SEPAH: Putinin dedikləri yalandır

İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) Rusiya prezidenti Putinin iranlı silahlıları Suriyadan təxliyə etdikləri barədə barədə dediklərini təkzib edib.

Putin dekabrın 19-da keçirdiyi mətbuat konfransında 4 min iranlı hərbçini Suriyadan təxliyə etdiyini bəyan edib.

SEPAH Putinin bu bəyanatını təkzib edərək bunun həqiqəti əks etdirmədiyini bildirib.

SEPAH onu da bildirib ki, Suriyadakı son qarşıdurmalarda 15 hərbi müşaviri həyatını itirib.

ABŞ-dən Suriyaya kritik səfər

Suriyada Əsəd rejiminin devrilməsindən sonra ABŞ-dən Dəməşqə ilk yüksək səviyyəli səfər baş tutacaq.

Yaxın günlərdə ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə müşavir müavini Barbara Leaf Suriyanın paytaxtı Dəməşqə səfər edəcək.

Leaf və onu müşayiət edən ABŞ heyətinin "Heyət Təhrir Şam" (HTŞ) lideri Colani ilə görüşəcəyi bildirilir.

Tərəflər Suriyadakı mövcud durumu və gələcəkdə atılacaq addımları müzakirə edəcəklər.

SON DƏQİQƏ! Kiyevə kütləvi raket zərbələri endirilir - VİDEO

Bu dəqiqələrdə Kiyevə kütləvi raket zərbələri endirilir.

Bu barədə görüntülər teleqram kanallarında paylaşılır.

Məlumata görə, raket hücumu general İqor Kirillovun öldürülməsinə görə cavab zərbəsidir.

Zelenski yenidən aktyor olacaq? 

Ukrayna prezidenti Zelenski nə vaxtsa yenidən komediya aktyoru fəaliyyəti ilə məşğul olacağını və "insanların üzündə gülüş yaradacağını" arzulayır.

Milli.Az xəbər verir ki, Ukrayna prezidenti bu barədə "Le Parisien" nəşrinə müsahibəsində danışıb.

Jurnalist Zelenskinin dövlət başçısı seçilməzdən əvvəl karyerasını komediya sahəsində qurduğunu xatırladarkən Ukrayna lideri bunları deyib:

"Ümumiyyətlə bu, içəridə hansı insanın olmasından asılıdır. Müharibə hamımıza təsir edir. Əgər içəridə olanı itirməsəm, kim bilir, bəlkə də".

Hindistanla Çin dağları yerindən tərpədəcək: İki Asiya nəhəngi yarım əsrlik problemi həll edəcək

Çin və Hindistanın yüksək rütbəli liderləri çərşənbə günü Pekində sərhəd məsələsi ilə bağlı görüş keçirib. Hindistanın baş naziri Narendra Modi ilə Çin prezidenti Si Szinpin arasında Kazanda keçirilən BRICS sammitində əldə olunan razılaşmalar əsasında ikitərəfli münasibətlərin normallaşdırılması yollarını müzakirə ediblər. Himalayda uzun illər davam edən qarşıdurma və hərbi toqquşmadan sonra iki Asiya dövləti arasında münasibətlərin istiləşməsi regionda sülhə ümid verir.

qaynarinfo bildirir ki, Çinin xarici işlər naziri Vanq I və Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Dovalın qatıldığı Çin və Hindistanın sərhəd məsələsi üzrə yüksək səviyyəli nümayəndələrinin beş il ərzində ilk görüşü Asiya ölkələrinin iki aparıcı dövləti arasında hələ də davam edən ərazi mübahisəsi üzrə dialoqu canlandırıb. Bu problem 1962-ci il müharibəsindən sonra davam edir.

"Çin iki ölkə liderlərinin əldə etdiyi mühüm konsensusu həyata keçirmək, hər iki tərəfi narahat edən səbəbləri aradan qaldırmaq və ikitərəfli münasibətləri tez bir zamanda sabit və sağlam inkişaf yoluna qaytarmaq üçün dialoq vasitəsilə qarşılıqlı etimadı gücləndirmək üçün Hindistanla işləməyə hazırdır", deyə Pekində danışıqlar ərəfəsində Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian bildirib.

Hindistan tərəfi də Pekində keçiriləcək görüşə və dialoqun bərpasına böyük ümidlər bəslədiyini açıqlayıb.

"Milli təhlükəsizlik müşaviri Ajit Dovalın Faktiki Nəzarət Xətti boyunca qoşunların ayrılması fonunda xüsusi nümayəndə danışıqları üçün Çinə səfəri əsas olacaq. 2020-ci ildə Qalvan hadisəsi kimi münaqişələrin qarşısını almaq üçün Çin ilə mənalı dialoq gözləyirik", deyə Dehlidəki yüksək səviyyəli hökumət mənbələri "News 18"ə bildiriblər.

Çin və Hindistanın xüsusi nümayəndələrinin Pekində ərazi mübahisəsi ilə bağlı danışıqları sərhəd məsələlərinin həlli üçün bu dialoq formatının yaradıldığı 2003-cü ildən bəri 23-cü belə təmas olub.

Danışıqların əvvəlki, 22-ci raundu 2019-cu ildə keçirilib, bundan sonra Hindistan-Çin münasibətlərində kəskin geriləmə baş verib, nəticədə iki ölkə yeni müharibənin astanasında qalıb. Birbaşa təhlükə xeyli səy bahasına aradan qaldırıldıqda, tərəflər Himalayların Şərqi Ladax bölgəsində Faktiki Nəzarət Xətti boyunca əsəb müharibəsini davam etdiriblər.

Himalay dağlarında Hindistan və Çin arasında demarkasiya edilmiş sərhəd yoxdur.

1959-cu ildə Hindistan Çinin Arunaçal Pradeş əyalətinin bir hissəsini ələ keçirdiyini elan edib və 1962-ci ildə qısa, lakin qanlı müharibə başlayıb, nəticədə Pekin təxminən 38 min kvadrat/km ərazini nəzarətə götürüb.

Bu arada, Hindistan bəyanatında qeyd olunan Qalvan hadisəsi 1962-ci il müharibəsindən sonra ikitərəfli münasibətlərin tarixində aşağı nöqtə olub. Daha sonra, 2020-ci ilin mayında baş verən sərhəd insidentlərindən sonra Hindistan və Çin üçün "qara tarix" - 15 iyun 2020-ci il hadisələri olub, o zaman Şərqi Ladaxın yüksək dağlıq ərazilərində, Galvan çayı vadisi yaxınlığında qanlı toqquşmalar baş verib və nəticədə 20 hind əsgəri həlak olub. Çin tərəfinin də itkiləri olub, amma bunu heç vaxt açıqlamayıb.

Bundan dərhal sonra Hindistanın baş naziri Narendra Modi Hindistan ordusunun "bütün lazımi tədbirləri görməkdə sərbəst əli olduğunu" deyib və Çini "düşmən" adlandırıb. Bunun fonunda Hindistanı minlərlə etiraz dalğası bürüyüb, onun iştirakçıları Çin bayraqlarını və Çin prezidenti Si Szinpinin portretlərini yandırıb, Çin mallarını boykot etməyə çağırıblar. Sonrakı eskalasiya zamanı tərəflər sərhədi dəyişdirərək, ümumi uzunluğu təxminən 3,5 min km olan faktiki nəzarət xətti boyunca istehkamların tikintisini davam etdirib, əlavə hərbi hissələri və ağır silahları sərhəd rayonlarına çəkiblər.

Belə ki, Hindistan Hellfire hava-yer raketləri ilə "Apache" hücum helikopterlərini, eləcə də yüksək dağlıq ərazilərə artilleriya çatdıra bilən "Chinook" helikopterlərini Şərqi Ladaxa yerləşdirib. Hava bazalarında Su-30MKI və MiQ-29 qırıcıları yerləşdirilib. Bundan əlavə, Benqal körfəzində Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmiləri qrupunun gücləndirilməsi tam sürətlə gedib.

İkitərəfli münasibətlərin normallaşması prosesi yalnız bu ilin oktyabrında Çin sədri Si Szinpin və Hindistanın baş naziri Narendra Modinin Kazanda keçirilən BRICS sammiti çərçivəsində nəhayət görüşündən sonra başlayıb. Şəxsi təmaslar əvvəlcə planlaşdırılmırdı.

Görüşün ardınca "Sinxua" agentliyi iki ölkə liderlərinin Faktiki Nəzarət Xəttində sülhü qorumağa razı olduqlarına dair mesaj yayıb. Mesajdan belə çıxır ki, Çin prezidenti hindistanlı həmkarını "bir-biri ilə bağlı sağlam strateji anlaşmanı qorumağa və böyük qonşu ölkələrin harmoniyada yaşaması və yan-yana inkişaf etməsi üçün düzgün yolu tapmağa" çağırıb. Onun sözlərinə görə, Çin və Hindistan münasibətlərini rəqib kimi deyil, tərəfdaş kimi qurmalıdır.

Öz növbəsində Narendra Modi X sosial şəbəkəsində yazıb ki, Hindistan və Çin arasındakı münasibətlər hər iki ölkənin xalqı, eləcə də regional və qlobal sülh və sabitlik üçün vacibdir. Hindistanın xarici işlər nazirinin birinci müavini Vikram Misri baş nazirinin bəyanatını şərh edərək, sərhəd məsələlərində fikir ayrılıqlarının regionda sülh və əmin-amanlığı pozmamasının təmin edilməsinin vacibliyini vurğulayıb.

Tezliklə Hindistan və Çin Şərqi Ladaxdakı Faktiki Nəzarət Xətti boyunca Depsanq və Demçok bölgələrindəki irəli mövqelərdən qoşunların çıxarılmasına başladığını elan ediblər. Bu proses çərçivəsində iki ölkənin hərbi qulluqçuları bu ərazilərdəki müvəqqəti istehkamların sökülməsinə başlayıb və pilotsuz uçuş aparatlarından istifadə etməklə bu ərazilərin bir-birlərinin məhv edilməsini yoxlayıblar. Hindistan və Çin qoşunlarının bir hissəsi 2020-ci ildə silahlı münaqişədən əvvəl işğal etdikləri Şərqi Ladaxdakı arxa mövqelərə tədricən çıxarılıb.

Bundan əlavə, Hindistan Silahlı Qüvvələri və Çin Xalq Azadlıq Ordusu geri çəkilmə bölgələrində 2020-ci ildən həyata keçirilməyən koordinasiyalı patrulları bərpa edib.

Kazanda başlayan iki ölkə arasında münasibətlərin normallaşması prosesini nəzərə alsaq, onların ali rəhbərliyinin nümayəndələrinin Pekində görüşü gərginliyin azaldılmasını dönməz hala gətirmək üçün nəzərdə tutulmuş bu yolda yeni bir irəliləyiş olub.

"Son vaxtlara qədər Hindistan və Çin arasında ikitərəfli siyasi əlaqələr 2020-ci ilin hərbi qarşıdurması ilə demək olar ki, məhv olmuş görünürdü, yalnız ticarət əlaqələri qalmışdı. Bu arada, iki liderin Kazanda görüşü və gərginliyin azaldılması istiqamətində atılan sonrakı addımlar, o cümlədən Pekində sərhəd məsələsi üzrə xüsusi nümayəndələrin 22-ci görüşü Hindistan-Çin münasibətlərini faktiki olaraq beş il əvvəlki vəziyyətə qaytardı", deyə məşhur hindistanlı ekspert, "Maneələr üzərində. Hindistan və Çin Dünyası" kitabının müəllifi Şastri Ramaçandran bildirib.

Onun sözlərinə görə, Himalayda uzun illər davam edən hərbi qarşıdurmadan sonra Hindistan və Çinin yaxınlaşması bu ilin əsas xarici siyasət hadisələrindən birinə çevrilib.

Colanidən PKK/YPG-yə XƏBƏRDARLIQ

Suriyanın mövcud hakimiyyəti "Heyəti Təhriri-Şam" (HTŞ) lideri Əbu Məhəmməd əl-Colani PKK/YPG-nin Suriyada nəzarətdə saxladıqları Haseke və Rəqqa bölgəsindəki problemin həll üçün 2 variantın olduğunu açıqlayıb.

Colani PKK/YPG-ya mesaj verərək deyib: "Haseke və Rəqqa üçün iki həll yolu var, üçüncü yoxdur. Ya geri çəkiləcəklər, ya da hərbi əməliyyat. Hərbi əməliyyat olacaqsa, biz hazırıq. Amma qan tökülməməsinin qarşısını almaq üçün gözləyirik".

Putin oyunu tərk edir - Britaniya

"Putin Suriyada geriyə strateji addım atıb. Bu, Rusiya ümid bəsləyənlər üçün bir siqnal olmalıdır".

Bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib.

Britaniyalı nazirin sözlərinə görə, ruslar Ukraynada müharibəni bir həftəyə bitirəcəklərini düşünürdülər, amma min gündən artıqdır buradadırlar.

O əlavə edib ki, Rusiyanın Suriyadan geri çəkilməsi hər bir ölkə üçün siqnal olmalıdır.

"Rusiyaya özünün bir növ qarantı, strateji və təhlükəsizlik müttəfiqi kimi baxan istənilən ölkə bilməlidir ki, risklər böyük olanda Putin sadəcə olaraq oyunu tərk edir”, - Britaniyalı nazir qeyd edib.

Culani BBC-yə müsahibə verdi, hər kəsi heyrətləndirdi: "Suriyada alkoqol ..." - VİDEO
Əl-Şaraa deyib ki, HTŞ terror təşkilatı deyil: "Bizi siyahıdan çıxardın"

Suriyanın faktiki lideri Əhməd Əl-Şaraa (Culani) deyib ki, ölkə müharibədən tükənib və nə qonşuları, nə də Qərb üçün təhlükə təşkil etmir.

Musavat.com bildirir ki, Dəməşqdə BBC-yə verdiyi müsahibədə o, Suriyaya qarşı sanksiyaların ləğv olunmasını tələb edib.
“İndi, bütün baş verənlərdən sonra, sanksiyalar ləğv edilməlidir, çünki onlar əvvəlki rejimə qarşı yönəlmişdi. Qurbanla zalımı eyni cür mühakimə etmək olmaz,” – deyə o bildirib.

Əl-Şaraa iki həftədən az bir müddət əvvəl Bəşər Əsəd rejimini devirən ildırımsürətli hücuma rəhbərlik edib. O, üsyançılar ittifaqının əsas qüvvəsi olan Hayat Təhrir əş-Şam (HTŞ) qruplaşmasının lideridir və əvvəllər Əbu Məhəmməd Əl-Colani adı ilə tanınırdı.

O bildirib ki, HTŞ terror təşkilatları siyahısından çıxarılmalıdır. Bu qruplaşma BMT, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və bir çox digər ölkələr tərəfindən terror təşkilatı kimi tanınır, çünki o, 2016-cı ildə Əl-Qaidədən ayrılmış bir qrup kimi fəaliyyətə başlamışdı.

Əl-Şaraa deyib ki, HTŞ terror təşkilatı deyil. O, mülki əraziləri və ya mülki şəxsləri hədəfə almadıqlarını bildirib. Əksinə, özlərini Əsəd rejiminin cinayətlərinin qurbanı hesab etdiklərini vurğulayıb.

O, Suriyanı Əfqanıstanın bir versiyasına çevirmək istədiyinə dair iddiaları təkzib edib. Əl-Şaraa bildirib ki, bu iki ölkə tamamilə fərqlidir və müxtəlif ənənələrə malikdir. Əfqanıstan qəbilə cəmiyyətidir. Suriyada isə fərqli düşüncə tərzi var.

O qeyd edib ki, qadınların təhsil hüququna inanır:

“İdlibdə səkkiz ildən çoxdur ki, universitetlərimiz fəaliyyət göstərir. Düşünürəm ki, universitetlərdə qadınların sayı 60%-dən çoxdur.”

Alkoqol istifadəsinin icazəli olub-olmayacağı ilə bağlı suala isə belə cavab verib:

“Bu barədə danışmağa haqqım yoxdur, çünki bunlar hüquqi məsələlərdir.”

O əlavə edib ki, Suriyada hüquq ekspertlərindən ibarət bir komitə yaradılacaq və bu komitə yeni bir konstitusiya hazırlayacaq.
“Onlar qərar verəcək. Hər bir hökmdar və ya prezident qanuna tabe olmalıdır.”

BBC yazır ki, müsahibə boyunca Əl-Şaraa sakit görünürdü, mülki geyimdə idi və qrupunun keçmiş radikal mövqelərindən ayrıldığına inandırmağa çalışırdı.

Lakin bir çox suriyalı onun sözlərinə inanmır.

Suriyanın yeni rəhbərlərinin qarşıdakı aylarda atacağı addımlar ölkənin necə bir dövlətə çevriləcəyini və onların bu ölkəni necə idarə edəcəklərini göstərəcək.

İsrail indi də bu ölkəni hədəf seçib bombaladı

İsrail Yaxın Şərqdə münaqişə coğrafiyasını genişləndiməkdədir. İsrail ordusu Qəzza, Livan və Suriyadan sonra Yəməni hədəf seçib.

İsrail ordusu Yəməndə İranın dəstəklədiyi husilərə qarşı bir sıra hava zərbələri endirib.

İsrail Ordusunun sözçüsü Aviçay Adraee bildirib ki, İsrail döyüş təyyarələri Yəməndə husilərə aid hərbi hədəfləri bombalayıb.

Adraee hücumun səbəblərini husilərin İsrailə PUA və husilərin Yəməndən həyata keçirdiyi raket zərbələrinə adekvat cavab kimi dəyərləndirib.

Adraee bildirib ki, İsrailin Yəmənə endirdiyi hava hücumları paytaxt Sənanın enerji infrastrukturu ilə yanaşı limanları da hədəf alıb.

Husilərə bağlı SABA xəbər agentliyinin yaydığı xəbərdə də İsrail ordusunun paytaxt Səna və Qırmızı dəniz sahilindəki Hudeydə şəhərinə silsilə hava zərbələri endirdiyini təsdiqləyib.

erdogan-misire-getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə rəsmi səfərə yollanıb.

“TRT Haber” xəbər verir ki, Türkiyə lideri Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində, eləcə də Fələstin və Livanla bağlı xüsusi iclasda iştirak edəcək.

Onu bu səfərdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, ticarət naziri Ömər Bolat və digər rəsmilər müşayiət edir.

Ərdoğan səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Xəbər lenti