Moskva Baydenin Putinin ünvanına səsləndirdiyi fikirlərdən sonra Vaşinqtondakı səfiri Anatoli Antonovu məsləhətləşmələr üçün Kremlə çağrıblar.
Bu barədə Rusiya XİN məlumat yayıb. Moskva diplomatın Kremlə çağrılması barədə qərarın verilməsini ABŞ-la gələcək əlaqələrin perspektivini analiz etməkdir.

RF XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, Co Bayden komandasının 2 ay hakimiyyətdə olmasına baxmayaraq Rusiya-ABŞ münasibətləri kəskin pisləşib və dalana dirənib. "Belə olan şəraitdə gələcək münasbətləri müəyyənləşdirilməsinə ehtiyac var. Moskva yaranmış vəziyyətin dönməz xarakter almamasında maraqlıdır"- o qeyd edib.

Qeyd edək ki, Bayden Putini ABC telekanalına müsahibəsində "qatil" adlandırıb.

1991-ci ildən keçən 29 il ərzində Ermənistanda əhalisi 700 min nəfər azalıb.

Bu, Ermənistan Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlərdir.

Statistika Komitəsinin verdiyi xəbərə görə, 1992-ci ildə Ermənistan əhalisinin sayı 3 milyon 633,3 min nəfər, ancaq 2020-ci ilin dördüncü rübündə əhalinin sayı 2 milyon 967,9 min nəfər təşkil edib.

Əsas faktor doğum faizinin aşağı olması və miqrasiyadır.
1991-ci ildə Ermənistanda 77 min uşaq doğulub, 2020-ci ildə cəmi 36 min körpə anadan olub.

2020-ci ildə ölkəni tərk edənlərin 90 faizi Rusiyaya üz tutub. Onların 50 faizi geri qayıdıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Səhiyyə Nazirliyi və Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyi (TGA) ilə kordinasiyalı şəkildə turizm sektorunda çalışan işçilər üçün “Turizm işçilərinin peyvəndlənməsi qeydiyyat proqramı”na start verildiyini bildirib.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, sözü gedən proqram qarşıdan gələn turizm mövsümü üçün beynəlxalq ziyarətçiləri qəbul etmək, onların və turizm işçilərinin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı” çərçivəsində başladılıb.

Məlumata görə, Türkiyə 2020-ci ilin iyun ayında "Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı"na start verildiyi andan etibarən sağlamlıq və təhlükəsizlik qaydalarını təqib etməkdə və bu təhlükəsizliyi qorumaq üçün bütün lazımi addımları atmaqdadır. Turizm mövsümünün açılmasının ardından Mədəniyyət və Turizm Nazirliyi turizm xidmətlərinin il boyu açıq qalması üçün turizm sektoru işçilərinin peyvəndlənməsi proqramına daxil edilməsi istiqamətində işlərə başlayıb. Proqram çərçivəsində ilk növbədə "Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı"nda qeydiyyatdan keçmiş qonaqlama yerləri, restoranlar, tur bələdçiləri, turizm agentliklərinin işçiləri peyvəndlənəcək.

Türkiyə Covid-19 ilə mübarizədə və dünyanın ən etibarlı yerlərindən biri kimi mövqeyini daha da yaxşılaşdırma səylərinin bir parçası olaraq dünyanın bu sahədəki ilk və ən müvəffəqiyyətli nümunələrindən biri olan “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı”na investisiya qoymağa davam edir. Ölkə tətbiqetmənin əhatə dairəsini genişləndirib. İndiyə qədər 8 mindən çox turizm obyekti sertifikatlaşdırılıb.

2021-ci ildə sağlam və etibarlı turizmin məkanı olmağa davam etmək üçün bütün tədbirləri görən Türkiyə beynəlxalq ziyarətçilər üçün etibarlı səyahət baxımından ən yaxşı seçimlərdən biri olacaq.

Rusiyalı hərbi ekspert İqor Korotçenko hazırda Ermənistanda baş verən hadisələr, Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağı, eləcə də Rusiyanın postsovet məkanına təsirinin perspektivləri haqda "Pravda.ru” saytının baş redaktoru İnna Novikovaya danışıb.
Azərbaycan oxucuları tərəfindən maraqla qarşılanacağını nəzərə alan Sfera.az həmin müsahibəni təqdim edir.

- Hazırda Ermənistanda nə baş verir, İqor?

- Ermənistanda hakimiyyət uğrunda mübarizənin kəskin mərhələsi müşahidə olunur: Paşinyanın siyasi rəqibləri, eləcə də faktiki olaraq, hərbi çevrilişə çağırış edən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ağır artilleriya ilə hücuma keçib. Paşinyan ona sadiq generallara güvənir. Ermənistan Baş Qərargahı daxilində tabeliyində xüsusi təyinatlı hərbi hissələr olan Ermənistan hərbi kəşfiyyat idarəsinin rəhbərlnin başçılıq etdiyi bir qrup var. Kritik məqamda məhz xüsusi təyinatlılar həlledici rol oynaya bilər. Bu səbəbdən Paşinyana qarşı çıxan hərbçilərin hərəkətləri daha kəskin forma ala bilməz, bu isə Paşinyanın xeyrinədir. Bundan əlavə, milli təhlükəsizlik xidmətinin bir hissəsi olan təhlükəsizlik xidməti Ermənistan Milli Təhlükəsizlik Şurası strukturundan çıxarılaraq birbaşa Paşinyana tabe olacaq. Bu yolla o, yaxın ətrafını xəyanətdən sığortalayır.

Bu gün Ermənistan əhalisinin 60-70 faizi Paşinyanın leyhinə, 30-40 faizi isə əleyhinə çıxış edir. Buna görə də kəskin hadisələr baş verməsə, hakimiyyət uğrunda gedən hazırkı mübarizənin qalibi Paşinyan olacaq. Bu arada "İrəvanda baş verən olaylar erməni xalqının daxili işidir” şərhini verən Moskva orada baş verən hadisələri yanlış şərh edir.

- Ermənistanda vəziyyət həqiqətən çox mürəkkəbdir. 30 ildən sonra Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qayıdıb. Paşinyanın bundan sonrakı proqramı nədir?

- Ermənistanda vəziyyət bütün sahələrdə (siyasətdə, iqtisadiyyatda, sosial aspektdə) o qədər pisdir ki, heç kim 5-6 ay sonra nə olacağını düşünmür. Siyasi elitalar bir-biri ilə güc və pul uğrunda mübarizə aparır. Amma son dərəcə passiv olan Ermənistan xalqının əksər hissəsi tərəflərdən heç birinə dəstək verməyib. Bu, hərbi məğlubiyyətdən sonra Ermənistan cəmiyyətindəki hazırkı vəziyyəti aşağıdakı terminlərlə xarakterizə etmək olar:

* yorğunluq,
* məyusluq,
* əlverişsiz iqtisadi vəziyyətdə ayaqda qalmağa çalışmaq

Rusiya İrəvanda baş verənləri izləyir. Ermənistan KTMT-dəki tərəfdaşımızdır, ikitərəfli münasibətlər çərçivəsində İrəvan qarşısında müttəfiqlik öhdəliklərimiz var. Amma hər kəs anlayır ki, Rusiyanın yaranmış situasiyaya müdaxiləsi öz zərərinə olacaq. Buna görə də daxili erməni siyasi çəkişməsində tərəflərdən birinin qalib gəlməsini sakitcə gözləməliyik. Hələ ki, Paşinyan inanılmaz siyasi dözümlülük nümayiş etdirir.

- Onun "İskəndər” raketləri ilə bağlı həyasız və həqiqətə uyğun olmayan bəyanatı da cəzasız qaldı?

- Paşinyan üzr istəyərək düzgün məlumatlandırılmadığını və Rusiya "İskəndər”inə qarşı bütün iddialarını geri götürdüyünü bildirdi. Moskva onu yüngülcə danlayıb bağışladı, Ermənistanda isə genişmiqyaslı siyasi böhran yarandı. Paşinyan bu bəyanatı ilə bir gün əvvəl böyük materialla çıxış edərək onu bütün günahlarda ittiham edən rəqibi Serj Sarkisyana zərbə vurmaq istəyirdi. Amma Moskvadan yaxşı dərs aldı. Belə ki, ona anlatdılar ki, Rusiyaya ilişmək olmaz. Bu Ermənistandakı istənilən siyasətçiyə baha başa gələr.

- Paşinyanın arxasında kimin durğunu bilirik, bu cür siyasətçilər ən əyani dərslərdən belə çətin nəticə çıxarırlar. Onu maliyyələşdirib öyrədənlər nə etdiklərini yaxşı bilirlər. Qorxuram, o hakimiyyətdə qaldığı müddətdə Rusiya ilə qarşıdurma siyasəti davam edəcək. Düzdür, indiki məqamda itaət edir, amma gələcəkdə necə davranacağı bəlli deyil...

- Amma biz Ermənistanda hərbi çevriliş edə bilmərik, doğrudur? Ermənistanın hərbçiləri bunu edə bilməzlər, Rusiya isə hazırkı vəziyyətdə hadisələrin moderatoru deyil. Amma postsovet məkanında hökmən mövqelərimizi möhkəmləndirməliyik, çünki Rusiya bütün MDB ərazisində sürətlə nüfuzunu itirməkdədir.

Biz Ukraynada, Gürcüstanda çox solğun görünürük, digər ölkələrdə də mövqelərimizi itiririk. Elə təəssürat yaranır ki, ya prosesləri idarə etmirik, ya da idarə edə bilmirik. Amma bu siyasi proseslərin nəticəsi Rusiyanın postsovet məkanındakı real təsir sahəsindən sıxışdırılmasıdır. Özü də bu həm milli təhlükəsizliyimiz üçün sistemli təhlükə yaradır, həm də MDB ilə qarşılıqlı fəaliyyət sahəsinə cavabdeh olan kadrların keyfiyyəti barədə sual doğurur.

Rusiyanın postsovet məkanında nəyəsə təsir göstərməsi üçün lazım olan on milyardlarla rubl hara xərclənir? Postsovet məkanında siyasətimizin keyfiyyəti son dərəcə aşağıdır. İstisnasız olaraq bütün aidiyyati qurumların fəaliyyəti qənaətbəxş deyil. Hər yerdə Rusiya ilə əlaqəli fiqurlar siyasi iflasa uğrayır. Postsovet məkanında Rusiyanın ictimai rəyə təsir qüvvəsi hər il daha da zəifləyir.

Bütün bunlar sərhədlərimizdə Rusiyaya qarşı düşmən rejimlər qurşağının yaradılması ilə sona çatacaq. MDB ölkələrinə xarici hərbi məsləhətçilərin gəlişi davam edəcək, gələcəkdə isə ölkəmizi hədəf alan müasir silahlarla təhciz edilmiş hərbi bazalar yaradılacaq, bu da öz növbəsində ölkəmizin milli təhlükəsizlik keyfiyyətinin kəskin şəkildə zəifləməsi deməkdir.

Rusiya ilə Türkiyə arasında Qarabağda elə də asan olmayan, çox mürəkkəb, ancaq çox nəticəli bir əməkdaşlıq mövcuddur.
Bu fikirləri Qazaxstanın "Tengrinews" saytına müsahibəsində Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib.

"Türkiyənin NATO üzvü olması birgə əməkdaşlığa maneçilik yaradır. Buna baxmayaraq həll yollarını tapırıq. Məsələn Suriyanın İdlib bölgəsində münaqişənin həlli üçün belə bir əməkdaşlıq formatı yarada bildik. Son iş təbii ki, Dağlıq Qarabağdır. Bu heç də asan olmayan əməliyyatdır. Mən bunu belə adlandırardım, amma başqa yol yoxdur.Ona görə ki, burada yetərincə arqumentlər, elementlər, motivlər mövcuddur.Axı razılaşmalısınız ki, iki qardaş xalq, iki yaxın qonşumuz, birlikdə yaşadığımız xalq bir-birləri ilə düşmənçilik edir və təkrar etməliyəm ki, biz gələcəkdə sülh, harmoniya və dostluq şəraitdə yaşamlıyıq...

Digər tərəfdən Türkiyənin məsələyə qoşulması, türkiyəli həmkarlarla danışmağı zəruri edir. İnanın bütün bunların baş tutması üçün bizim prezident (Putin nəzərdə tutulur) titanik bir səy göstərdi. Və hamını inandırmağa səy göstərdi. Mən deyərdim: "Mən razıyam, ancaq onları inandırın" söhbəti olmadı. Odur ki, hamını razı salmaq idi. Biz də öz səviyyəmizdə müdafiə nazirləri səviyyəsində türkiyəli həmkarlarla danışdıq. Bu gün görülən işlərə gəldikdə deyə bilərəm ki, birincisi, insanlar bir-birini öldürməyi dayandırıb. İkincisi, ümid edirəm ki, indi ikitərəfli təmaslara keçməyin və bir-biri ilə danışıqlara başlamağın vaxtıdır. Mən Azərbaycanla Ermənistanı nəzərdə tuturam"- Şoyqu bildirib.

O əlavə edib ki, buradə təbii olaraq çox şey Rusiya və Türkiyənin arasındakı münasibətlərdən asılıdır: "Həm də yeni oyunçular meydana çıxır və öz təklifləri ilə ortaya köhnə qonşular meydana çıxırlar. Mən burada İranı nəzərdə tuturam. Bu, infrastrukturun inkişafı, dəmir yolu, hidroenerji və nəqliyyat əlaqələrin bərpası ilə bağlıdır. Şox məsələlər var".

Türkiyənin Silahlı Qüvvələrinin ölkənin şərqindəki Tunceli əyalətində keçirdiyi əməliyyat nəticəsində terrorçuların bir neçə sığınacağı məhv edilib.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə əyalət qubernatorunun idarəsindən bildirilib.

"Eren-7 Mercan Munzur" əməliyyatı Hozat rayonu ətrafında keçirilib. Əməliyyat nəticəsində terrorçuların beş sığınacağı aşkar olunaraq məhv edilib.

Sığınacaqlarda axtarışın gedişatında qida məhsulları da tapılıb.

Regionda terrorizmlə mübarizə üzrə əməliyyat davam edir.report

Türkiyə Silahlı Qüvvələrinin Tunceli əyalətində keçirdiyi əməliyyat nəticəsində terrorçuların bir neçə sığınacağı məhv edilib.

Qlobal.net xəbər verir ki, Hozat rayonunda baş tutan "Əren-7 Mərcan Munzur" əməliyyatı nəticəsində terrorçuların beş sığınacağı aşkar olunaraq məhv edilib.

Regionda terrorizmlə mübarizə üzrə əməliyyat davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan Qoşulmama Hərəkatına üzv dövlətlərin səfirləri ilə videoformatda keçirilən müzakirələrə qatılıb.

O, bu barədə “Twitter” hesabında paylaşma edib.

Müzakirələrin məhsuldar keçdiyini bildirən T.Qebreyesus hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana koronavirusla bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi və BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bağlı qətnamənin irəli sürülməsinə görə təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yanvarın 31-də keçirilən onlayn Zirvə toplantısında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırdığını bildirmişdi. Koronavirusa qarşı peyvəndlərə ədalətli çıxışın təmin edilməsi ilə bağlı həmin qətnamə layihəsi Azərbaycan tərəfindən İnsan Hüquqları Şurasında artıq irəli sürüb.

Ermənistana son bir gündə 818 nəfər koronavirusa yoluxub.
"News.am" xəbər verir ki, martın 12-dək ölkədə 177104 nəfər virusa yoluxub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 243-ə yüksəlib.

Hazırda ölkədə 7 308 aktiv koronavirus xəstəsi var.

Ermənistan MN-in rəsmiləri “Patron David” işi ilə bağlı dindirilib

Ermənistan Müdafiə Nazirliyinin bir sıra məmurları silah satıcısı David Qalstyana (“Patron David”) qarşı açılan cinayət işi çərçivəsində Milli Təhlükəsizlik Xidməti tərəfindən dindirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat verib.

Qalstyanın vəkili Armen Harutyunyan məlumatı qəzetə təsdiqləyib, lakin istintaqın gizliliyi səbəbindən dindirilən şəxslərin adlarını açıqlamayıb.

Qəzet qeyd edib ki, dindirilməyə Silah Qüvvələrin Silahlanma Müdirliyinin rəhbəri, silah tədarükü komissiyasının üzvü olan general-mayor Poqos Poqosyan da çağırılıb.

Qalstyanın vəkili isə müvəkkilinin bir neçə dəfə MTX-yə ifadə verdiyini və günahını boynuna almadığını bildirib. Harutyunyan qeyd edib ki o, Qalstyan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Kassasiya Məhkəməsinə müraciət etmək niyyətindədir.

Qeyd edək ki, 1 fevralda David Qalstyanın saxlanıldığı məlum olmuşdu. O, Müdafiə Nazirliyinə köhnə və istifadəyə yararsız top mərmilərini satmaqda ittiham edilir.

Xəbər lenti