında hökumət rəsmilərdən iki qadın dayanıb.
Bayden çıxışına Amerika Birləşmiş Ştatlarının 49-ci vitse-prezidenti Kamala Harris və Nümayəndələr Palatasının sədri Nensi Pelosiyi salmlayaraq başlayıb.
Seprataçıbaşı Araik Arutyunyan ermənilərin məğlubiyyətindən danışıb.
“Ölkə.Az” “armeniasputnik”ə istinadən xəbər verir ki, separatçıbaşı Araik Arutyunyan müharibənin nəticələri hələ oktyabrın əvvəlində mənə bəlli idi.
“Sadəcə, o zaman Ermənistandakı siyasi qüvvələr hərbi əməliyyatların qısa zamanda dayandırılması ilə bağlı razılığa gəlmək mümkün olmadı. Siyasi qüvvələrə hərbi əməliyyatların oktyabrın əvvəlində dayandırılmasına xəyanət və satqınçılıq kimi dəyərləndirirdi”, - Arutyunyan deyib.
Müharibədə məğlubiyyətin əsas səbəblərindən danışan Arutyunyan bildirib ki, 1994-cü ilin mayında əldə edilən atəşkəs rejimindən Ermənistan və separatçı rejimin hərbi-siyasi rəhbərliyi dünya təcrübəsindən lazımi dərs çıxarmadı.
ABŞ Hərbi-Dəniz Qüvvələrinin gəmiləri Fars körfəzində onlara yaxınlaşan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələrinin gəmilərinə xəbərdarlıq atəşi ediblər.
Üç gəmiyə bir neçə atəş açıldıqdan sonra təhlükəsiz məsafəyə çəkildiyi bildirilir.
Bu barədə Birləşmiş Ştatlar donanması məlumat yayıb.
Qeyd edilib ki, Amerika komandaları radio və səsgücləndiricilər vasitəsi ilə çox sayda xəbərdarlıq göndərsələr də, SEPAH-ın gəmiləri yaxın məsafədən manevr etməyə davam ediblər.
Məhz bu səbəbdən ardıcıl xəbərdarlıq atəşinin açıldığı söylənilir.
“Ölkə.az” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransanın Avropa İşləri üzrə Dövlət naziri Klemnet Boyn deyib. O bildirib ki, Avropalı balıqçıların ovlanması ilə bağlı razılaşma hələ də qismən tətbiq edilir.
K.Boyn razılaşmanın tam şəkildə tətbiq olunmasını gözlədiklərini deyib.
“Bu bir alış-verişdir. Hər kəs verdiyi vədlərə əməl etməlidir, əks təqdirdə biz də sərt olacağıq”.
Xatırladaq ki, Breksitdən sonra ticarət əlaqələrini müəyyənləşdirən və 2020-ci ilin 24 dekabrında əldə edilən razılaşmaya görə İngiltərə Avropa Birliyi üzvü olan ölkələrə İngiltərə sahillərində lisenziya ilə ov etməyə icazə verilir.