Sirr açılır: Xalq Əsəd ailəsindən gizlin belə xəbərləşirmiş

Suriyaya 61 il rəhbərlik edən Əsəd rejiminin devrilməsindən sonra xalqın gizli ünsiyyət qurmaq üçün şifrəli nitqdən istifadə ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post"un məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Baas Partiyasının 61 illik rəhbərliyi dövründə Suriya xalqı öz aralarında belə rahat şəkildə danışmaqdan çəkinib. Hökumət xalq arasında sadə vətəndaşlara casusluq təklif edib, pul qarşılığında ölkənin idraəçiliyindən narazı olanların adlarını alaraq onlara təzyiq göstərib. Suriya əhalisi öz evlərində oturarkən da narahatlıq keçirib. İnsanlar taksiyə minərkən, küçədə gəzərkən belə dinlənildiklərini düşünüb və qorxublar. Çox sayda vətəndaş pula görə casusluğu qəbul etdiyi üçün insanlar öz ailələrinə belə güvənməməyə başlayıblar.

Qəzetin məlumatına görə, bu vəziyyət səbəbindən Suriya xalqı öz fikirlərini ifadə edə bilmək üçün illər ərzində xüsusi şifrəli danışıq hazırlayıb. Əsəd dəstəkçilərindən qorxduğu üçün nəşrə müsahibəsində sadəcə adını açıqlayan 49 yaşlı Meysun adında Suriya vətəndaşı hər kəsin hökumətdən çəkindiyini bildirib. Onun sözlərinə görə, insanlar öz aralarında danışarkən hökumətin adını çəkirdilərsə, barmaqları ilə sadəcə yuxarını işarə edərdilər. Əgər xalq kiminsə Əsədə casusluq etdiyini düşünürdüsə, onun haqqında, “Bu şəxsin əl yazısı gözəlmiş” cümləsini deyərək bir-birini xəbərdar edib.

Dəməşqdə böyüyən və Dubayda yaşayan 60 yaşlı Thabet Birro internetdə Əsəd rejimi ilə bağlı paylaşımlarında qorxudan öz adını belə düzgün yaza bilmədiyini deyib:

“Artıq rahatlıqla öz adımdan istifadə edirəm. Bu, çox qəribədir. Suriyada yaşadığımız illərdə “dollar”ın adını çəkmək belə qadağan idi. Ona “yaşıl” deyirdik. Hüquq mühafizə orqanlarından kimsə vəziyyəti anlayanda isə “göyərti” və “nanə” deyib mövzunu dəyişirdik”.

Qeyd edək ki, Baas Partiyasının hakimiyyəti dövründə Suriyada bir çox qarışıqlıqlar yaşanıb və çox saytda yerli sakin günahsız yerə həlak olub.

Nikol Paşinyan təyyarə qəzası ilə bağlı başsağlığı verib

Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Bu barədə o, "X"də yazıb.

"Bakı-Qroznı reysi nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm.Belə bir faciə kədərə səbəb olmaya bilməz"", Ermənistanın Baş naziri qeyd edib.

Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.

Ərdoğan Azərbaycana başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycana aid təyyarənin qəza xəbərini böyük bir üzüntü ilə öyrəndiklərini bildirib.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.

“Hər iki qardaş ölkəyə millətimiz adına başsağlığı və keçmiş olsun diləklərimi ifadə edirəm”.

Təyyarə qəzasına görə Qazaxıstanda komissiya yaradıldı

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin tapşırığı ilə dövlət komissiyası yaradılıb.

Bu barədə “tengrinews.kz” məlumat yayıb.

Sözügedən komissiyaya baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək. Məlumata görə, o, artıq Aktauya yola düşür.

Qasım-Jomart Tokayev həmçinin Astanadan Aktauya həkimlərin və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsini tapşırıb.

Atəş ABŞ-ni yandıracaq - Çindən sərt XƏBƏRDARLIQ

ABŞ-nin Tayvana 750 milyon dollarlıq yeni hərbi yardım paketi ayırması və 38 Abrams tankını verməsi Çin tərəfindən kəskin etiraza səbəb olub.

Çin Xarici İşlər Nazirliyi Ağ Evin bu addımını qınayaraq kəskin etirazını bildirib.

Çin XİN sözçüsü Lin Jian ABŞ-yə xəbərdarlıq edərək bunları deyib: "Tayvan Çin siyasətininin ana xəttini təşkil edir və bu, qırmızı xətdir. ABŞ bu siyasəti ilə odla oynayır və bu atəş ABŞ-ni yandıracaq. ABŞ-nin nəzarət siyasəti və Çini cilovlamaq uğursuzluğa məhkumdur. Biz ABŞ-ni belə addımlar atmamaq barədə xəbərdar edirik. Çinin isə milli təhlükəsizliyi və birliyi üçün hər addımı atacağını bəyan edirik”.

suriyadan-irana

Suriyanın keçid hökumətinin Xarici İşlər Nazirliyi İrana ölkənin daxili işlərinə qarışmamaqla bağlı xəbərdarlıq edib.

Bu barədə XİN başçısı Əsəd Həsən əl-Şibani “X” hesabında yazıb.

“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və təhlükəsizliyinə hörmət etməlidir. Biz onlara xəbərdarlıq edirik ki, Suriyada xaos yaymasınlar və bəyanatlarının nəticələrinə görə məsuliyyət daşısınlar”.

pasinyan-mdb-liderlerinin-qeyri-resmi-sammitinde-istirak-etmeyecek

Ermənistanın Baş naziri Nikol Paşinyan MDB liderlərinin Sankt-Peterburqda bu gün keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcək.

Bu barədə məlumatı Paşinyan sosial şəbəkə hesablarında paylaşıb.

Bildirilib ki, buna səbəb onun koronavirusa yoluxması olub:

“MDB ölkələrinin liderlərinin bu gün Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm. Günün sonuna qədər Ali Avrasiya İqtisadi Şurasının sabah baş tutacaq iclasında iştirak edib-etməyəcəyimə dair qərar verəcəm”.

10 mindən çox hərbçi döyüşə yararsızdır - Britaniya MN

Britaniya silahlı qüvvələrinin 10 mindən çox üzvü döyüş əməliyyatlarına tibbi baxımdan yararsız hesab edilir.

Azərtac xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi tərəfindən parlamentə təqdim olunan yazılı bəyanatda bildirilib.

Qeyd olunub ki, silahlı qüvvələrdə 99 min 560 nəfər tam döyüş qabiliyyətinə malikdir. Bununla yanaşı, 14 min 350 nəfər məhdud döyüş qabiliyyətlidir, 13 min 522 nəfər isə ümumiyyətlə döyüşə yararsızdır.

Bu o deməkdir ki, 14 min 350 nəfər yalnız müəyyən şərtlər altında döyüşdə iştirak edə bilər. Bu şərtlərə ekstremal hava şəraitindən, yüksək səs-küydən və ya kimyəvi maddələrdən uzaq qalmaq kimi tibbi tələblər daxildir.

Qeyd edək ki, bir müddət öncə müdafiə naziri Con Hili Britaniya ordusunun hazırkı vəziyyətdə müəyyən əməliyyatlar keçirmək iqtidarında olduğunu, lakin ölkəni düşmən hücumundan qorumaq və ya hər hansı bir işğalın qarşısını almaq iqtidarında olmadığını bildirmişdi.

ABŞ-dan İsrailə Suriya ilə bağlı mühüm çağırış

ABŞ administrasiyası İsraili Suriyanın yeni hökumətinin başçısı Əhməd əş-Şara (Colani) ilə münasibətləri inkişaf etdirməyə çağırıb.

Bu barədə İsrail mediası məlumat yayıb.

“ABŞ rəsmiləri çağırışda Əş-Şara ilə əməkdaşlığın İsrailin bütün regionda təsirini gücləndirəcəyini bildiriblər. Onların fikrincə, Şara region ölkələri ilə strateji əlaqələri inkişaf etdirmək istəyən praqmatik liderdir", - məlumatda vurğulanıb.

Qeyd edilib ki, Dəməşqlə güclü əlaqə İranın Suriyaya qayıtmasının qarşısını ala bilər.

Paşinyan: Danışıqların ancaq bir nəticəsi ola bilərdi - Qarabağın Azərbaycana qaytarılması

Danışıqların yalnız bir nəticəsi ola bilərdi - Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan feysbukdakı səhifəsində yazıb.

"Beləliklə, 1994-cü ildən, yəni atəşkəs başlayandan sonra Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar prosesi gedirdi. Yəni danışıqların yalnız bir nəticəsi ola bilərdi: Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması.

Biz bunu etmədik və yuxarıda göstərilən danışıqlar prosesini əvvəlcədən müəyyənləşdirən beynəlxalq ictimaiyyət müharibəyə belə ciddi müqavimət göstərmədi. Reallıq budur, əziz xalqım.

Yaxşı, nə vaxt, niyə, necə etmədiyimiz, edə biləcəyimiz və ya edə bilməyəcəyimiz, edə bilmədiyimiz zaman — bu tamamilə fərqli bir söhbətin mövzusudur. Müxtəlif səbəblərdən ictimaiyyətlə danışdığım və bəzən yenidən danışacağım ciddi, dərin və əhatəli bir mövzu. Üç keçmiş prezidentə gəldikdə, indi onlara və ya nümayəndələrinə nə demək lazımdır. Onlar danışacaqlar, ya yox, məlum səbəblərə görə heç bir dəyəri yoxdur. Hörmətli üç keçmiş prezident! Mübahisə mövzusunda fikrinizi dəyişsəniz, deyin. Görüşənədək", - Paşinyan yazıb.

Xəbər lenti