ABŞ Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərir

Birləşmiş Ştatlar gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün ABŞ-dən Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək.

Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə bildirib.

“Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”, - Blinken vurğulayıb.

Kreml və Tehran zəiflədi, rəqib bu ölkədir - ABŞ

Son 4 ildə ABŞ xarici siyasətinin prioritetlərini sırasında Çinlə rəqabət, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq təşkil edib və bu istiqamətdə bir çox uğurlara imza atılıb.

Bunu ABŞ prezidenti Co Bayden keçirdiyi mətbuat konfransında 4 illik hakimiyyəti dövründə xarici siyasətlə bağlı fəaliyyəti şərh edərkən deyib.

Əfqanıstandan tamamilə çəkilərək Amerika xalqına verdikləri vədi yerinə yetirdiklərini bildirən Bayden 2001-ci ildən sonra Əfqanıstanda döyüşməyən ilk prezident olduğunu bildirib.

Bayden Çinlə əməkdaşlıq sahələrində ortaq addımlara açıq olduqlarını, əsas sahələrdə, xüsusilə yüksək texnologiyalarda güclü rəqabət apararaq qlobal rəqabəti davam etdirdiklərini bildirib:

"Çinlə uzunmüddətli rəqabətdə daha yaxşı strateji mövqedəyik. Bilirsiniz ki, əksər hesablamalara görə, Çin iqtisadiyyatının 2030-cu ilə qədər bizim iqtisadiyyatımızı ötməsinin qaçılmaz olduğunu proqnozlaşdıran ekspertlər var. Biz isə "yox" deyirik".

O, bütün resurslardan istifadə edərək Pekinlə texnoloji və iqtisadi rəqabətdə üstünlük əldə etməyə çalışacaqlarını vurğulayıb.

Bayden xüsusilə ən qabaqcıl texnologiyalar, süni intellekt sahəsində və yarımkeçiricilərlə bağlı məsələlərdə Çinlə ciddi rəqabət apardıqlarını və qlobal rəqabətin ən ciddi mövzu olduğunu bildirib.

Rusiya-Ukrayna müharibəsin toxunan ABŞ prezidenti bildirib ki, Putin Ukraynanı işğal edəndə bir neçə günə Kiyevi ələ keçirəcəyini düşünürdü.

Bayden Rusiya prezidenti Putinin Ukrayna ilə bağlı gözlədiyinin alınmadığını və bunun əsas səbəbinin Amerika rəhbərliyi olduğunu vurğulayıb. “Müharibə başlayandan təxminən 3 il sonra Putin heç bir strateji hədəfinə çatmadı. İndiyə qədər o, nə Ukraynanı özünə tabe edə bildi, nə də NATO-nun birliyini poza bildi. Həqiqət budur ki, döyüşün başladığı andan bəri Kiyevin mərkəzində duran kişi mənəm, Putin deyil", - Bayden qeyd edib.

Bayden bundan sonra da ABŞ-ın Ukraynanı dəstəkləməkdən vaz keçə bilməyəcəyini vurğulayıb.

O, Yaxın Şərqdəki mövcud vəziyyətə də toxunub və 7 oktyabr 2023-cü il hücumlarından sonra İsraili sona qədər güclü dəstəklədiklərini və bundan sonra da dəstəkləyəcəklərini bildirib.

İranın son zamanlar həm Suriyada, həm də Livanda ciddi şəkildə zəiflədiyinə diqqət çəkən ABŞ prezidenti bildirib ki, İran onilliklər ərzində olduğundan daha zəifdir. "İran və Rusiyanın Suriyadakı vəziyyətinə nəzər salın ki, İran nə qədər zəifləyib. Əsəd hər iki ölkənin Yaxın Şərqdəki ən yaxın müttəfiqi idi, amma heç biri onu hakimiyyətdə saxlaya bilmədi, açığı, heç bir ölkə bu məsələdə çox səy göstərmədi", - o bildirib.

İsrailin ABŞ-nin köməyi ilə bölgədə İrana ciddi ziyan vurduğunu deyən Bayden, yeni administrasiyanın bu mövzuda həssas və ayıq olması lazım olduğunu qeyd edib.

İllər sonra Suriyadan Türkiyəyə ilk yüksək səviyyəli səfər

Əsəd rejiminin devrilməsindən sonra Suriyadan Türkiyəyə ilk yüksək səviyyəli səfər reallaşacaq.

Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra yeni proses başlayıb və bu prosesdə Türkiyənin bölgədəki rolu və üstünlüyü getdikcə artır.

Yanvarın 15-də Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani, müdafiə naziri general-mayor Murhef Əbu Kasra və Suriya kəşfiyyatının direktoru Enes Xəttab Ankaraya səfər edəcək.

Bu səfər Türkiyə ilə Suriya arasında diplomatik münasibətlərdə yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.

Səfər çərçivəsində iki ölkənin rəsmiləri təhlükəsizlik, sərhədlərin idarə olunması və regional əməkdaşlıqla bağlı mühüm görüşlər keçirəcəklər.

Fransa səfiri İran XİN-ə çağrıldı - Nota verildi

Fransanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb son vaxtlarda səsləndirdiyi anti-İran mövqeyi, bəyanatları, o cümlədən Tehran tərəfindən terrorçu təşkilat kimi tanınan "Mücahidin-e-Xalq terror təşkilatı"nı dəstəkləməsi olub.

İran XİN-ə çağrılan Fransa səfirində Parisin sərgilədiyi mövqeyə etiraz olaraq nota verilib.

Məsələ ilə bağlı açıqlama verən İran XİN rəsmisi Esmail Bəqayi bildirib ki, Tehran Fransa bu çaşqınlıqdan xilas olacaq və regiona qarşı konstruktiv mövqe tutacağına ümid edir.

O əlavə edib ki, Fransanın İranın nüvə proqramı ilə bağlı verdiyi bəyanatlar əsassızdır və reallıqda heç bir əsası yoxdur.

“Bu cür mövqelər tamamilə qəbuledilməzdir”, - o bildirib.

Los-Ancelesdəki yanğınlarla bağlı ŞOK: Belə yandırdılar - FOTO

ABŞ-nin Los-Anceles şəhərində günlərlə davam edən yanğının ram edilə bilməməsi ciddi şübhələrə səbəb olub. Bir çox insanlar yanğınların qəsdən törədildiyinə inanırlar. 

Ölkə.Az 
xəbər verir ki, bu hadisə 2023-cü ildə Havay adalarında baş verən yanğınları yenidən gündəmə gətirib.

Havay adalarında baş verən yanğınların həmin adada yerləşən ABŞ Hərbi Hava Qüvvələri bazasında istiqamətləndirilmiş enerji silahları ilə sınaqların keçirilməsi səbəbindən baş verdiyi iddia olunur.

İddialara əsasən, həmin yanğınlar elektromaqnit təcrübələr nəticəsində baş verib. 

ABŞ-də təkcə sadə insanlar deyil, hətta bir çox ciddi ekspertlər də Los-Ancelesdəki yanğınların ABŞ Hərbi Hava Qüvvələri tərəffindən törədildiyini iddia edirlər. Belə ki, El Segundo bölgəsində ABŞ Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyasına (AFRL) bağlı Kosmik Sistemlər Komandanlığı tərəfindən idarə olunan bazası mövcuddur.

Həmin bazada təyyarələrə və PUA-lara qarşı hava hücumundan müdafiədə istifadə olunan THOR elektromaqnit silahları var.

Digər tərəfdən, ABŞ ordusunun rəsmi hesablarında Los-Ancelesdəki bazada eksperimentlərin aparıldığı açıq şəkildə qeyd olunub.

Kosmik Sistemlər Komandanlığına məxsus bazada "DIRECTED ENERGY FUTURES" (gəlcəyə yönləndirilən enerji) adı altında istiqamətləndirilmiş enerji silahları təcrübələri aparılır.
Bu konkret məlumatlar yanğının istiqamətləndirilmiş enerji silahlarının sınaqları zamanı baş verməsi ehtimalını gücləndirir.

Los-Ancelesdə yanğının başladığı nöqtə ilə eksperimentin aparıldığı Amerika bazası arasında 22 mil məsafə var.

 

 
Kaliforniyada yanğın tullantılarının utilizasiyası üçün yarım il lazım gələcək

Cənubi Kaliforniyadakı kütləvi meşə yanğınlarının yaratdığı tullantıların və yanğının digər nəticələrinin təmizlənməsi azı yarım il çəkəcək.

“Report” xəbər verir ki, bu barədə CNN-ə ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) nümayəndəsi Diann Krisvell məlumat verib.

Onun sözlərinə görə, FEMA həmçinin təmizləmə üzrə işlərin maliyyə tərəfini tam qarşılayacaq.

“Əraziləri zibil və tullantılardan, eləcə də yanğınların digər nəticələrindən təmizlənməsi üçün altı aydan çox vaxt lazım olacaq”, - o deyib və əlavə edib ki, bu müddətdən sonra da nəticələrin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək.

Zurabyan: Paşinyan psixi cəhətdən qeyri-adekvatdır

Baş nazir Nikol Paşinyanın "Facebook"dakı paylaşımları tədricən sözün əsl mənasında cəfəngiyyata çevrilir.

Bunu erməni siyasətçi Levon Zurabyan deyib.

O bildirib ki, Paşinyanın fəlsəfi xəzinə olduğunu iddia edən bu söz yığını düşüncəyə çevrilmək sınağından belə keçmir. "Lakin bütün bunları xalqımız ölkənin taleyinin psixi və əqli cəhətdən qeyri-adekvat bir insanın əlində olduğunu düşünsəydi, bu qədər faciəli olmazdı. İndi aydın olur ki, beynində belə çaşqınlıq olan Paşinyan dünyanı və xüsusən də Ermənistan ətrafında baş verən prosesləri, ölkəmizin üzləşdiyi taleyüklü çağırışları sadəcə olaraq qeyri-adekvat dərk edir", - o qeyd edib.

Hərb olmadan bu ərazi ABŞ-yə birləşəcək - Vens

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının gələcək vitse-prezidenti J.D.Vens ABŞ-nin Qrenlandiyada hərbi güc tətbiq etməsinə ehtiyac olmadığını bildirib.

Bu barədə "Fox News"a müsahibəsində deyib.

Vens xatırladıb ki, onsuz da ABŞ-nin artıq adada hərbi mövcudluğu var.

Gələcək vitse-prezidentin sözlərinə görə, Trampın oğlu kiçik Donald Trampın bu yaxınlarda səfəri zamanı yerli sakinlər öz resurslarını inkişaf etdirmək hüququna malik olmaq arzusunu ifadə ediblər.

KİV-in məlumatına görə, kiçik Tramp Qrenlandiyaya səfəri zamanı evsizlərə PR kampaniyası üçün rüşvət verib. Onun fikrincə, Danimarka hakimiyyəti regionun təhlükəsizliyini təmin etmək üçün kifayət qədər iş görməyib.

O qeyd edib ki, bu, Birləşmiş Ştatlar üçün Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsində və təbii sərvətlərin istismarında liderlik etmək üçün yaxşı fürsətdir.

Vens onu da əlavə etdi ki, Tramp sövdələşmələr etməkdə ən yaxşısıdır.

Hollivud yanğınları: Süni videolar sürətlə artır: Necə ayırd edək? – İzah

ABŞ-də baş verən yanğınlardan sonra süni intellektlə hazırlanmış videoların sayı artıb. Belə ki, hadisənin dəhşəti şişirdilərək əks etdirən görüntülər yayılır və insanlar bunun həqiqət olduğunu düşünürlər. Əvvəlcə bir çoxları videoların real olduğuna inanır, sonradan bunun süni intellektlə hazırlandığı məlum olur. Lakin bəzi insanlar belə görüntülərin həqiqət olduğuna inanmaqda davam edirlər.

Süni intellektlə hazırlanmış videoları real kadrlardan ayırmaq üçün bir neçə ipucu və texnologiyadan istifadə edə bilərsiniz:

1. Vizual detallara diqqət yetirin:
Hərəkətlərin təbii olmaması: Süni intellektlə yaradılan videolarda obyektlərin hərəkətləri qeyri-təbii, süni və ya axıcılıqdan məhrum ola bilər.
Detalların olmaması: Alovlar, tüstü və ya obyektlər bəzən real həyatda olduğu kimi görünmür, məsələn, çox hamar və ya qeyri-təbii rənglərdə ola bilər.
Anormal effektlər: Suyun hərəkəti, tüstü və ya işıq effektləri reallığa uyğun gəlməyə bilər. Xüsusilə alovlar bəzən çox simmetrik və ya nizamsız görünür.

2. Səsə diqqət edin:
Səsin keyfiyyəti: Süni intellektlə hazırlanmış videolarda əlavə edilmiş səs çox vaxt reallıqdan uzaq olur. Alovların səsi və ya fon səsləri qeyri-təbii ola bilər.
Dəyişmələr: Səs və görüntü arasında uyğunluğun olmaması video manipulyasiyasına işarə ola bilər.

3. Meta məlumatları yoxlayın:
Video mənbəsi: Əgər video sosial şəbəkələrdə paylaşılırsa, onun ilk mənbəyini araşdırın. Etibarlı xəbər agentlikləri və ya mənbələrdən paylaşılıbsa, daha güvənli ola bilər.
Dosya metadataları: Video faylını kompüterdə açaraq, yaradılma tarixi və proqram təminatı kimi metadatalara baxmaq olar. Süni intellektlə hazırlanmış videolar çox vaxt xüsusi proqram təminatından istifadə edərək yaradılır.

4. AI analiz alətlərindən istifadə edin:
Deepfake aşkarlayıcı alətlər: İnternetdə müxtəlif alətlər mövcuddur, məsələn:
Deepware Scanner: Deepfake videolarını yoxlamaq üçün istifadə edilə bilər.
InVID & WeVerify: Videoların və şəkillərin doğruluğunu təsdiqləmək üçün vasitələr təqdim edir.

5. Sosial mediada faktları yoxlayın:
Etibarlı fakt yoxlama platformalarına baxın (məsələn, Snopes, FactCheck.org və ya BBC Reality Check). Los-Ancelesdəki yanğınlarla bağlı yayılan videoların doğruluğunu bu platformalarda yoxlamaq olar.

6. Ekspert rəylərinə diqqət edin:
Əgər şübhəli bir video ilə qarşılaşsanız, onu ekspertlərə və ya müvafiq orqanlara göndərərək yoxlatmaq faydalı ola bilər.

7. Xəbər mənbələrini müqayisə edin:
Əgər bir hadisə ilə bağlı yalnız bir mənbədə süni görünən videolar yayılırsa, bu, manipulyasiyaya işarə edə bilər. Eyni hadisə haqqında fərqli mənbələrdən məlumat alın.
Bu üsulları tətbiq edərək süni intellektlə hazırlanmış videoları real kadrlardan ayırmaq daha asan olacaq. Xüsusilə tanınmış şəhər hadisələri ilə bağlı yayılan məlumatlara həmişə şübhə ilə yanaşmaq faydalıdır.

"İlon Mask Ağ Evə buraxılmayacaq, qovulacaq"

Donald Trampın yeni komandasında yer alan iş adamı İlon Mask Ağ Evə buraxılmayacaq və buna imkan verilməyəcək.

Bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçmiş müşaviri Stiven Bannon İtaliyanın
“Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

İlon Maskı çox pis adam kimi dəyərləndirən Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağına söz verib.

O, yanvarın 20-nə planlaşdırılan yeni dövlət başçısının andiçmə mərasiminə qədər iş adamını Ağ Evdən qovmağa çalışacağını bildirib. "Maskın Ağ Evə tam girişi olmayacaq. O, hamı kimi olacaq”, - Bannon qeyd edib.

O eyni zamanda Maska öz vətəni olan Cənubi Afrikaya dönməyi tövsiyə edib. Bildirib ki, Tesla qurucusunun yeganə məqsədi trilyonçu olmaqdır.

Xəbər lenti