![]() |
|
Ermənistanın müxalif "Vətənin qurtuluşu hərəkatı" Yerevanın mərkəzindəki Baqramyan prospektini yalnız baş nazir Nikol Paşinyanın vəzifədən gedəcəyi təqdirdə azad edəcək.
“Report” xəbər verir ki, bu barədə müxalifət hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib.
"Nikol mövcud deyil, vəssalam", - o deyib.
İşxan Saqatelyan həmçinin bildirib ki, müxalifətin növbəti mitinqi bu gün yerli vaxtla saat 16:00-də olacaq.
"Sabah biz etiraz aksiyalarını davam etdirəcəyik", - o əlavə edib.
Bu barədə “Caliber”in “Facebook” səhifəsində dərc edilən məlumatda qeyd olunur.
Yazıda bildirilir ki, Nikol Paşinyan bu dəfə yanacaqdoldurma məntəqəsinin işçisini Dilican şəhərinin meri vəzifəsinin müvəqqəti icraçısı təyin edib.
Həmin şəxs anket məlumatlarında cinsiyyəti göstərən bölməyə “cəsarətli” yazıb və orta ixtisas təhsili aldığı müəssisənin adına düzəliş edib.
Beləliklə Ermənistanda yanacaqdoldurma məntəqəsinin “cəsarətli” işçisinə mer vəzifəsi tapşırılıb.
“Al-Sumaria” telekanalının məlumatına görə, avtomobildə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Hadisə yerli özünümüdafiə dəstələri başçılarının İraq hərbçiləri ilə görüşünün keçirildiyi ərazidə qeydə alınıb.
Partlayıcının quraşdırıldığı pikap öncədən hüquq-mühafizə orqanları tərəfindən aşkar olunub. Lakin mütəxəssislər qurğunu zərərsizləşdirməyə çalışarkən partlayış baş verib.
Terror aktının İŞİD tərəfindən törədildiyi bildirilir.
Ermənistan uçurumun kənarındadır, xaos ölkəni daha pis böhrana sürükləyir.
Bunu Böyük Kilikiya evinin katolikosu Birinci Aram öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, bu gün Ermənistan uşurumun kənarındadır: “Ölkə daxilində hökm sürən xaos dərinləşməkdədir. Xaos nəticəsi bəlli olmayan hadisələrin mənbəyidir. Odur ki, tərəflər kompromisə getməlidir. Yoxsa sabah gec ola bilər!”.
Hindistanda baş verən buz sürüşməsi nəticəsində 10 nəfər həyatını itirdi, 150-dək insan itkin düşdü.
“Ölkə.Az” “m24”ə istinadən xəbər verir ki, buz sürüşməsi Rişiqanq çayının daşmasına səbəb olub və nəticədə çay üzərində hidroelektrik stansiyasını da yuyub aparıb. Xilasedicilər ölənlərin və itkin düşənlərin axtarışını həyata keçirir.
İsveçrədə 16 yaşlı insan koronavirus vaksinasiyasından sonra dünyasını dəyişib.
Bu barədə İsveçrə dövlət əczaçılıq təşkilatı “Swissmedic” məlumat yayıb.
“Swissmedic” onlara vaksinasiyadan sonra təsirləri ilə bağlı daxil olan 364 məlumatı yoxlayıb və onların 199-u PfizerBioNTech, 154-ü isə Moderna vaksini ilə bağlıdır.
“Vaksinasiyadan sonra 16 nəfər dünyasını dəyişib. Öllənlərə ortalama 86 yaş həddində olublar və onların əksəriyyətində əvvəlcədən ciddi xəstəliklər olub”.
Məlumatda eyni zamanda qeyd olunur ki, vaksinasiya ölümə səbəb olmur.
Ermənistan Prezidenti Armen Sarkisyan gecə saatlaırnda Silahlı Qüvvələrin Baş Qərargah rəisi və generallarla görüşüb.
“Mediaport”a istinadən xəbər verir ki, prezident Armen Sarkisyan görüşdən çox məyus halda çıxıb.
Görüş zamanı Baş Qərargah rəisi və generalitet Nikol Paşinyan komandası barədə ortaya yüzlərlə məntiqsiz hərəkətləri barədə faktar qoyublar. Ona görə də Silahlı Qüvvələrə Baş Qərargah öz qərarını dəyişmək niyyətində deyil. Paşinyan mütləq hakimiyyətdən getməlidir.
Mətbu orqanının yazdığına görə, görüşdən sonra Nikol Paşinyan Armen Sarkisyanın yanına gedib və ondan Baş Qərargah rəisi Onik Qasparyanı işdən çıxarması barədə fərman imzalaması üçün razı salmağa çalışıb.
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: “29 il əvvəl Xocalıda amansız şəkildə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmətlə yad edirəm...”
613 şəhid... Çoxu qadın, uşaq, qoca... Doğulub böyüdükləri ata-baba torpaqlarında öldürüldülər. 20-ci əsrdə insanlığa qarşı törədilən cinayətin adı, tarixə həkk olunmuş qara ləkə: Xocalı soyqırımı.
Bu barədə “Haber Global”ın Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən reportajında qeyd edilir.
Bildirilir ki, Sovet İttifaqının dağılması ilə Azərbaycana qarşı ərazi iddiasına və hücuma başlayan ermənilər bölgədə tək hava limanına sahib olan, 1991-ci ilin son günlərində mühasirəyə aldıqları və strateji baxımdan əhəmiyyətli olan Xocalını ələ keçirmək üçün hərəkətə keçiblər.
25 fevral 1992-ci ildə aylarla davam edən hücumlarını gücləndirən ermənilər, o zaman Xankəndində yerləşən Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə dinc sakinləri vəhşicəsinə qətlə yetirib, əsirlərə olmazın işgəncələr veriblər.
Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarında Xocalı hadisəsi müharibə cinayətlərinə və ya insanlığa qarşı cinayətlərə bərabər hərəkət kimi qəbul edilir.
Bu günə qədər 15 ölkənin parlamenti və ABŞ-ın 16 ştatının parlamenti Xocalı hadisələrini qınayan və soyqırımı kimi qəbul edən qərarlar qəbul ediblər.
Xocalıdakı hadisələri dünyaya elan etməyə davam edən Azərbaycan beynəlxalq ictimaiyyətdən cinayətkarların cəzalandırılmasını tələb edir.
"29 il öncə Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə anıram".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitterdə yazıb.
"Bu bəşəriyyətə qarşı cinayəti unutmadıq, unutmayacağıq", - nazir vurğulayıb.