![]() |
|
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin uçuş registratorlarının şifrəsinin açılması üçün Braziliyaya verilməsi istintaqın qərəzsizliyi üçün yeganə düzgün həll yoludur.
"Report məlumatına görə, o, bu barədə "Ana dili" qəzetinə müsahibəsində bildirib.
“Hökumət komissiyası gəminin istehsal olunduğu Braziliyaya uçuş registratorlarını deşifrə etmək qərarına gəlib. Mən əminəm ki, bu, təhqiqatın obyektivliyini və qərəzsizliyini təmin etmək üçün yeganə düzgün qərardır”, - Qazaxıstan lideri bildirib.
Tokayev qeyd edib ki, bugünkü təlatümlü dünyada texnogen və təbii fəlakətlərin sayı artır və bütün dövlətlər, o cümlədən inkişaf etmiş dövlətlər buna hazır deyil, lakin digər ölkələrlə müqayisədə Qazaxıstan fövqəladə hallara cavab vermək baxımından layiqli görünür. .
Çində arxeoloqlar İpək Yolunun ən qədim şəhərlərindən birini aşkar ediblər. Bu şəhərin Şan sülaləsinə aid olduğu və 3000 ildən çox yaşı olduğu müəyyən edilib.
bu barədə "Interesting Engineering" jurnalına istinadən xəbər verir.
Şəhər qədim Şan sülaləsinin dövrünə aid edilən Niuluçonq adlı yaşayış məskəni kimi tanınır. O, Linnan bölgəsində yerləşir və İpək Yolunun başlanğıc nöqtələrindən biri hesab olunur.
İlk araşdırmalar zamanı arxeoloqlar bu yaşayış məskəninin erkən neolit dövründən Şan sülaləsinin ilk dövrlərinə qədər uzanan dövrlərə aid olduğunu təxmin edirdilər. Lakin daha dərindən araşdırmalar göstərdi ki, bu, Şan sülaləsinin son dövrlərinə aid qədim şəhərdir.
Arxeoloq Xe Anyi bildirib ki, qazıntı sahəsində şəhər divarlarının yaxşı qorunub saxlanıldığı aşkar edilib. Qərb divarının ən yüksək hissəsi 1,4 metr hündürlükdədir.
Qazıntılar zamanı kül çuxurları, dirək yuvaları, keramika, daş alətlər və bronz qılıncın qalıqları tapılıb. Ancaq qılıncın vəziyyətinin çox pis olması onun təsdiqlənməsini çətinləşdirir.
Arxeoloqlar həmçinin qazıntı yerindəki xəndəklərin qeyri-adi olduğunu və o dövrün digər yaşayış məskənlərindən fərqləndiyini bildiriblər. Bu, inkişaf etmiş bir xüsusiyyətin və ya o dövr üçün nadir olan bir yeniliyin göstəricisi ola bilər.
Şan sülaləsinin erkən dövrlərinə aid bu qədim şəhərdə araşdırmalar davam etdiriləcək. Tapılan artefaktlar, qədim Çinin ikinci ən qədim idarəçiliyi olan Şan sülaləsi (e.ə. 1600-1050) və Linnan bölgəsi haqqında daha ətraflı məlumatlar əldə etməyə imkan verəcək. /Qaynarinfo
Avropa İttifaqı Rusiya qazının Ukrayna ərazisindən nəqlinin dayandırılmasının öhdəsindən gələcək.
yenisabah.az xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) məlumat yayıb.
AK bildirib ki, Avropanın qaz infrastrukturu qeyri-rus mənşəli yanacağın Mərkəzi və Şərqi Avropaya digər marşrutlar vasitəsilə çatdırılması üçün kifayət qədər çevikdir.
Böyük ehtimalla cari ildə ABŞ-ın yeni prezidenti Donald Trampın səyləri nəticəsində Ukraynada müharibə dayanacaq.
Axar.az xəbər verir ki, bu barədə “Nyusvik” ekspert rəylərinə istinadən məlumat dərc edib.
Nəşr qeyd edir ki, 2025-ci ilin əvvəlində Rusiya çox güman ki, döyüş meydanında hücum sürətini olduğu kimi saxlayacaq.
Bildirilir ki, yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına baş
Cənubi Koreyanın Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarə qəzaya uğrayжи.
“Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində yalnız iki nəfərin xilas olduğu bildirilir.
Yanğınsöndürmə xidmətinin ilkin məlumatına əsasən, 179 nəfər həlak olub. Hələlik 85 nəfərin ölümü təsdiqlənib.
“Yonhap” agentliyi sağ qalanlar barədə məlumatların fərqli olduğunu bildirir. İddia edilir ki, iki qadın və bir ekipaj üzvü xilas olub. “Reuters”in məlumatına görə, iki ekipaj üzvü - bir kişi və bir qadın xilas olub.
İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı 240-dan çox fələstinli radikalı saxlayıb.
“Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, həbslər anklavın şimalındakı Cebaliya qaçqın düşərgəsi ərazisindəki Kamal-Advan xəstəxanasının ərazisinə məqsədyönlü reyd zamanı həyata keçirilib.
Belə ki, xəstəxana kompleksi HƏMAS silahlı qüvvələri tərəfindən komanda məntəqəsi kimi istifadə edilib. Əməliyyat başlamazdan əvvəl xəstələr və tibb işçiləri də daxil olmaqla 350 nəfər xəstəxanadan təxliyə edilib.
Klinikada aparılan axtarışlar nəticəsində silah və sursat ehtiyatları aşkar edilib. Əməliyyat zamanı xəstəxananın yaxınlığında olan bəzi radikallar tank əleyhinə qumbaraatanlardan istifadə etməklə İsrail əsgərlərinə hücum etməyə cəhd ediblər. Bir neçə radikal məhv edilib və İsrail tərəfində itki yoxdur.
Bu gün Rusiyalı hakerlər İtaliyada Xarici İşlər Nazirliyinin və iki Milan hava limanı da daxil olmaqla, onlarla rəsmi qurumun internet saytına hücum edərək, onları sıradan çıxarıblar.
məlumatı Reuters ölkənin kibertəhlükəsizlik agentliyinə istinadən yayıb.
Məlumata görə, Rusiyayönlü haker qrupu No name 057(16) Telegram-da kiberhücum elan edərək, İtalyanların "rusofobların layiqli kiber cavab aldığını" yazıblar.
Bu hücumlarda hakerlər şəbəkəni iflic etmək üçün qeyri-adi böyük həcmdə məlumat trafiki ilə doldurmağa çalışırlar. Departament sözçüsü, agentliyin hədəfə alınan qurum və firmalara sürətli yardım göstərdiyini və hücumun təsirinin iki saatdan az müddətdə “azaldıldığını” deyib.(Musavat.com)
"Bütün dünya Türkiyənin artan təsirini görür".
"Haber Global" xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada keçirilən "İqtisadiyyata dəyər qatanlar" mükafatlandırma mərasimində çıxışı zamanı bildirib.
O bəyan edib ki, 5 ayda Türkiyədə elektrikli nəqliyyat vasitələri, günəş batareyaları istehsalı kimi sahələrə 7 milyard dollardan çox investisiya cəlb olunub.
Süni intellekt texnologiyalarından danışan dövlət başçısı vurğulayıb ki, "ya cəld hərəkət edib prosesə yetişəcəyik, ya da iqtisadiyyatda asimmetrik güc multiplikatorundan məhrum olacağıq. Hesab edirəm ki, ölkəmizdə süni intellekt sistemləri hələ də yaxşı başa düşülməyib. Hökumət olaraq Türkiyəni bu yeni dünyaya hazırlamağa çalışırıq".
Onun sözlərinə görə, Türkiyə böyüyərək böhranlardan çıxa bilər.
"İqtisadiyyatdan müdafiəyə, xarici siyasətdən ticarətə qədər geniş sahədə bu böyüməni təmin edəcək addımlar atmışıq", - deyə Ərdoğan xatırladıb.
Aviasiya tarixində baş verən bədbəxt hadisələr insanların yaddaşında dərin iz buraxıb.
XXI əsrdə də təəssüf ki, bir çox dəhşətli aviaqəzalar baş verib. Bu hadisələr aviasiya təhlükəsizliyi sahəsində ciddi islahatların aparılmasına səbəb olub.
Həmin qəzalardan bəzilərini sizə təqdim edir:
2001 - American Airlines Flight 587
Tarix: 12 noyabr 2001
Yeri: Nyu-York, ABŞ
Təfərrüatlar: Airbus A300 təyyarəsi havaya qalxdıqdan sonra sükan idarəetməsindəki problemlər səbəbindən qəzaya uğrayıb. Təyyarədəki 265 nəfər həyatını itirib.
2009 - Air France Flight 447
Tarix: 1 iyun 2009
Yeri: Atlantik okeanı
Təfərrüatlar: Rio-de-Janeyrodan Parisə uçan Airbus A330 təyyarəsi pis hava şəraiti və texniki nasazlıq səbəbindən okeana düşüb. Qəza nəticəsində 228 nəfər həlak olub.
2014 - Malaysia Airlines Flight MH370 və MH17
MH370:
Tarix: 8 mart 2014
Yeri: Hind okeanı (təxmini)
Təfərrüatlar: Kuala Lumpurdan Pekinə uçan Boeing 777 təyyarəsi qəflətən radarlardan itdi və bu günə qədər tam aşkarlanmayıb. Təyyarədə 239 nəfər var idi.
MH17:
Tarix: 17 iyul 2014
Yeri: Ukrayna hava məkanı
Təfərrüatlar: Amsterdamdan Kuala Lumpur istiqamətində uçan təyyarə raket zərbəsi ilə vurulub. 298 nəfər həyatını itirib.
2015 - Germanwings Flight 9525
Tarix: 24 mart 2015
Yeri: Fransız Alpları
Təfərrüatlar: Airbus A320 təyyarəsinin ikinci pilotu təyyarəni qəsdən dağlara çırpdı. Nəticədə 150 nəfər dünyasını dəyişdi.
2018 - Lion Air Flight 610 və Ethiopian Airlines Flight 302
Lion Air:
Tarix: 29 oktyabr 2018
Yeri: İndoneziya
Təfərrüatlar: Boeing 737 MAX təyyarəsi MCAS sistemi ilə bağlı texniki nasazlıq səbəbindən dənizə düşdü. 189 nəfər həyatını itirdi.
Ethiopian Airlines:
Tarix: 10 mart 2019
Yeri: Efiopiya
Təfərrüatlar: Boeing 737 MAX təyyarəsi oxşar problem səbəbindən qəzaya uğrayıb. 157 nəfər həlak olub.
Bu qəzalar aviasiya sənayesində təkmilləşmələrə və yeni təhlükəsizlik standartlarının tətbiqinə səbəb olub. Lakin hər bir qəza arxasında insan həyatı itkisinin olması bu sahədə diqqətin daim yüksək səviyyədə saxlanılmasını tələb edir.(Milli.Az)
Suriyalı keçmiş atçılıq çempionu Adnan Kassar yarışda Bəşər Əsədin qardaşı Basil Əsədi məğlub etdikdən sonra 21 il ərzində həbs edildiyini və dəhşətli işgəncələrə məruz qaldığını "Sky News" kanalına açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, ölkənin idman səhnəsində tanınmış bir sima olan Kassar Əsəd ailəsinin 50 ildən çox davam edən hakimiyyətinin sonuna qədər yaşadıqları barədə ilk dəfə danışıb.
Karyera zirvəsi və çöküşü
1980-ci illərin sonunda bir neçə qızıl medal qazanan və milli atçılıq komandasının kapitanı olan Kassar 1993-cü ildə Latakiya şəhərində keçirilən Üçüncü Beynəlxalq Atçılıq Çempionatında parlaq çıxışı ilə karyerasının zirvəsinə çatıb. Onun bu uğuru komandaya qalibiyyət gətirsə də, Basil Əsədin qəzəbinə səbəb olub.
Basil Əsədin reaksiyası
Kassarın sözlərinə görə, həmin gün Basil Əsədin qəzəbini qazandığı gün olub. "Tamaşaçılar məni çiyinlərinə qaldırdı, bu, təmiz sevinc anı idi. Amma Basil üçün bu belə deyildi. O gün kabusumun başlanğıcı idi", deyə Kassar bildirib.
Basil Əsəd 1994-cü ildə avtomobil qəzasında həyatını itirənədək Suriyanın gələcək prezidenti olaraq qəbul edilirdi. Onun ölümündən sonra isə qardaşı Bəşər Əsəd Londonda göz həkimi olaraq çalışdığı yerdən qayıdaraq prezidentlik üçün hazırlaşmağa başlayıb.
Həbs və işgəncə illəri
Kassar Basil Əsədin onun uğuruna görə narazılıq ifadə etdiyini və bunun nəticəsində əsassız ittihamlarla həbs olunduğunu deyib. "Altı ay ərzində yer altında saxlandım, davamlı olaraq döyüldüm və sonsuz sorğulara məruz qaldım", deyə Kassar yaşadıqlarını təsvir edib.
Daha sonra, "insan qəssabxanası" kimi tanınan Sednaya həbsxanasına köçürülən Kassar burada daha ağır işgəncələrlə üzləşib. Basilin ölümündən sonra isə Kassarın gördüyü işgəncələr daha da şiddətlənib.
"Məni onun ölümündə günahlandırırdılar", deyə Kassar bildirib və hər il Basil Əsədin ölüm ildönümündə işgəncələrin daha da artdığını vurğulayıb.
Kassar həmçinin 7,5 il ərzində insanlığa zidd şəraiti ilə tanınan Tadmur həbsxanasında saxlanılıb. "Bir səhər qulağımı deşdilər, axşam isə çənəmi sındırdılar" deyə danışıb və əlavə edib: "Dua etdiyim üçün min dəfə qamçılandım. Ayaqlarım paramparça oldu, sümüklərim bədənimdən çıxdı".(qaynarinfo)