Ölkələr tərəfindən koronavirusla mübarizə çərçivəsində tətbiq edilən tədbirlər qripə yoluxma hallarının sayını azaldıb.

 Trend verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Pandemiya və Epidemiya Xəstəlikləri şöbəsinin müdiri Silviya Brayand deyib.

S.Brayand bildirib: "Mövsümi qripə yoluxmaları izləyirik və Cənubi Yarımkürədə son dərəcə aşağı sirkulyasiya gördüyümüzü deyə bilərik. Bunun bir sıra açıqlamaları ola bilər, amma ən real açıqlama ondan ibarətdir ki, koronavirusla mübarizə üçün tətbiq edilən tədbirlərin mövsümi qriplə mübarizədə son dərəcə təsirlidir".

Şöbə müdiri vurğulayıb ki, ÜST vəziyyətin xüsusilə koronavirusa qarşı vaksinasiya fonunda necə dəyişdiyini yaxından izləməyə davam edəcək:

"Bu mərhələdə koronavirusla mübarizədə təsirli olan tədbirlərin digər yoluxucu xəstəliklərə qarşı da son dərəcə təsirli olduğu qənaətinə gələ bilərik".

Suriyanın Xama əyalətində yol kənarına basdırılmış iki minanın partlayışı nəticəsində azı 18 dinc sakin həlak olub.

Bu barədə “Al Ihbaria” telekanalı bildirib.

Qeyd edilir ki, hadisə Salamiya şəhərindən şərqdə yerləşən kəndlərdən birində olub. Məlumata görə, iki avtobus minalara düşərək partlayıb.

Hadisə zamanı həmçinin bir neçə nəfər xəsarət alıb, onlar xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, minalar yola İŞİD terror qruplaşmasının üzvləri tərəfindən qoyulub.

Pakistanda sərnişin qatarı qəzaya uğrayıb.

“Haber Global” xəbər verir ki, qəza zamanı qatarın 18 vaqonundan doqquzu relsdən çıxaraq aşıb. Hadisə nəticəsində bir qadın həlak olub, 40 nəfər isə yaralanıb.

 

Qəzanın baş verdiyi ərazidə axtarış xilasetmə tədbirləri davam edir. Ölənlərin sayının artması istisna olunmur.

Polis hadisənin səbəbləri ilə bağlı araşdırma aparır.



“Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanvari Zəfərlə azad edib. Bölgədə yeni dövrün qapılarını açıb”.

Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında keçirilən 14-cü Zirvə toplantısında deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllimi Məhmət Yahya Kutluoğlu həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu gün 90 yaşlı müəllimin səhhəti ağırlaşıb və həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kutluoğlu Türkiyənin sevilən simalarından olub. O "Hatipliler" dərnəyinin qurucusu və ilk rəhbəri olub. Məhmət Yahya Kutluoğlu dini fəaliyyəti ilə də seçilib.

Ərdoğana ağır itki üz verdi

Ərdoğana ağır itki üz verdi

"Mutasiyalarının gözlənilməz olması səbəbindən koronavirusa qarşı qorunma tədbirlərinin davamlı şəkildə həyata keçirilməsi vacibdir".

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vuinoviç "Rusiya-24" telekanalına müsahibəsində deyib.

UST rəsmisi bildirib ki, yeni koronavirus ineksiyaları müvafiq laboratoriyaların ciddi nəzarəti altındadır: "Rusiyada da genetik tədqiqatlar aparılır. Hansı şəkildə mutasiyalar olacaq və bunlar nələrə səbəb ola bilər, heç kim bilmir. Buna görə də qoruyucu tədbirlərin davam etdirilməsi çox vacibdir".

Vujnoviç əlavə edib ki, pandemiyaya qarşı mübarizədə maska taxmaq, şəxsi gigiyenaya riayət etmək, sosial məsafənin qorumaq lazımdır: "Mümkün olan hər şeyi etmək çox vacibdir, çünki virusun yayılmasını dayandırmalıyıq".

 
Gürcüstan Xarici İşlər naziri (XİN) David Zalkaliani Türkiyədə həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Oxu.az xəbər verir ki, bununla bağlı Gürcüstan XİN rəhbəri “Twitter” hesabından paylaşım edib.

“Dostum və həmkarım Mövlud Çavuşoğlu ilə ikitərəfli münasibətlərin gündəliyini müzakirə edirik”.

O, türkiyəli həmkarına səmimi qarşılandığına görə minnətdarlığını bildirib.

Zalkalianinin Türkiyə Prezidentinin köməkçisi Fuat Oktayla da görüşü planlaşdırılır.

İranda dövlətə qarşı qiyam qaldırmaqda ittiham olunan 4 nəfər edam edilib.
"Report” xəbər verir ki, İran məhkəməsi ölkənin İnsan Hüquqları Müdafiə Agentliyinin (HRANA) fəalları Casim Heydəri, Əli Hosarci, Hüseyn Silavi, Nasir Nafacian barəsində ölüm hökmü verib.

Hökm Xuzistan əyalətinin Əhvaz şəhərindəki Sepida həbsxanasında icra olunub.

Onlar 2017-ci ildə Əhvazda iki polis məntəqəsinə hücum etməkdə ittiham olunublar. Məlumata görə, Casim Heydəri, Əli Hosarci, Hüseyn Silavi bu il yanvarın 28-də edam edilən Əli Matiri ilə görüşün qadağan edilməsinə və həbsxana rəhbərliyinin onunla pis rəftarına etiraz olaraq dodaqlarını tikmişdilər.

İranın təhlükəsizlik orqanlarına yaxın mənbələr bəzi KİV təmsilçilərinə bildirib ki, yuxarıda adları qeyd olunan 4 nəfər “terrorçu fəaliyyətinə” görə edam olunublar.

İranın İRNA dövlət agentliyinin məlumatına əsasən, Casim Heydəri, Əli Hosarci, Hüseyn Silavi və Nasir Nafacian Əhvaz Milli Dirəniş (Müqavimət) Təşkilatı adı altında fəaliyyət göstərən Əl-Əhvaziyyə (Əhvaz Azadlıqsevər Ərəb Hərəkatı) qruplaşmasının “əsas kadrları” sayılırlar. Onların Suriyada fəaliyyət göstərən “Əl-Nusra” qruplaşması ilə əlaqəsi olduğu iddia olunur.

“Dünyada son 7 həftədə koronavirus infeksiyasına yoluxma sayında ilk dəfə artım qeydə alınıb”.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə deyib.

UST rəhbəri qeyd edib ki, altı bölgədən dördündə artım müşahidə edilib.

Finlandiya hökumıəti koronavirus pandemiyası ilə əlaqədar ölkədə yenidən fövqəladə vəziyyət elan edib.
"Trend bildirir ki, bunu ölkənin baş naziri Sanna Marin deyib.

Nazir bildirib ki, pandemiya ilə bağlı vəziyyətin pisləşməsi təqdirində komendant saatının tətbiqi istisna olunmur.

Bir neçə gün əvvəl Finlandiya hökuməti ölkəyə giriş-çıxış məhdudidyyətlərini marıtn sonunadək uzatımışdı.

Qeyd edək ki, bu günədək Finlandiyada 58 mindən çox yoluxma, 392 ölüm qeydə alınıb.

Xəbər lenti