Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə 4 bal gücündə zəlzələ olub.  

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Ağrıda yerli vaxtla saat 08:57-də (Bakı vaxtı ilə saat 09:57-də-red.) qeydə alınıb. Yeraltı təkanların ocağı 7,02 kilometr dərinlikdə yerləşib. Zəlzələ ətraf bölgələrdə də hiss edilib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Uqandanın Kisoro bölgəsində kənd sakini bağçasında diri-diri basdırılmış körpəni tapıb və onu xilas edib.

Oxu.az xəbər verir ki, bu barədə “Chimp Reports” xəbər yayıb.

Bildirilir ki, Coviya Nyiranone bağçasında işləyərkən torpaqdan çıxan ayaq görüb. Diqqətlə baxanda bunun başıaşağı basdırılmış uşaq olduğunu anlayıb.

Dərhal yeri qazan qadın uşağı çıxardıb. Körpənin hələ də nəfəs aldığını görən qadın baş verənlər barədə qonşularını və hökuməti xəbərdar edib.

Təqribən bir həftəlik olduğu müəyyənləşən uşaq polis idarəsinə, oradan da xəstəxanaya aparılıb.

Yerli hökumət nümayəndələri təqsirkarı tapmaq və cəzalandırmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.

 

 
ABŞ prezidenti Co Baydenin köməkçiləri onun jurnalistlərə danışmasını yenidən qadağan ediblər.

Bu barədə “Daily Mail” xəbər verib.

Bildirilir ki, hadisə siyasətçi Vaşinqtonda təsərrüfat dükanında olarkən baş verib. Jurnalistlər ona bir neçə sual verməyə çalışıblar. Suallardan biri Meksika sərhədində böhranla bağlı olub. Prezident buna cavab verməyə çalışarkən, köməkçiləri onu kənara çəkib, media nümayəndələrindən isə getmələri xahiş olunub.

O da vurğulanır ki, Bayden 48 gündür prezidentlik vəzifəsində olmasına baxmayaraq, hələ də rəsmi mətbuat konfransı keçirməyib. Bu son 100 ildə rekord sayılır. Ondan əvvəlki dövlət başçıları jurnalistlərlə rəsmi görüşləri təqribən bir ay ərzində keçirirdilər.

Mart ayının əvvəlində isə Ağ Ev izah olunmayan səbəbdən Baydenlə birbaşa yayımı dayandırmışdı. O, konqresmen demokratların suallarını cavablandırmalı idi, ancaq yayım qəfildən dayandırılmışdı. (Oxu.az)

 

 

Türkiyə Azərbaycan və Türkmənistanın birgə "Dostluq" neft yatağında işritak etməyə hazırdır.
Bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə şirkətləri Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində əməkdaşlığa hazırdır.

Azərbaycanla Türkmənistan arasında "Dostluq" birgə yatağının işlənməsi sahəsində əldə olunan razılaşmanı yüksək dəyərləndirən Çavuşoğlu bildirib ki, Türkiyə şirkətlərinin bu sahədə əməkdaşlıq etməkdə maraqlı olduğu tərəflərə çatdırılıb: "Bu yataqda hasil ediləcək neft və qazın Türkiyəyə nəql edilməsi gözlənilir".

Ermənistan müxalifəti ölkədə yaranmış xaosdan- baş nazir, prezident və ordu rəhbərliyi arasındakı intriqadan istifadə edərək növbəti dəfə inqilaba cəhd edəcək.
Avision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıblar.

Yazıda hazırda Ermənistan tarixinin ən ağır günlər yaşadığını qeyd olunub. Bu gün baş qərargah rəisi ətrafında cərəyan edən gərgin və gözlənilməz proseslər yanan ocağı daha da alovlandırıb.

"Müxalif qüvvələr narazı kütlənin iştirakı ilə Baqramyan prospektini iflic etməyi, Parlament və digər dövlət qurumlarının binalarını onların anti-milli və dövlət əleyhinə bir qurum olmaları səbəbindən bloklamağı və ya zəbt etməyi planlayırlar. Onlar deputatların Parlamentə girməsinə mane olacaqlar. Dünəndən artıq ölkənin müxtəlif yerlərindən paytaxta gətirilən xeyli sayda polis əməkdaşı Baqramyan prospekti və Dəmirçyan küçələrində mövqelənib. İddia edilir ki, bəzi polislər vəziyyətin gərginləşəcəyi təqdirdə əmrə tabe olmayacaqlarını, xalqa qarşı dəyənəkdən istifadə etməyəcəklərini bəyan ediblər. Onlar öz rəislərinə 4 aydan çoxdur ki, mütəmadi olaraq küçələrdə gecələməkdən, etiraz aksiyalarını yatırmaqdan bezdiklərini bildiriblər",-deyə məqalədə qeyd edilib.

Həmçinin, məqalə müəllifi onu da yazır ki, İrəvandakı siyasi oyunlarda artıq iki tərəf deyil, üçüncü qüvvə də meydana atılıb. "Top" isə prezidentin bugünkü qərarı ilə meydandan kənara çıxdı.

Qeyd edək ki, bu gün Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Bundan bir qədər əvvəl isə baş nazir Nikol Paşinyan Onik Qasparyanın 10 mart tarixindən etibarən vəzifəsindən azad edildiyi barədə bəyanat verib. Paşinyan bildirib ki, ölkə prezidentinə təqdim olunan fərman layihəsini imzalamayıb, qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etməyib. Bununla da Qasparyan vəzifəsindən azad edilmiş hesab olunur.

Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) ABŞ administrasiyasının Gürcüstandakı vəziyyətlə bağlı yanaşmasını tənqid edən bəyanat yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənəddə son zamanlar Vaşinqtonda Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının hərəkətləri ilə bağlı narazılığın artdığı bildirilib.

Qeyd olunub ki, ABŞ hələ Mixeil Saakaşvilinin vaxtında Gürcüstanda siyasi proseslərin idarə olunması, hakimiyyətin fəaliyyəti və müxalifətə münasibətdə hansı xətti tutmasını diktə etməyə öyrəşib.

XKX-nin rəisi Sergey Narışkin bəyan edib ki, ABŞ Gürcüstanda vəziyyəti qaydasına salmaq üçün müxalifətçilərə dəstəyin göstərilməsi və eyni zamanda “Gürcü Arzusu”nun mövqelərini sarsıdmaq üçün sistemli iş qurmağı planlaşdırır.

Bəyanatda qeyd olunub ki, Ağ Evdə hakim partiya üzvlərinin Avroatlantik inteqrasiya istiqamətində qeyd-şərtsiz irəliləməsi ilə bağlı göstərişi tam yerinə yetirməmələrinə görə qıcıqlanıblar.

“Vaşinqton Gürcüstan hakimiyyətinə çatdırmaq istəyir ki, Ağ Evin Tbilisiyə münasibətdə gələcək xətti Gürcüstan hakimiyyətinin Amerikanın göstərişlərinə dəqiqliklə əməl etməsinə hazırlığı ilə müəyyən olunacaq”, - sənəddə vurğulanıb.

Ermənistan prezidenti Armen Sarkissyanın administrasiyası Baş Qərargah rəisi Onik Qasparyanın istefası məsələsinin həm qanuni prosedurlar, həm də konstitusiya məsuliyyəti və siyasi nəticələri baxımından baş nazir Nikol Paşinyanın səlahiyyətində olduğunu bildirib.
"Virtualaz.org bildirir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Ermənistan prezidentinin sözlərinə görə, onun prioriteti "ölkənin təhlükəsizliyini və sabitliyini təmin etmək, ordunun problemlərini həll etməkdir".

Ermənistandakı daxili siyasi böhran Silahlı Qüvvələrin Baş Qərargahının 25 fevralda siyasi rəhbərliyin dövləti təhlükəyə yönəltməısini ifadə edərək, Ermənistan baş naziri Nikol Paşinyanın istefasını tələb etməsindən sonra daha da pisləşib. Buna cavab olaraq, baş nazir çevriliş cəhdini elan edib və Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərarı imzalayıb. Ancaq prezident Armen Sarkisyan bu sənədi imzalamayıb və etirazlarla Baş nazirə məktub göndərib. Hökümət başçısı sənədləri təkrar prezidentə göndərib. Qanuna uyğun olaraq, Qasparyan Baş Qərargah rəisi vəzifəsini 9 mart tarixinədək icra edib.

NASA dünyanın 1 milyard il sonra yox olacağını açıqlayıb.
Sonxeber.az xəbər verir ki, mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi sayılan NASA-nın araşdırma qrupu artan günəş radiasiyasına görə yer üzündə həyatın bir milyard il sonra yox olacağını açıqlayıb. Bildirilir ki, dünyanın sonunun gəlməsinin səbəbi oksigen çatışmazlığı olacaq. Günəş zamanla yer üzündəki oksigeni bitirərək həyatı, yaşanmaz hala gətirəcək.

Agentliyin məlumatına görə hazırda qlobal istiləşmənin şahidi olacağıq.

Ermənistanda son sutkada daha 182 nəfər COVID-19-a yoluxub.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 175 198-ə çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 3 232-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 829 nəfərdir. İndiyədək 165 096 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 6 038 aktiv koronavirus xəstəsi var.

Suriya Prezidenti Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd koronavirusa yoluxub.

Bu barədə Suriya liderinin ofisindən məlumat verilib.

Bəşər Əsəd və həyat yoldaşı yüngül simptomlar hiss etdikdən sonra onlardan test üçün nümunələr götürülüb. Testin nəticəsi müsbət olub. Dövlət başçısı və həyat yoldaşının vəziyyətinin stabil olduğu, özlərini yaxşı hiss etdikləri, məsafədən fəaliyyətlərinə davam etdikləri bildirilib

Xəbər lenti