Paşinyan Qarabağla bağlı səhvini etiraf etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı ciddi bir səhv etdiyini etiraf edib.

O, sosial şəbəkələrdəki paylaşımında 1994-cü ildə atəşkəs əldə olunduqdan sonra aparılan danışıqların yalnız Qarabağın Azərbaycanın tərkibinə qaytarılması ilə bağlı olduğunu bildirib.

“Danışıqlar prosesinin başqa bir məzmunu olmayıb. Ermənistanda başqa məzmun haqqında fikirlər yalnız daxili siyasi məqsədlər üçün yayılıb,” – deyə Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, 2018-ci ildə danışıqların məzmunu ilə tanış olarkən, bu reallığı özü üçün qəbul etməyib:

“Bu barədə xalqıma izahat vermədim, çünki mənim məlum patriotizm modelim buna imkan vermədi. Bu kontekstdə mən böyük bir səhv etdim".

Paşinyanın bu etirafı Ermənistanda geniş rezonans yaradıb və ictimai müzakirələrə səbəb olub.

Sanksiyalara rəğmən: Aİ Rusiya neftinin alışını maksimuma çatdırıb

Avropa İttifaqı (Aİ) oktyabrda Rusiyadan 687.5 milyon avro dəyərində neft almaqla alış həcmini 2024-cü ilin fevralından bəri ən yüksək həddə çatdırıb.

Oxu.Az xəbər verir ki, fevral ayında Avropa ölkələri Rusiyadan 690 milyon avroluq "qara qızıl" almışdı.

Oktyabrda isə alışların artması ay ərzində Rusiya neftinin idxalını iki dəfə (91.3 milyon avrodan 185.9 milyon avroya) artıran Çexiya ilə bağlı olub. Macarıstana (233 milyon avro) və Niderlanda da (60,7 milyon avro) neft tədarükü artıb.

Xamenei onlara səsləndi: "Şübhəsiz ki, sizi oradan qovacaqlar"

Suriyalılar İsrail ordusunun ölkələrinə hücumunu dayandıracaq və İsrail hərbçilərini ərazilərindən çıxaracaqlar.

Teleqraf.com xəbər vereir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.

Xamenei israilli əsgərlərə səslənərək deyib: “Suriyada siz heç bir maneə ilə üzləşmədiniz, heç bir silahlı əsgər sizin yolunuzu kəsmədi, siz tankların və hərbi texnikanın köməyi ilə bir neçə kilometr irəlilədiniz. Suriyalı gənclər, şübhəsiz ki, sizi oradan qovacaqlar”, - Xamneyinin mətbuat xidməti onun sözlərindən sitat gətirir.

Xatırladaq ki, dekabrın 8-də İsrail hərbçiləri müqavimətlə qarşılaşmadan Qolan təpələrindəki Hermon dağ silsiləsinin Suriya tərəfini nəzarətə götürüblər. Yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahunun dediyi kimi, 1974-cü ildə Suriya ilə qüvvələrin bölüşdürülməsi haqqında imzalanmış saziş Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Suriya qoşunları ərazini tərk etdiyi üçün qüvvədən düşüb. Noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçiblər. Dekabrın 8-də onlar Dəməşqə daxil olaraq, Bəşər Əsədi vəzifədən deviriblər.

BVF: Ukraynada müharibə 2025-ci ildə bitməyəcək


Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri Ukrayna üçün neqativ ssenari ilə bağlı memorandumu yeniləyiblər.

Bu barədə UNİAN məlumat yayıb.

Məlumata görə, Ukrayna üçün 2026-cı ilin ortalarına qədər davam edəcək daha şiddətli müharibə vəziyyəti gözlənilir. Sənəddə qeyd edildiyi kimi, mənfi ssenariyə əsasən, daha uzun və gərgin müharibə nəzərdə tutulur.

Bu, vəziyyət ölkə iqtisadiyyatında daha uzun və daha güclü şoka səbəb olacaq.

Beləliklə, mənfi ssenariyə əsasən, Ukraynanın ümumi xarici maliyyə kəsirinin 177,2 milyard dollara qədər artacağı proqnozlaşdırılır. Həmçinin ekspertlər qeyd edirlər ki, bu halda inflyasiya daha yüksək və sabit olacaq.

BVF hesablamalarına görə, şok vəziyyət 2025-ci ilin birinci rübündə başlayacaq. Qeyd edilən mənfi ssenariyə həmçinin enerji infrastrukturuna daha geniş ziyan dəyməsi və elektrik enerjisinin kəsilməsi daxildir.(APA)
Promil cihazını yaradan alim içkili saxlanıldı - Foto

Sürücülərin içkili olub-olmadığını müəyyənləşdirən alkotester cihazının yaradıcılarndan biri sərxoş halda saxlanılıb.

xarici KİV xəbər verir ki, alkotesterlərin dizaynında əməyi keçən ingilis təqaüdçü alim Dr. Riçard Leysi (70) içki içdikdən sonra sükan arxasına keçib və qəza törədib.

Noyabrın 23-də İngiltərənin Talqart şəhərində Leysinin avtomobili yol ayrıcında səkiyə çırpılıb.
Hadisə yerinə gələn polis alimi alkotesterlə yoxlayıb.
Sürücünün nəfəs testində 41 mikroqram (norma 35 mikroqram) spirt aşkar edilib. 

Leysi məhkəmədə nahar zamanı bir neçə stəkan şərab və bir şüşə pivə içdiyini etiraf edib. O, keçmişdə alkotesterlərin dizaynı ilə məşğul olduğunu bildirib.

“İçdiyim miqdarı yanlış qiymətləndirmişəm", - o söyləyib.

Əvvəllər heç vaxt bənzər hadisə yaşamayan Leysi 13 ay sürücülük hüququndan məhrum edilib.

Alkoqol haqqında maarifləndirmə kursu tamamlanarsa, bu müddət 13 həftə qısaldıla bilər. O, həmçinin 925 funt sterlinq cərimə olunub.

 

 

 

 
KİV: Mayotta sakinləri Makronun istefasını tələb edib

Mayotta sakinləri Fransa prezidenti Emmanuel Makrona dağıdıcı qasırğanın vurduğu adadakı vəziyyətə reaksiyasına görə qəzəblərini bildiriblər.

"Report" xəbər verir ki, Makron dəymiş ziyanın həcmini qiymətləndirmək və yerli sakinlərə öz dəstəyini göstərmək üçün Hind okeanındakı arxipelaqa səfər edib.

Mayottaya iki günlük səfəri zamanı Makron yerli sakinlərlə mübahisə edib.

Belə ki, görüş zamanı onun istefası ilə bağlı çağırışlar edilib, əlavə yardım tələb olunub.

Yerli sakinlər Parisin zərərçəkənlərə yardım üçün gördüyü tədbirlərdən narazı olduqlarını bildirərək Fransa prezidentini fitə basıblar.

Qeyd edək ki, “Çido” qasırğası dekabrın 14-də Hind okeanındakı Mayotta adasına təsir edib. Hadisə nəticəsində 31 nəfər ölüb, 1 400-dən çox insan xəsarət alıb.

Tayvan “parlament”ində dava - FOTO

Tayvanda deputatlar "demokratiyaya təhlükə yaradan" qanun layihələri ilə bağlı qarşıdurma yaşayıb.

Milli.Az xəbər verir ki, parlament nümayəndələri arasında mübahisəli qanun layihələri ilə bağlı gərgin qarşıdurma baş verib. Hadisə zamanı deputatlar bir-birlərinə su sıçradıb, itələyərək, təpik ataraq və bir-birilərini fiziki olaraq güc tətbiq ediblər.

Bu insidentdən bir gün əvvəl Hindistan Parlamentində də oxşar dava baş vermişdi. Tayvanda Prezident Lay Çinq-teyin Demokratik İrəliləyiş Partiyasının (DPP) üzvləri mübahisəli qanun layihələrinin qəbuluna mane olmaq üçün cümə axşamı gecəsi Parlament binasına daxil olublar. Bu qanun layihələrinin demokratiyaya təhlükə yaradacağı və seçicilərin "uyğun olmayan" seçilmiş rəsmiləri vəzifədən uzaqlaşdırmasını çətinləşdirəcəyi iddia edilir.

Qanunvericilər arasında yaranan gərginliyin detalları:

DPP üzvləri dekabrın 19-da parlamentin əsas zalının kürsüsünü zəbt ediblər və girişləri bloklayıblar.
Onlar oturacaqları yığaraq özlərini zaldakı yerlərə barrikada ediblər.

Bu hərəkət, müxalifət bloku tərəfindən təklif edilən üç qanun dəyişikliyinin qəbuluna qarşı idi.

Tayvan mətbuatına görə, qarşıdurma zamanı bəzi deputatlar xəsarət alıb.

 

Almaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİB

Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 80-dək insan xəsarət alıb.

“Report”a istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti Maqdeburqdakı xilasetmə xidmətinə istinadla məlumat verib.

Nəşr bildirib ki, hadisədə 11 nəfər ölüb.

“Welt” isə vurğulayıb ki, “BMW” markalı avtomobili idarə edən şəxs saxlanılıb və onun Səudiyyə Ərəbistanından olduğu müəyyən edilib.

Artıq Almaniya kansleri baş verən hadisəyə münasibət bildirib: “Maqdeburqdan gələn xəbərlər pis fikirlərə yol açır. Fikirlərim qurbanların və yaralıların yaxınlarının yanındaır. Bu dəhşətli saatlarda xilasedicilərə minnətdarlığımı bildirirəm”.

Saksoniya-Anhalt əyalət hökumətinin sözçüsü Mattias Şuppe hadisəni terror aktı kimi təsnif edib.

***

Almaniyanın Maqdeburq şəhərində milad bazarında iki avtomobil insan izdihamının üzərinə sürülüb.

APA-ya istinadən xəbər verir ki, yerli KİV-in məlumatına görə hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər yaralanıb.

Hüquq mühafizə orqanları hadisənin terror aktı olub-olmaması üzərində araşdırma aparır.

Sürücülərdən birinin saxlanıldığı bildirilir.

Alimlər təhlükəli xəstəliyin mənşəyini AŞKAR ETDİLƏR

Alimlər müəyyən ediblər ki, sifilis xəstəliyi əvvəllər düşünüldüyü kimi Avropada deyil, Şimali Amerikada yaranıb.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Mütəxəssislər tədqiqat zamanı Şimali Amerikada tapılan 9000 illik qalıqlarda sifilislə əlaqəli bakteriyaların genomlarını aşkar ediblər. Bu kəşf ilk dəfə 1494-cü ildə Avropada qeydə alınan xəstəliyin mənşəyi ilə bağlı mübahisələrə yeni dəlillər əlavə edir.

İnfeksiyanın 1493-cü ildə Amerikadan Kolumbun ekspedisiyasının üzvləri tərəfindən Avropaya gətirildiyinə dair bir nəzəriyyə var. Alternativ fərziyyə bu xəstəliyin Köhnə Dünyada bundan çox əvvəl mövcud ola biləcəyini göstərir.

"Biz bu sümüklərdən beş genomu rekonstruksiya etdik, onların hamısı ortaq Amerika mənşəlidir", - tədqiqat qeyd edir.

Qeyd edək ki, sifilis cinsi yolla ötürülən infeksiya olub, infeksiyası olan biri ilə vaginal, anal və ya oral cinsi əlaqədə olduğunuz zaman yayılır. Buna bakteriya səbəb olur. Antibiotik dərmanı sifilisi müalicə edir. Müalicə olunmayan sifilis korluq və beyin, ürək, gözlər və sinir sisteminizə zərər də daxil olmaqla ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. İnfeksiya riskinizi azaltmaq üçün cinsi əlaqə zamanı həmişə prezervativdən istifadə edin.

Sifilisin mərhələləri

Sifilis dörd fərqli mərhələdən keçə bilər. İnfeksiya hər mərhələdə fərqli simptomlara səbəb olur. İnsanlar birinci və ikinci mərhələdə çox yoluxucu olurlar və infeksiyanı cinsi partnyorlarına asanlıqla ötürə bilirlər.

Sifilisin mərhələləri: birincili, ikincili, gizli və gec (üçüncü) sifilisdir.

Birincili sifilis: Birinci mərhələ sifilisli bir şəxslə təmasda olduqdan 2-12 həftə sonra baş verir. Bu mərhələdə cinsiyyət orqanında və ya ağzında hamar, sərt yara əmələ gəlir. Sifilis yarası kiçik və adətən ağrısız olur, buna görə də onun orada olduğunu bilmək olmur. Yara bir neçə həftə və ya ay ərzində öz-özünə yox olur. Ancaq bu, artıq sifilis deyil demək deyil. Dərmanla müalicə alınmasa, infeksiya ikinci mərhələyə keçir. Bu mərhələdə sifilisi vaginal, anal və ya oral sekslə keçirilir.

İkinci dərəcəli sifilis: Sifilis yarası getdikdən təxminən bir-altı ay sonra kobud, qabarıq sifilis səpgisi görünür. Səpgi bütün bədəni, o cümlədən ovuclar və ayaqların altını əhatə edə bilər. Səpgi adətən qaşınmır.

Belə simptomlar ola bilər:

hərarət
yorğunluq
ziyil kimi yaralar
əzələ ağrıları
çəki itirmək
baş ağrıları
saç tökülməsi
şişmiş limfa düyünləri

Ərdoğanın Suriya səfəri: Colani ilə görüş və...

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Suriyaya səfər edəcəyi gözlənilir.

"veryansintv" xəbər verir ki, prezident Ərdoğanın Suriyadakı böyük dəyişiklikdən sonra Dəməşqə getməyə hazırlaşır.

Nəşr iddia edir ki, Dəməşq mənbələri prezident Ərdoğanın 15 gün ərzində Suriyaya səfər edəcəyini, onun Əməvi məscidini ziyarət edib namaz qılacağını bildirir.

İddialara görə, Ərdoğanın səfər çərçivəsində HTŞ lideri Colani və Suriya türkmənləri ilə də görüşü gözlənilir.

Xəbər lenti