“Bizim Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan çox etibarlı, yaxşı münatibətlərimiz var”.
Report xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Arqumetı i faktı” qəzetinə müsahibəsində bildirib.

“Bu münasibətlərin çoxsaylı qarşılıqlı faydalı aspektləri var. Bizim Ermənistanla da yaxşı tarixi münasibətlərimiz mövcuddur”, - o deyib.

D.Peskov hesab edir ki, Dağlıq Qarabağda müharibənin dayanmasında Rusiya prezidenti Vladimir Putinin şəxsən rolu var və bunu hamı yadda saxlamalıdır.

Qalmaqalları və ikinci Qarabağ savaşı zamanı feyk xəbərləri ilə məşhurlaşan rusiyalı jurnalist Semyon Peqov Ermənistandakı vəziyyətdən məyus olub.

Ermənipərəst mövqeyi ilə tanınan jurnalist (başqa cür ola da bilməz, axı o, Aram Qabrelyanovun “yemi” ilə dolanır) İrəvana səfər edib və burada vətənpərvərlik hisslərinin yüksəlişi, “hələ heç nə itirilməyib” ruhunda etiraz hərəkatı barədə geniş material hazırlamağı planlaşdırıb. Lakin öz istəyinə nail olmadan, şəhəri tərk etməli olub.

“Etiraz hərəkatı barədə aktual xüsusi reportaj hazırlamağı düşünürdük. Axı etirazlar bizim profilimizdir. Nəticədə biz heç nə çəkə bilmədik. Ona görə yox ki, tənbəlik. Ona görə ki, çəkiləcək heç nə yox idi.

Keçmiş və indiki siyasi elitalar əhalinin böyük qismində nifrət hisləri oyadır və bunun dəyişməsinə də heç bir ümid yoxdur”, - deyə Peqov sosial şəbəkələrdə qeyd edib.

O, təkcə Paşinyanın deyil, Sarqsyan və Köçəryanın simasında əvvəlki hakimiyyəti də ittiham edib:

“Əsas və ən cəsarətli müxalifətçi, eks-prezident Robert Köçəryana gəlincə, o heç bir ciddi fəaliyyət göstərmir. Hətta, müsahiblərimin bir çoxu əmindirlər ki, müharibənin nəticələrinə görə məsuliyyətin böyük bir hissəsi məhz onun üzərinə düşür”, - Peqov yazıb.

O, heç də ürəkaçan olmayan bir nəticəyə də gəlib: “İrəvanda gördüyüm mənzərə insanda depressiya yaradır. Ümid edirəm ki, bu, sağalandır”.

Peqov düzgün diaqnoz qoyub. Ermənistan cəmiyyəti “millətin böyüklüyü”, “dənizdən dənizə böyük Ermənistan” və müharibədəki məğlubiyyətdən sonra qisasçılıq kimi ideyalarla xəstələnib. Ancaq onların müəlicə reseptini heç bir halda Sarqsyan, Köçəryan, Peqov, Qabrelyanov və bu kimi şəxslər yazmamalıdır. Çünki məhz onlar cəmiyyyəti, ölkəni və xalqı iflasa gətirən xəstə ideyaların təbliğatçısı olublar.

Arzu edərdik ki, qloballaşmanın hazırki formatında erməni cəmiyyətinin sağalması həmsərhəd ölkələr, ilk növbədə də Türkiyə və Azərbaycanla mehriban qonşuluq münasibətlərinin bərqərar olmasından və iqtisadi əlaqələrin bərpasından keçsin.

Maksim Leonardoviç Şevçenko geniş auditoriyası və siyasi cameədə öz hörməti olan bir şəxsdir.
Onun xarakteri dünyada baş verənlərlə bağlı fəaliyyəti, ən aktual məsələlərə münasibəti davamlı olaraq həm razılıq, həm də heyranlıq hissi ilə çox suallar, tənqidlər doğurub.

Şevçenko 22 fevral 1962-ci ildə Moskva şəhərində, mühəndis ailəsində doğulub. O, sovet dönəmində böyüdüyü üçün uşaqlığını heyranlıqla xatırlayır.

“Mənim uşaqlığım gözəl keçib. Mənim böyüdüyüm ölkədə uşaqlar özünü tam təhlükəsiz hiss edirdi” – deyə, o qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Rusiyanın paytaxtı Moskvada yaşayan erməni milyarder Ara Abramyan Ermənistanda keçiriləcək növbədənkənar seçkilərdə iştirak etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, o, bu barədə Ermənistan mətbuatına açıqlama verib.

"Hər bir Ermənistan vətəndaşı seçki günü ölkədə olmalı və səs verməlidir. Mən bu seçkilərdə aktiv iştirak edəcəm. İndi biz uçurumun kənarındayıq", - deyə Abramyan bildirib.

Rusiya erməniləri ittifaqının sədri kimi də fəlaiyyət göstərən milyarder seçkilərlə bağlı öz proqramını açıqlayacağını deyib:

"Hansı siyasi qüvvə ilə seçkilərdə iştirak edəcəyimi ictimaiyyətə bildirəcəyəm. Bu seçkilərə qatıldığım komandanın tərkibini açıqlayacağam".

Qeyd edək ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan martın 28-də Ermənistanın Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüş zamanı apreldə istefa verəcəyini bildirib.

İngiltərədə bu həftədən başlayaraq altı nəfərə qədər şəxsin açıq havada görüşməsi və idman tədbirlərinə icazə verilir.
Baku.ws xəbər verir ki, koronavirusa qarşı tədbirlərin yüngülləşdirilməsinə başladığı İngiltərədə tennis, qolf və üzgüçülük kimi açıq hava idman növləri ilə məşğul olmaq mümkün olacaq. Bununla yanaşı, açıq havada toy mərasimlərinə də icazə veriləcək.

Hökumət mutasiyaların sürətlə yayıldığını nəzərə alaraq xalqa evdən işləmək və uzaq ərazilərə getməmək barədə xəbərdarlıq da edib.

İspaniyada isə açıq havada baş tutan 5 min nəfərlik konsertə insanlar test verərək qatıla bilib. Konsertdə sosial məsafə şərti qoyulmasa da hər kəsin maska taxması məcburi idi.

Süveyş kanalının dayaz yerdə ilişib qalmış “Ever Given” konteyner gəmisi sayadan çıxarılıb.

Bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Kanalın nə vaxt açılacağı hələ məlum deyil.

Qeyd edək ki, “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. Martın 24-də gəmi kanalın 151-ci km-liyində batmışdı.

Xatırladaq ki, Aralıq dənizi ilə Qırmız dənizi birləşdirən Süveyş kanalı Avropa ilə Asiya arasında yerləşir. Onun uzunluğu 160 km, eni 250 m, dərinliyi isə 20 m-dir. Gündə kanaldan 50-yə yaxın gəmi keçir.

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı vaksinasiyadan sonra yan təsirlərin yaranması ehtimalına hazırlaşdığını etiraf edib.

Bu barədə Rusiya lideri “Rossiya 1” telekanalında yayımlanan “Moskva.Kreml.Putin” verilişinə müsahibəsində bildirib.

V. Putin ehtiyat tədbiri kimi yatağın yanına terperatur ölçən cihaz qoyduğunu da bildirib.

Əgər Ukrayna aktiv şəkildə dekarbonizasiya proqramına başlamazsa, ölkə səhraya çevrilə bilər.

Bu barədə “24 kanal” Ukraynanın Bioenerji Assosiasiyasının baş məsləhətçisi Aleksey Epikə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ölkə meşələrə dəymiş zərər səbəbilə kritik həddə çatıb.

Ekspert bildirib ki, Ukraynanın Dövlət Meşə Agentliyi artıq ölkənin meşə fondunun 50 faizinin məhv olduğunu açıqlayıb.

Fransanın məşhur “Le Monde” qəzetində Ermənistanda 2018-ci ilin "məxmər inqilab"ından sonra hakimiyyətə gəlmiş mövcud hakimiyyətə münasibət, habelə digər mövzuda geniş məqalə dərc edilib.

"Ölkə.Az" həmin məqaləni ixtisarla təqdim edir.

Yazının müəllifi ilk öncə Ermənistanda yaranmış vəziyyətə və baş nazir Nikol Paşinyanın uğursuzluğuna toxunaraq qeyd edib ki, hakimiyyət hazırda xalq tərəfindən daha çox tənqidə məruz qalır: “Əhalinin əksəriyyəti Paşinyanı Dağlıq Qarabağda müharibə zamanı, ölkənin Azərbaycan qarşısında diz çökdüyü zaman tutduğu mövqedə günahlandırır. Sadəcə, insanların necə qaş-qabaq tökdüklərini görmələri üçün onun adını çəkməlisən”.

"Ah, bircə Nikol Paşinyanın adını çəkməyin, xahiş edirəm, sadəcə əsəbləşirəm", - onun keçmiş tərəfdarlarından biri deyib. "Mən praktik olaraq bir çevriliş istərdim ki, o getsin", - deyə başqa erməni etiraf edib. Nəşrin müəllifinin həmsöhbət olduğu digər erməni “O, bizi çox məyus etdi", - deyə şikayətlənib.

Nəşr vurğulayıb ki, keçmiş həmkarlarının və ya tərəfdarlarının Paşinyan haqqında məsələyə reaksiyası tez-tez eynidir. "Nə vaxt ki, uğursuzluqların siyahısını təşkil etməyə başlayırsan, sadəcə bilmirsən ki, o harada qurtaracaq", - şikayətlərini sadalayan müsahiblərdən biri “Le Monde”yə deyib.

Əhali müharibədə 3 500 əsgərin ölümünü, habelə digər uğursuzluqları ona bağışlamır. Qeyd edilir ki, müharibədən 4 ay sonra da onlarla ailə hərbi əməliyyatlarda itkin düşmüş yaxınları haqqında xəbərlər gözləyirlər, eyni zamanda iqtisadi böhran ölkəyə zərbə endirir. Təəccüblənmiş, coşmuş üç milyon erməni bu vəziyyətə necə düşdüklərini anlamağa çalışırlar: “Ermənistan vətəndaşları müharibə zamanı qısa müddətdə başa düşüblər ki, onun “qələbə” çıxışlarının real döyüş əməliyyatları ilə heç bir əlaqəsi yoxdur.

Və o vaxtdan eyni şüar təkrarlanır: "Nikol satqındır və getməlidir". Bildirilir ki, prezident, kilsə, müxalifət sonra isə hərbçilər onu istefaya getməyə, növbədənkənar seçkilər keçirməyə çağırdılar.

Bununla belə, Paşinyan deyək ki, azaldılmış, amma real, təxminən 20% əhalinin - öz tərəfdarlarının dəstəyini gözləyir, qarşıdan iyunun 20-ə planlaşdırılmış növbədənkənar seçkilər gəlir”.

“Dağlıq Qarabağda məğlubiyyətdən üç ay sonra, fevralın 25-də hərbçilər onun istefasını tələb etdikdə baş nazir üstünlük verdiyi və yaxşı bildiyi rəqiblərinə küçə hakimiyyəti tərəfindən cavab zərbəsi verdi.

"Çevriliş cəhdi"ni pisləyən Paşinyan tərəfdarlarını onunla küçəyə çıxmağa çağırdı. Ətrafı onu inandırmağa çalışır, amma hər şey əbəs idi”, - nəşr qeyd edib.

"Mən şəxsi iradəmlə baş nazir olmadım, xalq belə qərar verdi", - o paytaxtda toplaşmış 20 000 insan qarşısında qışqırdı və əlavə etdi: "Qoy xalq mənim istefamı tələb etsin və ya məni güllələsin".

Bu strategiya həyata keçib: Nikol Paşinyan beynəlxalq diqqəti cəlb etdi və öz davamçılarını səfərbər edərək oyunun mərkəzində oldu.

"O, ölkəyə qəzetə rəhbərlik etdiyi kimi başçılıq edir", - Paşinyanın tənqidçilərinin fikrincə, bu epizod onun üçün olduqca tipikdir.

"Paşinyan insanlardan ən pisini çıxarır, o, nifrət və vətəndaş müharibəsi atmosferini yaratdı", - siyasətçi Aşot Manuçaryan hiddətlə deyib.

Keçmiş siyasi fəal Paşinyanın hakimiyyəti ələ almasına kömək məsələsində özünü bağışlaya bilmir.

"Bu mənim xaçımdır. Mən onun bütün həyatı boyu gəzdirəcəm", - siyasətçi əlavə edib.

Baş nazirin keçmiş dostu Qeqam Nazaryan da özünü eyni cür günahlandırır. "Bu hiss məni təqib edir", - o vurğulayıb.report

 

 

 

 
 
 
“Hər yerdə Rusiyanın aqresiyasına dair müxtəlif nümunələr görürük. Və prezident (ABŞ prezidenti Co Bayden – Red) bu hərəkətlərin nəticəsi olacağını açıq şəkildə bildirib”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

“SolarWinds üzərindən kiberhücumu, seçkilərə müdaxiləni, Aleksey Navalnını öldürmək üçün kimyəvi silahdan istifadəni nəzərdən keçirilməsinə yekun vururuq. Bu mövzuda artıq danışdıq və tədbir gördük. Bunun nəticələri olacaq.”-deyə, Blinken bildirib.

Xəbər lenti