![]() |
|
Çindən sonra Qazaxıstanda da metapnevmovirus infeksiyasına yoluxma halları qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti teleqramda məlumat yayıb.
Məlumata görə, epidemiya başlayandan 8 360 xəstəlik halı aşkarlanıb ki, onlardan 30 nəfəri metapnevmovirusa yoluxub.
Bundan başqa, oktyabrın 1-dən Qazaxıstanda ümumilikdə 2 002 335 respirator viruslar ARVI və 941 laborator təsdiqlənmiş qrip hadisəsi qeydə alınıb.
Vaşinqtonun şimal-şərqində baş verən atışma nəticəsində azı beş nəfər yaralanıb.
"Report” xəbər verir ki, bu barədə məlumat Kolumbiya dairəsi polis idarəsinin "X” sosial şəbəkəsində yayılıb.
Zərərçəkənlər güllə yaraları ilə hospitala yerləşdiriliblər. İlkin məlumata əsasən, atışma mübahisə zəminində baş verib.
"Cinayət yerində aşkar edilən kişi ilə qadın huşları özündə və normal tənəffüslə xəstəxanaya aparılıb. Xəstəxanaya daha iki kişi çatdırılıb. Beşinci zərərçəkən olan kişi də yaralanıb”, - məlumatda bildirilib.
Avropa Suriyaya yardım göstərməyə hazırdır, lakin orada islamçı strukturların yaradılmasını maliyyələşdirməyəcək. "Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
O, Dəməşqə səfəri zamanı deyib ki, Avropa Suriyaya dəstək verəcək, lakin Avropa yeni islamçı strukturlara sponsorluq etməyəcək.
"Bu, o deməkdir ki, dəstəyimiz yenidənqurma, təhlükəsizlik, qanunun aliliyi prinsiplərinə əməl olunması və əhalinin bütün qruplarının cəlb olunması məsələsi ilə sıx bağlıdır", - Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.
Berbok fransalı həmkarı ilə Suriyaya qəfil səfər edib. Onlar xüsusilə Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əhməd əl-Şara ilə görüş keçiriblər. Alman mətbuatı diqqəti sonuncunun qonaqları qarşılayarkən alman nazirlə əl sıxmamasına yönəldib.
Berbok və Barrot prezident Bəşər Əsəd hakimiyyətdən getdikdən sonra Suriyaya səfər edən ilk Avropa xarici işlər nazirləri oldular.Almaniya kansleri Olaf Şoltz Berlinin Dəməşqin yeni hakimiyyətləri ilə "intensiv əlaqələr" saxladığını və digər müxalifət qrupları ilə danışıqlar apardığını söyləyib.
Los-Ancelesin mərkəzindəki kəsişmədə Waymo robot taksisi və Serve Robotics çatdırılma robotu toqquşub.
"Qəzanın videosu Reddit-də yayımlanıb.
Ölən və yaralananların olmadığı qeyd edilir. Hadisə şahidlərinin dediyinə görə, çatdırma robotu əvvəlcə yolayrıcından keçib, daha sonra pandusdan istifadə edərək səkiyə çıxmaq istəsə də, robotaksi ilə toqquşub.
Hər iki şirkətin nümayəndələri robotların avtomatik və uzaqdan idarəetmə ilə işlədiyini vurğulayıblar.
Ukraynasız NATO-nun Rusiya ilə mümkün müharibədə qalib gəlmək şansı yoxdur. "Bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“NATO ölkələrinin kifayət qədər çoxlu silahları var, daha effektivdirlər, lakin onlardan istifadə etməyə hazır deyillər. Əgər beş ildən sonra Rusiya militarizasiya tempini saxlasa, NATO-nun heç bir şansı yoxdur”, - deyə o bildirib.
Podolyak hesab edir ki, Rusiyanı məğlub etməyin yeganə yolu onu Ukrayna hesabına məğlub etməkdir.
Bundan əvvəl 19FortyFive portalının köşə yazarı Daniel Davis yazmışdı ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün Ukraynadan ərazi güzəştlərini nəzərdən keçirə bilər.
ABŞ və Qərb koalisiyasının Suriyadakı yeni hərbi bazası Fəratın şərq sahilində Ayn əl-Ərəb (Kobani) şəhəri yaxınlığında yaradılır.
"Bu barədə “Al Hadath” telekanalına “Suriya Demokratik Qüvvələri” (SDQ) kürd koalisiyasındakı mənbələr məlumat verib.
Onların sözlərinə görə, 2024-cü ilin dekabr ayının sonundan bəri Suriya-İraq sərhədindəki Əl-Valid keçid məntəqəsindən sement blokları, elektrik generatorları, yanacaq çənləri və döyüş sursatları olan 300-ə yaxın yük maşını bu əraziyə gedib. Yanvarın 1-də hərbi texnika və buldozerlər daşıyan 50 yük maşınından ibarət karvan gəlib.
Dekabrın 19-da SDQ komandiri Mazlum Abdi Türkiyə qoşunlarının əraziyə daxil olmasının qarşısını almaq üçün Ayn əl-Ərəbdə (Kobani) hərbsizləşdirilmiş zona yaradılmasını təklif edib. Eyni zamanda o qeyd edib ki, Türkiyə ilə həmsərhəd olan bu ərazi Amerika hərbçilərinin nəzarəti altında olacaq.
Qrenlandiyanın baş naziri Mute Eqede Danimarkadan müstəqillik əldə etmək istədiyini açıqlayıb. "Bu barədə Reuters xəbər verir.
Onun sözlərinə görə, tarix və indiki şərtlər göstərir ki, Qrenlandiyanın Danimarka ilə əməkdaşlığı tam bərabərliyin yaradılmasına gətirib çıxarmayıb.
“İrəliləmək və gələcəyi özümüz formalaşdırmaq vaxtıdır, o cümlədən kiminlə sıx əməkdaşlıq etdiyimiz və ticarət tərəfdaşlarımızın kim olacağına özümüz qərar verməliyik”, Eqede deyib.
Onun sözlərinə görə, müstəqillik haqqında qərarı Qrenlandiya xalqı verməlidir, lakin müvafiq iradə ifadəsinin nə vaxt keçirilə biləcəyini açıqlamayıb.
Qrenlandiya 1953-cü ilə qədər Danimarkanın koloniyası olub. Hazırda Danimarkanın özünü idarə edən ərazisidir və 2009-cu ildə müstəqillik hüququ qazanıb. Adanın 57 min sakininin əksəriyyətinin müstəqillik qərarını dəstəklədiyi güman edilir.
Dekabrın 23-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Qrenlandiya Amerika Birləşmiş Ştatlarının mülkiyyətinə keçməlidir. Gələcək Amerika prezidenti qeyd edib ki, Qrenlandiyaya sahiblik və nəzarət mütləq zərurətdir. Onun sözlərinə görə, bu, bütün dünyada milli təhlükəsizlik və azadlıq məqsədləri üçün lazımdır. Sonradan məlum olub ki, Danimarka krallığı Qrenlandiyanın müdafiəsi üçün əlavə vəsait ayırmaq qərarına gəlib.
Ukrayna Prezidenti Volodimir Zelenski ikinci müddətə namizəd olmaq niyyətində olub-olmaması ilə bağlı sualı cavablayıb.
Bu barədə "Strana.ua” nəşri məlumat yayıb.
"Bu müharibənin necə bitəcəyini bilmirəm: əgər bacardığımdan çox iş görsəm, ona daha müsbət baxacağam”, - Zelenski deyib.
O, rus qoşunlarının şərqdə irəlilədiyini deyib və əlavə edib ki, yanvar ayında cəbhədə sabitlik əldə etməyi qarşısına məqsəd qoyub. Bununla belə, Ukrayna lideri etiraf edib ki, bu, çox çətindir.
Suriyanın müvəqqəti hökuməti devrilmiş Əsəd rejimini tərifləyən məzmunu təhsil proqramından çıxarmağa çalışır.
xarici KİV xəbər verir ki, bu barədə Suriya Xəbər AgentliyiC(SANA) məlumat yayıb.
Xəbərə görə, Suriyada yeni administrasiyanın təhsil naziri Nazir əl-Qədri məktəblərdə tətbiq olunan tədris planında edilən dəyişikliklərlə bağlı açıqlama verib. O, devrilmiş Əsəd rejimini tərifləyən məzmunun tədris proqramından çıxarılması üçün göstərişlər verdiklərini deyib:
“Bütün dərsliklərdə rejim bayrağı yerinə inqilab bayrağının şəkillərindən istifadə etdik”.
Nazir müvafiq dəyişikliklər başa çatana qədər dərsliklərin indki halda qalacağını bildirib.
“Elan edilmiş dəyişikliklər yalnız Əsəd rejiminin İslam Təhsili kurikulumunda istifadə etdiyi bəzi dezinformasiyaların düzəldilməsi ilə bağlıdır. Məsələn, bəzi Quran ayələrini yanlış təfsir etmək əvəzinə, təhsilin bütün pillələrindəki təfsir kitablarında olduğu kimi düzgün izahlarını əsas götürmüşük”, - deyə o əlavə edib.
İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağlı təmasları davam etdirmək göstərişi verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, İsrail nümayəndə heyəti yanvarın 3-də Dohaya yollanacaq.
Qeyd edək ki, bundan əvvəl “The Jerusalem Post” qəzeti ABŞ-də Donald Tramp öz vəzifəsinin icrasına rəsmi olaraq başlamayana qədər İsrail və HƏMAS hərəkatının atəşkəs və girovların azad edilməsi barədə razılığa nail ola bilməyəcəkləri ehtimalını irəli sürüb.