İlon Mask indi də Britaniyada "hökumətə gəlmək istəyir" - Teyti dəstəkləyir

Endryu Teyt Böyük Britaniyanın baş naziri postuna namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

Bundan əvvəl o, BRUV (Britain Restoring Underlying Values) adlı siyasi platformasını - "Britaniya fundamental dəyərləri bərpa edir" - yaratdığını elan etmişdi.

Endryu Teyt deyib ki, “Amerika Tramp və İlon Mask sayəsində özünü xilas etdi” və indi növbə Britaniyadadır.

O, Londonda qanqsterizmə və narkomaniyaya son qoyacağını vəd edir və həmçinin "işğalı" (qanunsuz mühacirlərin) dayandıracağını vəd edir.

Endryu hökumətin cəmiyyətə deyil, böyük bankirlərə xidmət etdiyi üçün xalq üçün heç nə etməyən “satanistlərdən” ibarət olduğunu bildirib.

İlkon Mask Teyti dəstəkləyib.

Endryu Teyt 1 dekabr 1986-cı ildə anadan olub. İngilis və Amerika sosial mediasında fenomendir, iş adamı və keçmiş peşəkar kikboksçudur.

 

 

 

 
Zelenski Putinə: Onları Moskvaya təhvil verməyə hazırıq

Ukrayna tərəfindən əsir götürülən Şimali Koreya əsgərlərinin Moskvaya təhvil verməyə hazırıq.

Belə bir bəyanatla Ukrayna prezidenti Volodimir Zelenski X-də (tvitter) yazıb.

“Ukrayna Kim Çen Inın Rusiyada əsir götürülən döyüşçülərimizlə mübadilə təşkil edəcəyi təqdirdə onun əsgərlərini verməyə hazırdır”, - Zelenski yazıb.

Daha bir müttəfiqi Rusiyadan üz döndərdi 

Rusiyanın müttəqifi olan Serbiya Moskva ilə silah tədarükü müqavilələrini ləğv etdiyini açıqlayıb.

Bu qərar beynəlxalq sanksiyaların Rusiyaya təzyiqi artırması və Belqradın alternativ hərbi texnika axtarması səbəbindən qəbul edilib.

Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Milan Mojsiloviç açıqlamasında silah tədarükü müqavilələrinin ləğv edildiyini bildirib.

"Hazırda Rusiya Federasiyasından silah tədarükü praktiki olaraq qeyri-mümkündür. Biz diplomatik kanallar vasitəsilə vəziyyətdən çıxmağa çalışırıq", - Mojsiloviç deyib.

Müqavilələrin bəziləri ləğv edilsə də, digərləri beynəlxalq münasibətlər normallaşana qədər təxirə salınıb.

Belqrad hazırda İsrail, Çin və Qərb ölkələri kimi müxtəlif mənbələrdən hərbi texnikanın alınmasına diqqət yetirir. Serbiya Fransadan 12 Rafale döyüş təyyarəsinin tədarükü kimi böyük müqavilələr imzalasa da, İsraillə hərbi əməkdaşlığını da inkişaf etdirir.

Serbiya hərbi neytrallıq siyasətini davam etdirməklə yanaşı, həm də Avropa Birliyinə daxil olmaq üçün səylərini sürətləndirir. Prezident Aleksandar Vuçiç ölkəsinin Aİ-yə üzvlük hədəfini gücləndirməkdə qərarlı olduqlarını bildirib. Bu səylər Belqradın Qərblə hərbi əlaqələrini dərinləşdirməyə və Rusiyadan uzaqlaşmasına səbəb olur.

Yanğında ölənlərin sayı 24-ə çatıb

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yanğınların qarşısını almaq mümkün olmadığından fəlakətin qurbanlarının sayı artmaqda davam edir.

Los-Anceles dairəsinin şerifi Robert Lunanın sözlərinə görə, yanğınlarda həyatını itirənlərin sayı ən az 24-ə çatıb, 13 nəfə isə itkin düşüb.

Yanğın nəticəsində ən azı 153 min insan təxliyə edilib və ən azı 12 min bina yanğınlar səbəbindən yararsız hala düşüb.

Şəhəri buna görə yandırdılar - Mel Gibsondan sensasiya

"Yeni düzən naminə bütün şəhər məhv edildi. Hollivud isə çoxdan nüfuzunu itirmiş bir sektor idi".

Bunu Los-Ancelesdəki yanğınlarda zərər görən məşhur Hollivud aktyoru Mel Gibson "Fox TV" kanalında çıxışı zamanı deyib.

“Bu, mənə köhnə dövrlərdə insanları torpaqdan qovmaq üçün bu üsuldan istifadə edən varlı mal-qara sahiblərini xatırlatdı. Bilmirəm... Sadəcə olaraq, yanğınsöndürənlərin sularının olmaması mənə bir az qəribə göründü".

Ulduz aktyor kino sənayesində etik prinsiplərin ciddi şəkildə pozulduğunu, təhlükəsizlik və etibardan artıq məhrum olduğunu bildirib. O, Kaliforniya hakimiyyətini Los-Ancelesin su ehtiyatlarını məqsədli şəkildə israf etməkdə günahlandırıb.

Xoşbəxtlikdən Mel Gibsonun özünə və yaxınlarına zərər dəyməyib. Yanğın zamanı Texas ştatında olub, lakin onun oğlu Milo, könüllü yanğınsöndürmə briqadasının üzvü, fəlakət yerində olub və zəruri əşyaları götürməyi bacarıb.

“Oğlum pasportları və bir neçə vacib sənədi götürüb aparmağı bacardı... Bu, faciədir, çox üzücüdür. Amma mən qonşularıma baxıram və özümdən çox onlar üçün narahatam”, - deyə Gibson söyləyib.

Hollivuddakı yanğın əvvəlcədən bəlli imiş? - Los Anceles haqqında bilmədikləriniz - Video

Bir neçə gündür, güclü yanğınların davam etdiyi ABŞ-nin Kaliforniya ştatının Los Anceles şəhəri dünyanın diqqət mərkəzindədir.

Bu şəhər haqqında maraqlı faktları təqdim edir:

Los Anceles ABŞ-nin Nyu Yorkdan sonra ən böyük şəhəridir. Kaliforniya da isə insanların ən sıx məskunlaşdığı şəhərdir. 

Əhalisinin sayı təqribən 4 milyon nəfərdir. Şəhərin keçmiş adı çox böyükdür. Bura əvvəllər "Porsiunkula çayının Mələklər Kraliçası Xanımımızın şəhəri" adlandırıb.

Bu şəhərin "L.A", "La la land", "Mələklər şəhəri" və "Böyük portağal" kimi çox sayda ləqəbləri var. 
Bu gün bütün dünyada məşhur olan "hollivud" yazısı isə vaxtilə sadəcə reklam məqsədilə yerləşdirilib. 1923-cü ildən 1946-cı ilədək təpədə "Hollywoodland" yazılı lövhə var idi. Bu ad

Hollivud təpələrində tikilən mənzil layihəsi ilə bağlı cəmi 18 ay müddətinə yerləşdirilmişdi. Daha sonra yerli sakinlər lövhəsini sevdiyindən Hollivud şəklində populyarlaşıb.
Los Ancelesin ulduz səkisində 2754 məşhurun adı var. 
Şəhərin küçələrinin altında 91 tərk edilmiş tunel var. 1920-ci illərin əvəllərində Los Ancelesdə alkoqol qadağan olunanda içkidən imtina etmək istəməyənlər bu tunellərdən istifadə edib. Tunellər barların və yeraltı əyləncələrin gizli girişi idi.

1821-ci ildə Meksikanın Müstəqillik Müharibəsindən sonra Los Anceles Meksikanın bir hissəsi olub və 1848-ci ildə müharibə bitənə qədər belə davam edib.
L.A. County Taylanddan sonra ən böyük tay əhalisinə sahibdir. Burada  80 mindən çox çox Tayland sakini yaşayır.
20-ci əsrin əvvəllərində "böyük kənd" adlandırılan Los Anceles hazırda meqapolisdir. 
Bu meqapolis artıq günlərdir yanğının əsirinə çevrilib.

Bir neçə gün əvvəl başlayan və hələ də davam edən güclü yanğın 14 min hektardan çox ərazini əhatə edib. 10 nəfər ölüb, minlərlə ev və biznes dağılıb. Ölü sayının artacağı istisna edilmir.
Müstəntiqlər yanğınların necə başlaması ilə bağlı bir neçə variantı nəzərdən keçirirlər. Ehtimallar arasında yanğının qəsdən törədilməsi və ya kommunal xətlərdən qaynaqlanması da var.
Yerli sakinlər əmindirlər ki, bu fəlakətin səbəbi güclü küləklər yox, dronlardır. 

Hazırda yanğın baş verən ərazidə bir çox hollivud ulduzunun evi yerləşir. 
İndiyə qədər evi yananlar arasında ABŞ Prezidenti Co Baydenin oğlu Hunter, həmçinin Paris Hilton, Leonardo Di Kaprio, Entoni Hopkins, Tom Henks, Mark Hamill, Spencer Pratt və Heyidi Montaq kimi Hollivud ulduzları var.
Yanğın Hollivud Hillsi də əhatə edir.

Məlumata görə, dəyən zərərin məbləği 135-150 milyard dollara qədər yüksələ bilər.
Meteoroloqlar gələn həftə də regionda güclü küləyin olacağını və meşə yanğınları təhlükəsinin davam edəcəyini proqnozlaşdırır.
Yanğınların başlamasından sonra məşhur amerikalı radio aparıcısı Co Roqanın daha əvvəl verilişində səsləndirdiyi fikirlər gündəmə gəlib.

Məlum olub ki, aparıcı güclü yanğınlarla bağlı xəbərdarlıq edibmiş. Yanğınlara görə 3 dəfə evindən təxliyə edildiyini deyən aparıcı bunun təkrarlanmasından qorxduğu üçün Los Ancelesdən ayrıldığını bildirib.

Aparıcı ad çəkməsə də, yanğınsöndürənlə söhbəti barədə danışıb. "Yalnız bir dəfə elə külək əsəcək ki, Los Ancelesi okeana qədər yandırıb kül edəcək və heç nə edə bilməyəcəyik".
Roqan sadəcə küləyin başqa istiqamətdə əsməsinə görə, Los-Ancelesdəki insanların bəxtinin gətirdiyini söyləyib.
Hazırda küləyin şiddəti yanğının yayılmasına təkan verir və söndürülməsinə imkan vermir.

Los-Ancelesi yadplanetlilər yandırıb? - UNO-ların uçduğu görüntülər yayılır

ABŞ-da dəhşətli yanğını yadplanetlilər törədib.

azpost xəbər verir ki, bu inanc sürətlə amerikanlar arasında yayılmağa başlayıb.

Qeyd olunur ki, yadplanetlilər qalaktikalararası müharibə zamanı Los-Ancelesi yandırıblar. İnternetdə qəribə uçan obyektlərin və şəhərin üstündəki səmada işıq çaxmasının videoları görünməyə başlayıb.

Çinin şəhəri yandırmaq üçün dronlardan istifadə etdiyinə dair bir nəzəriyyə də var.

 

 

 
Trampdan sürətli başlanğıc: 100-dən artıq fərman ilk gündən hazırdır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezidentliyinin ilk günündə 100-dən çox fərmanı təsdiqləməyi planlaşdırır.

"Associated Press" xəbər verir ki, Trampın komandası artıq bu fərmanları hazırlayıb və onun dərhal imzalaması üçün təqdim edəcək.

Fərmanlar əsasən ABŞ-Meksika sərhədinə nəzarətin gücləndirilməsi, enerji sektorunun inkişafı, məktəblərdə gender siyasəti, vaksinasiya və digər seçki vədlərini əhatə edir.

Siyasətçilər hesab edirlər ki, Tramp administrasiyası, həmçinin, hazırkı prezident Co Baydenin bir çox fərmanlarını ləğv edərək, öz təkliflərini həyata keçirməyə çalışacaq.

Senatorlar Trampın bu cür sürətli addımlarını diqqətlə izləyəcəklərini bildiriblər. Yeni administrasiyanın planları ölkədə ciddi dəyişikliklərə səbəb ola bilər və həm daxili, həm də xarici siyasətdə yeni istiqamətlər müəyyənləşdirəcək.

Britaniyada hər gün 50-yə yaxın insan xəstəxanalarda gözləyən zaman ölür

Böyük Britaniyada hər gün 50-yə yaxın xəstəsi pasiyent axınının öhdəsindən gələ bilməyən xəstəxanalarda kömək gözləyərkən ölür.

Report xəbər verir ki, bu barədə “The Times” qəzeti aparıcı həkimlərin apardığı məlumatların təhlilinə istinadən məlumat yayıb.

Məlumatlara görə, xəstələrin axını mövsümi qriplə əlaqələndirilir. Eyni zamanda, Təcili Tibbi Yardım Cəmiyyətinin nümayəndəsi Tim Kukslinin sözlərinə görə, "bu, xəstəxanaların artıq xəstələrdən dolu olduğu və xəstəlik hallarının artmasından əvvəl də vəziyyətin ağır olduğu nəzərə alınarkən gözlənilən və qaçınılmaz idi".

"Bir cəmiyyət olaraq təcili yardım sistemimizdə baş verənləri qəbul edə və normallaşdıra bilmirik", - Krallığın Təcili Tibbi Yardım Kollecinin prezidenti Edrian Boyl deyib. O, hökuməti “həqiqətən ölüm-dirim məsələsi olan” problemi həll etməyə çağırıb.

Türkiyədə zəlzələ oldu

Türkiyənin Hatay şəhərinin İskəndərun rayonunda 3,8 bal gücündə zəlzələ olub.

Bu barədə AFAD məlumat yayıb.

Yerin 4 km dərinliyində meydana gələn zəlzələ ətraf rayonlarda da hiss edilib.

Tələfat və dağıntı qeydə alınmayıb.

Xəbər lenti