![]() |
|
“Report” “RİA Novost”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Mərkəzi məlumat yayıb.
Qeyd edilir ki, daha 150 nəfər itkin düşmüş sayılır. İtkin düşənlərin əksəriyyəti "Rişiqanqa" hidroelektrik stansiyasının fəhlələridir. Onların axtarışlarına xilasedicilər, Hind-Tibet polisinin əməkdaşları və hərbçilər cəlb edilib.
Xatırladaq ki, hadisə fevralın 7-də ölkənin şimalındakı Uttarkhand ştatında baş verib. Böyük buz kütlələri Himalay dağlarının Alaknanda və Dxauliqanqanın çaylarının yaxınlığına düşüb və yüksək dağ rayonlarında daşqına səbəb olub.
Musavat.com xəbər verir ki, şiddətli zəlzələdən sonra nüvə elektrik stansiyasında sızma qorxusu yaşanıb. Tokio Elektron Enerji Şirkətinin (TEPCO) məlumatına görə, işlənmiş nüvə yanacağının saxlanılması üçün istifadə olunan hovuz suyu zəlzələ səbəbindən daşaraq hovuz yaxınlığındakı xəndəyə sızıb və ətrafı çirkləndirib.
Nüvə Tənzimləmə Təşkilatı hovuz suyunun miqdarının az olduğunu və nüvə yanacağının soyumasına heç bir təsiri olmadığını bildirib.
TEPCO-dan verilən açıqlamada bunlar öz əksini tapıb:
"Əməkdaşımız Fukuşima Daini Nüvə Elektrik Stansiyası 1-də istifadə edilmiş nüvə yanacağının saxlanılması üçün təxminən 160 ml-lik hovuz suyunun yaxınlıqdakı çuxura sızdığını aşkarlayıb. Saat 01:40-dan etibarən böyük bir anomaliya aşkar edilmədi və nüvə elektrik stansiyasının ətrafındakı radiasiya səviyyələrini ölçən müşahidə postlarının dəyərlərində dəyişiklik olmadı".
Sfera.az xəbər verir ki, Qvineyada Ebola virusu səbəbilə 4 nəfər həyatını itirib. Ölkədə bu virusdan son ölümlər 2016-cı ildə qeydə alınıb.
Ebola virusu ilk dəfə 1976-cı ildə Konqo Demokratik Respublikasının Yambuku və Sudanın Nzara şəhərlərində eyni vaxtda ortaya çıxıb. 2014-2017-ci illərdə Qvineya, Liberiya və Sierra Leonedə epidemiyaya yoluxan 30 min nəfərdən 11 mindən çoxu həyatını itirib.
Tanınmış erməni ictimai xadim, müəmmalı hərbi məsələləri araşdıran Aram Gevorqyan Qarabağdakı müharibədə ölmüş erməni polisi haqqında məlumat yayıb.
Azvision.az xəbər verir ki, onun sözlərinə görə, Sergey Şakrikyan adlı polisin 26 yaşı olub. O, Şuşa döyüşlərində məhv edilsə də, cəmiyyətə təqdim olunan rəsmi ölü siyahısına adı düşməyib:
"Şakrikyan polis qüvvələrinin tərkibində İkinci Qarabağ müharibəsində iştirak edən minlərlə polisdən biri idi. O, Armavirdə kiçik çavuş olub. Müharibənin ilk günlərindən Sergey dostları ilə Cəbrayıl, Hadrut və Şuşada döyüşdü və elə Şuşada da noyabrın 5-də öldürüldü. Sergeyə dəyən bir mərmi parçası ürəyinin aortasına tuş gələrək onu saniyələr içində öldürüb. Şakrikyan məhz zirehli geyiminin olmaması səbəbindən öldü. Üstəlik, Ermənistan polisi öz işçilərinə o qədər "hörmət"lə yanaşdı ki, yalnız 25 dekabrda mətbuatda qalmaqallı araşdırma başladıqdan sonra öldürülən 67 polisin adını xalqa təqdim etdi. Müdafiə ordusu tərəfindən təqdim olunan siyahıda isə Sergeyin adı görünmədi".
Türkiyə müdafiə sənayesi şirkətlərinin əməkdaşlığı ilə hazırlanmış silahlı insansız dəniz vasitəsi ULAQ istifadəyə verilib.
Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.
Bildirilir ki, prototip istehsalı tamamlanan ULAQ-ın ilk platforması olan Silahlı İnsansız Dəniz Aracı (SİDA) dənizə endirilib və təcrübəyə başlayıb.
Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanları yerli vaxtla saat 06:37-də qeydə alınıb. Zəlzələnin ocağı 6,95 km dərinlikdə yerləşib.
Dağıntı və insan tələfatının olmadığı bildirilir. redaktor.az
Qafqazinfo xəbər verir ki, ölkənin Nazirlər Kabinetinin qərarına görə, koronavirus vaksini tədarükü və testləri COVAX proqramı çərçivəsində gerçəkləşdiriləcək.
Bununla yanaşı, ölkədə Rusiyaya aid COVID-19 vaksini və digər tibbi dərmanların qeydiyyatı yasaqlanıb.
COVAX çərçivəsində 8-16 milyon doz vaksin almağı planlaşdıran Ukrayna ötən ilin dekabrında 1,9 milyon doz peyvənd alışı üçün "Sinovac Biotech" ilə razılığa gəlib.
Türkiyə ordusunun 10 fevral etibarilə İraqın şimalında terror təşkilatı PKK silahlılarına qarşı başlatdığı yeni anti-terror əməliyyatında 2 türk əsgəri şəhid olub.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
“İraqın şimal hissəsində, Qara bölgəsində başladılan “Pəncə Qartal-2” əməliyyatında terrorçularla toqquşma nəticəsində 2 qəhrəman yoldaşımız şəhid olub, 4 qəhrəman yoldaşımız isə yaralanaraq dərhal xəstəxanaya yerləşdirilib. Bölgədə müəyyən olunan hədəflərə hava zərbələri endirilib və terror təşkilatının bölgədəki varlığına ağır zərbə vurulub. Bizi dərd və kədər içində boğan bu hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türk Silahlı Qüvvələri ilə birlikdə nəcib millətimizə başsağlığı və səbr, yaralanan personalımıza təcili şəfa diləyirik” ,- deyə açıqlamada qeyd olunub.
Həmin müraciəti təqdim edirik:
“Hələ keçilməz bir üzünüz var, Nikol …
Bu qədər təhqir olunsaydım, utanaraq intihar edərdim. Düşünün, uşaqlarınız da bu təhqirləri oxuyurlar. Onlara nə qədər hörmət etməlisiniz? Onların da bir mühiti var …
Onlar da belə bir atadan utanırlar. Onların suallarına nə cavab verirsiniz? İntihar et, Nikol, heç olmasa bir dəfə kişi ol”. konkret.az
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.
Virusdan 2 351 192 xəstə ölüb, 79 322 447 nəfər sağalıb.
Şimali Amerikada 31 824 187, Avropada 31 553 849, Asiyada 23 711 484, Cənubi Amerikada 16 557 882, Afrikada isə 3 712 855 nəfərdə koronavirus aşkarlanıb.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (27 799 946 nəfər), Hindistan (10 858 300 nəfər), Braziliya (9 602 034 nəfər), Rusiya (3 998 216 nəfər) və Böyük Britaniyadır (3 972 148 nəfər).
Türkiyədə 2 548 195, İranda 1 481 396, Gürcüstanda 263 057, Ermənistanda isə 168 300 nəfərdə koronavirus müəyyən edilib.
Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (77 598 nəfər), İranda (58 625 nəfər) və Türkiyədədir (26 998 nəfər).
Azərbaycanda koronavirusa yoluxan 231 362 nəfərin 3 163-ü ölüb, 225 678-i sağalıb.