Ermənistanın baş naziri Nikol Paşinyan onun istefasını tələb edən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı vəzifəsindən azad edib.

Bu barədə TASS məlumat yayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı ölkəsinin təhlükəsizlik məsələləri üzrə bir nömrəli tərəfdaşı adlandırıb.

“Report” xəbər verir ki, o, Rusiya ilə hərbi-texniki əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını da bildirib.

Baş nazir qeyd edib ki, Ermənistan silah qüvvələrində islahatların keçirilməsi üçün müdafiə nazirinin başçılıq etdiyi işçi qrupun tərkibinin genişləndirilməsi haqqında sənəd imzalayacaq.

Qeyd edək ki, N.Paşinyan bu günlərdə “1in” saytına müsahibəsində İkinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinə atdıqları Rusiya istehsalı olan “İskəndər” raketlərinin cəmi 10 faizinin partladığını bildirmişdi.

Türkiyə parlamentində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilir.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və digər rəsmi şəxslər iştirak edirlər.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı  bəyantatla çıxış edəərk baş nazir Nikol Paşinyanın istefa verməsi tələb edib.

“Ölkə.Az” “news.am”a istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargahı  Nikol Paşinyan və onun komandasının təcili olaraq istefa verməyə çağırıb.

“Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahı, Ba. Qərargahın birinci müavininin vəzifədən azad edilməsinə öz qəti etirazını bildirir və bunu milli, dövlət maraqlaırnı nəzərə almadan, ancaq öz şəxsi ambiçioz  maraqları naminə uzaqgörməyən, əsaslandırılmamış  qərar hesab edir”- bəyanatda deyilir.

 Bəyanatda eyni zamanda  Baş nazir və Ermənistan hökumətinin  erməni xalqının taleyüklü məsələlərinin həllində və mövcud böhranlı vəziyyətlə bağlı adekvat addım ata bilməməkdə ittiham olunur.
Ermıənistan Silahlı Qüvvələri  mövcud hakimiyyətin  hərəkətlərinə  səbrlə yanaşdı,ancaq artıq hakimiyyət öz həddini aşır və ona görə də bundan sonra hakimiyyətin addımlaırna dözmək niyyəti yoxdur.

Kiyevdə Xocalı soyqırımından bəhs edən film təqdim olundu

Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşəbbüsü və təşkilatçılığı ilə Xocalının 29-cu ildonümü ərəfəsində Kiyevin "Jovten" kinoteatrında Xocalı soyqırımından bəhs edən "Sonsuz dəhliz" sənədli filmi təqdim edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Tədbirdə filmin rejissor və prodüseri Aleksandr Brokas, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, "Ukrpoçt" Aksioner Cəmiyyətinin Müşahidə Şurasının sədr müavini Fərid Səfərov, UAR-ın həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov, UAR-ın baş katibi Cəlal Hüseynov və başqa şəxslər iştirak ediblər.

Ümumilikdə 100 nəfərə yaxın tamaşaçının iştirak etdiyi film təqdimatı Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanıb. "Sonsuz dəhliz" filmində də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə Xocalı şəhərinə hücum etməsindən və dinc sakinləri kütləvi şəkildə qətlə yetirməsindən bəhs olunur. Film süjetlərdən və litvalı jurnalist Riçard Lapaitisin Xocalı faciəsinin şahidlərindən aldığı müsahibələrdən ibarətdir.

A.Brokas əlavə edib ki, sənədli ekran əsəri üzərində iş 2009-cu ildə başlayıb. Filmin ərsəyə gəlməsinə 5 il sərf olunub və həmin müddət ərzində təxminən 150 saatlıq hərbi xronika işlənib.

Moskvada azərbaycanlıların restoranına hücum edən 7 erməniyə hökm oxundu

Moskvanın Nikulinski Məhkəməsi 2020-ci ilin iyulunda “1001 gecə” adlı Azərbaycan restoranına edilən hücumda iştirak edən 7 Ermənistan vətəndaşı barəsində hökm çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, məhkəmənin qərarına görə, restorana edilən hücumdan sonra saxlanılan 7 Ermənistan vətəndaşı 2 il həbs cəzasına məhkum edilib.

Hücumdakı iştirakçıların bütün hərəkətləri müəssisədə quraşdırılmış videokamera tərəfindən qeydə alındığı üçün cinayətkarların kimliyini tapmaq polis üçün çətin olmayıb. Hücum iştirakçıları Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Arqişt və Nareq Petrosyan, habelə Razmiq Sahakyan xuliqanlıqda təqsirli bilinərək barələrində iki il müddətinə həbs cəzası qərarı verilib. Restoran sahibi məhkumlara maddi və mənəvi ziyanın ödənilməsi üçün bir iddia qaldırmayıb.

Xatırladaq ki, Moskvanın Maryino rayonunda azərbaycanlıya məxsus olan “1001 gecə” restoranına hücum 24 iyul 2020-ci il tarixində səhər saat dörd radələrində baş verib. 

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlılar və ermənilər arasında qarşıdurmalar iki ölkənin sərhədində 12 iyul 2020-ci ildə Ermənistan tərəfindən başladılan silahlı qarşıdurmanın kəskinləşməsi fonunda baş vermişdi.

Ermənistan prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanı vəzifəsindən azad edib.

Baku TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Buna səbəb general-leytenantın Nikol Paşinyanın sözlərini ələ salması olub.

Bundan əvvəl “Yerevan.today” portalı Tiran Xaçatryanın Ermənistanın baş naziri Nikol Paşinyanın “İskəndər” raketləri ilə bağlı bəyanatı haqqında şərhini yayıb.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan jurnalistin “Paşinyanın iddia etdiyi kimi "İskəndər" raketlərinin 10%-nin partlaması mümkündürmü?” sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib:

"Əlbəttə, mümkün deyil. Necə? "İskəndər"? Bir atəş? ... 10%?.. Bağışlayın, amma bu qeyri-ciddidir".

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontrerasın (Raoul Contreras) müəllifliyi ilə fevralın 23-də Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb. 

Bu barədə Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.

Veriliş müəllifin “The Contreras Report: International Edition” müəllif proqramı çərçivəsində hazırlanıb.

Qeyd edək ki, R.Kontreras “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifidir. Onun indiyədək Azərbaycan haqda bir sıra nüfuzlu mətbu orqanlarda çoxsaylı məqalələri dərc olunub.

Sözügedən verilişdə müəllif 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaqlar və qadınlar da daxil olmaqla çoxlu sayda insanı qətlə yetirdiyini vurğulayır. Müəllif həmçinin erməni cəlladlarının əsir götürdükləri azərbaycanlılara qarşı ağılasığmaz işgəncələr verdiklərini də diqqətə çatdırır.

R.Kontreras Xocalı hadisələrinin soyqırımı olduğunu bildirir və bunu insanlığa qarşı törədilmiş cinayət adlandırır.

Müəllif Xocalı soyqırımı haqda qərb müəlliflərinin yazdığı kitablar haqda da məlumat verir. O, həmçinin sözügedən soyqırımında iştirak etmiş Kaliforniyadan olan erməni terrorist Monte Melkonyanın qardaşının yazdığı kitabdan və Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyanın mövzu ilə bağlı müsahibəsindən sitatlar gətirərək, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri necə etiraf etdiklərini diqqətə çatdırır.

R.Kontreras Xocalı soyqırımını törədənlərin indiyədək cazalandırılmadığını, onlardan bir çoxunun Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını və hökumətdə yüksək vəzifə tutduğunu vurğulayır.

Müəllif daha sonra Xocalı şahidlərinin öz dilindən orada törədilmiş vəhşiliklər haqda qısa video-sujet təqdim edib.

İranın Səravan şəhərinin sakinləri dəhşətli yoxsulluğa görə hökumət əleyhinə etirazlara başlayıblar.

Oxu.az xəbər verir ki, bu barədə siyasətçi Reza Pəhləvi “Twitter”də yazıb.

 

Onun sözlərinə görə, etirazçılar şəhərin küçələrinə axışıblar. 

Azərbaycan Diaspor Gənclər Şəbəkəsi və Ukrayna Azərbaycanlıları Gənclər Radasının birgə təşkilatçılğı ilə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar "Xocalı soyqırımı XX əsrin faciəsidir" mövzusunda videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Ölkə.Az"a verilən məlumata görə, komitənin təşəbbüsü ilə keçirilən tədbirdə pedaqoji elmlər namizədi, dosent Lyudmila İvanenko, hüquqşünas, kilsə tarixçisi Vladimir Omelçuk, Xocalı sakini Murad Hüseynov, Ukraynanın Azərbaycan Konqresinin İdarə Heyətinin sədri, I Qarabağ müharibəsi qazisi Yuri Osadçenko, Ukrayna Azərbaycanlıları Gənclər Radasının sədr müavini Möminə Səttarova iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbir M.Səttarovanın moderatorluğu ilə aparılıb. Moderator 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalının dinc sakinlərinə qarşı kütləvi qırğın törətdikləri barədə ətraflı məlumat verib. Bildirib ki, bu faciə erməni faşistlərinin və havadarlarının xalqımıza qarşı apardığı 200 illik etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsidir.

Xocalı sakini Murad Hüseynov həmin dəhşətli gecə ailə üzvləri də daxil olmaqla 49 nəfər yaxın qohumunun şəhid olduğundan, Azərbaycanın Milli Qəhrəmanı olan atası Tofiq Hüseynovun doğulduğu şəhəri və mülki əhalini erməni faşistlərindən qorumaq naminə göstərdiyi şücaətdən danışıb. "Xocalıya ədalət!" kampaniyası çərçivəsində fəaliyyət göstərdiyini nəzərə çatdıran M.Hüseynov dünya birliyini və beynəlxalq təşkilatları bu çağırışa biganə qalmamağa səsləyib. O, 44 günlük Vətən müharibəsi zamanı əldə olunan parlaq Qələbə münasibətilə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusunun hər bir əsgər və zabitinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən L.İvanenko, V.Omelçuk və Y.Osadçenko xalqımızın kədərini bölüşdüklərini, şəhidlərin ailələrinə dərin hüznlə bassağlığı verdiklərini bildiriblər. Xocalı faciəsini dünya tarixinə düşmüş ən dəhşətli hadisə adlandıran ukraynalı natiqlər bu cinayətin beynəlxalq səviyyədə soyqırım aktı kimi tanınmasının, onu törədən qəddar canilərin cəzalandırılmasının zəruriliyini vurğulayıblar.

"Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk faciə deyil. Hələ XX əsrin əvvəllərində, 1905-ci ildə ermənilər Azərbaycanın ayrı-ayrı bölgələrində daha dəhşətli qırğınlar törədiblər. Bu onu göstərir ki, erməni cinayətkarları əsrlər boyu bizimlə düşmənçilik aparıblar", - Qarabağ qazisi Osadçenko əlavə edib.

Xəbər lenti